Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   48   49   50   51   52   53   54   55   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
121 
ə
razilərdə  və  həm  də  Şirvan  Milli  Parkının  içərilərində  (şəxsi  müşahidə)  güclü  deqradasiya  və 
səhralaşma gedir. 
Ə
hali tərəfindən torpaqdan istifadənin genişlənməsini Yenikənd kəndinin ərazisinin inkişafı 
misalında  göstərmək  olar.  Aerokosmik  şəkillərin  analizinə  əsasən  (şəkil  5.16)  1976-1998-ci  illər 
dövründə bu kəndin ərazisi dörd dəfə artmışdır (torpaqdan istifadə xərirəsinə bax). 
 
Şə
kil 5.16. Topoqrafik xəritələr və aerokosmik şəkillər əsasında Yenikənd kəndinin ərazisinin 
dəyişməsinin müəyyənləşdirilməsi 
 
 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
122 
 
 
Şə
kil 5.17. Şirvan Milli Parkında şoranlaşmış ərazilərin artması (müxtəlif illərin aerokosmik 
şə
killəri əsasında) 
 
 
Dəyişmə  həm  də  torpaq  təbii  mühitində  baş  vermişdir.  5.17  şəkilində  aeorokosmik 
məlumatlar  əsasında  Şirvan  Milli  Parkı  və  onun  ətraf  ərazilərində  şoranlıq  və  bataqlıqların 
ə
razilərinin artması nümayiş etdirilmişdir.  
Son məlumatlara görə Səlyan rayonunda kənd təsərrüfatı istehsalının göstəriciləri aşağıdakı 
kimidir:  ət  –  3938,  süd  –  32994  ton/il,  yumurta  –  19106  dənə/il.  Kənd  təsərrüfatı  sahələri  (ha): 
kartof – 17622, tərəvəz – 1396, bostan – 601, üzüm – 275, bağlar – 151, dənli bitgilər – 9408. 
Nefçala  rayonunda  kənd  təsərrüfatı  istehsalının  göstəriciləri:  ət  –  3938 ton/il,  süd  –  32994 
ton/il, yumurta – 19106 dənə/il. Kənd təsərrüfatı sahələri (ha): kartof – 97, tərəvəz – 200, bostan – 
83, üzüm – 8, bağlar – 1486, dənli bitgilər – 9818. 
Bu  rayonlarda  2004-cü  il  ilə  müqayisədə  dənli  bitgilər  və  üzüm  bağlarının  sahəsi  azalmış, 
kartof  əkilən  sahələr  isə  xeyli  artmışdır.  Tərəvəz  və  bostan,  bağ  sahələrində  də  artım  müşahidə 
olunur.  
Ə
razidə  sənayenin  əsas  növü  balıqartırma  və  ovu,  ağac  və  taxta  emalı,  qida  məhsulları  və 
neft hasilatı idi.  


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
123 
 
Şə
kil 5.18. Tədqiqat regionunun sosial-iqtisadi göstəriciləri 
 
Demoqrafik  şərait
  (şəkil  5.18).  Şirvan  Milli  Parkı  əsasən  Səlyan  və  Nefçala  inzibati 
rayonlarının torpaqları ilə əhatə olunmuşdur. Bu rayonlarda müvafiq olataq 116000 və 74000 əhali 
yaşayır. Müvafiq olaraq rayoların əhalisinin sıxlığı 64  və 51 nəfər/km
2
 təşkil edir. Hazırda Səlyan 
rayonu  əhalisinin  34%-i,  Nefçala  rayonu  əhalisinin  isə  44%-i  şəhərlərdə  yaşayır.  Rəsmi 
məlumatlara görə ailənin sayı Səlyan rayonunda 4,8, Nefçala rayonunda 4,3 nəfərdir.  
Bu  rayonlarda  65%  ailələrdə  adamların  yaşı  60-dan  cavandır,  ancaq  1%  ailədə  əhali  60 
yaşdan yuxarıdır.  34% ailənin yaşayışçıları qarışıqdır, yəni 60 yaşdan yuxarı və aşağı vardır.  
Bazar iqtisadiyyatına keçməklə əlaqıdar bu rayonlarda kənd təsərrüfatı, balıqçılıq və sənaye 
tənəzzülə  uğradı.  Xəzər  dənizinin  səviyyəsinin  qalxması  da  vəziyyəti  dərinləşdirdi,  və  bütün 
bunların nəticəsində sosial-iqtisadi şərait pisləşdi. Hazırda yaxşılaşma meyli müşahidə olunur.  
 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
124 
 
 
Şə
kil 5.19. Şirvan Milli Parkı və onun bufer zonasının torpaqdan müasir istifadə xəritəsi 
 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
125 
Neft  sənayesi
.  Şirvan  Milli  Parkının  ərazisində  Şirvan  Qoruğunda,  və  parkın  ətraflarında 
Babazənən və Cənubi Kürsəngidə neft istehsal olunur.   
Kommunikasiyalar
. Şirvan Milli Parkının qərb tərəfindən Bakı-Astara avtomobil yolu keçir, 
hazırda  onun  genişləndirilməsi  gedir,  və  bu  beynəlxalq  əhəmiiyətli  Bakı-Tehran  yoluna 
çevriləcəkdir. 
Ş
MP-nin  ərazisindən  arzuolunmayan  yüksək  gərginlili  elektrik  xətləri  keçir.  Burada 
ə
vvəlcədən çəkilmiş kanallar və kollektorlar mövcuddur.  
Ş
irvan  Milli  Parkının,  bizim  şərti  olaraq  qəbul  etdiyimiz  ətrafı  ilə  birlikdə  76400  ha  təşkil 
edir. Bu ərazidə 20 yaşayış məntəqəsi (kənd, qəsəbə və s.) yerləşib və 30000 yaxın əhali yaşayır və 
bu da Səlyan və Nefçala rayonlarının cəmi əhalisinin 16%-dir.  
Beləliklə,  şəkil  5.19-də  Şirvan  Milli  Parkı  və  ətraf  əarzilərin  müasir  ümumi  torpaqdan 
istifadə xəritəsi verilmişdir.  
 
5.4. Sahə və inteqrasiya olunmuş məqsədlər 
Məqsədlərin  növünü,  Şirvan  Milli  Parkı  və  onun  bufer  zonasında  birgi  örtüyünün 
mühafizəsini,  müəyyən  etmək  üçün  biotopların  əhəmiyyət  və  həssalıq  (aşağı,  orta  və  yüksək) 
qradasiyaları  nəzərə  alınmışdır.  Şirvan  Milli  Parklarının  bu  landşaft  prinsipləri  ilə  əlaqədar 
inventarizasiya  xəritələrinin  əhəmiyyət  və  həssaslığa  görə  zonalaşdırılması  əsasında  məqsədlərin 
aşağıdakı növləri işlənmişdir: 
mühafizə, inkişaf və yaxşılaşdırma.  
Sonradan Şirvan Milli Parkında biotopların mühafizəsi üçün ərazi inkişafının məqsədlər tipi 
xəritəsi  tərtib  olunmuşdur  (şəkil  5.20,  cədvəl  12).  Burada,  xəritənin  biotop  konturlarında,  yeyilən 
fitomassanın məhsuldarlığı (sentner/ha), strükturu və səthi örtməsi göstərilmişdir.  
Cədvəl 12-dən göründüyü kimi məqsədlərin birinci növü “mühafizədir”, haradakı, iki biotop 
ayrılmışdır: a) efemerli–ətiryovşanlı; b) ətiryovşanlı–dağşorangəli.    
Məqsədlərin  ikinci  növü  –  “inkişaf”,  efemerli–ətiryovşanlı-ağacşəkilli  çərənli, 
qarışıqefemerli,    ətiryovşanlı-  ağacşəkilli  çərənli,  qaraçayır  –  adi  dəvə  tikanlı  və  cənub  yulğunlu  
biotoplara yönəlmişdir. 
Məqsədlərin  üçüncü  növü  –  “yaxşılaşdırma”,  aşağı  əhəmiyyətlilik  dərəcəsinə  malik  olan 
biotopları  nəzərdə  tutur.    Məqsədlərin  bu  növünə  aşağıdakı  biotoplar  daxildir:  qaraşoranlı  – 
xəzərsahili şahsevdili, efemerli–xəzərsarıbaşlı, ağacşəkilli çərənli–xəzərsahili şahsevdili, efemerli–
gəngizli  və s. 
Aşağıda  məqsəd növlərinin mənalı izahı təqdim olunur. 
Mühafizə 
•  Bitgi  örtüyünü  mühafizə  və  bərpa  məqsədi  ilə  məskunlaşmış  heyvanlara  müvəqqəti 
qadağan. 
•  Boz  torpaqlardakı  (Bromus  japonicus,  Lolium  rigidum,  Artemisia  fragrans,  Salsola 
nodusola
),  efemerli–ətiryovşanlı    və  ətiryovşanlı–dağşorangəli  biotoplar,  onlar  yaxşı  yem 
keyfiyyətinə  malikdir,  yem  otları  kimi  səpilə  bilər,  qumuslu  torpaqlarda  süni  fitosenoz 
yarada bilərlər.  
Đ
nkişaf 
•  Məskunlaşmış  heyvanların  sıxlığı  və  təzyiqini  azaltmaqla  çəmən-dərə  fitosenozlarının 
inkişafı, və həm də, otluğu bərpa etmək üçün rasional istifadənin planlaşdırılması. 
•  Rütubətli  şoran  torpaqlardakı    qaraçayır–adi  dəvə  tikanlı  biotoplar  (Aeluropus  littoralis, 
Alhadi  pseudoalhadi 
və  s.  səth  örtüyü  40-60%  olan  mezafit  bitgilər,  yüksəkməhsuldarlılar 
(4-5 sentner/ha), ceyranlar üçün orta keyfiyyətli yem, əkməyə yararlıdır. 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə