Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   21   22   23   24   25   26   27   28   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
47 
•  təbiəti mühafizənin nizamlanmasının və yaxud yer-mühafizə qanunçuluğuna uyğun növlərin 
mühafizəsi ilə əlaqədar xüsusi tədbirlərin icrası. 
Landşaft planı nə qədər konkret və aydın tərtib edilmiş olsa hüquqi baxımdan məcburi olan 
fəaliyyət planları ilə inteqrasiya zamanı onun tövsiyələri daha çox nəzərə alınır.  
 
3.13.6. Torpaqların alınması və müqavilələrin bağlanması 
Torpaqların alınması və müqavilələrin bağlanması ilə əlaqədar Landşaft planlaşdırılmasının 
fəaliyyət sahələri aşağıdakılardır: 
•  mühafizəyə ehtiyacı olan sahələrin alınması və kirayə edilməsi; 
•  mənimsəmə və qulluqetmə haqqında razılıq (müqavilə). 
Landşaft  planlaşdırmasının  tövsiyələri  torpağın  sahibləri  və  yaxud  təbiəti  mühafizə  ictimai 
cəmiyyətləri ilə xüsusi müqavilə bağlamaqla xüsusi hüquqla həyata keçrilə bilər. Torpağın alınamsı 
və kirayəsi torpağın məscid, kilsə və fondlar kimi sahibləri ilə də mümükündür. Bir çox hallarda bu 
iş torpaqların sahibkarları ilə, könüllü şəkildə, planlaşdırmanın ilkin mərhələlərində edilir.  
Bu işərin görülmısi üçün müəyyən vəsait vardir. Bəzi hallrda Avropa Đttifaqının, ölkənin və 
yaxud  federal torpağın vasitələri cəlb olunur.  Bu vasitələrin  alınması üçün əsas  müxtəlif proqram 
və  hüquqi göstərişlərdir. Belə dəstəyi  həm  birbşa  təbiəti  mühafizə tədbirləri,  və  həm də, təbiətdən 
istifadənin ekoloji formaları (məsələn, kənd təsərrüfatının ekstensifikasiyası) ala bilərlər.  
 
3.14. Keyfiyyət, müvəffəqiyyət və LP-nin dəıqiqləşdirilməsi 
3.14.1 Keyfiyyətin müdafiəsi 
Landşaft planlaşdırmasının lazımi keyfiyyəti müxtəlif üsullarla təmin olunur. Onlardan biri 
federal  torpaqların  qanunauyğunçuluqlarına  uyğun  olaraq  konkret  və  ətraflı  tövsiyələrin  və  xüsusi 
göstərişlərin  işlənməsidir.  Planlaşdırmaya  müxtəlif  profilli  mütəxəssislərin  cəlb  olunması  da 
planların yüksək keyfiyyətinə təminatdır.  
Təbiəti mühafizə məsələlərinin həllinə yönəlmiş, planlaşdırmaya aid müxtəlif məsələləri icra 
edən  memar  və  mühəndislərin  qonorarlarının  müəyyən  edilməsi  qaydası  (HOAĐ)  da 
planlaşdırmanın  keyfiyyətinə  əsaslı  təsir  göstərir.  Bu  məsələlərin  müəyyənləşdirilməsi  və 
planlaşdırıcıların vəzifələri, yerli şəraitə uyğun olaraq, sifarişçi və planlaşdırmanın icraçısı arasında 
razılaşdırılır. Amma, təbiəti mühafizəyə məsul təşkilat burada məsləhətçi kimi iştirak edə bilər.  
 
3.14.2. Müvəffəqiyyətin qiymətləndirilməsi və dəqiqləşdirmə 
Planlaşdırma  qurtardıqdan  sonra  periodik  olaraq  plan  fəaliyyətini  yoxlamaq  və 
sənədləşdirmək lazımdır. Bu təbiəti mühafizə ilə əlaqədar yeni tələbləri nəzərə almağa və regionda 
vəziyyəti yaxşılaşdırmağa imkan verir. Əgər planın icrası zamanı müəyyən problemlər yaranırsa və 
qarşıya  qoyulmuş  nəticə  alınmırsa,  uğursuzluğun  səbəbi  aydınlaşdırılmalıdır.  Ola  bilər  ki, 
planlaşdırmanın  təşkilinə  düzəliş  vermək  lazım  gəlsin,  məqsəd  və  tədbirlərə  yenidən  baxılsın. 
Landşaft planı  çoxlu  sayda dəyişən çərçıvə  şərtlərindən asılı olduğundan,  heç olmasa on  ildən  bir 
planlar təftiş olunmalı və təkmilləşdirilməlidir.   
 
3.14.3 Peşəkar kadrlar 
Təbiəti mühafizə təşkilatları özləri landşaft planı təşkil etmədiyi halda, bunu xüsusi landşaft-
planlaşdırma  idarələri  edirlər.  Bu  təşkilatlardakı  landşaft  planlaşdırıcıları  belə  işlərin  görülməsinə 
icazə  almalıdırlar  və  müvafiq  diploma,  və  həm  də  təbiəti  mühafizə  planlaşdırmasında  iki  illik 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
48 
təcrübəyə  malik  olmalıdırlar.  Landşaft  planlaşdırması  fənnlər  arası  fəaliyyət  sahəsini  təmsil 
etdiyindən, bu işlə məşğul olan təşkilatların tərkibində müxtəlif profilli və yaxud kifayət qədər geniş 
kvalifikasiyalı, o cümlədən landşaft planlaşdırıcıları, bioloqlar, coğraflar, iqlimşünaslar, aqronomlar 
və i.a. təmsil olunmalıdır. 
 
3.15. Landşaft planlaşdırılmasında yeni meyllər 
3.15.1. Đnteraktiv iştirak üçün yeni texnologiyala. 
Yeni texnologiyaların tətbiqi landşaft planlaşdırmasına özünü təqdim etməyə və vətəndaşları 
planlaşdırmaya  cəlb  etməklə  daha  “interaktiv”  planlaşdırma  aparmağa  imkan  verir.  Landşaft 
planının  məzmunun  sadə  və  kompleks  redaksiyası  və  ünvançıların  əvvəlcədən  planlaşdırma 
prosesinə  cəlb  olunması  daha  çox  şəffaflıq  yaradır  və  idarəetmənin  demokratik  elementlərini 
möhkəmlədir.  Bundan  başqa,  daha  yaxşı  başa  düşünmək  və  tövsiyələrin  dəstəklənməsi  üçün  şans 
artır,  bununla  da  işlənmiş  planların  effektivliyinə  nail  olunur.  Rəqəmli  kütləvi  informasiya 
vasitələrinin  (məsələn,  “ĐNERNET”  və  KĐV)  tətbiqi  daha  çoxlu  sayda  marağı  olan  şəxslərin 
müzakirə olunan mövzu ilə tanış olmaq imkanlarını artırır. Mövzular daha aydın şəkildə izah olunur 
və  yerindən  və  zamanından  asılı  olmayaraq  plan  tutanlar  və  vətəndaşlar  arasında  əlavə 
komunikasiya yolları açılır.    
1998-ci  ildə  AĐ Đnformasiya direktivi olan 
Orxus  konvensiyası  qəbul  olundu,  2005-ci  ilə 
qədər  bu  direktivi  milli  qanunçuluğa  daxil  etmək 
tövsiyə  olunmuşdur.  Ətraf  mühiti  mühafizənin 
tələbləri  və  ekoloji  qərarların  qəbul  olunmasında 
ictimaiyyətin  iştirakı  gələcəkdə  bütün  sahə 
təşkilatlarında  məcburi  şəkil  alır.  Keyfiyyətli 
ekoloji  informasiya  əsasında  idarələr  qərarları 
şə
ffalaşdırılmalı və ictimai nəzarət artmalı, ekoloji 
təlim/təhsil  və  əhalinin  ekoloji  mühiti  anlaması 
aktivləşməlidir (Fisahn, 2004: 137). 
Almaniyanın  Federal  təbiəti  mühafizə 
idarəsi  Aşağı  Saksoniyanın  Federal  torpağı 
Keniqsluttera-am-Elm icmasının komunal landşaft 
planının  misalında  planlaşdırılmaya  dəstək 
funksional  kompyuter  sistemini  işləmış  və 
müvəffəqiyyətlə  tətbiq  etmişdir.  Sistem  modul 
prinsipi  əsasında  qurulmuşdur,  belə  ki,  ayrı-ayrı 
modullar  interaktiv  şəkildə  landşaft  planlaşdırmasının  müxtəlif  məsələlərində  istifadə  oluna  bilər 
(şəkil 3.2).   
Sistemin mərkəzi elementi “Đnternetdir” (
www.koenigslutter.de/landschaftplan.htm
). Burada 
başqaları  ilə  birgə  planlaşdırma  prosesinin  vəziyyəti  haqqında  məlumat,  yeniliklər  və  ictimai 
görüşlərin  nəticələri,  və  həm  də,  landşaft  planlaşdırılmasının  vasitələri  haqqında  informasiya 
yerləşdirilmlşdir.  Đnteraktiv  rejimdə  oxumaq  və  landşaft  planına  xüsusi  və  ətraflı  formada  əlavə 
etmək  istəyini    vətəndaşlar  özləri  seçim  edə  bilərlər.  Landşaft  planının  xəritələri  geoinformasiya 
(GĐS) sistemi vasitəsi ilə yaradılır. Đstifadəçi internetdə GĐS vasitəsi ilə məhdud şəkildə xəritələrin 
məzmununu  analiz  edə  bilər  və  həmin  mövzuya  dair  istədiyi  məlumatları  ala  bilər  (Hachmann, 
2004). Xəritələr və müvafiq məlumatlar interaktiv landşaft planının vacib elementləridir (Tiedtke et 
al.  2003).  Bir  neçə  KĐV  istifadə  etməklə  interaktiv  tədris  modulları  oyunlar  və  maraqlı  məsələlər 
vasitəsi ilə ekoloji əlaqələri ictimaiyyətə çatdıra bilər. Məzmunlu idarəetmə sisteminin (MĐS) tətbiqi 
Səkil 3.2. Đnteraktiv landşaft 
planlaşdırmasının model sxemi 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə