Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   35   36   37   38   39   40   41   42   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
85 
seçildi  (şəkil  5.1).  Əvvəlcədən  qeyd  edək  ki,  bizim  terminologiyamızda  ətraf  və  bufer  zonası 
terminləri  sonradan  sinonim  kimi  işlədiləcəkdir.    Model  ərazinin  seçimi  Azərbaycan 
Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi ilə razılaşdırıldı. 
Landşaft  planlaşdırılmasının  obyekti  kimi  Şirvan  Milli  Parkı  və  onun  ətraf  zonasının 
seçilməsi  ərazinin  xüsusi  təbiəti,  heyvanlar  aləminin  mühafizəsinin  zəruriliyi  (ceyranlar,  köçəri 
quşlar  və  s.)  və  burada  təbii  və  antropogen  konfliktlərin  mövcudluğu  ilə  əlaqədardır.  Axırıncıları 
landşaft  planlaşdırılmasının  vasitələrini  tətbiq  etməklə  həll  etmək  olar.  Xüsusi  olaraq  qeyd  etmək 
lazımdır  ki,  Azərbaycanda  Regionların  Đnkişafı  proqramınım  ikinci  mərhələsi  (2009-2013  illər) 
təsdiq  olunmuşdur.  Yəni  bu  ərazinin  seçilməsi  təbiəti  mühafizə  ilə  yanaşı,  həmin  proqramın 
müddəalarının icra olunmasına faydalı olacaqdır. 
Ş
irvan  Milli  Parkı  2003-cü  ildə  Azərbaycan  Respublikasının  sərəncamı  ilə  Bakı  şəhərinin 
Qaradağ, Səlyan və Heftçlala rayonlarının ərazilərində təşkil olunmuşdur,  54373,5 ha sahəni tutur. 
Milli  parkın  yaradılmasının  əsas  məqsədi  yarımsəhra  landşaftının  əsas  komponenti  olan  və 
Azərbaycan  Respublikasının  “Qırmızı  kitabına”  daxil  edilmiş  ceyranların  (Gazella  subgutturosa, 
şə
kil 5.2və bu yerlər üçün səciyyəvi olan faunanın mühafizəsi, ekoloji monitorinqin aparılması və 
ə
halinin  ekoloji  maarifləndirilməsi,  turizm  və  istirahət  üçün  şəraitin  yaradılmasıdır.      Milli  parkın 
ə
razisinin 6,2 min ha-sı qoruq zonasıdır. Bu ərazi dünyada ceyranlar ən çox toplandığı ərazilərdən 
biridir  –  5  minə  yaxın.  Parkda  yox  olma  həddinə  çatmış  34  növ  quş  yaşayır,  artıq  10  növ 
Beynəlxalq Qırmızı Kitaba, 24 növ isə Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir.   
Şə
kil 5.2. Ceyranlar (Gazella subgutturosa) Şirvan Milli Parkının ərazisində   
 
Coğrafi  baxımdan  Şirvan  Milli  Parkı  Şirvan  düzənliyinin    Kür-Araz  vadisində  yerləşmişdir 
(şəkil  5.3).  Yaxın  geoloji  dövrdə  parkın  ərazisi  Xəzər  dənizinin  dibi  idi,  hazırda  isə  dəniz 
səviyyəsindən  20-25  m  aşağıda  yerləşən  və  qərbə  doğru  yüksələn  akkumulyativ  düzənlikdir. 
Keçmiş  transqressiyanın  təsdiqi  kimi  burada  rast  gəlinən  dəniz  terraslarını,  0,5-1,2  m  hüdürlüklü 
qum təpələrini, abrazion çıxıntıları göstərmək olar. 
Parkın  ərazisində  çay  və  bulaqlar  yoxdur.  Şirvan  çölünün  cənub-şərq  hissəsinin  mərkəzində 
kollektorla  qidalanan  Çala  göl  yerləşmişdir,  parkın  ərazisindən  müxtəlif  kanallar  keçir.    Göl  və 
kollektorlar qışda nadir hallarda donur. Xəzər dənizi isə bu rayonda donmur. Parkın ərazisində boz, 
boz-çəmən, çəmən-bataqlıq və qumlu torpaqlar yayılmışdır.  
XX əsrin əvvəllərində Cənubi Qafqazda ceyranların sayı nisbətən çox idi – 50-60 minə yaxın. 
Avtomobil  nəqliyyatının  yayılması  ilə ceyranların sayı kəskin surətdə azalmağa  başladı, XX əsrin 
30-cu illərində onların sayı azərbaycanda 5-6 mindən çox deyildi. O zaman ceyranlar ümumi sahəsi 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
86 
8200 km

olan 8 ayrı-ayrı sahələrdə rast gəlinirdi. Şirvan çölünün cənub-şərq hissəsində, harada ki 
hazırda  milli park  yerləşmişdir, 40-cı  illərin əvvəllərinə  yaxın 600 ceyran qalmışdır (V.Vereşaqin, 
1940).   
Sonradan,  brakonyerliyin  və  Kür-Araz  çökəkliyində  kənd  təsərrüfatı  ərazilərinin  sahəsinin 
artması nəticəsində çöl əraziləri azaldıqca ceyranların sayı katastrofik səviyyəyə düşdü: 1961-ci ildə 
respublikada  130  ceyran 
qalmışdı, 
onların 
77-si 
Ş
irvan 
çölündı 
qeydə 
alınmışdı.  
Respublikada 
ceyranların 
ovlanmasına 
tam  qadağan  1959-cu  ildə 
qoyuldu. 
Ceyranların 
mühafizəsi  üçün  1961-ci 
ildə  Şirvan  çölünün  cənub-
şə
rq  hissəsində  Bəndovan 
yasaqlığı  təşkil  olundu.  Bu 
müəyyən  müsbət  nəticə 
verdi: 
60-cı 
illərin 
ə
vvəllərində 
ceyranların 
sayı  400-ə  çatdı.  Ancaq, 
yasaqlıq 
ceyranların 
özlərini  və  məskunlaşdığı 
ə
razini  tam  mühafizə  edə 
bilmirdi. Ceyranların kökünün kəsilməsi təhlükəsi qalırdı, və ona görə də 1969-cu ilin iyun ayında 
Bəndovan  yasaqlığının  ərazisi  və  onun  ətraf  çölündə  17 745  ha  ərazidə  Şirvan  qoruğu  yaradıldı. 
Ceyranların sayı sürətlə çoxalmağa başladı və 80-ci illərin əvvəllərində 10 dəfə artdı. 
XX əsrin 70-ci  illərinin axırlarında qoruğun ərazisi  yenidən  bölündü. Bu  iş ceyranların daha 
effektiv  mühafizəsi  və  qoyunçuluq  fermalarının  qış  otlaqları  ilə  təmin  oluması  kimi  izah  olundu. 
1978-ci  ilin  noyabr  ayında  1150  ha  qoruq  torpqları  heyvandalıq  komplekslərinə  ayrıldı,  əvəzində 
1982-ci ilin may ayında qoruq 9216 ha sahə aldı. O zamandan qoruğun ərazisi 25 761 ha-dır.   
 
5.1.2. Planlaşdırma işləri təşkilinin xüsusiyyətləri 
Landşaft  planlaşdırılması  Azərbaycanda  birinci  dəfə  aparıldığından  torpaqdan  istifadəni  və 
təbiəti  mühafizəni    nizamlayan  bəzi  hüquqi  məqamları  təhlil  etmək  və  onları  dövlət,  nazirlik  və 
inzibati rayonlar səviyyəsində razılaşdırmaq zəruri idi. 
Digər istinad məqamı Şirvan Milli Parkının öz ərazisi ilə birlikdə Azərbaycan Ekologiya və 
Təbii  Sərvətlər  Nazirliyinə  tabe  olmasıdır  və  ona  görə  də  o  burada  aparılan  landşaft 
planlaşdırılmasının  ünvançısı  və  daşıyıcısı  odur.  Bu  parkın  ərazisində  landşaft  planlaşdırılması 
aparılmasına həmin nazirliyin razılığının olmasını şərtləndirirdi, və həmin razılıq alındı. 
Yuxarida  qey  edildi  ki,  Şirvan  Milli  Parkı  Qaradağ,  Səlyan  və  Neftçala  rayonlarının 
ə
razisində  təşkil  olunmuşdur.  Bu  fakt  həmin  rayonların  rəhbərliyini  məlumatlandırmaq,  onları 
layihə  ilə tanış  etmək  və onlarla  müzakirə  etmək ehtiyacını qarşıya qoydu. Ona görə də  layihə  ilə 
ə
laqədar  birinci  və  sonrakı  görüşlərin  hamısına  həmin  inzibati  rayonların  torpaq  komitələrinin 
rəhbərləri dəvət olundu.  
Ş
irvan  Milli  Parkının  azərbaycanda  biomüxtəlifliyi  mühafizə  əhəmiyyətini,  və  həm  də, 
parkın  ətraf  ərazisində  yaşayan  əhalinin  marağını  nəzərə  alaraq  müxtəlif  görüşlərə  ekoloji  profilli 
qeyri dövlət təşkilatları, KĐV-in və yerli ictimaiyyətin nümayəndələri dəvət olundu.   
 
Şə
kil 5.3. Azərbaycan ərazisinin Şirvan, Mil və Muğan  
çölləri 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə