Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   7   8   9   10   11   12   13   14   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
17 
Dağıstan turu), bəzi quş və gəmirici növlərinə rast gəlinir. Böyük Qafqazın Qusar, Qudyal, Əyriçay 
və s. çayları buradan başlanır. Turizm və alpinizm məqsədilə istifadə edilir. 
2.  Yüksək  dağlığın  alp,  subalp  və  çəmən-çöl  landşaftı.
  Böyük  Qafqazda  (Baş  Qafqaz 
silsiləsi,  Yan  silsilə)  və  Kiçik  Qafqazda  (Şahdağ,  Murovdağ,  Zangəzur  və  s.  silsilələr,  Qarabağ 
yaylası) 2000-2200 m-dən 3000 m-ədək hündürlükləri əhatə edir. 
Şə
kil 2.1. Azərbaycan Respublikasının landşaft xəritəsi 
Yura  və  Tabaşirin,  əsasən,  karbonatlı-terrigen,  vulkanogen,  tufagen  çöküntülərindən  təşkil 
olunmuşdur. Şiddətli parçalanmış relyefə  malikdir. Dağlar denudasion-struktur mənşəlidir. Burada 
vaxtaşırı  güclü sellər  yaranır. Sel ocaqları, əsasən, qayalıq  və dağ çəmənlikləri sahəsində  yerləşir. 
Çay  dərələri,  əsasən,  bu  landşaft  sahəsində  formalaşmağa  başlayır.  Đqlimi  soyuqdur.  Orta 
temperatur yanvarda  -12
0
C-dən -7
0
C-yədək, iyulda 8-17°C-dir. Đllik yağıntı Boyük Qafqazın cənub 
yamacında  1400-1600  mm,  qalan  sahələrdə  900  mm-ədəkdir.  Əsasən,  çimli  dağ-çəmən  torpaqları 
yayılmışdır. Dağıstan turu, qarapaca, bezoar keçisi, gəmiricilər (qarsiçanı, dağsiçanı), kor köstəbək, 
Qafqaz uları, Qafqaz tetrası, kərkəz, qaya kərtənkələsi və s. məskunlaşmşdır. Alp, subalp çəmənləri 
və çəmən-çöl yarımtiplərinə bölünür. Alp çəmənləri 2400-2500 m-dən yüksəkdə yerləşir. Bitkilərin 
boyu  çox  qısa,  növləri  azdır.  Alp  çəmənlərindən  aşağıda,  2000-2200  m-dən  2400-2500  m-ədək 
hündürlükdə,  subalp  çəmənləri  zolağı  uzanır.  Subalp  çəmənləri  növ  etibarilə  zəngin  olan 
hündürboylu,  əsasən,  çox  hissəsini  yem  otları  təşkil  edən  çoxillik  bitkilərdən  ibarətdir.  Kiçik 
Qafqazın  subalp  və  alp  çəmənləri  Böyük  Qafqazdakından  bir  qədər  kserofitliyi  ilə  fərqlənir. 
Çəmən-çöl  landşaft  yarımtipi  Zəngəzur  silsiləsində  və  Qarabağ  yaylasında  inkişaf  etmişdir.  Alp 
çəmənlərindən  yay otlağı,  subalp çəmənlərindən  isə  həm  yay otlağı,  həm də  biçənək kimi  istifadə 
edilir. Arıçılığın inkişafı üçün əlverişli sahədir. 
3.  Orta  dağlığın  enliyarpaqlı  meşə  və  meşədən  sonrakı  çəmən-kol  landşaftı
.  Bu  landşaft 
respublikanın  dağlıq  landşaft zonaları arasında daha geniş  yer tutur. Böyük Qafqaz,  Kiçik Qafqaz 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
18 
(Naxçıvan  MR-in  sahəsi  istisna  olmaqla)  və  Talış  dağlarının  yamaclannda  təqribən  1200  m-dən 
1800 m-ə, bəzi yerlərdə 2000-2200 m-ədək hündürlükləri əhatə edir. Yura və Tabaşirin əhəngdaşı, 
qumdaşı,  gilli  şistlərindən,  Üçüncü  Dövrün  gillicələrindən,  qumlarından,  vulkanogen-çökmə 
süxurlarından  təşkil  olunmuşdur.  Ərazi  şiddətli  parçalanmış  relyefə  malikdir.  Dağlar,  əsasən, 
denudasion-struktur  mənşəlidir.  Dağ  uçqunları  və  süruşmələr  geniş  yayılmışdır.  Sellər,  əsasən 
tranzit xarakterlidir. Dik yamaclı dar və dərin dərələr səciyyəvidir. Đqlimi soyuq və mülayim-istidir. 
Orta  temperatur  yanvarda  -6°C-dən  -2°C-yədək,  iyulda  13-19
0
C,  illik  yağıntı  600-1300  mm-dir. 
Qonur  dağ-meşə,  çöküntülü-karbonatlı  dağ-meşə,  tipik  və  yuyulmuş  dağ-meşə  torpaqları,  Talış 
dağlarında  podzollaşmış  torpaqlar  və  dağ-sarı  torpaqlar  yayılmşdır.  Meşələrin  çox  hissəsində, 
xüsusilə  1400-1600  m  hündürlükdə  Şərq  fıstığı,  yuxarı  hissələrdə  isə  Şərq  palıdı,  bəzi  yerlərdə 
tozağacı  və  ağcaqayın  ağacları  üstünlük  təşkil  edir.  Daha  yuxarılarda  meşələr  seyrələrək  subalp 
çəmənləri  landşaftına keçir. Meşə  landşaftının  yuxarı  hissəsində rütubətsevən, aşağı  hissəsində  isə 
quraqlığadavamlı  ağac  növləri  yayılmışdır.  Atmosfer  yağıntılarının  mövsümlər  üzrə  bərabər 
paylanmaması  orta  dağlıqda  meşələrin  inkişafının  və  onların  yayılma  dərəcəsinin  müxtəlifliyinə 
səbəb  olmuşdur.  Meşənin  intensiv  qırılması  çəmən  və  əsasən,  meşədən  sonrakı  kollarla  qarışıq 
müxtəlif  ot  bitkiləri  ilə  əvəz  olunmasına  şərait  yaratmışdır.  Bu  landşaft  heyvanlarla,  xüsusilə 
dırnaqlılar  və quş  növləri  ilə zəngindir.  Maral, cüyür, çöldonuzu, boz ayı,  müxtəlif  növ dələ  və  s. 
yayılmışdır.  Bir  çox  ağac  növləri  meşə  və  ağac  emalı  sənayesi  üçün  xammaldır.  Yabanı  meyvə 
yığılır. 
4.  Orta  dağlığın  dağ-kserofitlandşaftı. 
Naxçıvan  MR-də  (Zəngəzur  və  Dərələyəz 
silsilələrində),  qismən  Talış  dağlarında  (Talış  və  Peştəsər  silsilələrinin  qərb  və  cənub-qərb 
hissələrində)  inkişaf etmişdir. Başlıca olaraq Paleogenin  vulkanogen,  vulkanogen-çökmə  süxurları 
üzərində  yaranmışdır. Naxçıvan MR-də təqribən  1100  m-dən 2000  m-ədək, Talış d-rında dağarası 
çökəkliklərdə  1300m-dən  1900  m-ədək  hündürlükləri  əhatə  edir.  Naxçıvan  MR-də  soyuq  iqlim, 
Talış dağlarında yarımsəhra və quru çöl iqlimi hakimdir. Orta temperatur yanvarda -5°C-dən -4°C-
yədək,  iyulda  18°C-dən  25°C-yədəkdir,  illik  yağıntı  Naxçıvan  MR-də  400-500  mm,  Talış 
dağlarında  300-400  mm-ədəkdir.  Hər  iki  ərazidə  yayın  quraq  keçməsi  kserofit  landşaftın  əmələ 
gəlməsinə  səbəb  olmuşdur.  Dağ-şabalıdı  və  qəhvəyi  dağ-meşə  torpaqları  yayılmışdır.  Bitkisi  dağ-
kserofit (friqanoid) tiplidir (gəvən, tıstıs və s.). Canavar, tülkü, dovşan, daşlıq dələsi, müxtəlif növ 
siçan,  ular,  boz  kəklik  və  s.  səciyyəvidir.  Heyvandarlıq,  əkinçilik,  bağçılıq  və  arıçılıq  inkişaf 
etmişdir. 
5.Alçaq dağlığın çöl, qismən meşə-çöl landşaftı. 
Böyük Qafqazın cənub yamaclarında, Kiçik 
Qafqazın kənar hissələrində, Talışda Burovar silsiləsinin şimali-qərbində (əsasən, Cəlilabad rayonu 
ə
razisində)  100-150  m-dən  1000  m-ədək  hündürlükləri  əhatə  edir.  Tabaşir  (Kiçik  Qafqaz)  və 
Neogenin  (Böyük  Qafqaz)  dəniz  karbonatlı-terrigen,  kontinental-allüvial  çöküntülərindən  təşkil 
olunmuşdur.  Relyefi  struktur-erozion  və  arid-denudasion-struktur  mənşəlidir.  Səthi  güclü  və  orta 
dərəcədə  parçalanmışdır.  Đqlimi  mülayim-istidir.  Orta temperatur  yanvarda  -3°C-dən  +2°C-yədək, 
iyulda 19°C-dən 24°C-yədəkdir. Đllik yağıntı 400-600 mm-dir. Dağ tünd-şabalıdı, dağ boz-qəhvəyi, 
qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bu landşaft üçün daşdayan, yovşan-daşdayan və yovşan-
daraqotu kimi çöl və yarımçöl bitkiləri səciyyəvidir. Canavar, tülkü, dovşan, çölsiçanı, kəklik və s. 
var. Qış otlağı kimi istifadə edilir. 
6. Alçaq dağlığın yarımsəhra landşaftı
. Qobustanda, Ceyrançöldə, Bozdağ (Gəncə Bozdağı) 
silsiləsində, Acınohur çölü və onun ətrafında, 50-100 m-dən 1000 m-ədək hündürlükləri əhatə edir. 
Neogenin  dəniz  və  kontinental  çöküntülərindən  təşkil  olunmuşdur.  Mülayim-isti,  yanmsəhra  və 
quru  çöl  iqliminə  malikdir.  Orta  temperaturr  yanvarda  -3°C-dən  -1  °C-yədək,  iyulda  19°C-dən 
26°C-yədəkdir.  Đllik  yağıntı  200-400  mm-dir.  Qəhvəyi,  açıq-qəhvəyi,  boz-qonur  torpaqlarda 
yarımsəhra bitkiləri üstünlük təşkil edir. Qış otlağıdır. 
7. Dağ ətəklərinin enliyarpaqlı meşə landşaftı. 
Böyük Qafqazın cənub-şərq hissəsinin şimal 
yamacında  və  Talış  dağlarının  alçaq  dağlıq  hissələrində  inkişaf  etmişdir.  100-300  m-ədək 
hündürlükləri  əhalə  edir.  Əsasən,  Kaynozoyun  əhəngdaşı,  gil,  qumlu-gilli  çöküntülərindən,  çaqıl 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə