Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
68 
 
Şə
kil 4.8. Məqsəd və tədbir növlərinin sxematik nisbətləri 
 
 
 
 
Şə
kil 4.9. Qiymət kateqoriyasının (həssalıq və əhəmiyyət xəritəsi) sahə məqsədlərinə inteqrasiyası 
4.5. Ərazinin istufadə olunmasının inteqrasiya olunmuş məqsədləri  
Ə
razinin itifadəsinin inteqrasiya olunmuş konsepsiyasını sosial-iqtisadi problemlərin analizi 
(o cümlədən real istifadə və antropogen təzyiq xəritələri), ərazi resurslarının qiymətləndirilməsi və 
ayrı-ayrı təbii komponentlərin istifadəsinin formalaşmış məqsədləri əsasında işləmək məsləhətdir.  


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
69 
 
Şə
kil 4.10. Növ və biotoplar üçün ərazi inkişafının məqsədləri 
1 - istifadədən imtina; 2 – mövcud ekstensiv istifadəni saxlamaq və ya bu kateqoriyaya keçmək; 3 – ektensiv 
inkişaf;  4  –  intetniv  inkişaf  (nizamlama  ilə  istifadəni  intetnsifikasiya  etməyə  icazə  verilir);  5  –  yaxşılaşdırmaq, 
sonradan  ekstensiv  istifadəni  saxlamaq  kateqoriasına  keçmək;  6  –  yaxşılaşdırma,  sonradan  eksteniv  istifadə 
kateqoriyasına keçmək.   
Bu xəritə-konsepsiya aşağıdakı səbəblərdən hazırlanır: 
-  ətraf mühitin mühafizəsi və sosial-iqtisadi inkişaf üçün məsləhət görülən əraziləri ayırmaq 
mümkün olsun; 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
70 
-  ən kəskin ekoloji problemlərin yerlərini müəyyənləşdirmək, harada lazımdırsa bərpa üçün 
xüsusi tədbirlər görmək, və belə tədbirləri nəzərə almağa imkan yaratmaq; 
-  ərazinin 
inkişaf  istiqamətini  dəqiqləşdirmək,  bu  inkişafın  baza  strükturunu 
konkretləşdirmək mümkün olsun. 
Xəritə-konsepsiya  məzmunun  sadalanan  üç  komponenti  inteqrasiya  olunduqda  ekoloji  və 
sosial-iqtisadi  problemləri  əraizi  səviyyəsində  ayırmağa,  onların  hər  birini  öz  ərazilərində  həll 
etməyə,  və  daha  sonradan  bu  zonaların  daxilində  fəaliyyəti  optimallaşdırmaq  üçün  fəaliyyət 
istiqaməti işləmək üçün   imkanlar yaranır.  
Belə  ayırma  ayrı-ayrı  təbii  komponentlərin  –  biotoplar,  torpaq,  səth  və  yeraltı  sular, 
landşaftlar, iqlim və s., istifadə məqsədlərinin müqayisəsi əsasında aparılır. Bu komponentləri birgə 
götürdükdə onlar ərazinin təbii kompleksinin funksional əhəmiyyəti haqqında təsəvvür yaradır. 
Ə
razinin formalaşdırma karkası, və yaxud, onun unikal və xüsusi estetik dəyərinin daşıyıcısı 
olan  təbii  kompleksləri  istifadədən  çıxartmaq  və,  əsasən,  mhafizə  məqsədi  ilə  bir  zonada 
birləşdirmək  lazımdır.  Bu  zonanın  mövcudluğu,  bütövlükdə,  landşaftın  təbii  mühityaratma 
funksiyasını  saxlamağa,  təbii  resursların  bərpasına,  və  son  nəticədə  landşaftların  mühafizəsinə  və 
təbii  müxtəlifliyin  mövcudluğuna  təminat  verir.  Xüsusi  qiymətli  landşaftları  istifadə  etməkdən 
imtina  və  qoruq  rejiminə  yaxın  (xüsusi  mühafizə  olunan  ərazilər)  bir  rejimə  uyğunlaşdırmaq  da 
burada nəzərdə tutulur. 
Yüksək  mühitmühafizə  potensialına  malik  təbii  komplekslər,  mövcud  və  planlaşdırılan 
istifadənin inkişafı gedən ərazilərini formalaşdırır. Bu ərazilərdə təbiətdən istifadə fəaliyyətdə olan 
qanunçuluğa uyğun olmalıdır.   
Təbii  komplekslərin  istifadəsi  prosesi  zamanı  yaranmış  bütün  pozuntuları,  onları 
yaxşılaşdırmaq  və  bərpa  etmək  üçün,  bir  zonaya  toplamaq  məsləhət  görülür.  Bərpanın  davamı  və 
texnologiyası pozulma dərəcəsi və səciyyəsindən asılı olaraq müxtəlif ola bilər. Həm də, antropogen 
yük  götürüldükdən  sonra,  pozulmuş  landşaftların  özünübərpa  qabiliyyətini  qiymətləndirmək 
məsləhət  görülür.  Belə  qabiliyyət  olduqda  bir  müddət  onun  istifadəsindən  imtina  kifayətdir.  
Dəyişmələrin  bərpası  mümkün olmayan  ərazilər  və  yaxud aşağı qabiliyyətli özünübərpa  imkanları 
olan  landşatlar üçün əlavə xüsusi tədbirlərin tətbiqi  məsləhətdir. Bu zonaların təbii komplekslərini 
bərpa  etdikdən  sonra  onları    inkişaf,  və  yaxud,  mühafizə  olunan    zonaya  daxil  etmək  olar, 
bununlada ərazinin inkişaf imkanları artar. 
Məqsədlərin  inteqrasiya olunmuş konsepsiyasını  sahə  məqsədləri  xəritləri əsasında  işləmək 
məqsədəuyğundur.  Bir  xəritələri  birləşdirən  zaman  sahə  məqsədlərinin  arealları  üst-üstə 
düşmədikdə, inteqrasiya etmək pioritet prinsipində aparılır. 
Đ
nteqrasiya  olunmuş  məqsədlərin  xəritələrinin  hazırlanma  texnologiyası  4.11  şəkilində 
verilir.  
Đ
inteqrasiya  olunmuş  məqsədlər  xəritəsinə  (şəkil  4.12)  ərazinin  gələcək  inkişafının  ümumi 
təsvirini əks etdirən mətn əlavə olunur. Belə mətnə aşağıdakılar daxil ola bilər: 
-  təbiəti mühafizə siyasətinin əsas cizgiləri; 
-  planlaşdırılan fəaliyyətin əsas növləri; 
-  təbiəti mühafizə və təsərrüfat fəaliyyətinin uyğunlaşdırılması yolları; 
-  seçilmiş inkişaf istiqamətinin reallaşdırılmasına təminat verən əsas strükturların sadalanması. 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
71 
 
Şə
kil 4.11. Đnteqrasiya olunmuş məqsədlər xəritəsinin tərtib texnologiyası 
 
 
Şə
kil 4.12. Ərazi inkişafının inteqrasiya olunmuş məqsədləri (xəritənin legendasına Antipov və b., 
2005-də baxmaq olar). 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
72 
4.6. Fəaliyyət və tədbirlərin əsas istiqamətləri 
Fəaliyyət və tədbirlərin əsas növləri konkret ərazinin istifadə və inkişaf məqsədlərindən, məqsəd 
və  tədbirlərin  növlərinin  məsləhət  bilinən  nisbətlərindən  irəli  gəlir.  Ərazinin  fəaliyyət  və  tədbirlər 
növünə görə zonalaşdırılması məqsədlərin inteqrasiya olunmuş xəritəsi əsasında icra olunur.  
Planlaşdırma ərazisi üçün aşağıdakı fəaliyyət və tədbirlər növü nəzərdə tutula bilər: 
-  bütün  ərazi  üçün  ümumi  tədbirlər,  hansılar  ki,  ərazinin  inkişaf  konsepsiyasına  yönəlmişdir; 
bura  həm  ümumi  xarakterli  və  həm  landşaft  planının  reallaşdırılmasına  yönəlmiş  yeni  hüquqi 
normalar,  ərazinin  idarəsinin  funksional  strükturu  üzrə  təkliflər,  bütün  əraziyə  aidiyyəti  olan 
müxtəlif fəaliyyət növləri daxil ola bilər; 
-  mövcud vəziyyəti saxlamaq, və yaxud, ətazinin ayrı-ayrı sahələrini istifadə üçün tədbirlər; 
-  mövcud, və yaxud, təklif olunan  istifadəni yaxşılaşdırmaq üçün tədbirlər; 
-  mühafizə məqsədi fəaliyyətini yaxşılaşdırmaq üçün tədbirlər; 
-  inkişafetdirmə məqsədi fəaliyyətini yaxşılaşdırmaq üçün tədbirlər; 
-  sosial mühiti yaxşılaşdırmaq üçün əsas fəaliyyətlər.   
Konkret tədbirin təsviri ümumi ərazi üçün fəaliyyət istiqamətlərinin xarakteri ilə əlaqələndirilr, 
bu  istiqamətlər  baxılan  ərazinin  inkişaf  konsepsiyasına  uyğun  olmalıdır  (qanunvericilik  təşəbbüsləri, 
ə
razinin idarə olunmasının əsas məqamları, nəzərdə tutulmuş tədbirlərin effektivliyinə nəzarət və s.).  
Hər  fəaliyyət  növünü  təsərrüfat  strükturu  və  torpaqdan  istifadəyə  uyğun  icra  etmək 
məqsədəuyğundur (məsələn, kənd təsərrüfatı, meşə təsərrüfatı, turizm, sosial mühit və i.a.). 
 
4.7. Növbəti planlaşdırma üçün istinadlar və çərçivə şərtləri 
Növbəti  landşaft  planalaşdırmasın  nəticələrinin  obyektiv  və  effektivliyini  təmin  edən  əsas 
şə
rt planlaşdırma texnologiyasında (metodikasında) ardıcıllığın (varisliyin) olmasıdır. Ona görə də 
landşaft  planının  tamamlama  mərhələsində,  və  yaxud,  planlaşdırma  tamamlandıqdan  bir  qədər 
sonra,  landşaft  planını  həmin  miqyasda  təkrar  aparmaq,  və  yaxud  daha  iri  miqyasda  yeni 
planlaşdırmanı  tərtib  etmək  üçün,  çərçivə  şərtlərini  müəyyənləşdirmək  məsləhət  görülür.  Növbəti 
planlaşdırmanın  çərçivə  şərtlərinə  onun  əsas  istinadları,  aktuallığı  (zəruriliyi)  və  əsas  məqsədləri 
daxildir.  
Tam,  və  yaxud,  hissə  şəkilində  landşaft  planlaşdırılmasının  yenidən  aparılması  zəruriyyəti 
aşağıdakı hallarda meydana çıxa bilər. 
           1. Ərazi inkişafının ümumi konsepsiyasının dəqiqləşdirilməsi, nə vaxt ki, 
-  yeni  qanuni  və  normativ  sənədlər  ərazinin  inkişaf  konsepsiyası  üçün  əvvəlcə  işlənmiş 
landşaft planında istifadə olunmuşlarla ziddiyət təşkil edir; 
-    ərazinin  inkişaf  konsepsiyası  real  dəyişmələrlə  uyğunlaşmır,  hər  şeydən  əvvəl  sosial-
iqtisadi sferada, və yaxud, əsas məqsədlərə nail olunmuşdur. 
2. Yeni prioritet komponentlərin müəyyənləşdirilməsi, hansların ki, mühafizəsi ərazinin əsas 
inkişaf məqsədi ola bilər. 
3. Məqsəd zonalarının sərhədlərinə yenidən baxış, məsələn, o zaman ki, 
-  ayrı-ayrı  təbii  komponentlərin  vəziyyətində  müsbət  dəyişmələr  baş  vermişdir  və 
yaxşılaşdırma zonasını azaltmaq olar; 
-  heyvandarlığın yem bazası tükənmişdir və onun sonrakı ekstensiv inkişafı rentabelli deyil; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə