Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə37/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   33   34   35   36   37   38   39   40   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
80 
-  yaşayış məntəqələrinin sosial-iqtisadi mühitinin yaxşılaşdırılması. 
Yuxarıda  göstərildiyi  kimi,  kifayət  qədər  universal  xarakerə  malik  olan  çərçivə  landşat 
planlarından  fərqli  olaraq,  irimiqyaslı  landşaft  planları  öz  mahiyyəti  və  həcminə  görə  əsaslı  surətdə 
fərqlənə  bilərlər.  Bununla  yanaşı,  bu  xəritələr  və  xüsusən  bu  xəritlərin  legendalatının  strükturu,  daha 
geniş istifadə üçün nümunə kimi məsləhət görülə bilər.   
 
4.9. Xüsusi mühafizə olunan təbiət ərazilərin (XMTƏ) təşkilində landşaft planlaşdırılması 
(Baykal milli parkının timsalında) 
Bu günə qədər Rusiya və Azərbaycanda yaradılan əksər XMTƏ-in sərhədləri əsaslandırmaq 
və  funksional  zonalara  ayırilmaqla  müvafiq  ərazi  planlaşdırılması  ilə  əvvəlcədən  razılaşdırılmır. 
Bununla  əlaqədar  bəzi  XMTƏ  mühafizə  baxımından  vacib  olan  növləri,  populyasiyaları,  konkret 
ə
razi  üçün  landşaft  tiplərini  əhatə  etmir.  Məsələn,  iridırnaqlıların  mühafizəsi  üçün  yaradılmış 
Baykalyanı  milli  park,  onların  miqrasiya  yollarını  öz  sərhədlərinə  daxil  etməmişdir,  xüsusi  çöl 
landşaftlarının  mühafizəsi  kimi  verilmiş  deklarasiya  icra  olunmur.  Ona  görə  ki,  bu  yerlər  ənənəvi 
kənd təsərrüfatı ərazilərinin siyahısından çıxarılmamışdır.   
Bir  çox  hallarda  XMTƏ-yə  yaşayış  məntəqəsi  daxil  olur,  ancaq  ərazidə  təbiəti  mehafizə 
rejimi olduğuna görə bu məntəqələri “yaşayış məntəqəsinin inkişaf zonası”, və yaxud, “şəhərətrafı 
zona”  kimi  qəbul  edib  müvafiq  inkişaf  planına  daxil  etmirlər.  XMTƏ  zonalaşması 
(sağlamlaşdırılması) çox vaxt başqa ərazilərin qərarlaşmış statusunu və istifadəsini nəzərə almadan 
aparılır. Onlar mühafizə olunan yerlərin ərazisinə daxil edilə bilməzlər, məsələn, ayrı-ayrı XMTƏ-
yə kənd təsərrüfatı əhəmiyyətli, sənaye və komunikaqsiya yerlərini daxil edirlər, hansılar ki, əslində 
“təbiət”  yerləri ola  bilməzlər. Baykal gölü ətrafında əsassız təşkil olunmuş  və konflikt situasiyaya 
aparan hal kimi Tunkin milli parkının təşkilini misal göstərmək olar. Onun sərhədləri bələdiyyənin 
ə
razisi  ilə  eynidir.  Konfliktli  şəraitin  həlli  və  bu  milli  parkların  ərazilərinin  yerli  əhali  tərəfindən 
ə
saslı  surətdə  istifadəsi  üçün  sərhədlərə  yenidən  baxılmalıdır  və  funksional  zonalaşdırmada 
dəyişiklik aparılmalıdır, bu zaman hüquqi aktlar və ekoloji yönəmli yer planlaşdırmasının – landşaft 
planlaşdırmasının vasitələri nəzərə alınmalıdır.  
Hələ  XMTƏ  təşkilini  əsaslandiranda  mövcud  torpaq  münasibətlərini,  yuxarida  xatırladılan 
şə
raitin  və  yenidən  yarana  biləcək  konfliktlərin,  hansılar  ki  ərazini  optimal  idarəetməyə  və  elan 
olunmuş təbiəti  mühafizə  məqsədlərini  icra etməyə  imkan  vermir, həlli üçün onları dəyişdirməyin 
yollarını  nəzərə  alınmalıdır.  Lazımdır  ki,  mühafizə  olunan  ərazinin  təşkilinə  qədər  sahələrin  təbii 
dəyərlərinin ətraflı öyrənilməsi aparılsın, həm də rekreasiya məqsədi və turizm fəaliyyəti, mühafizə 
və istifadənin müxtəlif rejimlərinin ərazi üzrə pylanması planlaşdırılsın.   
Rusiya  Federasiyasının  “Ekoloji  ekpertiza  haqqında  qanununa”  (1995)  görə  XMTƏ-nin 
təşkili  üzrə əsasnamə analiz olunmalı  və resenziyadan keçməlidir. XMTƏ-nin  bütün əsaslandırma 
və  təşkilat  dövrü  üçün  RF-nin  qanunu  regional  icra  hakimiyətlərinə  həmin  ərazilərə,  təqribi 
sərhədlərlə,  “ehtiyat  ərazilər”  statusu  qərarı  vermək  imkanı  yaradır.  Bu  ərazilərin  əsas  məqsədi 
həmin yelərdə təbii mühiti dəyişməyən vəziyyətdə saxlamaqdır.    
XMTƏ-in əsas kateqoriyaları onları məkana görə müxtəlif hissələrə bölüb, landşaft və biotik 
müxtəlifliyini  mühafizə  və  istifadə  etməyə  imkan  verir,  rekreasiya  resursları  daxil  olmaqla. 
Bunların  içərisində  mühafizənin  məkan  təşkili,  bərpası  və  saxlanmaı,  və  həm  də  rekreasiyanın 
inkişafı  və  turist  fəaliyyəti  baxımından,    ən  əhəmiyyətlisi  milli  parklardır.  Milli  parklarla  yanaşı 
təbii  parklarda  xeyli  dərəcədə  XMTƏ-də  həm  təbiəti  mühafizə,  və  həm  də,  təbii  resurslardan 
istifadədən təşkilinin planlaşdırma qərarlarının diferensiallaşma məsələsinə uyğun gəlir. Həm milli, 
və  həm  də,  təbii  parklar  üçün  dominant  məsələlərdən  biri  XMTƏ  sərhədində  rekreasiya  və  turist 
fəaliyyətini  təmin  etməkdir  ki,  bu  da,  onun  üçün  spesifik  sahələrin  ayrılmasını  və  təbii,  tarixi-
mədəni  və digər  xüsusiyyətlərini  nəzərə almaqla  ərazidə diferensial  mühafizə rejimi tətbiq etməyi 
nəzərdə tutur.    


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
81 
Təbii  parkların  ərazilərində  xüsusi  mühafizənin,  təbii  sahələrin  ekoloji  və  rekreasion 
dəyərindən  asılı  olaraq  istifadənin  müxtəlif  rejimləri  tətbiq  olunur.  Burada  təbiəti  mühafizə, 
rekreasiya,  aqrotəsərrüfat  və  başqa  məqsədlər  üçün  funksional  zonalar  ayrıla  bilər,  tarixi-mədəni 
komplekslər  və obyektlərin  mühafizə zonası da daxil omaqla.  Beləliklə, təbii parkların  funksional 
zonası  növlərinin  siyahısı  ancaq  mərkəzi  hökümətin  qanunu  ilə  məhdudlaşmır,  XMTƏ-nin  bu 
kateqoriyası mühafizə olunan ərazinin torpaqlarının mühafizəsi və istifadəsini çevik planlaşdırmağa 
imkan  verir.    Qeyd  etmək  lazımdır  ki,  gələcəkdə  XMTƏ-nin  optimal  şəbəkəsini  inkişaf  etdirmək, 
həm  də,  təbii  resursların  mühafizə  və  istifadəsini  ümumi  diferensiallaşdırmaq  üçün  ən  perspektiv 
istiqamət  milli  parkların  və  yaxud  biosfer  rezervatların  təşkilidir  (mühafizə  olunan  ərazi 
kateqoriyası  ən  çox  ABŞ,  Almaniya  kimi  ölkələrdə  geniş  yayılmışdır),  və  onların  əsas 
xarakteristikaları aşağıdakılardır:   
-ərazinin kompaktlığı və məhdudiyyətliyi, 
- idarəetmədə və planlaşdırmada çeviklik, 
- ancaq mühafizə və yaxşılaşdırma zonaları yox, həm də, onlarla əlaqədar inkişaf   
              zonalarının ayrılması, 
- rekreasiya və turist fəaliyyətinə yönəm.  
Qoruqların  əsas  məqsədi  ərazinin  mühafizəsi,  elmi  tədqiqat  və  maarifçilik  fəaliyyətidir. 
Fəaliiyətin sonuncu növü, qanunla ziddiyət təşkil etməsinə baxmayaraq, bu ciddi mühafizə olunan 
ə
razilərin  içərisində  spesifik  zonaların  və  ekoloji  marşrut  zonalarının  formalaşdırılmasını,  və 
bununla  da  mühafizə  və  istifadəsinə  görə  hiss  olunacaq  dərəcədə  fərqlənən  zonaları  yaratmağı 
qarşıya qoyur.    
XMTƏ  haqqında  qanunda  yasaqlığın  ərazisinin  mühafizə  və  istifadə  hissəsinə  bölünməsi 
qeyd olunmur. Bununla  birlikdə, XMTƏ-nin kateqoriyasına uyğun olaraq  yasaqlığın hüdudlarında 
mühafizə  olunan  növlərin  populyasiyasının  saxlanması  üçün  əhəmiyyətli,  məsələn,  qiymətli 
quşların  qışlaması  üçün  yerlər,  xüsusi  mühafizə  olunan  hissə  kimi  ayrıla  bilər.  Bundan  əlavə, 
yasaqlıqların  ərazisi  adətən  ənənəvi  olaraq  əhalinin  istirahət  və  müalicə  yerləri  olur,  ona  görə  də 
yasaqlığın  menecmenti  bu  faktı  nəzərə  almalıdır,  bəzi  rekreasiya  yerləri  təyin  olunmalıdır  və 
istirahət edənlərin qeydiyyatı aparılmalıdır.  
XMTƏ  haqqında  qanunda  milli  parklarda  müxtəlif  funksional  zonaların  ayrılmasının 
mümkünlüyü qeyd olunur: 
a) qoruq zonası, onun daxilində təsərrüafat fəaliyyətinin bütün növləri və ərazinin rekreasiya 
istifadəsi qadağandır; 
b) xüsusi mühafizə olunan zona, hüdudları daxilində təbii kompleks və obyektlərin mühafizəsi 
şə
raiti təmin olunur və əraziyə nizamlanmış girişə icazə verilir; 
c)  ekoloji  maarifçiliyi  təşkil  etmək  və  milli  parkın  obyektləri  ilə  tanış  olmaq  üçün 
maarifləndirmə turizmi zonası; 
ç) rekreasiya zonası, istirahət üçün nəzərdə tutulur; 
d) tarixi-mədəni  obyektlərin  qorunması  zonası,  sərhədləri  daxilində  onların  saxlanması  üçün 
şə
rait təmin olunur; 
e)  gələnlərə  xidmət  zonası,  gecələmə  yerlərini,  çadır  düşərgələrini  və  turist  xidmətinin  digər 
obyektlərini yerləşdirmək və mədəni, məişət və informasiya xidməti üçündür; 
ə
)  təsərrüfat  təyinatlı  zona,  hüdudları  daxilində  parkın  funksiyasını  təmin  etmək  üçün  lazım 
olan təsərrüfat fəaliyyəti üçündür.  
Növbəti fəsildə Şirvan milli parkı və onun ətraf zonasının timsalında ilk dəfə Azərbaycanda 
irimiqyaslı landşaft planlaşdırması təqdim olunacaqdır.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə