Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə6/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   2   3   4   5   6   7   8   9   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 

ə
həmiyyəti  və  həssaslığı  haqqında  məlumatların  məqsədli  analizi  və  sistemləşdirilməsi  vasitəsidir. 
Daha  sonra  cari  və  gələcək  layihələrin  planlaşdırıma  ərazisinin  bu  komponentlərinə  təsiri  nəzərə 
alınır,  ərazinin  inkişafı  üçün  hansı  məsələ  və  parametrlərə  üstünlük  vermək  müəyyənləşdirilir,  və 
nəhayət,  təbii  mühitin  həyat  fəaliyyətini  saxlamaq  üçün  tədbirlər  göstərilir.  Bir  qayda  olaraq  bu 
prosesin  nəticəsi  xəritələrdir,  hansılarda  ki,  ərazinin  landşaftanın  istifadəsi  və  idarəsi  üçün 
tövsiyələr  öz  əksini  tapır.  Landşaft  planlaşdırması  adətən  digər  planlaşdırma  vasitələrindən  əvvəl, 
və  yaxud  onlarla  kompleks  istifadə  olunur,  və  aşağıdakı  şəkildə  təbii  ehtiyatların  mühafizəsi  və 
onlardan davamlı istifadəyə kömək edir:  
-  müxtəlif  məqsədlər  üçün  torpaqdan  istifadənin  daha  effektiv  olmasına  və  bu  sahədə 
məlumatlandırmaya  təminat  verir,  məsələn,  tikililər,  yerquruluşu,  meşə  massivləri  və 
biomüxtəliflik üçün; 
-  torpaqdan  istifadədə  müxtəlif  təşkilat  və  siyasətçilərin  müxtəlif  səviyyələrdə  qərarlarını 
birləşdirir;  
-  əhali ilə aktiv münasibət yaratmaqla məlumat sisteməlşdirilir və interaktiv (əhalinin iştirakı) 
plan üçün sənədlər hazırlanır; 
-  təbii  resurs  və  komplekləslərin  istifadəsində  konkurent  varintlar  olduqda,  xüsusən  bazar 
iqtisadiyyəti şəraitində, optimal qərarın tapilmasına xidmət edir;  
-  investorlara  layihələrə  qoyulan  tələbləri  nəzərə  almağa,  və  onların  reallaşdırılmasının 
məqsədəuyğunluğu haqqında vaxtında və doğru qərar qəbul etməyə imkan verir; 
-  planlaşdırmaya bütün marağı olan tərəfləri, o cümlədən yerli əhalini, cəlb edən komunikativ 
prosesdir,  və  cəmiiyətin  demokratlaşmasına,  onun  sosial-iqtisadi  stabilliyinə  və  davamlı 
inkişafına yardımçı olur.  
 
1.5. Avropa Đttifaqında ətraf mühit və təbiətin qorunması 
Ümumiavropa  səviyyəsində  təbiətin  və  ətraf  mühitin  mühafizəsinin  inkişafına  əvvəlcə 
Avropa Đttifaqı birliyinin tədricən formalaşmasından bu ittifaqın  yaranmasına  qədər keçən dövrdə 
nəzərdən  keçirmək  lazımdır.  Bu  siyasi  ittifaqa  yol  müxtəlif  təbiəti  mühafizə  müqavilə  və 
qanunlarının  köməyi  ilə  açılır.  Çoxlu  sayda  təşəbbüslərdən  ətraf  mühitin  vəzziyyəti  haqqında 
ümumiavropa məsuliyyəti yaranır. 
 
Ə
traf  mühitin  qorunması  üçün  Avropa  cəmiyyətinin  məsuliyyəti  artıq  1971-ci  ildə  qeyd 
edilmiş, və 1972-ci ildə ətraf mühit üçün tərtib edilmiş birinci proqramda həyata keçirilmiş, 1981-ci 
ildə  isə  Brüsseldə  Avropa  Komissiyası  çərçivəsində  ətraf  mühitin  XI  baş  direktorluğunun 
yaradılması  həyata  keçirilmişdir.  Ətraf  mühitin  qorunmasında  həmrəylik  Avropa  Birliyi      aktının 
130-cu  maddəsində  ayrıca  müstəqil  məsələ  statusunu  aldı.  1993-cü  il  Maastruxt  müqaviləsi  bu 
ümumi  avropa  məsuliyyətinin  hüquqi  əsasını  möhkəmləndirdi.  Ətraf  mühitin  qorunmasın  üzrə 
fəaliyyət  proqramları  və  onların  həyata  keçirilməsi  bütün  ümumi  avropa  təşkilatlarının  vəzifəsi 
oldu.  Nəhayət,  1997-ci  il  Amsterdam  müqaviləsi  ilə  Avropa  Đttifaqının  bütün  ölkələrində  ətraf 
mühit praqramı davamlı inkişafın əsas komponenti kimi təyin edildi (Kramer,1998).  
Ə
məkdaşlığın  başqa  sahələrində  olduğu  kimi,  təbiətin  və  ətraf  mühitin  mühafizəsi  də 
Avropa  Đttifaqında  səlahiyyətlırin  mərkəzləşdirilməsi,  siyasi  çevikik  və  iştirakçı  ölkələrin  sərbəst 
olmasının  müəyyən balansını gözləməklə həyata keçirilir. Avropa Birliyi Aktlarının müddəalarına 
uyğun  olaraq  Đttifaq  o  vaxt  daha  fəal  fəaliyyət  göstərir  ki,  təbiətin  qorunması  məqsədi  ayrı-ayrı 
ölkələr  deyil,  ümumi  Avropa  səviyyəsi  ilə    uyğunlaşsın.  Bu  qərarın  tətbiqinin  vacibliyi  müxtəlif 
hallarda eyni deyildir və hər dəfə müzakirə olunmalıdır. 
Đ
ttifaqın  hüquq  müstəvisüində  sağlam  ətraf  mühit  anlayışı  hüquqi  baza  kimi  əsaslanmayıb, 
lakin  hazırda ətraf  mühitin  və təbiətin qorunması  bu  sahədə dəqiq I  və II dərəcəli  hüquqi əsaslara 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 

malikdir  (Schroder,1998).  Ümumi  götürdükdə  Avropada  təbiəti  mühafizə  hüquqi  sənədlərində 
daxili  uzlaşma  çatışmır.  Məsələn,  bu  aşağıdakəı  kimi  bir  ziddiyyətdə  özünü  büruzə  verir:  bir 
tərəfdən  o  həddindən  artıq  tənzimlənir,  digər  tərəfdən  isə  məqsədlərin  reallaşmasının  daxili 
mexanizmi  zəifdir.  Ümumi  avropa  hüququnda  tez-tez  mütərəqqi  standartlar  irəli  sürülür,  lakin 
bununla yanaşı müxtəlif ölkələrdə bu standartların həyata keçirilməsinin hüquqi imkanları yoxdur.  
Burada  yada  salmaq  yerinə  düşər  ki,  ətraf  mühitin  poblemləri  urbanlaşma  proseslərində 
“sərbəst  landşaftların  parçalanmasında”,  sahil  zonası  və  digər  ərazilərin  mənimsənilməsində, 
ekosistemlərin  eftrifikasiya  və  oksidləşməsində,  onların  böyük  ərazilərə  yayılmasında  və  su 
ehtiyatlarının pis idarəsi zamanı yaranır.  
Qeyd olunanlardan aydındır ki, hal-hazırda ətraf mühitin qorunmasında təşkilatı inteqrasiya 
və  təbiəti  qoruma  siyasətində  birgə  kompleks  yollarınin  işlənib  hazırlanması  bütünlüklə  aktualdır. 
Bu    tələblərə    çox  vaxt  landşaft    planlaşdırması  cavab  verir.  Onun  ümumi  avropa  miqyasında 
inkişafının  hüquqi  əsası  avropa  birliyi    haqqında  Aktın  130-cu  maddəsinin  “r-t”  paraqrafının 
müddəları  ola  bilər.  Burada  ətraf  mühitin  qorunmasının  vasitəsi  kimi  torpaqdan  istifadənin 
planlaşdırılması göstərilmişdir. 
Aşağıda AĐ-nın ətraf mühitin qorunması sahəsində təşəbbüslərinin landşaft  planlaşdırılması  
üçün    vacib əhəmiyyət kəsb edən məqamlarını veririk.   
Biotop  və  növlərin  mühafizəsi  sahəsində  əsas  “hüquqi  istiqamətlər”  fauna  və  floranın 
məskunlaşdığı  ərazilərin  qorunması,  və  həm  də,  quşlarin  mühafizəsidir.  Onlar  AĐ-nin  təbiəti 
mühafizə  siyasətini  nəinki  növlərin qorunmasına, həm də onların  yaşayış    məkanına  yönəltmişlər. 
Bu  istiqamətlər  biomüxtəlifliyin  saxlanmasına  əsaslı  töhfə  verir,  təbii  və  təbiətə  yaxın 
ekosistemlərin qorunamsı tələbini qoyur.   
Đş
tirakçı  ölkələr  qorunan  növlərin  yerləri  və  mühüm  biotoplar  haqqında  AĐ-a  məlumatlar 
təqdim  etməlidirlər.  Avropa  Komissiyası  bu  məlumatları  qiymətləndirir  və  onları  biocoğrafi 
regionlara  görə  birləşdirir,  və  bu  da  Avropanın  qorunan  ərazilərinin  reprezentativ  sistemi  olan 
“Natura  —  2000”  şəbəkəsində  birləşir.  AĐ-nın  ıştirakçı  ölkələri  özlərinin  bu  sistemə  daxil  olan 
hissəsini  mühafizə  və  inkişaf etdirməlidirlər. Bu şəbəkəyə  mümkün  neqativ təsirlər, eyni  zamanda 
şə
bəkəyə təsiri olan plan və layihələr mühüm qaydada ekoloji ekspertizadan keçməli, kənar edilməli 
və  yaxud kompensasiya  verilməlidir. Gələcək  fəaliyyətdə şəbəkənin  vəziyyəti  haqqında  hesabatın 
tərtib  olunması  da  vacibdir.  AĐ  tərəfindən  təbiətin  qorunmasına  ayrılan  vəsait  (LĐFE  Natur)  
artırılmalı və Natura 2000 şəbəkəsinin saxlanmasına yönəlməlidir. 
Bütövlükdə  götürdükdə  AĐ  ölkələrində  “Hüquqi  xətlərin  -  yolların”  həyata  keçirilməsi 
müxtəlif  sürətlə  və  keyfiyyətlə  gedir.  Bunula  birlikdə  bu  mühüm  təbiəti  mühafizə  vasitəsidir.  O, 
yeni standartlar formalaşdırmaqla, təbiətiqoruma siyasətinə təsir edir. 
1999-cu ildə karbon və azot qazlarının,
 
tozun (aerozol) və qurğuşunun havaya atıla biləcək  
miqdarı  üçün  hüquqi  xətt  normaları  qəbul  edildi.  Bu  hüquqi  xətlər    təkcə  normanı  deyil,  həm  də 
ölçmə  metodlarını,  havanın  keyfiyyətinin  qorunması  və  bərpasının  məqsədini  müəyyən  edir. 
Müəyyən hallarda fəaliyyət planının həyata keçirilməsi üçün isə əlavə vasitələr ayırmaq lazımdır və 
bu  normaların  pozulması  hallarında  lazımı  tədbirlər  görülməlidir.  Landşaft  planlaşdırılmasının 
inkişafı  üçün  bu  xətlər  bütövlükdə  vacibdir,  belə  ki,  o  havanın  qorunması  tədbirlərinə  uyğun 
tədbirlərin  işlənib  hazırlanmasına  sövq  edir  və  onları  ərazinin  ümumi  inkişaf  planlaşdırılması 
kontekstinə daxil edilir. 
Su  ehtiyatlarının  qorunması  artıq  çoxdandır  AĐ-nın  siyasətində  əsas  komponentlərdən 
biridir. Düzdür indiyə qədər bu siyasət fraqmentar idi, və əsasən, emissiyanın müvafiq normalarına 
bağlanırdı.  Bu  sahədə  inteqrasiya  olunmuş  yanaşmaya  keçmək  üçün  Avropa  komissiyası  1997-ci 
ildə müvafiq xətlər proyektini təklif etdi.
  
Sonralar  yerüstü  və  yeraltı  sulara,  həm  də  sahildən  bir  dəniz  mili  məsafədə  olan  dəniz 
sularına, tam vahid kimi baxıldı. Artıq onların ekosistem kimi keyfiyyətini yaxşılaşdıran göstərişlər 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə