Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   32   33   34   35   36   37   38   39   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
77 
Bitgi formasiasının mühafizəsi üçün əhəmiyyət: 1.- yüsək, 2 – orta. Kənd təsərrüfatının istifadəsində əhəmiyyət: 3 – 
yüksək, 4 – orta, 5 – aşağı. Totpaqdağıdıcl ekzogen proseslərə həssaslıq: 6 – yüksək, 7 – orta, 8 – aşağı. 
Landşaftların “əhəmiyyətlilik” və “həssalıq” kateqoriyalarında qiymətləndirilməsi bu və ya 
digər  landşaftın  istifadəsində  nəyə  üstünlük  verilmsinə  yönəlir.  Yəni  burada  estetik  cazibədarlıq, 
ə
traf mühitin insanların sağlamlığı üçün optimallığı, təbii komfortluğu, nəqliyyatın asanlığı, sosial-
psixoloji məqamlar və əhalinin müxtəlif qruplarının marağı nəzərə alınır. Landşaftların əhəmiyətini 
qiymətləndirdikdə  əsas  diqqət  onların  özünəməxsusluğu  və  müxtəlifliyinə,  unikallığına  (nadir 
geoloji  formasiyaların,  bitgi  növləri  və  heyvanların  mövcudluğu,  relyefin  ekzotik  forması  və  s.), 
peyzaj  cazibədarlığına  verilir.  Landşaftın  həssaslığını  qiymətləndirəndə  onun  hazırki  vəziyyəti  və 
dinamikası  haqqında  məlumatdan  istifadə  edirlər,  landşaftın  pozulması  nəticəsində  mümkün 
dəyişmələri  aydınlaşdırırlar.  Landşaftların  həssalığının  indikatoru  kimi  həm  də  onların  rekreasiya 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
78 
tutumu, təşkil olunmamış istirahətin varlığı və yaxud yoxluğu, onun iqlim məhdudiyyətləri və risk 
amillərindən istifadə edirlər.      
4.8.4. Đnkişafın məqsədli konsepsiyasının hazırlanması 
Đ
nkişafın  məqsədli  konepsiyasını  hazırlamaq  qiymətləndirmə  mərhələlərinin  materialları 
ə
sasında aparılır. Ayrı-ayrı təbii komponentlərin istifadəsinin məqsədli konsepsiyası və inteqrasiya 
olunmuş məqsədli konsepsiyası çərçivəsində məqsədləri yarımnövlərlə üç növə bölmək olar:   
-  mühafizə  (yüksəkəhəmiyyətli  və  yüksəkhəssaslıqlı  torpağa,  biotoplara  və  yaxud 
landşaftlara  malik  olan  ərazilərdə    istifadənin  ayrı-ayrı  növlərindən  imtina  etməklə  mövcud 
vəiyyətin saxlanılması; orta- və aşağı əhəmiyyətli, yüksəkhəssaslıqlı torpaq, bitoplar və landşaftlar 
üçün mövcud ekstensiv istifadənin saxlanması); 
-  inkişaf (yüksək- və ortaəhəmiyyətli, orta- və aşağıhəssaslıqlı torpaqları  və biotopları olan 
ə
razilər üçün  lokal mühafizə və pozulmuş landşaftları sağlamlaşdırmaqla ektensiv inkişaf; yüksək- 
və  ortaəhəmiyyətli,  aşağıhəssaslıqlı  torpaqları  və  biotopları  olan  ərazilər  üçün  ekstensiv  inkişaf; 
yüksəkəhəmiyyətli,  ortahəssalıqlı  torpaqları  və  biotopları  olan  ərazilər  üçün  nizamlanmış  intensiv 
inkişaf); 
-  yaxşılaşdırma  (  pozulmuş,  yüksəkəhəmiyyətli,  orta-  və  aşağı  həssaslıqlı  torpaqları  və 
biotopları  olan  əraziləri  reqlamentləşdirilmiş  intensiv  inkişaf  kateqoriyasına  keçirmə; 
ortaəhəmiyyətli,  orta-  və  aşağıəhəmiyyətli  torpaqları  və  biotopları  olan  ərazilər  üçün  ekstensiv 
inkişaf  kateqoriyasına  keçmə;  pozulmuş,  orta-  və  aşağıəhəmiyyətli,  yüksəkhəssalıqlı  torpaqları  və 
biotopları olan ərazilər üçün reqlamentləşdirilmiş ekstensiv istifadə kateqoriyasına keçid).   
 
4.8.5. Đnkişafın inteqrasiya olunmuş məqsədli konsepsiyası 
Đ
nkişafın  inteqrasiya  olunmuş  məqsədinin  xəritəsini  (mahiyyətcə  yerlərin  funksional 
zonalaşdırılmasına  yaxındır)  ayri-ayrı  təbii  komponentlərin  istifadə  məqsədlərini  birləşdirməklə 
yaratmaq  məsləhət görülür (şəkil 4.18). Bu zaman  məqsədli  məkan diferensasiyasının əsas amili kimi 
sosial-iqtisadi  problemləri  və  ərazinin  resurs  qiymətini  götürmək  vacibdir.  Sahə  növlərinin 
məqsədlərinin  arealları üst-üstə düşməyəndə  inteqrallaşma prioritet prinsipi əsasında  aparılır: üstünlük 
mühafizə məqsədlərinə verilir, sonra sağlamlaşdırma (o cümlədən yaxşılaşdırma), və nəhayət, ərazinin 
bu  iki  növə  daxil  olmayan  hissələri  üçün  inkişaf  nəzərdə  tutulur.  Đnkişafın  inteqrasiya  olunmuş 
məqsədlərinin  məüyyənləşdirilməsi  ətraf  mühitin  mühafizəsi,  və  yaxud,  sosial-iqtisadi  inkişaf  üçün 
məsləhət bilinmiş sahələri ayırmağa, daha kəskin ekoloji problemlərin olduğu sahələri konturlamağa və 
onları  bərpa  etmək  yollarını göstərməyə, ərazinin  inkişaf  istiqamətini dəqiqləşdirməyə  və  bu  inkişafın 
baza strükturunu konkretləşdirməyə imkan verir.   
 
4.8.6. Fəaliyyət və tədbirlərin müəyyənləşdirilməsi 
Ə
razi  inkişafının  məqsədlərinin  formalaşmasına  müəyyən  fəaliyyət  və  tədbirlərlə  nail  olunur. 
Bunu  üçün  məqsədlərin  inteqrasiya  olunmuş  xəritəsi  əsasında  ərazini  tədbirlərin  növünə  görə 
diferensiallaşdırmaq  lazımdır  (şəkil  4.16).  Orta  miqyaslı  analoji  xəritədən  fərqli  olaraq  burada 
tədbirlərin  növü  yox,  əhalinin  sosial-iqtisadi  şəraitini  nəzərə  almaqla  mövcud  qanunçuluq  bazasında 
sahələr ilə bağlı konkret tədbirlər verilir. Aşağıdakı tədbirlər xüsusi vurğulana bilər:  
-  bütün ərazisi üçün, onun inkişaf konsepsiyasının həyata keçməsinə yönəlmiş ümumi  
-  planlaşdırma; 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
79 
Şə
kil 4.16
. Ərazi inkişafının inteqrasiya olunmuş məqsədləri (Olxon rayonu) 
Mühafizə  1.  Müaasir  vəziyyəti  saxlamaqla  müəyyən  istifadə  növlərindən  imtina.  2.  Mövcud  eksteniv  istifadəni 
saxlama. 
Đ
nkişaf  (istifadə).  3.  Yem  yerləri  kimi  ekstensiv  istifadə.  4.  Keçmiş  kənd  təsərrüfatı  torpalarının  istifadəsinin 
intensifikasiya etmək. 5. Yerşünaslıqda eksteniv istifadə. 6. Yem yerləri kimi nizamlanmış ekstensiv istifadə. 
Yaxşılaşdırma (sanasiya). 7. Yaxşılaşdırma və sonra nizamlanmış ekstensiv istifadə kateqoriyasına keçmə. 
-  ərazinin istifadəsinin müasir vəziyyətinin saxlanması; 
-  mövcud və planlaşdırılan istifadənin inkişafı; 
-  təbii komponentlərin vəziyyətinin yaxşılaşdırılması; 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə