Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   12   13   14   15   16   17   18   19   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
27 
inkişafa  dair  Milli  proqram”  işlənib  hazırlandı.  Milli  proqramın  məqsədi  Azərbaycan 
Respublikasında  indiki  və  gələcək  nəsillərin  ehtiyaclarını  təmin  edilməsi  naminə  mövcud 
ekosistemlərin,  iqtisadi  potensialın  qorunmasından  və  təbii  ehtiyatların  səmərəli    istifadə 
edilməsindən ibarətdir. Milli proqram Azərbaycan Respublikası üçün mövcud problemlərin həllinin 
ilkin mərhələsi olaraq, 2003-2010-cu illərdə həyata keçiriləcək tədbirlər sistemini əhatə edir.  
Ə
traf  mühitin  mühafizəsi  və  təbii  ehtiyatlardan  səmərəli  istifadəsinə  dair  nəzərdə  tutulan 
tədbirlər bunlardır:  
- su ehtiyatlarının  səmərəli  istifadə edilməsi  istiqamətində dövlət proqramının  hazırlanması 
və  həyata  keçirilməsi,  bu  ehtiyatlardan  səmərəli  istifadənin  stimullaşdırılması,  içməli  suyun 
keyfiyyətinin  yaxşılaşdırılması  və  müvafiq  standartlara  uyğunlaşdırılması,  su  ekosistemlərinin 
fəaliyyətini tənzimləyən  müvafiq qanunların təkmilləşdirilməsi, transsərhəd çayların çirklənmədən 
mühafizəsi  və onların  hövzəsində  yerləşən dövlətlər tərəfindən su ehtiyatlarından səmərəli  istifadə 
edilməsi məqsədilə regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi;  
- sənaye müəssisələrindəki qaz-toz tutucu qurğuların əsaslı təmir edilməsi və ya yeniləri ilə 
ə
vəz  edilməsi,  nəqliyyatda  qurğuşunsuz  (etilsizləşdirilmiş)  benzindən  istifadə  olunması,  tələblərə 
cavab verməyən köhnə nəqliyyat vasitələrinin istismarının qadağan edilməsi, ekoloji təmiz sərnişin 
nəqliyyat  növlərinin  tətbiqi,  şəhər  daxilində  piyada  zonalarının  genişləndirilməsi;  şəhər 
yaşıllıqlarının  artırılması  yolu  ilə  atmosfer  havasının  keyfiyyətinin  yaxşılaşdırılması,  kənd 
təsərrüfatına  yararlı torpaq ehtiyatlarının  mühafizə edilməsi  və  münbitliyinin artırılması  məqsədilə 
milli  fəaliyyət planının  hazırlanması, eroziya  və  şoranlaşma proseslərinin qarşısının alınması üçün 
müvafiq  tədbirlərin  həyata  keçirilməsi,  neftlə  çirklənmiş  torpaqlarda  rekultivasiya  işlərinin  davam 
etdirilməsi,  mövcud  drenaj-kollektor  və  suvarma  şəbəkələrinin  yararlı  vəziyyətə  gətirilməsi, 
meliorativ  işlərin  düzgün  aparılmaması  nəticəsində  əmələ  gəlmiş  süni  gölməçə  və  bataqlıqların 
qurudulması yolu ilə torpaq sahələrinin münbitləşdirilməsi;  
- meşələrdə qanunsuz ağac tədarükü ilə əlaqədar fəaliyyətin qadağan edilməsi, bərpa olunan 
ehtiyatlarından  (meyvə,  dərman  və  digər  bitkilər)  səmərəli  istifadəsinin  təşkili,  rekreasiya 
ə
həmiyyətli  meşə  sahələrinin  müəyyən  edilməsi,  onlara  yolverilən  təzyiq  həcminin 
müəyyənləşdirilməsi və bunun əsasında turizm və rekreasiya potensialının təyin edilməsi, təsərrüfat 
ə
həmiyyətli  yeni  meşə-bağların  layihələşdirilməsi  və  salınması,  meşələrin  müxtəlif  xəstəliklərdən 
və zərərvericilərdən qorunması üçün müvafiq tədbirlərin mütəmadi olaraq həyata keçirilməsi, meşə 
ə
razilərində yerləşən yaşayış məntəqələrində yaşayan əhalinin məşğulluq probleminin həlli və təbii 
meşə ehtiyatları  ilə əlaqədar olmayan  məşğulluq sahələrinin  yaradılması,  inşaat və  mebel sənayesi 
üçün yararlı oduncaq istehsal etmək üçün müvafiq keyfiyyətə malik olan və tez böyüyən  ağacların 
becərilməsi,  meşələrdə  yanğın  hadisələrinin  qarşısının  alınması  məqsədilə  xüsusiləşdirilmiş 
operativ kimyəvi-yanğınsöndürmə stansiyasının yaradılması;  
-  Xəzər  dənizində  nərəkimilərin  ehtiyatlarının  qiymətləndirilməsi,  balıq  ehtiyatlarının 
artırılmasının idarə edilməsi (bu ehtiyatlarının istismarı sahəsində beynəlxalq əməkdaşlıq), daxili su 
hövzələrində  balıq  ehtiyatlarının  çoxaldılması  və  yetişdirilməsi,  təhlükəli  sənaye  tullantılarının 
yerləşdirilməsi  üçün  yeni  poliqonların  yaradılması,  məişət  tullantılarının  çeşidlənməsi  və  təkrar 
emalının təşkili məqsədilə mütərəqqi təcrübənin istifadə olunması, tullantılardan bioqazın alınması 
üçün müvafiq üsulların tətbiq edilməsi və s.  
Milli proqramda qlobal ekoloji problemlərə dair aşağıdakı tədbirlər nəzərdə tutulub:  
-  istilik  effekti  yaradan  qaz  tullantılarının  statistik  hesabatı  və  qiymətləndirilməsi,  davamlı 
sosial-iqtisadi  inkişafın  təmin  edilməsi  üçün  iqtisadiyyata  və  təbii  ekosistemlərə  iqlimin  təhlükəli 
təsirləri  barədə  məlumatların  toplanması,  təhlili  və  ümumiləşdirilməsi  üzrə  dövlət  sisteminin 
yaradılması,  iqlim  dəyişmələrinin  əhalinin  sağlamlığına  təsirinin  qiymətləndirilməsi  və  müvafiq 
adaptasiya  tədbirlərinin  işlənib  hazırlanması;  günəş,  külək  və  bioqazdan  istilik  və  elektrik  enerjisi 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
28 
almağa  imkan  verən,  ekoloji  cəhətdən  təmiz  texnologiyaların  Azərbaycana  gətirilməsinin 
stimullaşdırılması, ozondağıdıcı maddələrin istifadə olunmasının tədricən aradan qaldırılması;  
- səhralaşma prosesinin təsirinə məruz qalmış torpaqların inventarlaşdırılması, səhralaşmaya 
qarşı mübarizə üzrə milli fəaliyyət planının hazırlanması və həyata keçirilməsi, səhralaşmaya qarşı 
mübarizə 
işlərinin 
effektivliyi 
yüksəltmək 
məqsədilə  proqnozlaşdırma 
və  əhalinin 
məlumatlandırılması  sisteminin  yaradılması,  biomüxtəlifliyin  qorunmasına  yönəldilmiş  bütün 
Beynəlxalq Konvensiyalara və digər (ölkələrarası və regional) müqavilələrə qoşulma, ölkə flora və 
faunasının Qırmızı və Yaşıl Kitablarının tərtibi və yeniləşdirilməsi, nadir və kökü kəsilməkdə olan 
bitki  və  heyvan  növləri  genofondunun  qorunmasının  təmin  edilməsi,  xüsusi  qorunan  təbii 
ə
razilərdə,  botanika  bağlarında,  zooloji  parklarda  həmin  bitki  və  heyvan  növlərinin  saxlanılması 
üçün  şəraitin  yaradılması,  biomüxtəlifliyin  qorunması  məqsədilə  Milli  parkların  yaradılması, 
biomüxtəliflik  üçün  təhlükənin  və  bu  təhlükə  nəticəsində  ilk  növbədə  təsir  altına  hansı  bitki  və 
heyvan növlərinin düşə biləcəyinin  proqnozlaşdırılması.   
Sənaye komplekslərinə dair tədbirlər isə bunlardan ibarətdir:  
-  istilik  elektrik  stansiyalarında  yüksək  effektli  texnologiyaların  tətbiqi  və  enerji  sistemi 
strukturunun optimallaşdırılması, kiçik  hidroenergetika obyektləri  sxeminin  yaradılması  və tətbiqi, 
istehsalat  və  qeyri-istehsalat  sahələrində  enerjiyə  qənaət  edən  müasir  texnologiyalarının 
istifadəsinin  stimullaşdırılması,  məişətdə  enerji  qoruyucu  vasitələrin  istifadəsinin  geniş  tətbiqinə 
yönəldilmiş  milli  və  regional  proqramların  hazırlanması  və  həyata  keçirilməsi,  günəş  və  külək 
enerjisinin  istifadəsinə  dair  milli  fəaliyyət  planlarının  hazırlanması,  külək  enerjisinin  istifadə 
edilməsi  və  müvafiq qurğuların quraşdırılması,  fərdi  və  bələdiyyə obyektlərində  bioqazın  istehsalı 
və istifadəsi;  
-  kimyəvi  maddələrin  istifadə  olunması  sahəsində  ekoloji  təhlükəsizlik  baxımından  vahid 
dövlət  proqramının  yaradılması,  hər  bir  sənaye  müəssisəsinin  fəaliyyət  sahəsi  üzrə  ətraf  mühitin 
idarə  edilməsi  modellərinin  hazırlanması,  istehsal  üçün  təklif  olunan  yeni  sənaye  məhsullarının 
tətbiqinin  davamlı  inkişaf  prinsiplərinə  uyğunluğunun  müəyyənləşdirilməsi,  istehlakçının 
hüquqlarının qorunması  sahəsində ətraf  mühitə dair qanunvericilik  bazasının təkmilləşdirilməsi  və 
bu  zaman  davamlı  inkişaf  prinsiplərinin  nəzərə  alınması,  yeni  texnologiyalarla  təmin  edilməklə 
metalın  və  metal  məhsullarının  qapalı  istehsal  sikllərinin  yaradılması,  vahid  məhsulun  istehsalına 
sərf  olunan  enerji  miqdarının  azaldılmasına  gətirib  çıxaran  az  enerji  tutumlu  texnologiyaların 
tətbiqi,  təbii  ehtiyatlardan  səmərəli  istifadə  olunmasını  təmin  etmək  üçün  xammal  mənbələrinin 
istismarı  zamanı  itkilərin  qarşısının  alınması  məqsədilə  müasir  metodlardan  istifadə  etməklə 
müvafiq  tədbirlərin  həyata  keçirilməsi,  istismarı  başa  çatmış  yataqların  ərazilərində  rekultivasiya 
işlərinin aparılması;  
- məhsuldar və rekreasiya əhəmiyyətli torpaqların inşaat üçün istifadəsinin qadağan edilməsi 
və nəzarətin gücləndirilməsi, hər bir yaşayış məntəqəsinin planlaşdırılması zamanı ətraf mühitə yol 
verilə bilən təzyiq  həcminin  nəzərə alınması, enerji  itkiləri  ilə əlaqədar problemlərin  yaranmaması 
üçün  tikintidə  müvafiq  material  və  konstruksiyaların  istifadəsinin  stimullaşdırılması,  avtomobil 
nəqliyyatında  ekoloji  baxımdan  təmiz  yanacaq  növlərinin  (sıxılmış  maye  qaz  və  s.)  istifadə 
olunması,  avtomobil  və  dəmir  yollarının  müasir  dünya  standartlarına  müvafiq  rekonstruksiya 
olunması,  şəhər  daxilində  nəqliyyat  vasitələrinin  sıxlığının  azaldılması  və  tıxacların  qarşısının 
alınması  məqsədilə  yaşayış  məntəqələrinin  ətrafında  dairəvi  avtomagistral  yolların  çəkilişinə 
üstünlük verilməsi.  
Milli  proqramda  kənd  təsərrüfatına  dair  nəzərdə  tutulan  tədbirlər  bunlardır:  dövlət 
orqanlarının,  özəl  sektorun  və  ictimai  birliklərin  kənd  təsərrüfatının  davamlı  inkişafı  sahəsində 
ə
məkdaşlığının  gücləndirilməsi,  sırf  üzvi  kənd  təsərrüfatı  metodlarını  tətbiq  edənlər  üçün  xüsusi 
güzəşt və imtiyazların yaradılması, kənd təsərrüfatında torpaq eroziyası və şoranlaşmasının qarşısını 
almaq məqsədilə optimallaşdırılmış əkin sistemlərindən və mütərəqqi suvarma texnologiyalarından 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə