Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
21 
Dövrə aid  müxtəlif relikt (qalıq)  bitki  növləri də  yayılmışdır ki,  bunlardan da dəmirağac [Parrotia 
persica  (DC.)  C.A.Mey],  güləbrişim  (Albizzia  yulibrissin  Durazz),  şabalıdyarpaq  palıd  (Quercus 
castaneifolia  C.A.Mey),  Qafqaz  xurması  (Diospyros  lotus  L.),  şümşad  (Đlex  hyrcana  Pojark)  və  s. 
göstərmək  olar.  Ümumiyyətlə,  respublikada  618  endemik  (yerli)  bitki  növü  mövcuddur.  Bunların 
195 növü Azərbaycan, 423 növü isə Qafqaz endemidir. 
Azərbaycan  florasında  400-ə  yaxın  müxtəlif  fəsilədən  olan  bitki  növlərinin  mühafizə 
olunması  zərurəti  yaranmışdır.  Onların  nadir  və  yoxa  çıxmaq  təhlükəsi  olan  140  növü  "Qırmızı 
kitab"a salınmışdır. Respublika ərazisində səhra, yarımsəhra, bozqır, dağ-kserofil, friqana, şiblyak, 
qariqa, çala-çəmən, su-bataqlıq, düzənlik və dağ-meşə bitki tipləri,  luqay  meşəlikləri,  iynəyarpaqlı 
və enliyarpaqlı meşəliklər, hündür otluqlar, subalp, alp çəmənlikləri və xalıları formalaşmışdır. 
Azərbaycan  florasının  tərkibində  bütün  areal  (qədim  meşə,  boreal,  bozqır,  kserofit,  səhra, 
Qafqaz) və adventiv (gəlmə) bitki tipləri nümunələrinə rast gəlinir. Qədim meşə tipləri nümunələri 
ə
n  çox  Talışda,  boreal  tip  Böyük  və  Kiçik  Qafqazın  orta,  qismən  də  alçaq  dağlıq  qurşaqlarında, 
kserofıt, Qafqaz, bozqır və səhra tipləri Kür-Araz ovalığında 
düzən  və  dağətəyi  bozqırlarda 
yayılmışdır. Adventiv areal tipi  isə  nisbətən az  yayılmışdır. Kür-Araz ovalığı, Xəzəryanı  və başqa 
düzənliklərin  göl,  gölməçə,  axmaz  və  bataqlıqlarında,  dənizkənarı  litoral  sahələrdə  zəngin  və 
rəngarəng bitki örtüyü vardır. 
Çay  və  kanalların  kənarlarında,  bataqlıq  yerlərdə  qarğı-qamış 
cəngəllikləri  inkişaf  etmişdir.  Onların  növ  tərkibində,  əsasən,  hündürboylu  tülküquyruğu,  ciyən, 
suluf, yumşaq süpürgə, kalış və s. çoxluq təşkil edir. Burada savanna tipli hündür boylu murğuz da 
cəngəllik yaradır. 
 
Kür-Araz ovalığının  çala-çəmən  sahələrində çayırlıq, biyanlıq  və  lığvər cəngəlliyi  nisbətən 
geniş yayılmışdır. Qarabağ düzündə dəvəayağı, qırxbuğum, moruq, ağlarot, süsən kimi bitki növləri 
həm ayrılıqda cəngəlliklər yaradır, həm də başqa cəngəlliklərin tərkibində rast gəlinir.   
Heyvanlar  aləmi.  Azərbaycan  Respublikası  ərazisinin  təbii  şəraiti  müxtəlif  olduğundan, 
onun heyvanlar aləmi də çox rəngarəngdir. Burada 101 məməli, 365 quş, 52 sürünən (reptiliya), 10 
suda-quruda  yaşayan  (amfibiya),  101  balıq,  25  minə  qədar  cücü,  1100-dən  çox  hörümçəkkimilər, 
181 ilbiz, 360 xərçəngkimilər, 287 rotatori (dəniz qurdları), 400 litohelmint (bitki parazitləri), 1200 
helmint  (heyvan  parazitləri),  1500-dən  artıq  sərbəst  yaşayan,  insanlarda  və  heyvanlarda  parazitlik 
edən ibtidai (protozoa) heyvan növləri məlumdur. 101 növ məməli heyvandan 13-ü cücüyeyən, 28-i 
yarasa, 29-u gəmirici, 2-si dovşankimilər, 19-u yırtıcı, 9-u dırnaqlı, 1 növü isə kürəkayaqlıdır. 
Heyvan  növlərinin  respublika  ərazisində  yayılma  arealı  müxləlifdir.  Bəzi  heyvanlar  çox 
məhdud  (göl,  çay,  dağın  bir  hissəsi),  digərləri  isə  geniş  ərazilərdə  yayılmışdır.  Məsələn, 
sərçəkimilər  dəstəsinə  daxil  olan  quşlara  respublikanın  bütün  ərazisində  rast  gəlmək  olar.  Parazit 
ibtidailər, qurdlar qidalandıqları orqanizmlərin - sahiblərinin (kənd təsərrüfatı heyvanları, ev quşları 
və  s.)  arealından  asılı  olaraq  respublikanın  bütün  zonalarında  qeyd  edilir.  Məməlilərdən  ceyran 
düzənlik,  yarımsəhra,  kiçik  təpəlikli  dağətəyi  ərazilərdə,  Dağıstan  turu  Böyük  Qafqaz  dağlarının 
cənub və şimali-şərq yamaclarında (Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Đsmayıllı, Quba, Qusar r-
nları)  və  yüksək  dağlıq  ərazilərdə  məskunlaşmışlar.  Quşların  bir  çox  növü  meşələrdə,  dağlıq  və 
düzənlik  ərazilərdə,  digərləri  su  hövzələrində,  zərərverici  cücülər  müxtəlif  aqrosenozlarda,  ölkə 
faunasına daxil olan başqa növlər tarixən uyğunlaşdıqları müxtəlif  ekosistemlərdə yayılmışdır. 
Çöldonuzuna Böyük Qafqaz, Kiçik Qafqaz  və Talış dağlarındakı  meşələrdə,  həmçinin  Kür 
ə
trafındakı  tuqay  meşələrində,  Mil,  Muğan  və  Şirvan  düzlərinin  qamışlıqlarında  daha  çox  rast 
gəlinir.  Dovşanlar,  əsasən,  Kür-Araz  ovalığının  becərilən  sahələrində,  ümumiyyətlə  isə 
respublikanın subalp və alp qurşaqlarından başqa hər yerdə yayılmışdır. Göstərilən heyvanların sayı 
azaldığından  onların  ovlanma  miqdarı  tənzimlənir.  Bəzi  heyvan  və  quşların  ovlanma  vaxtı 
məhdudlaşdırılmış, sayı azalmaqda olan qiymətli heyvan və quşların (ceyran, cüyür, köpgər, maral, 
turac  və  s.)  ovlanması,  heyvanları  və  insanları  zəhərləyən  kimyəvi  maddələrdən  istifadə  edilməsi 
qadağan edilmişdir. 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
22 
Azərbaycan  Respublikasının  "Qırmızı  kitab"ına  108  növ  heyvanın  adı  daxil  edilmişdir. 
Onlardan  14-ü  məməli,  36-sı  quş,  13-ü  sürünən  və  suda-quruda  yaşayan,  5-i  balıq  və  40  növü 
cücülərdir. 
Xəzli  heyvanlann  əksəriyyəti  (bataqlıq  qunduzu,  tülkü,  yenot,  dovşan,  az  miqdarda  dələ, 
porsuq,  meşəpişiyi,  ayı,  çaqqal,  canavar  və  s.)  Azərbaycanın  bütün  müvafiq  ərazilərində,  o 
cümlədən,  Böyük  və  Kiçik  Qafqazın  meşə  və  dağlıq  hissələrində  məskunlaşmışdır.  Bataqlıq 
qunduzu  Kür  ətrafındakı  qamışlı  göllərdə,  Varvara  su  anbarında,  Qızılağac  körfəzində,  Dəvəçi 
limanında, bir sözlə, qamışlıq, bataqlıq və cəngəllik olan sulu biotoplarda məskunlaşmışdır. 
Şə
kil 2.2. Azərbaycan Respublikasının fiziki-coğrafi rayonlaşdırma xəritəsi 
Azərbaycan  Respublikasında  heyvanları  qorumaq,  eləcə  də  artmasını  təmin  etmək  üçün 
qoruqlar,  yasaqlıqlar  və  milli  parklar  yaradılır,  ov  qaydaları  nizama  salınır.  Hirkan  Milli  Parkı 
ə
razisində  14-17  baş  xallı  maral  qalmışdır.  Berkut  məhdud  sahədə,  əsasən,  dağ  meşələrində 
məskunlaşmışdır. Qafqaz tetrasına Böyük və Kiçik Qafqazın subalp qurşaqlarında, yaşılbaş ördəyə 
Xəzərin  sahilində  və  başqa  sututarlarda  rast  gəlinir.  Qayakeçisi  (bezoar  keçisi)  və  dağ  qoyunu 
(Asiya  muflonu)  hazırda  Naxçıvan  MR-in  yüksək  dağlıq  ərazilərində,  Dağıstan  turu  (dağkeçisi) 
Böyük  Qafqazın  cənub  yamaclarında,  ceyran  Şirvan  Milli  Parkında  və  Korçay  yasaqlığında 
yayılmışdır. 
Ə
halinin  sıxlığını,  təbii  komplekslərin  aktiv  təsərrüfat-rekreasiya  mənimsənilməsini,  Xəzər 
dənizinin  birbaşa  və  bilavasitə  təsirini  və  digər  sosial  və  iqtisadi  amilləri  nəzərə  almaqla 
Azərbaycanın ərazisi beş iri təbii vilayətə (Böyük Qafqazın cənub-şərq hissəsi, Kiçik Qafqaz, Kür 
dağarası  çökökliyi,  Lənkəran,  orta  Araz  və  yaxud  Naxçıvan,  şəkil  2.2)    və  onların  daxilində  10 
iqtisadi-coğrafi rayonlara bölünmüşdür.   


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə