Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   42   43   44   45   46   47   48   49   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
105 
Şə
kil 5.9. Şirvan Milli Parkı ərazisində səth və qrunt sulari, onların kimyəvi xassələri 
Duzdağ  gölünün  kimyəvi  tərkibinin  formalaşmasında  yüksək  dərəcədə  şorlaşmış  yerlatı 
atmosfer  yağıntıları  və  Duzdağ  palçıq  vulkanın  püskürmə  məhsulları  mühüm  rol  oynayır.  Gölün 
səthi bütünlüklə çökmə duzlarla örtülmüşdür. Fəsillərdən asılı olaraq suyun minerallaşması 55-380 
q/dm
3
          arasında  dəyişir.  pH-ın  qiyməti  5,5-7,9  arasında  dəyişdiyindən,  qələvi  mühit  inkişaf 
etmişdir.  Ümumi  codluq  yüksək  olub,  277,9-1205,7  mq•ekv/dm
3
-ə  çatır.  Gölün  suyu  kimyəvi  
tərkibinə görə  natrium xloridlidir. Yəni Cl › NA+Mg və ya HCO
3
 = O, Li, Pb, Cu, Zn, Cd, Sr, V, 
Cr, Mo, Mn, Co, Ni və s. kimi mikroelementlər YVQH-dən yüksəkdir. Gölün suyunda 450-520 min 
ton müxtəlif duzlar həll olmuşdur. 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
106 
5.2.6. Fauna 
Məlum  olduğu  kimi  Şirvan  Milli  Parkı  yarımsəhra  zonasında  yerləşmişdir.  Buna 
baxmayaraq parkın ərazisində heyvanlar aləminin növ müxtəlifliyi çox rəngarəngdir. Burada suda-
quruda  yaşayanlar,  sürünənlər,  quşlar  və  məməlilər  sinfinə  mənsub  olan  xeyli  miqdarda  fauna 
növləri məskunlaşmışdır. 
MP-ın  ərazisində  yerləşən  Çala  gölünün  ərazisi  100  hektara  yaxın,  dərinliyi  0,3-1,0  m-ə 
qədərdir. Göldə müxtəlif su bitkiləri ilə yanaşı, çox sıx örtüyə malik qamışlıqlar yaxşı inkişaf etdiyi 
üçün,  su  quşları,  balıqlar,  həşəratla  qidalanan  kiçik  məməlilər  (sahil  ərazilərdə),  çöl  donuzları,  bir 
sıra amfibilər və sürünənlər (su ilanları – təlxələr, bataqlıq tısbağaları) məskunlaşmışdır. 
Buradakı göldə və Xəzərin sahillərində 65 növə qədər quş, Çala göldə və kanallarda 12 növ 
balıq, Milli Parkın ərazisində – qunduz, tülkü, çaqqal, canavar, dovşan, xəzər suitisi, porsuq, oxlu 
kirpi – tirəndaz, kiçik Asiya ərəbdovşanı kimi iri məməli heyvanlar yaşayırlar.  
Milli  Parkın  ərazisində  yayı  quraq  keçən  mülayim  –  isti  yarımsəhra  və  quru  bozqır  tipli 
iqlim üstünlük təşkil edir. Ərazidə təbii çay və bulaqlar mövcud deyildir. Parkın şimal hissəsindən 
Baş Şirvan kollektoru, ərazinin şərq hissəsi Xəzər dənizinin sahil xəttilə sərhədlənir. 
Su  mənbələrindən  biri  də  (əsas  hesab  edilən)  Çala  gölüdür.  Başqa  adla  –  Qızılqaz  adlanır. 
Bu  su  mənbələri  ceyranları  su  ilə  tam  da  olmasa  təmin  edir.  Göstərilən  su  mənbələri  qışda  əksər 
hallarda buz bağlamır, bu isə quşların və məməlilərin həyatı üçün çox mühüm amildir. 
Milli Parkın ərazisində  mövcud olan  landşaft tipləri burada  məskunlaşmış  fauna  növlərinin 
biomüxtəlifliyinin  formalaşması  və  yaşaması  üçün  çox  mühüm  amil  hesab  olunur.  Belə 
landşaftlardan qaraşoranlı, duzlaq – çoğanlı və Şahsevdi, çəmənli-yovşanlı və yarımsəhra bitkiləri, 
yovşan-efemerli,  xoştəkli,  yovşanlı,  dənli-müxtəlifotlu,  efemerli,sahil  qumlu  və  çala-çəmən  kimi 
bitki örtükləri dominantlıq təşkil edir. 
Landşaft,  relyef  və  iqlim  xüsusiyyətləri.  Şirvan  Milli  Parkının  ərazisində  bir  sıra  amfibi 
növlərinin  xarakterik  nümayəndələrinin  ərazidə  məskunlaşmasına  səbəb  olmuşdur.  Burada 
amfibilərin  4  növü  daha  geniş  yayılmışdır  (cədvəl  5.10,  5.11).  –  yaşıl  quru  qurbağası,  Suriya 
sarımsaqiyli  qurbağası,  göl  qurbağası  və  Kiçik  Asiya  ağac  qurbağası.  Cədvəldə  onların  statusları 
verildiyi üçün təkrar etməyə ehtiyac yoxdur. 
Parkın ərazisində 17-yə qədər sürünənlər faunasının növləri yayılmışdır. Onların mühüm və 
xarakterik  növlərinin  cədvəldə  göstərilir.Onlardan  aralıqdənizi  və  ya  quru  tısbağası  Azərbaycanın 
Qırmızı  kitabı  və  Beynəlxalq  TMĐ  qırmızı  siyahısına  salınmışdır.  Bu  ərazidə  məsçkunlaşmış 
sürünənlər  uyğun  landşaft  və  biotoplarda  diqqəti  daha  cəlb  edir.  Sürünənlər  sinfinin 
nümayəndələrindən  Xəzər  gekkonu,  cəld  kərtənkələ,  zolaqlı  kərtənkələ,  rəngbərəng  kərtənkələ, 
zeytun təlxə, xaltalı eyrenis, cənubi qafqaz gürzəsi və s. xarakterik növlər hesab edilir. 
Son  ədəbiyyatlarda  quru  tısbağasını  nadir  və  nəsli  kəsilmək  üzrə  olan  növ  kimi  təqdim 
edirlər. Əslində bu heyvanın Azərbaycandakı hazırkı durumu kütləvi növ vəziyyətindədir. 
Ş
irvan  Milli  Parkının  ərazisində  olan  müvafiq  landşaftlarda  230-a  yaxın  quş  növü  qeydə 
alınmışdır. Belə zəngin biomüxtəlifliyin əsas səbəbi sözü gedən ərazinin kütləvi miqrasiya yolunda 
olması və qidalı biotopların çoxluğudur. 
Parkın ərazisində və Xəzərin sahil suülarında quşların qışlaması üçün zəruri şəraitin olması 
(suların donmaması)  bu  heyvanları oraya daha  çox cəlb  edir. Cədvəldə  Milli Parkın  landşaftlarına 
daha  çox üstünlük  verən  xarakterik  növlər göstərilmişdir. Bunlardan qazkimilər (fısıldayan qu)  və 
toyuqkimilər dəstəsindən (turac) olan növlərin çoxu Azərbaycanın Qırmızı kitabına və Beynəlxalq 
Təbiəti  MĐ-nın  Qırmızı  siyahısına  daxil  edilmişdir.  Qırmızıdöş,  boz,  ağalın  və  ağdöş  qazlar  Milli 
Parkın  açıq  su  hövzələrində,  yarımsəhraların  dənli-efemer,  yovşanlı-efemer  və  digər  bitki 
fomasiyaları olan landşaftlarda qidalanırlar. 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
107 
Çala göllərinin (Böyük və Kiçik) 60-65 faizini örtmüş qamış və digər su bitkiləri sözü gedən 
göllərdə – su  fərəsi (Rallus aquaticus), adi porzan (Porzana porzana), kiçik porzan (P.parva)    və 
qamışlıq fərələri (Gallinula chloropus) üçün əsas istirahət, çoxalma və qida biotoplarıdır. 
Milli Parkın ərazisində məskunlaşmış yırtıcı quşlar dəstəsindən (Falconiformes) olan növlər 
daha  xarakterik  hesab  olunur.  Bunlardan  ağquyruq  dəniz  qartalı  (Hallialetus  albisilla),  çöl  qartalı 
(Aquilla  rapax),  məzar  qartalı  (Aquilla  heliaca),  şahin  (Falco  peregrimus)  və  s.    növlər  ərazinin 
cənub-qərb və cənub-şərq sahələrində kiçik ərazilərdə yayılmışlar. 
Qeyd etmək lazımdır ki, Milli Parkın ərazisində – Azərbaycanda və dünyada təhlükədə olan 
növlərdən  30-34  növünə  təsadüf  edilir.  Bu  növlərdən  10-u  həm  Azərbaycanın  və  həm  də 
Beynəlxalq  (Qırmız  kitab  və  Qırmızı  siyahı)  siyahıya,  14-növü  ancaq  Azərbaycanın  Qıvrmızı 
kitabına,  10  növü  isə  yalnız  Beynəlxalq  Təbiəti  Mühafizə  Đttifaqının  Qırmızı  siyahısına  daxil 
edilmişdimr. Şirvan  Milli Parkının çox rəngarəng olan  landşaftları  bu ərazidə  məskunlaşmış  suda-
quruda yaşayanlar  və quşlar  faunasının  biomüxtəlifliyinin  həyat şəraiti üçün əlverişli olduğu kimi, 
Azərbaycan  faunasının  əsası  olan  məməlilər  sinifinin  demək  olar  ki,  bütün  dəstələrindən  olan 
növləri  üçün  də  əlverişli  göstərilmiş  məməli  heyvanlar-bu  faunanın  xarakterik  dəstəlirinin 
nümayəndələri  sayılır.  Bunlardan  həşəratyeyənlər,  yarasalar,  gəmiricilər,  dovşankimilər,  yırtıcılar, 
kürəkayaqlılar  və s. cütdırnaqlılar dəstəsinin  növlərin əhatə edir. Bunların  içərisində cütdırnaqlılar 
dəstəsinin çöl donuzukimilər fəsiləsinə məxsus olan – çöldonuzu ən çox su-bataqlıq sahələri və bu 
sahələrə yaxın olan ərazilərdə məskunlaşmışlar. Onlar sayca çox olmasa da, ancaq qida zəncirindəki 
roluna  görə  çox  mühüm  əhəmiyyət  kəsb  edir.  Sözü  gedən  dəstənin  boşbuynuzlular  fəsiləsinə 
(Bovidae) mənsub olan ceyran (Gazelle subgutturosa) Milli Park faunasının özəyini təşkil edir. Bu 
növ bütün statuslara (regional və Beynəlxalq) daxil edilmişdir. Vaxtilə (XĐX əsr və XX əsrin birinci 
yarısına qədər) Azərbaycan ərazisinin bütün aran (Kür-Araz ovalığı, Acınohur, Ceyrançöl, Korçay, 
Qarabağ çöllərinin, bütün Kür və Araz boyu sahələr) sahələrini əhatə edərək, sayca 55-60 min başa 
qədər olmuşdur. 
 
5.3. Qiymətləndirmə mərhələsi 
5.3.1. Bitoplar 
Təbii resursların, və həm də, nadir, kökü kəsilməkdə olan, relikt və endemik bitgi növlərinin 
Ş
irvan Milli Parkında mühafizəsinin öz xüsusiyyətləri vardır. Bu relyefin müxtəlifliyi, iqlim-torpaq 
şə
raiti və digər abiotik əlamətlər və ekoloji amillərlə əlaqədardır.  
Ş
irvan  Milli  Parkı  və  ətraf  ərazilərinin  biotoplarının  əhəmiyyəti  (əhəmiyyətlilik)  və 
həssaslığını  qiymətləndirmək  üçün  hər  şeydən  əvvəl  relikt  və  endemik  bitgi  növlərinin  siyahısı 
müəyyənləşdirildi  (cədvəl  5.7).  Bunun  üçün  əsasən  “Azərbaycanın  Florası”,  “Azərbaycanın 
endemləri”, “Azərbaycanın Qırmızı Kitabı”, “Cənub-Şərqi Şirvanın flora və bitgi örtüyü” kitabları 
və ekspertin şəxsi müşahidələrindən istifadə olunmuşdur. 
Cədvəl  5.7-dən  göründüyü  kimi  irimiqyaslı  landşaft  planlaşdırması  üçün  Qafqaz  -  Salsola 
nodulosa,  Astragalus  hyrcanus
,  A.  Stevenianus,  Medicado  caucasica,  Carduks  seminudus 
Azərbaycan  endemlərinin  –  Calligonum  bakuense,  Artemisia  szowitsiana,  Taraxacum  desertorum 
yayıldığı areallar müəyyənləşdirildi. Onlar kserofit və mezofit ekoloji qruppasına daxildirlər.  
Bütün  ŞMP  və  onun  ətraf  ərazilərində  endemiklərin  8  (bütün  növ  bitgilərin  5,1%-i)  növü 
bitir. Onlardan 5 növ (3,2%) Qafqazın endemi və 3-ü isə (1,9%) Azərbaycanın endemidir. 
Biotopların  əhəmiyyət  və  həssaslıq  xəritəsini  tərtib  etmək  üçün  əsas  inventar  materialları 
kimi  yerquruluşu  planı  (miqyas  1:25  000),  topoqrafik  xəritələr,  yuxarıda  qeyd  olunan  ədəbiyyat 
mənbələrinin, aeorokosmik şəkillərin və başqa mənbələrin  analizlərindən istifadə olundu.  
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə