Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   45   46   47   48   49   50   51   52   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
116 
Havanın temperaturunun gündəlik gedişi və onlar arasında fərqlər 
Dənizdən məsafə 
Müşahidə saatları 
Sahil 

10 
12 
14 
16 
18 
20 
Dənizdən 5 m kənarda 
22,0  23,8  24,9  25,4  25,8  25,7  24,2 
Dənizdən 5 m kənarda 
22,0  24,0  25,5  26,4  26,6  26,1  23,8 
Fərqlər   
0,0 
-0,2 
-0,6 
-0,1 
-0,8 
-0,4 
0,4 
 
Cədvəldən  göründüyü  kimi  səhər  saatlarında  müşahidə  məntəqələri  arasında  havanın 
temperatur    fərqləri  arasında  fərq  müşahidə    edilmir.  Sahildən  uzaqlaşdıqca  gündüz  saatlarında 
dənizin  təsiri artır, axşam saatlarında isə azalır və dənizdən 200m aralıda hava 5m aralıya nisbətən  
az qızır.  
Ş
MP-nın yarımsəhra landşaftında aparılmış mikroiqlim  müşahidələri  göstərir ki, dənizdən 
200  m  məsafə    intervalında  sutkanın  müxtəlif  vaxtlarından  asılı  olaraq  aydın,  buludsuz  hava 
şə
raitində havanın nisbi rütubəti 1%-dən 10%-ə qədər miqdar arasında fərqlənə bilir. 
Ş
MP-nın aqroiqlim ehtiyatları xəritəsi 5.14 şəkilində göstərilir. Bu şəkildə havanın 100-dən 
yuxarı  fəal  temperatur  cəmi,  rütubətlənmə  göstəricisi  olan  Md,  FFR  kimi  əsas  aqroiqlim 
göstəricilərinin kəmiyyətləri göstərilir. 
Ə
razidə  fəal  temperatur  cəmi  4400-4600
0
  arasında  dəyişir.  Onun  kəmiyyəti  şimal-şərqdən 
cənub qərbə doğru azalır. Fəal temperatur cəminin  belə  yüksək göstəricisinə  malik olan ərazilərdə 
adətən  bir  sıra  istisevən    bitkilər  inkişaf  edir  və  yayılır.  Eyni  zamanda  böyük  isti  ehtiyatı  və  su 
ehtiyatlarının çatışmaması bitki örtüyünün kasıb olmasına, yəni  yarımsəhra və quru-çöl bitkilərinin 
yayılmasına səbəb olur. 
Rütubətlənmə göstəricisi olan MD D.Đ.Şaşko (1958) tərəfindən təklif  olunan düstur əsasında 
hesablanmışdır. 
)
)
(
(
e
E
P
Md

Σ
=
 
Bu göstərici isə məlum olduğu kimi atmosfer yağıntılarının illik miqdarının (P)  illik rütubət 
çatışmazlığı cəminə (E-e) nisbəti ilə ifadə olunur. Tədqiq olunan ərazidə Md-nin kəmiyyəti 0,06 ilə 
0,10  arasında  dəyişqir.  Ə.C.Əyyubovun  (1968)  tədqiqatlarına  görə  Azərbacan  ərazisində 
rütubətlənmə göstəricisinin kəmiyyətinə görə 6 zona ayrılır: ifrat rütubətlənmə zonası (Md-nin illik 
kəmiyyəti  0,60-dan  yuxarı),  quraq-zona  (Md-nin  illik  kəmiyyəti  0,60-dan  az).  Bu  bölgüyə  əsasən 
Ş
MP-nın ərazisi quraq zonaya daxil edilir. 
Ş
MP  ərazisində  çox  böyük  bioiqlim  və  rekreasiya  ehtiyatları  mövcuddur.  Hər  bir  region 
insanın  səhhətinə,  bitki  və  heyvanat  aləminin  yayılmasına  əlverişli  və  ya  əlverişsiz  təsir  göstərən 
xüsusi yerli  bioiqlim xüsusiyyətlərinə malik olur. Bu şərait təkcə məkanca deyil, eləcədə zamanca 
bir-birindən  fərqlənən  xüsusiyyətlər  daşıya  bilər.  Havanın  rütubətinin  öyrənilməsi,  onun  dəyişmə 
intervalının  müəyyən edilməsi insanların istirahətinin və müalicəsinin təşkilində xüsusi rol oynaya 
bilər.  Havanın  nisbi  rütubəti  haqqında  məlumatların  təhlili  göstərir  ki,  yarımsəhra  landşaftı 
şə
raitində  dənizdən  uzaqlaşdıqca  (ŞMP  ərazisində)  təqribən  200  m  intervalında  aydın,  buludsuz 
günlərdə  onun  dəyişmə  kəmiyyəti  səhər  saatlarında  və  axşamla  1%,  günorta  saatlarında  isə  10  % 
miqdarında müşahidə edilir. 
Eyni zamanda turizm marşurtlarının, insanların istirahətinin və müalicəsinin təşkilində dəniz 
sahilindən  və  ondan  uzaqlaşdıqca  havada  oksigenin  miqdarının  dəyişməsinin  öyrənilməsi  də 
müəyyən əhəmiyyət kəsb edir. Səhər saatlarından günortaya qədər oksigenin miqdarı 1 və ya 2 q/m
3
 
kəmiyyətində  azalır,  axşam  və  gecə  saatlarında  isə    artmaqla  səhər  saat  7-8  radələrində  özünün 
maksimum həddinə çatır. Dənizin təsiri ilə sahildə 1 m
3
 havada oksigenin miqdarı 1-3 qr arasında 
dəyişir. Dənizdən uzaqlaşdıqca isə bu kəmiyyət daha da çoxalır.  


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
117 
Aşağıdakı  cədvəldə  Neftçala  rayonu  ərazisində  dənizdən  müxtəlif  məsafələrdə  ekvivalent-
evvektiv temperatur və 1 m3 havada oksigenin miqdarı göstərilmişdir (26.VI.1986). 
Ekvivalent – evvektiv temperaturun (
0
C) və havada oksigenin miqdarının (qr/m
3
) günlük 
gedişi 
Müşahidə saatları 
Dənizdən 
məsafə, m. 

10 
12 
14 
16 
18 
20 
 
Ekvivalent-effektiv temperatur 
5 m 
19,6 
18,2 
18,0 
19,0 
18,9 
18,3 
17,4 
200 m 
17,0 
18,4 
19,1 
19,5 
19,3 
18,5 
17,0 
 
Havada oksigenin miqdarı 
O
2
 (qr/m
3

271 
270 
270 
269 
268 
268 
271 
 
Sahilboyu  ərazidə  əsas  limitləşdirci  iqlim  amilləri  güclü  küləklər  və  günəş  radiasiyasının 
yüksək  gərginliyi,  landşaft  amilləri  isə  kasıb  bitki  örtüyü  və  su  ehtiyatlarının  çatışmaması  hesab 
edilir. Buradakı dəniz sahili  zonada yaşıllaşdırma işlərinin aparılması, suvarma sistemlərinin təşkili 
ilə  burada  insanların  istirahətini  və  iqlim  müalicəsini  böyük  müvvəffəqiyyətlə  təşkil  etmək 
mümkündür. 
 
 
Şə
kil 5.14. Şirvan Milli Parkı və onun ətraf zonasının aqroiqlim resursları
 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
118 
5.3.5. Fauna 
Cədvəl  5.10  və  5.11-də  verilmiş  materiallar 
Park  ərazisində  ceyranların  paylanma  şıxlığı,  ümumi 
sayı  və  onlar  üçün  əlverişli  olan  landşaft  və 
biotoplarda 
yayılmasını 
özündə 
ə
ks 
etdirir. 
Cədvəllərdə  eyni  zamanda  ceyranların  fəsillərlə 
ə
laqədar say dinamikasının dəyişilməsi təqdim  edilir. 
Bu  materiallar  1972-ci  ildən  2006-cı  illərə  kimi 
azərbaycan  Milli  Elmlər  Akademiyası  Zoologiya 
institutunun  elmi  şurası  tərəfindən  təsdiq  endilmiş 
xüsusi  tədqiqatlar  kimi  həyata  keçirilmişdir.  Sözü 
gedən Park ərazisində – keçən dövr ərzində təxminən 
17  dəfə  sayğı  aparılmış  (6  dəfə  təyyarə  ilə  havadan 
sayılmışdır).  təqdim  etdiyimiz  materiallar  tədqiqat 
işlərindən  alınmış  nəticələrin  heç  də  hamısına  əhatə 
etmir.  Tamamlanmış  iş  2007-ci  ilin  sonunda  təqdim 
edilmişdir. Şirvan Milli Parkında ceyranların müxtəlif 
müasir  ekoloji  vəziyyəti  –  keçən  onilliklərə  nisbətən 
ə
saslı  surətdə  yaxşılaşmışdır.  Bütün  bu  irəliləyişlər 
Ekologiya  və  Təbii  Sərvətlər  Nazirliyinin  gərgin  və 
səmərəli  fəaliyyəti  və  eyni  zamanda  Milli  Elmlər 
Akademiyası  Botanika,  Coğrafiya  və  Zoologiya 
institutların elmi proqramları əsasında əldə edilmişdir. 
 
 
Cədvəl 5.10. Şirvan Milli Parkı və ərazisində məskunlaşmış faunanın xarakterik növləri 
Növlərin elmi adları 
Statusları 
Suda-quruda yaşayanlar sinfi - Anphibia 
 
1. Suriya sarımsaqiyli qurbağası – Pelobates syriacus 
Azərbaycan Qırmızı kitabına və 
BTMĐ-nın Qırmızı siyahısına daxil 
edilib 
2. Yaşıl quru qurbağası – Bufo viridis Laur 
 
3. Çöl qurbağası – Rana ridibunda 
 
4. Kiçik Asiya ağac qurbağası – Hyla arborea savigini 
 
Sürünənlər sinfi -Reptilia 
 
1. Aralıqdənizi tısbağası – Testudo graeca 
Azərbaycanın Qırmızı kitabına 
daxil edilib 
2. Xəçər tısbağası – Mayrenus caspica 
 
3. Bataqlıq və ya çay tısbağası – Emys orbicularis 
 
4. Koramal – Pseudopus apodus 
 
5. Cəld kərtənkələ – Eremias velox 
 
6. Xəzər gekkonu -Cyrtopodium caspicus 
 
7. Zolaqlı kərtənkələ –Laserta strigata 
 
8. Qərb yatağanı – Eryx jaculus 
 
9. Adi su ilanı – Natrix natrix 
 
10. Çöl gürzəsi – Vipera ursine 
 
11. Gürzə – Vipera lebetina 
 
Quşlar sinfi 
 
1. Turac -  Francolinus francolinus 
Azərbaycanın Qırmızı kitabına 
Şə
kil 5.15. Ceyranların 
populyasiyasının ŞMP-də 
yaılması 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə