Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə44/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   40   41   42   43   44   45   46   47   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
98 
Cədvəl 5.4.  Torpağın bonitetini və qranulimetrik tərkibini nəzərə almaqla Şirvan Milli Parkı və 
ə
traf ərazilərin torpaq xəritəsi 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
99 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
100 
5.2.4. Iqlim və meteorologiya 
Ş
irvan Milli Parkı (ŞMP) Cənub-Şərqi Şirvan düzünün şərq hissəsində yerləşir. Bu düzənlik 
isə məlum olduğu kimi Kür-Araz ovalığına aid olan altı düzdən biridir. Buna görə də ümumilikdə 
milli  parkın  iqlim  şəraiti ovalığın  iqlim şəraitinə  çox  yaxındır.  Bununla  belə,  burada   yerləşən  bir 
sıra yüksəkliklərin (Muşovdağ və s), habelə palçıq  vulkanlarının (Pirsaat, Bəndovan, Kürsəngi və 
s.) təsiri  ilə  milli parkın relyefi  Kür-Araz ovalığının relyefindən  müəyyən qədər  fərqlənir.  Cənub-
Şə
rqi Şirvan düzündə Xəzər dənizinin sahilində Pirsaat  və Bəndovan burunları, Kür çayının  eni 5-
10 km-ə çatan delta hissəsi, (uzunluğu 15-20 km olan vadidə), eləcə də Kür dili kimi abrazion relyef 
formaları yaranmışdır, ki,  onlar ərazinin  mikroiqlim xüsusiyyətlərinə müəyyən qədər təsir göstərir. 
Eyni  zamanda  troposferin  yerə  yaxın  hissəsinin  temperaturu,  havanın  rütubəti  kimi  mikroiqlim  
xüsusiyyətləri  torpaq    rütubətinin  yenidən    paylanmasına  təsir    göstərir.  Belə    mikroiqlim 
göstəriciləri isə torpaq örtüyünə və biotopların ərazidə yayılmasına  çox güclü təsir edir. Buna görə 
də  Cənub-Şərqi  Şirvan  düzünün,  o  cümlədən    ŞMP-nın  bitki  örtüyü  Kür-Araz  ovalığının    ümumi 
bitki örtüyündən müəyyən mənada xeyli fərlənir. 
Məlum    olduğu  kimi  günəş  enerjisi  biosferdə  gedən  bütün  təbii  proseslərin  baş  verməsi  
üçün  əsas  istilik  mənbəyi  rolunu  oynayır.  Onun  rolu  və  əhəmiyyəti  təbii  landşaftların 
formalaşmasında eləcə də insanın təsərrüfat fəaliyyəti  istiqamətlərinin müəyyənləşdirilməsində son 
dərəcə   böyükdür. Burada günəş  parıltılı saatların  miqdarı düz,  səpələnən  və ümumi radiasiyanın 
intensivliyi  xüsusi  rol  oynayır.  Ümumiyyətlə,  Kür-Araz  ovalığında,  o  cümlədən  ŞMP-da  günəşli  
saatların  davamiyyəti ildə 2200-2400 saatdır. 
Günəş  enerjisinin    belə  çox  olması  Cənub-Şərqi  Şirvan  düzündə  müxtəlif  istiliksevən 
bitkilərin inkişafı üçün əlverişli şərait yaradır. Günəşli saatların illik gedişində  onun ən çox miqdarı 
ilin yay fəslində müşahidə edilir və bu zaman onun kəmiyyəti 900-1000 saata çatır. Ümumiyyətlə, 
günəşli  saatların  maksimum  kəmiyyəti  iyul-avqust,  minimum  kəmiyyəti  isə  dekabr-yanvar 
aylarında qeyd edilir. 
Cənub-Şərqi  Şirvan  dzündə  ümumi  günəş  radiasiyasının  miqdarı  il  ərzində  130-134 
kkal/sm
2
 arasında tərəddüd edir (Ə.M.Şıxlinski, 1968). Ümumi  radiasiyanın ən  yüksək kəmiyyəti  
qeyd  edilən  düzənliyin  cənub-şərq  hissəsində  müşahidə  edilir  və  134  kkal/sm
2
-a  çatır.  ŞMP 
ə
razisində ümumi  günəş radiasiyasının   illik gedişində  iyun-iyul aylarında olmaqla  bir  maksimum 
və  dekabr-yanvar  aylarında  olmaqla    bir  minimum  müşahidə  edilir.  Ümumi  günəş  radiasiyanın 
70%-i  ilin  isti  dövrünə,  yəni  aprel-oktyabr  aylarına  təsadüf  edir.  Günəş  radiasiyasının  belə  çox 
yüksək    kəmiyyəti  ərazidə  biotopların  inkişafına  əlverişsiz  şərait  yaradır.  Bununla  belə  ümumi  
radiasiyanın  belə  yüksək  kəmiyyəti  ərazidə  insanların  günəş  şüaları  ilə  müalicəsinin    müxtəlif 
növlərini təşkil etməyə imkan verir. 
Müxtəlif bitki növlərinin inkişafında FFR-nın  (fəal fotosintetik radiasiya)  çox əhəmiyyətli 
rolu  vardır.  FFR-nın  illik    miqdarı    ŞMP  ərazisində  60-64  kkal/sm
2
  arasında  dəyişir.  Günəş 
istiliyinin  daha  çox  toplandığı    aprel-oktyabr  aylarında  ümumi  FFR-nın  miqdarı  ərazidə  50-54 
kkal/sm
2
-a qədər müşahidə edilir (Ə.C.Əyyubov, 1993). 
Ə
razinin iqlim şəraitinin formalaşmasında əsas rol oynayan təbii  amillərdən biri atmosferin 
ümumi  sirkulyasiyasıdır.  Makro  və  mikroiqlimin  formalaşmasında    səth  örtüyünün  böyük  təsiri 
vardır ki, bu da öz növbəsində həmin rayonda hava və iqlim şəraitinin yaranmasına həlledici  təsir  
göstərir.  Azərbaycanın  ovalıq  və  düzənlikləri  atmosfer  proseslərinin  gedişinə  xüsusi  təsir  göstərir 
ki,  bu  özünü  isti  dövrdə  düzən  hissələrdə  iqlimin  formalaşmasında  daha  aydın  büruzə  verir.  Đsti 
dövrdə, gündüz saatlarında  havanın  səthə  yaxın  hissəsinin güclü qızması tədqiqat rayonunda  barik 
minimumun  (alçaq  təzyiq  sahəsinin)  yaranmasına  səbəb  olur.  Qış  dövründə  isə    burada  əks  şərait 
formalaşır, yəni güclü  soyumanın və soyuq hava kütləsinin toplanması nəticəsində burada  yüksək 
təzyiq  vilayəti  əmələ  gəlir.  Cənub-Şərqi  Şirvan  düzü  ərazisində  atmosfer  sirkulyasiasının 
dinamikasına  və  eləcə  də  hava  kütlələrinin  şimaldan  və  şərqdən  hərəkətinə  Xəzər  dənizinin  də 
böyük  təsiri  vardır. Yay dövrdündə  bu unikal  su hövzəsi Orta Asiyadan  və Xəzərboyu ovalıqdan 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
101 
gələn isti, quru hava kütlələrinin xeyli dərəcədə sərinləşməsinə və rütubətlənməsinə səbəb olur. Qış 
dövründə  isə Xəzər dənizi qeyd edilən  istiqamətlərdən gələn soyuq-kontinentlar hava  kütlələrinin 
müəyyən  qədər mülayimləşməsinə kömək edir. 
Tədqiq edilən ərazidə  hakim küləklər il boyu şimal və şimal-şərq istiqamətli küləklər hesab 
edilir.  Bununla    belə  yay  aylarında  cənub  və  cənub-şərq  istiqamətli  küləklər  daha  çox  müşahidə 
edilir. Ərazidə küləyin orta illik sürəti 3,6 m/san-yə bərabərdir. Süruəti saniyədə 15 m və daha çox 
olan günlər il ərzində 25-30 gün müşahidə edilir. 
Cənub-Şərqi Şirvan düzündə müşahidə edilən quru-isti küləklər ərazidə onsuz da, çox kasıb 
olan  bitki  örtüyünün  inkişafına  və  yayılmasına    mənfi  təsir  göstərir.  Belə  quru-isti  küləklərin  (ağ 
yel) və ən çox iyun-iyul aylarında təkrarlanması müşahidə edilir. 
Ümumiyyətlə,  Azərbaycan  ərazisində,  o  cümlədən  Cənub-Şərqi  Şirvan  düzündə  havanın 
temperaturunun  həm  illik,  həm  də    fəsillər  üzrə  formalaşması  ən  çox  ərazinin  relyef  
xüsusiyyətlərindən asılıdır. Cənub-Şərqi Şirvan düzündə  əsas  iqlim göstəricilərinin çoxillik gedişi 
5.8  şəkilində    nümayiş  etdirilir.  Havanın  temperaturu  müxtəlif    biokomponentlərin,  o  cümlədən 
bitki örtüyünün inkişafında, boy artmasında, yayılmasında həlledici rol oynayan ekzogen amillərdən 
biridir.  Tədqiq  olunan  ərazidə  havanın  temperaturu  relyefin  bircinsli,  düzən  olması  ilə  əlaqədar 
olaraq ərazi üzrə çox da böyük fərqlərə malik deyildir. Ərazidə  havanın orta çoxillik temperaturu 
14,2-14,6
0
C  arasında  dəyişir.  Havanın  mütləq-minimum  temperaturu  isə  -16,  -24
0
C  arasında 
dəyişir.  Havanın  orta  illik  temperatur  amplitudu  isə  10,1
0
C-dir.  Ən  yüksək  aylıq  temperatur  
amplitudu  12
0
  C  olmaqla  may  ayında  qeyd  edilmişdir.  Dekabr-yanvar  aylarında  isə  bu  göstərici 
xeyli  azalır  və  7,9
0
C  müşahidə  edilir.  Havanın  sutkalıq  temperatur  amplitudu  hər  hansı  ərazinin 
iqlim şarəitinin  formalaşmasında xüsusi rol oynayır. Belə ki, bitkilərdə üzvü maddələrin toplanması 
və  çevrilməsi,  mübadiləsi  xeyli  dərəcədə  sutkalıq  temperatur  amplitudundan  asılıdır.  Kontinental 
iqlim  şəraitində  sutkalıq  temperatur  amplitudu  yüksək  olanda  bitkilər  öz  vegetasiyasını  daha  tez 
başa  vurur  və    daha  yüksək  məhsuldarlıq  əldə  edilir.  Q.Ə.Hacıyev  (1977)  tərəfindən  aparılan 
tədqiqatlar  göstərir  ki,  Xəzər  dənizi  də  havnın  sutkalıq  temperaturunun  dəyişməsinə  təsir  edir  və 
dənizdən  ölkənin  içərilərinə  doğru  uzaqlaşdıqca  sutkalıq  temperatur  amplitudu  yüksəlir.  Belə  ki, 
iyul ayında dənizdən 1 km  məsafədə sutkalıq amplitud 0,1
0
C, 5 km-də 0,7
0
C, 10 km-də 1,4
0
C, 20 
km-də 2,8
0
C, 40 km-də 5,6
0
C və s. təşkil edir. 
Havanın rütubəti də ərazidə biotopların formalaşmasında və insanın təsərrüfat fəaliyyətində 
xüsusi ro oynayır. Tursit marşurutlarının təyin edilməsi üçün ŞMP ərazisində havanın həm mütləq, 
həm  də  nisbi  rütubət  göstəricilərinin  sutkalıq  və  illik  gedişinin  öyrənilməsi  də  böyük  əhəmiyyət 
kəsb  edir.  Park    ərazisində  havanın  nisbi  rütubətinin  orta  illik  göstəricisi  70-795  arasında  dəyişir. 
Sahil  zonasında  havanın  rütubətinin  yüksək  göstəricisi  əvvəla  Xəzər  dənizi  kimi  böyük  su 
hövzəsinin  təsiri,  ikincisi  isə  əraziyə  rütubətli  şimal  və  şimal-şərq  istiqamətindən  rütubətli  hava 
kütlələrinin  daxil  olması  ilə  izah  edilir.  Xəzər  dənizi  sahillərindən  Kür-Araz  ovalığının  içərilərinə 
doğru hərəkət etdikcə havanın həm nisbi, və həm də mütləq rütubətliyi azalır. Belə ki, əgər havanın 
nisbi  rütubətlik  göstəricisi  Cənub-Şərqi  Kultuk  adasında  77%  olursa,  Salyanda  74%,  Kürdəmirdə 
72%,  Yevlaxda  68%  müşahidə  edilir.    Nisbi  rütubətin  maksimum  göstəricisi  84-85%  olmaqla 
dekabr-yanvar    aylarında,  minimum  göstəricisi  isə  51-60%  olmaqla  iyul-avqust  aylarında  qeyd 
edilir. Eyni zamanda iyul-avqust  aylarında bəzən ayrı-ayrı günlərdə havanın nisbi rütubəti 30-40%-
ə
  qədər  azalır.  Sutka  ərzində  nisbi  rütubətin  maksimum  kəmiyyəti  səhər  saat  7-00  radələrində, 
minimum kəmiyyəti isə saat 14-15 radələrində, yəni  torpaq səthinin daha çox soyuduğu və qızdığı 
müddət  ərzində  müşahidə  edilir.  Havanın  mütləq  rütubəti  havanın  temperaturundan  asılıdır  və 
onunla  düz  mütənasibdir.  Sahil  zonasında  mütləq  rütubətlik  13-14  mb.  müşahidə  edilir.  Sahildən 
parkın  daxilinə  doğru  uzaqlaşdıqca  onun  miqdarı  azalır.  Məsələn,  Cənub-Şərqi  Kultuk  adasında 
havanın mütləq rütubətliyi 13,7 mb, Salyanda 12,8 mb, Kürdəmirdə 12,2 mb, Yevlaxda isə 11,8 mb 
təşkil edir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə