Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   5   6   7   8   9   10   11   12   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
12 
Bir neçə müddətdən bəri ərazi planlaşdırılması xeyli əhəmiyyət kəsb etməyə başlayıb. Lakin 
konkret  layihə  və  məqsədlərə  bağlı  qərarlar  üstünlük  təşkil  edirlər.  Bundan  başqa  ərazi 
planlaşdırması ümumi planlaşdırma funksiyasını daşımır. Sahə planları milli və regional səviyyədə 
bir-birilə  az  əlaqəlidirlər.  Müxtəlif  planlar  arasındakı  əlaqə  kommuna  səviyyəsində,  torpaqdan 
istifadə planlarının tərtibi zamanı həyata keçirilir (Zenker,1999).
 
Ekologoji  siyasət  və  ərazilərin  inkişafı  milli  səviyyədə  ən  birinci  vəzifə  hesab  edilir.  Milli 
hökumət  ərazi  inkişafının  əsas  prinsiplərinə  və  tabelyində  olan  səviyyələrin  hamısının 
kompetensasiyasına malikdir. Regional səviyyədə ərazi təşkilinin regional planı və inkişaf proqramı 
tərtib  edilir.  Đcmalar  səviyyəsində  “aparıcı  xətt”  və  torpaqdan  istifadə  planı  işlənib-hazırlanır. 
Ekoloji  yönəmli  planlaşdırmada    təxmini  könüllülük  prinsipi  üstünlük  təşkil  edir.  Milli  səviyyədə 
verilmiş göstərişlərin  icrası üçün dövlət maliyyə yardımı göstərir.
 
Fransada  landşaft  planlaşdırması  məsələləri  müxtəlif  səviyyələr  arasında  bölünür.  Ətraf 
mühitin  vəziyyətinin  təsviri  və  qiymətləndirilməsi  bir  çox  ekoloji  və  monitorinq  proqramları 
vasitəsilə    həyata  keşirilir.  Milli  səviyyədə  “ekoloji  plan  hazırlanır”  ki,  bu  da  təbiətin  ayrı-ayrı 
komponentlərinə məqsədyönlü konsepsiyanı müəyyənləşdirir. Landşaftın mühafizəsi üçün qoyulan 
ə
sas  məsələni  mühafizə  olunan  ərazilərin  planlaşdırması  təmin  edir.  Təbii  parklar  çox  yaxşı 
maliyyələşdirilir  və,  landşaft  planlaşdırması  məsələlərini  yerinə  yetirməklə,  praktikada  davamlı 
regional inkişaf mexanizmini həyata keçirirlər.  
 
Landşaft planlarının simasında, ümumi dövlət planları və vilayətlərin korporasiya planlarına 
baxılır,  hansı  ki  landşaftın  inkişafının  idarə  olunmasına  kömək  edir.  Buradan  belə  qərara  gəlmək 
olar  ki,  Fransada  landşaft  estetik  kateqoriya,  peysaj  kimi  başa  düşülür.  Ona  görə  də  landşaft 
planlaşdırmasının  əsas  məsələləridən  biri  kimi  insanların  peyzaj  əhatəsini  yaxşılaşdırılmaq  və 
landşaftın görünüşünü formalaşdırmaq durur. Lanşaft planılaşdırmasının bütün sahələri və əraziləri 
ə
hatə  etməsi  qanunvericilikdə  nəzərə  alınmayıb.  Landşaft  planları  ehtiyac  olduqda  hazırlanır, 
məsələn,  avtostradaların  planlşdırılması  zamanı  siyasi  həllərin  əsaslandırılması  üçün.  Bu  planlar 
tətbiqi yönəmli olduğundan həmişə konkret şəraitdən asılı olaraq bu və digər proqram və aksiyalarla 
bağlıdır.  Buna  görə  də  planlaşdırılan  və  icra  olunan  tədbirlər  həyata  keçirilməsi  arasında  tez-tez 
fikir ayrılıqları meydana gəlir. Nə qədər ki Fransada landşaft planlaşdırılmasının məqsədi hələ ciddi 
müəyyənləşdirilməyib konkret hallarda kompromis ideologiyası hökm sürür.
 
Sistemin  dəyərlərindən  biri  onun  oriyentasiyasının  tətbiqi  olması  və  cəmiyyət  tərəfindən 
qəbul  olunmasıdır.  Problemlər  sahələrə  bölünən  zamanı  yaranır  və  onun  nəticəsi  olaraq  inteqral 
ekoloji  tələblər  pis  icra  olunur.  Ancaq  fransız  və  alman  sistemlərinin  bir  qədər  yaxınlaşması 
tendensiyası müşahidə olunur.       
 
1.6.4. Đspaniya  
Đ
spaniya  ərazisi  xeyli  dərəcədə  qeyri  bərabər  məskunlaşmış  kvazifederativ  dövlətdir.  Son 
zamanlar  burada  ekoloji  problemlərin  dərk  edilməsi  və  onlara  adyekvat  hüquqi  dəstək  xeyli 
güclənmişdir,  ekoloji  yönəmli  idarəetmə  və  planlaşdırma  artır.        Bu  prosesdə  AĐ  gösrərişləri, 
xüsusən  “Natura  2000”  proqramı,  vacib  rol  oynamışdır.  Đspaniyanın  planlaşdırma  sistemində 
landşaft  planlaşdırması  anlayışı  sözün  birbaşa  mənasında  mövcud  deyil.  Ona  uyğun  olan 
professional  təhsil  də  yoxdur.  Lakin  landşaft  planlaşdırmasının  məsələləri  xeyli  dərəcədə  başqa 
vasitələrlə  yerinə  yetirilir.  Ümumiyyətlə  götürdükdə  landşafta  ancaq  estetik  baxım  anlayışından, 
ona  mədəniyyət  fenomeni  kimi  baxılır,  və  nəhayət onu  landşaft-ekoloji  varlığı kimi qəbul  etməyə 
doğru dəyişmə təsəvvürləri müşahidə olunur. 
Đ
spaniyada  ərazi  planlaşdırması  sektor  və  səviyyələrə  bölünür.  Regionlar  şəhərlərdə  ərazi 
planlaşdırmasını həyata keçirməkdə tam səlahiyyətə malikdirlər. Əsas instrument ərazilərin regional 
və  subregional  planlarıdır.  Ərazi  planlaşdırmasına  müəyyən  aidiəti  olan  idarələr,  məsələn, 
infrastrukturun  plandırlıması  ilə  məşğul  olanlar,  çox  vaxt  öz  təsirlərini  milli  səviyyədən  xeyli 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
13 
“aşağı”  səviyyələrə  çatdırırlar  və  bununla  da  regionların  imkanlarını  məhdudlaşdırırlar.  Birləşmiş 
və  onunla  yanaşı  ekoloji  məsuliyyətli  planların  hazırlanmasının  nə  qədər  çətin  olduğunu  milli 
hidroloji  planın  nümunəsində  göstərmək  olar.  Đdarələrin  və  müxtəlif  inzibati  səviyyələrin 
maraqlarını  razılaşdırmaq    çox  vaxt  şübhəlidir.  Milli  təbiəti  mühafizə  çərçivə  qanunlarına  əsasən 
milli  səviyyədə  təbiəti  mühafizənin  əsas  istiqamətləri  işlənir.  Bu  məsələ  bu  vaxta  qədər  hələ  də 
yerinə  yetirilməyib.  Bununla  belə  Andaluziya  regionu  özünün  inkişafının  strateji  məqsədlərini 
müəyyənləşdirən  ekoloji  plan  hazırlayıb.  Regionların    səlahiyyətinə  resurslardan  istifadə 
planlaşdırması  da  daxildir.  Bu  planlar  “hərtərəfli”  xarakter  daşıyır  və  sosial-iqtisadi  məqsədlər 
güdür.  Regionlar  resursistifadə  planlarını  hazırlayır,  hansı  ki  sonradan  istifadə  planları  ilə 
dəqiqləşir.  Bu  planların  özəyi  əraziləri  növ  və  təbiəti  mühafizə  baxımından  zonalaşdırma,  və 
həmçinin,  digər  sahə  planlarında  əsas  tələbləri  müəyyənləşdirməkdir.  Hərdən  bu  planların 
göstərişləri öz qeyri-müəyyənliyi ilə fərqlənir və icra etmək çox çətin olur.  Bununla belə bunların 
arasında təbiətin və landşaftın mühafizəsi məqsədlərində razılaşdırılmamış məqam yoxdur.  Ancaq 
bu  planların  konkret  icra  proqramları  çox  ləng  inkişaf  edir.  Ona  görə  də  Andaluziyada  qorunan 
ə
razilər daxilindəki icmalar üçün “Davamlı inkişaf planı” hazırlanmışdır. Ümumiyyətlə götürdükdə 
bu vaxta qədər lokal səviyyədə planlaşdırmada səlahiyyətlər müəyyənləşdirılməyıb (Dietz and von 
Rauch, 2000).
 
Resurslardan  istifadə  planı  məcduri  xarakter  daşıyır,  ərazi  və  sahə  planlaşdırılmasına 
nisbətən üstünlük təşkil edir. Bu planlar hər yer üçün yox, başlıca olaraq mühafizə olunan ərazilər, 
xüsusilə  də  böyük  ərazilər  üçün,  tərtib  edilir.  Burada  təkcə  təbiətin  mühafizəsi  deyil,  həm  də 
təsərrüfat  işləri  məqsədi  də  güdülür,  məsələn  kənd  turizminin  inkişafı.  Bununla  da  onlar  regional 
maliyyə  vəsaitlərinin  idarə olunmasında siyasi  vasitə olurlar. Ancaq bu planlar konflikt zonalarına 
aid  edilmir,  məsələn,  intensiv  kənd  təsərrüfatı  zonalarına.  Ona  görə  də    bu  planları  almanların 
təbiəti  mühafizəsi  vasitəsi  olan  landşaft  planları  ilə  eyniləşdirmək  olmaz.  Đspanların  planları 
vilayətlər  üçün  hərtərəfli  təxmini  ekoloji  ərazi  planları  kimi  xarakterizə  oluna  bilər.  Bütün  bunlar 
ə
sas verir ki, Avropa Đttifaqı kənd yerlərində təsərrüfatın genişləndirilməsi üçün bu ərazilərə vəsait 
yardımı ayırsın.   
 
1.6.5. Almaniya Federativ Respublikası 
Almaniyada  landşaftın  planlaşdırılmasının  qədim  kökləri  var.  Onun  inkişafı  XIX  əsrin 
başlanğıcında  meydana  gəlmiş  -  “torpağin  yaxşılaşdırılması”  və  ”torpağın  gözəlləşdirilməsi” 
anlayışları  ilə  bağlıdır.  Digər  mənbəy  isə  həmin  əsrin  sonunda  ölkənin  sənayeləşməsi  və  təbiətin 
məhv olmasına qarşı  Vətənin və Təbiətin Müdafiyəsi hərəkatıdır. Bu hadisələr XIX əsrin sonunda 
ölkənin sənayeləşdirilməsinin təbiətə dağıdıcı təsirindən sonra baş vermişdir. Almaniyanın 1976-cı 
ildə təsdiq olunmuş federal qanununda ilk dəfə olaraq landşaftın müdafiyəsinin planlaşdırma aləti, 
landşafta qulluq edilməsi və onun inkişafı  öz hüquqi əsasını tapmışdır. 
Beləliklə, Almaniyada landşaft planlaşdırılması ilkin olaraq nizam-intizam planı kimi qəbul 
olunmuşdur.  Son  illərdə  onun  təsbit  olunmuş  prinsip  və  metodları  landşaft  planlaşdırılmasını 
təbiətin mühafizəsində mühüm və qəbul olunmuş vasitəyə çevirmişdir. 
Bununla birlikdə, son illərdə cəmiyyət və təsərrüfatda baş verən surətli dəyişikliklər ekoloji 
təminatın  Almaniyada  təmin  olunması  yollarının  yenidən  kəskin  surətdə  müzakirə  olunmasına 
zəmin  yaratdı.  Bu  diskussiyada  əsas  sual  BMT-in  1992-ci  ildə  Rio-de-Janeyroda  keçirilən  “XXI 
ə
srin  gündəliyi”  konfransında    irəli  gələn  ideyaların  hansı  planlaşdırma  vasitələrinin  davamlı 
inkişafı  ideyasının  həyata keçirilməsini təmin edir  idi.  Aşağıda  biz  landşaft planlaşdırılmasının  nə 
olduğunu və onun davamlı inkişaf konsepsiyasına verdiyi tövhəni nəzərdən keçirdəcəyik. 
Təbiətin  və  landşaftın  vəziyyətinə  təsir  edən  planlaşdırmanın  hazırlanması  və  qərarların 
qəbulu Almaniyada müxtəlif səviyyələrdə həyata keçirilir. Landşaft planlaşdırılması həm federal, və 
həm də regionlar səviyyəsində ekoloji yönümlü planlaşdırmaya öz töhvəsini verir. Yadda saxlamaq 
lazımdır ki, yeni məqsədlərə yalnız o vaxt çatmaq olar ki, bu işə çoxlu sayda insanlar dəstək versin. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə