Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə19/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   15   16   17   18   19   20   21   22   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
33 
haqqında” 12 iyun 1992-ci il Rio-de-Janeyro BMT Konvensiyası (14 mart 2000-ci il tarixli Qanun 
ilə təsdiq edilmişdir), “Bitkilərin  mühafizəsi  haqqında” 1951-ci  il  Roma Beynəlxalq  Konvensiyası 
(Azərbaycan  Respublikasının  14  mart  2000-ci  il  tarixli  Qanunu  ilə  ratifikasiya  edilmişdir), 
YUNESKO-nun  “Əsasən  su  quşlarının  yaşama  yerləri  kimi  beynəlxalq  əhəmiyyəti  olan  sulu-
bataqlıq  yerlər  haqqında”  Beynəlxalq  Konvensiyası  (Ramsar  Konvensiyası)  və  ona  əlavə  edilmiş 
dəyişikliklər haqqında Protokol və düzəlişlər (14 mart 2000-ci il tarixli Qanun ilə təsdiq edilmişdir), 
“Avropanın  canlı  təbiətinin  və  təbii  mühitin  qorunması  haqqında”  Konvensiya  (Azərbaycan 
Respublikasının  14  aprel  2000-ci  il  tarixli  Qanunu  ilə  təsdiq  edilmişdir),  “Təhlükəli  tullantıların 
sərhədlərarası  daşınmasına  və  zərərsizləşdirilməsinə  nəzarət  haqqında”  Bazel  Konvensiyası 
(Azərbaycan  Respublikasının 14 aprel 2000-ci  il  tarixli  Qanunu  ilə təsdiq edilmişdir), “Sərhəddən 
keçən  su  axınlarının  və  beynəlxalq  göllərin  mühafizəsi  və  istifadəsi  üzrə”  1992-ci  il  Helsinki 
Konvensiyası  (Azərbaycan  Respublikasının  14  aprel  2000-ci  il  Qanunu  ilə  təsdiq  edilmişdir), 
“Böyük  məsafələrdə  havanın  transsərhəd  çirkləndirilməsi  haqqında”  Konvensiya  (Azərbaycan 
Respublikası 2002-ci ildə ratifikasiya etmişdir), “Davamlı üzvi çirkləndiricilər haqqında” Stokholm 
Konvensiyası (Azərbaycan Respublikası tərəfindən 2003-cü ildə ratifikasiya olunmuşdur), “Sənaye 
qəzalarının transsərhəd təsiri  haqqında”  Konvensiya (Azərbaycan Respublikası tərəfindən 2004-cü 
ildə ratifikasiya edilmişdir), “Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və 
istifadəsi üzrə” Konvensiyasının “Su və Sağlamlıq” Protokolu (protokol 2005-ci ildən Azərbaycan 
Respublikasında hüquqi qüvvəyə minmişdir).  
Cəvəl 2.2. Azərbaycan Respublikası Milli Məclisinin ratifikasiya etdiyi Beynəlxalq Ekoloji 
Konvensiyalar 

Konvensiyanın adı, qəbul olunduğu il 
Ratifikasiya 
tarixi 

 Ümumdünya mədəni və təbii irsinin qorunması   haqqında  - 1972-ci  il 
 06.12.1993-cü il  

 BMT-nin Đqlim   dəyişmələri üzrə çərçivə Konvensiyası - 1992-ci il  
10.01.1995-ci il 

 Ozon qatının qorunması üzrə Konvensiya - 1985-ci il  
31.05.1996-cı il 

 Səhralaşmaya qarşı mübarizə  Konvensiyası  -  1994 – cü  il 
24.04.1998–ci il 

 Kökü kəsilmək təhlükəsi  qarşısında  olan vəhşi  fauna və yabanı flora  
növləri  ilə beynəlxalq  ticarət  haqqında ( CITES ) - 1973-cü il  
23.06.1998-ci il 

 Avropanın vəhşi təbiəti, yabanı  florası və təbii  yaşayış  mühitinin qorunması 
Konvensiyası - 1979–cu il 
28.10.1999-cu il 

 Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar 
qəbul etməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında  
Orxus Konvensiyası -1998-ci il 
09.11.1999-cu il 

 Sərhədlərarası   konteksdə   ətraf   mühitə təsirin qiymətləndirilməsinə dair 
Konvensiya - 1991–ci il  
01.02.1999-cu il 

 Biolojimüxtəliflik  üzrə Konvensiya -1992-ci il 
14.03.2000-ci il 
10   Bitkilərin  qorunması üzrə Roma Konvensiyası - 1951–ci il 
14.03.2000-ci il 
11   Təhlükəli  tullantıların sərhədlərarası daşınmasına  və kənarlaşdırılmasına 
nəzarət haqqında  Bazel  Konvensiyası - 1989–cu il 
16.02.2001-ci il 
12   Sərhəddən  keçən  su  axınlarının  və beynəlxalq  göllərin  mühafizəsi  və 
istifadəsi Konvensiyası - 1992-ci il  
18.03.2000-ci il 
13   Su quşlarının yaşama yerləri kimi beynəlxalq əhəmiyyəti olan sulu-bataqlıq 
yerlər haqqında Ramsar  Konvensiyası - 1971-ci il 
18.07.2001-ci il 
14   Böyük məsafələrdə havanın  transsərhəd çirkləndirilməsi haqqında -1979–cu 
il 
09.04.2002-ci il 
15   Davamlı üzvü çirkləndiricilər haqqında Stokholm Konvensiyası – 2001-ci il 
09.01.2003- 
16   Sənaye qəzalarının transsərhəd təsiri haqqında Konvensiya – 1992-ci il 
04.05.2004-cü il 
17   Xəzər dənizinin dəniz mühitinin qorunması üzrə çərçivə Konvensiyası 
18.05.2006-cı il 
 
Azərbaycanda ətraf mühit və davamlı inkişaf ilə əlaqədar yaranan münasibətləri tənzim edən 
qanunvericilik  sistemi  piramidasının  başında  Azərbaycan  Respublikası  Konstitusiyası  durur. 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
34 
Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası ərazisindəki təbii ehtiyatların hər 
hansı  fiziki  və  ya  hüquqi  şəxslərin  hüquqlarına  və  mənafelərinə  xələl  gətirmədən  Azərbaycan 
Respublikasına  mənsub  olduğunu  (Maddə  14),  Azərbaycan  dövlətinin  ölkənin  təbiətini,  xalqın 
maddi  və  mənəvi  irsini  qorumaq  (Maddə  16),  sanitariya-epidemiologiya  sağlamlığına  təminat 
vermək (Maddə 41) vəzifəsini, hər kəsin sağlam ətraf mühitdə yaşamaq, ətraf mühitin əsl vəziyyəti 
haqqında  məlumat  toplamaq  və  ekoloji  hüquqpozma  ilə  əlaqədar  onun  sağlamlığına  və  əmlakına 
vurulmuş zərərin əvəzini almaq hüququna malik olduğunu (Maddə 39) təsbit edir.  
Azərbaycanda  ekologiya  və  ətraf  mühitin  mühafizəsinə  dair  ən  mühüm  qanunlardan  biri 
”Ətraf  mühitin  mühafizəsi  haqqında”  qanundur  (8  iyun  1999-cu  il  tarixdə  Azərbaycan 
Respublikasının Prezidenti tərəfindən imzalanıb). Qanunun əsas məqsədi bunlardan ibarətdir: ətraf 
mühitdə  ekoloji  tarazlığın  mühafizəsi  sahəsində  ekoloji  təhlükəsizliyin  təmin  edilməsi,  təbii 
ekosistemlərə  təsərrüfat  və  digər  fəaliyyətin  zərərli  təsirinin  qarşısının  alınması,  biomüxtəlifliyin 
qorunub  saxlanılması,  təbii  ehtiyatlardan  istifadənin  səmərəli  təşkili.  Bu  qanun  ətraf  mühitin 
mühafizəsinin  hüquqi,  iqtisadi  və  sosial  əsaslarını  müəyyən  edir,  ətraf  mühitin  keyfiyyətinin 
yaxşılaşdırılması, təbii ehtiyatların səmərəli istifadəsi və bərpası, ətraf mühitin mühafizəsi sahəsində 
qanunçuluğun  və  hüquq qaydalarının  möhkəmləndirilməsi  məqsədilə cəmiyyətlə təbiətin qarşılıqlı 
ə
laqəsini tənzimləyir.  
Digər  mühüm  qanunumuz  “Ekoloji  təhlükəsizlik  haqqında”    adlanır  (8  iyun  1999-cu  il 
tarixdə  Azərbaycan  Respublikasının  Prezidenti  tərəfindən  imzalanıb).  O,  insanın  həyat  və 
sağlamlığını, cəmiyyətimizi, ətraf mühiti, atmosfer havasını, kosmik məkanı, su obyektlərini, yerin 
təkini,  torpağı,  təbii  landşaftları,  bitki  və  heyvanat  aləmini  təbii  və  antropogen  amillərin  təsiri 
nəticəsində  yaranan  təhlükələrdən  qorumaq  üçün  hüquqi  bazis  yaratmaqla  ekoloji  təhlükəsizlik 
sahəsinin  hüquqi  əsaslarını  müəyyən  edir,  hüquqi  və  fiziki  şəxslərin,  müvafiq  icra  hakimiyyəti  və 
yerli  özünüidarəetmə  orqanlarının,  onların  vəzifəli  şəxslərinin  fəaliyyətinin  həyata  keçirilməsi 
zamanı ekoloji təhlükəsizlik sahəsində münasibətləri tənzimləyir.  
Azərbaycan  Respublikası  Prezidentinin   2006-cı  il  24  mart  tarixli  Sərəncamı  ilə 
“Azərbaycan  Respublikasında  bioloji  müxtəlifliyin  qorunması  və  davamlı  istifadəsinə  dair”  Milli 
Strategiya  və  Fəaliyyət  Planı  təsdiq  edilmişdir.  Yoxsulluğun  aradan  qaldırılmasına,  ekoloji 
tarazlığın  tənzimlənməsinə  və  davamlı  inkişafa  nail  olmaqla,  ölkədə  olan  bioloji  müxtəlifliyin 
qorunub saxlanılması və onun səmərəli istifadəsini təmin etməklə gələcək nəsillərə çatdırmaq Milli 
Strategiya və Fəaliyyət Planının əsas məqsədidir.  
Nəhayət 2003-cü ildə ölkə prezidenti tərəfindən Xüsusi Mühafizə Olunan Təbiət Əarzilərini 
haqqında  qanun  imzalandı  (cədvəl  2.1).  Yuxarıda  yazılanlar  azərbaycanda  landşaft 
planlaşdırılmasının aparılmasına hüquqi və qanuni bazanın olduğunu göstərir. 
 
2.7. Landşaft planlaşdırması üzrə BfN-nin təcrübə layihəsi 
Cənubi Qafqazın xüsusi geosiyasi əhəmiyyəti və onun transformasiyasındakı mürəkkəb 
proseslər  xeyli  müddətdir  Almaniya  Federativ  Respublikasının  diqqətini  cəlb  edir  və  həmin 
səbəbdən  o  regionun  inkişafına  təşəbbüs  gösrərir.  Müxtəlif  tədbirlərin  əsasını 
iqtisadi 
ə
məkdaşlıq və inkişaf üzrə federal nazirliyi  2001-ci ildə hazırladığı “Qafqaz təşəbbüsü” proqramı 
təşkil edir. Ekoloji tələblər baxımından təbiəti mühafizə bu proqramın əsas sütunlarından biridir.  
Almaniya  hökuməti  10  ildən  çoxdur  ki,  Azərbaycanda  təbiəti  mühafizəyə  və  təbii 
resurslardan  isrifadəyə  dəstək  göstərir.  Almaniyanın  iqtisadi  əməkdaşlıq  və  inkişaf  üzrə  federal 
nazirliyi  yeni  mühafizə  olunan  ərazilərin  təşkil  olunmasına  və  biomüxtəlifliyin  inkişafına  kömək 
göstərir.  Ətraf  mühitin  mühafizəsi  üzrə  federal  nazirlik  iqlim  dəyişmələrinə  uyğun  olaraq 
landşaftların bərpasına maliyyə ayırır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə