Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə10/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
14 
Bütövlükdə  bu  anlayış  landşaft  planlaşdırmasına  da  aiddir.  Landşaft  planlaşdırılmasının 
hazırlanmısı  mərhələləri  əhalinin  iştirakı  ilə  yerinə  yetirilməlidir,  xüsusilə  də  planlaşdırma 
təkliflərinin icrası mərhələsində. 
Son zamanlar əhalinin böyük hissəsi ətraf mühitin vəziyyətinin pisləşməsini özlərinin həyat 
keyfiyyətinin  əsası  hesab  etməyə  meyillidirlər.  Torpaq,  su,  hava  və  iqlim,  bitkilər  və  heyvanlar 
insan həyatının əsasını təşkil edir. Bu konteksdə təbiətin  və  landşaftın özəlliklərinin qabiliyyətinin 
saxlanması baş məqsəddir. Bu məqsədə çatmaq məsuliyyəti təkcə təbiəti mühafizə təşkilatlarının işi 
deyil, bu eyni zamanda təbiət və landşaftla işi olan hər bir plançının işidir.   
Landşaft  planlaşdırılması  instrumentinin  mahiyyəti,  məzmunu,  məqsədləri  və  metodları 
Almaniaya  Federativ  Respublikasının  təcrübəsində  bu  kitabın  üçüncü  fəsilində,  landşaft 
planlaşdırılmasına  aid  metodik  tövsiyələrə  yenədə  həmin  olkənin  təcrübəsində  kitabın  dördüncü 
fəsilində  verildiyindən  Almaniyada  bu  vasitənin  tətbiqi  haqqında  məlumatları  bununla 
kifayətləndiririk.  
 
1.7. Xülasə 
Müxtəlf  avropa  ölkələrinin  mövcud  landşaft  planlaşdırması  sisteminin  müqayisəsindən 
görünür  ki,  bir  neçə  əsas  xüsusiyyətlərinə  əsasən  onları  bir  araya  gətirmək  mümkün  deyil  və 
məqsədəuyğun  sayılmır, ona görə ki, onlar son dərəcədə  müxtəlifdir. Bu  bir sıra  səbəblərdən  irəlı 
gəlir: tarix, siyasi sistemin xüsusiyyətləri, mədənyyət ənənələri, iqtisadi inkişafın səviyyəsi, hüquqi 
sistemin və şəxsi mülkiyyətin xüsusiyyətləri və s.  
Lakin,  bunula  birlikdə,  avropa  ölkələri  təsərrüfatın  qloballaşması  çağırışını,  həmçinin 
siyasətdə  ümumiavropa  baxışlarının  formalaşmasını  və  buradan  da  öz  planlaşdırma  sistemlərində 
ümumi qərar qəbul etmək tələbi yarandığını başa düşürlər və birləşməyə meyllidirlər. Ona görə də 
yuxarıda  nəzərdən  keçirilən  bütün  planlaşdırma  sistemlərində  davamlı  inkişaf  üçün  yaranmış 
ictimai və yaxud iqtisadi qayda və prosesləri  idarə etmək üçün ümumi vasitə yaratmaq ehtiyacının 
olduğunu göstərən  meyli  aydın görmək olur. Bunun üçün  başqa  fəaliyyətlərlə  yanaşı planlaşdırma 
sisteminə ekoloji və estetik orientirləri də daxil etmək vacibdir. 
Avropa Đttifaqı ölkələrində ərazi planlaşdırmasında aşağdakı istiqamətləri vurğulamaq olar: 
• 
hər tərəfli, kompleks planlaşdırma sistemi inkişaf edir; 
• 
planlaşdırma sistemi bazar amilinin artan təsirinə uyğunlaşır; 
• 
planlaşdırma prosesi daha çevik olur; 
• 
bəzi ölkələrdə (Đspaniya, Belçika) planlaşdırmanın desentralizasiyası baş verir; 
• 
davamlı inkişafın təminatında urbanizasiya olunmuş ərazilərin əhəmiyyəti daha artıq 
dərk edilir; 
• 
axrıncı  instansiya  kimi  qərarların  qəbul  olunmasında  dövlətin  rolu  öz  prinsipal 
ə
həmiyyətini saxlayır  
Müxtəlif  ölkələrdə  landşaft  planlaşdırmasının  məsələləri  müxtəlif  formada  yerinə  yetirilir. 
Ə
razi planlaşdırmasında ekoloji tələblər heç də bütün ölkələrdə və bütün inzibati səviyyələrdə bütöv 
konsepsiya  şəklində  qoyulmur.  Landşaft  planlaşdırması  məsələlərinə  və  mərhələlərinə  müxtəlif 
ölkələrdə  müxtəlif  cür  əhəmiyyət  verilir.  Bütövlükdə  landşaft  planlaşdırması  gələcəkdə  avropa 
ölkələrinin qarşısında duran ən gərgin aktivlik sahəsidir. 
Landşaft  planlaşdırmasının  uğurları  əsasən  iqtisadi  vəziyyətlə  müəyyən  olunur.  Planın 
tapşırıqlarınin icrası əldə oluna bilən malyyə vəsaitindən asılıdır. AĐ-nın təcrübəsi göstərir ki, təbiəti 
mühafizə məqsədi ilə kifayət qədər böyük vəsait yardımını sahə planları, məsələn, kənd təsərrüfatı 
alır.  Lakin  bu  vəziyyəti  qənaətbəxş  saymaq  olmaz,  ona  görə  ki,  vəsait  əsasən  səmərəli  istifadə 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
15 
olunmur, bəzən sadəcə fürsətdən istifadə edilib yeyilir, bəzən də təbiəti mühafizəyə dəxli olmayan 
məqsədlərə sərf olunur. Vəsait ayrılan zaman landşaft planlaşdırılmasının  konsepsiyası və təklifləri 
nəzərə alınsa o daha səmərəli istifadə olunardi.   
Landşaft  planlaşdırması  prosesi  nəzərdə  tutulmuş  tədbirlərin  icrası  ilə  bitmir.  AĐ 
çərçivəsində planlaşdırmanın layihədən əvvəl və sonrakı effektivliyini həyata keçirmək tendensiyası 
güclənir.    Məsələn,  flora  və  faunanın  mühafizəsinin  hüquqi  istiqamətləri  layihələrin  nəticəsinin 
hesabatını  nəzərdə  tutur.  Landşaft  planlaşdırılmasının  onun  nəticələrinin  qiymətindən  asılılığını 
göstərən  ən  yaxşı  nümunə  Holland  və  Fransa  sistemidir.  Fransada  çoxlu  sayda  maliyyə  dəstəyi 
proqramları  mövcuddur  ki,  planlaşdırma  onlara  söykənir,  və  bu  da  planlaşdırıcıları  səmərəliliyə 
nəzarətə və öz nəticələrini bazara çıxartmağa təhrik edir.  
 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
16 
2. Landşaft planlaşdırılması potensialının Azərbaycan ekoloji siyasətində rolu 
2.1. Cənubi Qafqaz ölkələri ərazisinin ümumi landşaft və təsərrüfat problemləri 
Cənubi  Qafqaz  ekosistemi  özünün  biomüxtəlifliyinə  görə  şimal  yarımkürəsində  birinci 
yerlərdən birini tututr. Cənubi Qafqaza bitgilərin 6000-ə qədər müxtəlif növləri daxildir və bu fakt  
reqionu  qlobal  bimüxtəlifliyin  mərkəzi  kimi  dəyərləndirməyə  əsas  verir.  Region,  o  cümlədın 
Azərbaycan, endemikliyin yüksək çəkisi ilə fərqlənir – burada mövcud bitgi və heyvanlarin təqribən 
dördtə biri endemikdir. Təkcə məməlilərin sayı 152-dir və onların beşdə biri endemikdir.
 
Bu əraziyə 
çoxlu  sayda  relikt  növlər  xasdır.  Cənubi  Qafqaz  landşaft  biomüxtəlifliyi  ilə  də  fərqlənir  –  Yer 
kürəsinin  quru  ərazisinin  cəmi  0,5%    təşkil  edən  bu  regionda  Yerin  landşaftlarının  10%-i  təmsil 
olunmuşdur.  Ərazinin  onda  bir  hissəsini  az  dəyişmiş  və  yaxud  bakirə  şəkildə  qalmış  landşaftlar 
tutmuşdur.    Cənubi  Qafqazın  müxtəlif  ölkələrində  mövcud  olan  eyni  tipli  landşaftlara  oxşar  
təsərrüfat və ekoloji problemlər xasdır.  
Qafqaz,  əsasən  onun  ərazisinin  böyük  tərkib  hissəsi  olan  Azərbaycan,  təbiət,  ekoloji, 
geosiyasi,  dini,  Avroasiya  məkanında  nəqliyyat  qovşağının  kəsişdiyi  bir  məkaqndır.  O  Şərqi 
Avropa, Yaxın Şərq, Orta Asiya və Şimali Afrikanın ortasında yerləşmişdir. Ənənəvi olaraq Qafqaz 
ş
imaldan Kuma-Manıç depressiyası, qərbdən Qara və Azov dənizləri, cənubdan Türkiyə və Đranla, 
şə
rqdən Xəzər dənizi ilə sərhədlənir. Bu təsəvvürdə onun tərkibinə dörd dövlət daxildir, ərazisi 440 
min  km
2
,  əhalisi  30  mln.  nəfər  təşkil  edir,  əhalinin  sıxlığı  68  nəf/km
2
-dir.      Əhalinin  ən  böyük 
sıxlığının Cəubi Qafqazın dağarası  zonasında, çayların dərəsi  və dağların kotlovanında  yerləşməsi 
bu ərazilərə ən çox antropogen təsirin olmasına gətirir.    
Cənubi  Qafqazda  geodinamik  proseslər  katasatrofik  şəkildə  çoxalır,  meşələr  qırılır,  ikinci 
tərtibli  şoranlaşma  və  bataqlaşma  prosesi  gedir,  külək  və  su  eroziyaları  artır,  torpaq  ehtiyatları 
deqradasiyaya  uğrayır,  canli  təbiətin  ayrı-ayrı  növləri  məhv  olur  və  s.    Səhralaşma  və  quraqlıq 
problemi region üçün daha səciyyəvidir, ev heyvanlarının yem bazası üçün boyuk problem yaradan 
1999  və  2000-ci  illər  daha  çox  ekstremallığı  ilə  fərqlənirlər.  Yay  və  qış  otlaqlarında  daha  çox 
böhran  vəziyyəti  yranmışdır.  Təbii  ki,  bunlar  vəhşi  təbətə
 
öz  təsirlərini  göstərməyə  bilməz  idi. 
Landşaft  planlaşdırılması  instrumenti  əsasında  proqram  məhsullarının  hazırlanması  səhralaşmaya 
qarşı mübarizədə çox faydalıdır.  
 
2.2. Azərbaycan landşaftlarının xüsusiyyətləri və əhəmiyyəti 
Azərbaycan  Respublikasının  təbii  şəraiti  mürəkkəb  olduğundan  onun  ərazisində  inkişaf 
etmiş  landşaftlar  da  müxtəlifliyi  ilə  səciyyələnir.  Landşaftlar  dağlıq  və  düzənlik  landşaftlarına 
bölünür.  Bunların  daxilində  isə  bir  sıra  landşaft  tipləri  və  yarımtipləri  ayrılır  (Budaqov  B.Ə., 
Landşaftlar, Azərbaycan Milli Ensiklopdeiyası, səh. 24-28, 2007).  
Dağlıq landşaftları:  
1.  Yüksək  dağlığın  nival  və  qismən  nival-buzlaq  landşaftı
.  Əsasən  Böyük  Qafqazın  (Baş 
Qafqaz  silsiləsi,  Yan  silsilə),  qismən  Kiçik  Qafqazın  (Murovdağ,  Zəngəzur  silsilələri,  Qarabağ 
vulkanik  yaylası  və  s.)  təqribən  3000  m-dən  yüksəkdə  yerləşən  sahələrini  əhatə  edir.  Dağlar 
struktur-denudasion,  nival-buzlaq  və  erozion-buzlaq  mənşəlidir.  Yura  və  Tabaşirin  terrigen, 
karbonatlı, vulkanogen, vulkanogen-çökmə süxurlarından təşkil olunmuşdur. Səthi çox yerdə çılpaq 
qayalıq  və  çınqıllıqdır.  Relyefi  intensiv  parçalanmışdır.  Qravitasiya-denudasiya  prosesləri 
səciyyəvidir.  Kar, təknəvan dərə (troq), moren  buzlaq relyefi  formaları  yayılmışdır. Dağlıq tundra 
iqliminə  malikdir.  Orta  temperatur  yanvarda  -15°C-dən  -8,5°C-yə  dək,  iyulda  4-9°C-dir,  Đllik 
yağıntı 800-1200 mm-dir. Böyük Qafqazda (Bazardüzü, Bazaryurd, Tufan və Şahdağ zirvələrində) 
3800-3900 m-dən yüksəkdə ümumi sahəsi təqribən 6 km
2
 olan buzlaqlar var. Torpaq örtüyü inkişaf 
etməmişdir.  Çox  seyrək  qayalıq-çınqıllıq  bitkilərinə,  yüksək  dağlıq  dırnaqlılarına  (qaya-keçisi, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə