Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   44   45   46   47   48   49   50   51   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
110 
 
 
Şə
kil 5.10. Şirvan Milli Parkı və onun ətraf ərazilərinin biotoplarının əhəmiyyətlilik xəritəsi 
 
Biotoplar  həssaslığına  görə  də  üç  qradasiyaya  bölünmüşdür:  yüksəkhəssaslı,  ortahəssaslı  və 
aşağı  həssaslı (cədvəl 5.9). Şəkil 5.11-də  misal kimi  naxılan parkın  və ətraf  ərazinin  biotoplarının 
hıssaslıq xəritəsi verilmişdir.  


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
111 
 
Şə
kil 5.11. Şirvan Milli Parkı və ətraf ərazilərin biotoplarının həssaslıq xəritəsi 
 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
112 
Ə
razidə  bitgilərin  həyat  formaları  və  coğrafi  tipi  5.7  cədvəlində  verilmişdir.  Coğrafi  analiz 
zamanı  floranın  5  tip  areala  uyğun  gəldiyi  müəyyən  edilmişdir.  Burada  relikt  və  endemik  növ 
bitgilərindən  (həyat  formasına  görə)  kollar  (Calligonum  bakuense),  yarımkollar(Astragalus 
hyrcanus),  kolcuqlar  (Salsola  nodulosa≈gemmascens),  yarımkolcuqlar  (Artemisia  szowitziana), 
çoxillik  otlar  (Astragalus  stevenianus,  Medicado  caucasica,  Taraxacum  desertoum)  və 
Polygonaceae,  Chenopodiaceae,  Fabaceae  и  Asteraceae 
ailəsinə  daxil  olan  ikillik  (Carduus 
seminudus
) otlara rast gəlinir.  
Milli park və ətraf ərazilərin növ (və biotopların) əhəmiyyətliliyi və həssaslığı assosiasiyaların 
strüktur göstəriciləri və növ tərkibi əsasında aparılmışdır. Nadir, yox olmaq təhlükəsi qrşısında olan 
və endemik bitgilər haqqında məlumat, və həm də, bitgi örtüyünun fitosenotik xüsusiyyətləri (növ 
tərkibi, həyat forması, bitginin formalaşması, nadir və endemik bitgilərin mövcudluğu, və həm də, 
torpaq  səthinin  bitgi  örtüyü  ilə  tam  örtülməsi  və  s.)  nəzərə  alınmışdır.  (Artomonov,  1989;  Səhra 
zonalarında aerokosmik şəkilləri tətbiq etməklə otlaqların xəritəsinin tərtib olunmasına dair metodik 
göstəriş, 1984; Azərbaycanın endemləri, 1973) 
 
5.3.2. Torpaqların qiymətləndirilməsi 
Ə
razinin  əhəmiyyət  və  həssaslığına,  və  həm  də,  məqsədlərin  növünə  görə  torpaq  xəritəsi 
“Landşaft  planlaşdırılması  üzrə  metodik  göstərişlər”  (2005);  “Azərbaycan  torpaqlarının  ekoloji 
qiymətləndirilməsi”  (2002);  “Şirvan  qoruğunun  torpaq  xəritəsi”  (2001);  “Bəndovan  təbii 
yasaqlığının  torpaqlarinin  bonitet  kartoqramı”  (2002);  “Səlyan  və  Neftçala  rayonlarının  torpaq 
quruluşu  planı  və  torpaq  xəritəsi”  (2004);  və  qeyri  kartoqrafik  informasiya  (Hacıyev,  1996; 
Azərbaycan  respublikasının  torpaq  kodeksi,  1999;  Azərbaycan  SSR-nin  qərmızı  kitabı,  1989; 
Landşaft planlaşdırılması və təbiəti mühafizə, 2006)  əsasında aparılmışdır.  
Ş
irvan  Milli  Parkının  torpaqları  tip  və  yarımtiplərin  taksonlar  səviyyəsində 
sinifləşdirilmişdir və bu ayırmanın əsasında mexaniki tərkib, batalıq və şoranlıq durur (cədvəl 5.3).  
Eyni zamanda Dövlət Torpaq və Kartoqrafiya  Komitəsi  və  “Azhiprozem” Đnstutuun fond  və arxiv 
materiallarından istifadə olunmuşdur.  
Ə
həmiyyətliliyi  (şəkil  5.12)  və  həssaslığı  (şəkil  5.13)  qiymətləndirdikdə  əsas  məqsəd 
torpaqların təsnifatıdır. Şirvan Milli Parkı ərazisində boz, açıq-boz-çəmən, çəmən-bataqlıq, şoranlı 
və dəniz-qumlu torpaq tipləri ayrılır. 
Təqdim  olunmuş  təsnifatda  torpaq  taksonlarının  bütün  səciyyəvi  tip  və  yarımtipləri 
mexaniki  tərkib  şkalasına,  şoranlıq,  batqlıq  və  başqa  edafik  göstəricilərinə  görə  diaqnostik 
xüsusiyyətə  malikdir  (cədvəl  5.3).  Ancaq,  aerokosmik  şəkillərin  analizi  göstərir  ki,  boz  torpaqlar 
üçün əsas deşifrə əlaməti açıq-boz, şoranlıq üçün isə açıq tondur.  
Ş
irvan  Milli  Parkının  torpaqlarının  təsnifatının  əsasını  M.E.Salayev  (1991)  və 
Q.Ş.Məmmədovun (2000) məlumatları təşkil edir.  
Aşağıda  torpaqların  morfoloji  əlamətləri  və  bioekoloji  xüsusiyyətləri  verilir,  hansılar  ki, 
landşaft planlaşdırılması üçün vacib əhəmiyyət kəsb  edir.  Qeyd etmək  lazımdır ki, torpaq-ekoloji 
baxımdan  ən  gərgin  yerlərdən  Babazənan,  Cənubi  Kürsəngi  neft  yataqlarını  və  Durovdağ  palçıq 
vulkanını göstərmək olar. Bu yerlərdə torpaq neftlə çirklənmişdir.  
Ş
irvan  Milli  Parkı  və  onun  ətraf  ərazisində  torpağın  əhəmiyyətliliyi  və  həssaslığı  üç 
qradasiyada  aparılmışdır:  yüksək,  orta  və  aşağı  (cəvəl  5.3).  Onlar  mexaniki  tərkibə  uyğun  olaraq 
göstərilmişdir.  Bunula  yanaşı  torpağın  tip,  yarımtip,  məhsuldarlıq,  bonitet,  fiziki-kimyəvi  xassələr 
və mexaniki tərkib də nəzərə alınmışdır. Müvafiq konturların nömrələri aşağıdakılardır: 
1. Gilli(1, 3, 11, 13, 2, 4, 12, 14); 
2. Ortagilli (10, 23, 24, 25); 
3. Ağırgilli (7, 5, 17, 8, 15, 19, 20, 22, 18, 6, 9, 21, 16, 26);  
          4. Qumlu (27). 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
113 
 
 
Şə
kil 5.12. Şirvan Milli Parkı və ətraf ərazilərin torpaqlarinin əhəmiyyət xəritəsi


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
114 
 
 
Şə
kil 5.13. Şirvan Milli Parkı və ətraf ərazilərin torpaqlarinin həssaslıq xəritəsi 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
115 
5.3.3. Hidrogeoloji və hidroloji qiymətləndirmə 
Keçmiş  Azərbaycan  Geologiya    Đdarəsinin  və  AMEA  Geologiya  Đnstitutunun  əməkdaşları 
tərəfindən Şirvan düzü ərazisinin qrunt sularının səviyyəsi, minerallaşması və tərkibi xəritəsi tərtib 
edilmişdir  (Əliyev,  2000).  Həmin    xəritədən  görünür  ki,  Cənub-Şərqi  Şirvan  düzünün  bütün 
ə
razisində qrunt suları mövcuddur. Onların  yerləşmə dərinliyi 0,1 metrlə 3-5 metr  arasında dəyişir. 
Bu suların axım istiqaməti düzənliyin mərkəzinə doğrudur. Qrunt sularının səviyyə mailliyi 0,001-
0,002,  qum  üçün  infiltrasiya  əmsalı  isə,  1,5-10  m/gün  təşkil  edir.  Onların  minerallaşması  xeyli  
yüksək  olub  2-50  q/l  arasında  tərəddüd  edir.  Odur  ki,    bu  sular  istifadəyə  yararsızdır.  Ümumi  
minerallaşma  düzənliyin  mərkəzinə  doğru  artır.  Duzların  tərkibində  natrium  xlor  üstünlük  təşkil 
edir. Ümumi duzların 80%-ə qədəri onun payına düşür. 
Məlumdur  ki,  qrunt  sularının  torpağa  təsiri  onun  yerləşmə  dərinliyindən  asılıdır.  Torpağın 
üst  horizontlarında  duzların  toplanmasına  «böhran  dərinliyi»ndə  yerləşən  qrunt  suları  güclü  təsir 
göstərir.  Milli  Park  ərazisi  üçün  qrunt  sularının,  «böhran  dərinliyi»    0,5-1,75  m  təşkil  edir. 
A.K.Əlimovun (1996) məlumatına görə suvarma kanallarının təsiri ilə Cənub Şərqi Şirvan düzündə 
qrunt sularının səviyyəsi 1,38 m qalxmışdır. Qrunt sularının yerləşmə dərəcəsi relyefin xarakteri ilə 
yanaşı,  həm  də  ərazinin  iqlim  şəraitindən  asılıdır.  Ərazinin  iqlimi  quru  subtropik  olmaqla, 
Ə
.M.Şıxlinskiyə (1968) görə havanın orta illik temperaturu 14-15
0
-yə, yağıntının orta illik miqdarı 
isə  300-350  mm-ə  çatır.  Yağıntı  il  ərzində  qeyri-bərabər  paylanır:  maksimum  yazda  və  payızda, 
minimum  isə  yayda  müşahidə  olunur.  Đlin  çox  hissəsində  rütubət    çatışmazlığı  ilə  xarakterizə 
olunur. Havanın nisbi rütubətliyi yüksək olub (orta illik 73%), yayda 60%, qışda isə 84% təşkil edir. 
Hətta  belə şəraitdə, torpağın zəif su keçirməsi ilə əlaqədar, yağış yağdıqda səthi axım yaranır. 
Landşaft planlaşdırılmasında  suyun keyfiyyətinin  qiymətləndirilməsi də  mühüm  əhəmiyyət 
kəsb  edir.  Suyun  keyfiyyətinin    qiymətləndirilməsi  də  mühüm  əhəmiyyət  kəsb  edir.  Suyun 
keyfiyyətinin əsas göstəricilərindən biri onun tərkibində  həll olmuş kalsium və  maqnezium duzları 
ilə  müəyyən    olunan  codluq  hesab  olunur.  Minerallaşma  müəyyən  dərəcədə  suyun  codluq 
göstəricisini ifadə edir. Minerallaşmanın dəyişməsilə  codluq da dəyişir. 
Düzənlik ərazisində suyun codluğuna görə iki zona ayrılır (şəkil 5.9).  
1) Suyu  cod olan zona (6-9 mq.ekv) düzənliyin cənub və mərkəzi hissəsini əhatə edir. 
2) Suyu çox cod olan zona (9 mq.ekv-dən çox) düzənliyin şimal hissəsini əhatə edir. 
Suyun  minerallaşma  dərəcəsi  və  codluğu  onun  müxtəlif  məqsədlər  üçün  istifadəyə 
yararlılığını müəyyən edir. Qeyd olunanlardan görürünr ki, ərazidəki sular suvarma və içmək üçün 
yararlı olmasa da, ceyranların  suya olan tələbatının ödənilməsində istifadə oluna bilər. 
Beləliklə,  düzənlik  ərazisində  suvat  məqsədilə  yaralılığına    görə  üç  zona  ayrılmışdır  (şəkil 
5.9). 
1.Suyu nisbətən yararlı olan zona-ərazinin cənub-qərb hissəsini əhatə edir; 
2.Suyu orta yararlı olan zona-düzənliyin mərkəzi  hissəsini əhatə edir; 
3.Suyu az yararlı olan zona düzənliyin şimal hissəsini əhatə edir. 
 
5.3.4. Aqroiqlim ehtiyatlarının qiymətləndirilməsi 
Ş
MP-nın  mikroiqlim  xüsusiyyətləri  əvvəllər  Neftçala  rayoununda  dəniz  sahilindən  5  m  və 
200  m  məsafədə  aparılmış  mikroiqlim  tədqiqatları  əsasında  təhlil  edilmişdir  (Əyyubov,  Hacıyev, 
1989). Həmin dövrdə  aparılmış mikroiqlim tədqiqatları nəticəsində müəyyən  edilmişdir ki, səhər 
saat  8-də  hər  iki  müşahidə    məntəqəsində  havanın  temperatru  eyni  22
0
C  olmuşdur.  Qeyd  etmək 
lazıdır ki, həmin mikroiqlim tədqiqatları iyul-avqust aylarında aparılmışdır. 1-ci cədvəldə Neftçala 
rayonu ərazisində, dəniz sahilindən 5 m və 200 m məsafələrdə gün  ərzində havanın temperaturunun 
gedişi və onlar arasındakı fərqlər göstərilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə