Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   2   3   4   5   6   7   8   9   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 

ideyası  olduğu  göstərilir.  Landşaft  və  ərazi  planlaşdırılmasının  mahiyyəti  açıqlanır,  onların  nədə 
faydalı olduğu göstərilir.  
Đ
kinci  fəsil    landşaft  planlaşdırılması  potensialının  Azərbaycan  ekoloji  siyasətində  roluna 
həsr olunmuşdur. Bunun üçün əvvəlcə Qafqaz Ekosistemi və onun böyük hissəsi olan Azərbaycan 
Respublikası  ərazisində  ümumi  landşaft  və  təsrrüfat  problemləri,  Azərbaycan  landşaftlarının 
xüsusiyyətləri  və  əhəmiyyəti  təqdim  olunur.    Bu  fəsildə  həm  də  davamlı  inkişafın  mahiyyəti  və 
məqsədi,  onun  reallaşmasında  landşaft  planlaşdırılmasının  rolu,  Azərbaycanda  bu  yolun 
seçilməsində  landşaft  planlaşdırılması  instrumentinin  vacibliyi  və  onun    Azərbycanda  həyata 
keçirilməsinin  hüquqi  əsasları  araşdırılır  və  bu  məqsəd  üçün  ölkənin  yaxşı  hüquqi  bazaya  malik 
olduğu göstərilir.  
Landşaft  planlaşdırılması  instrumentinin  mahiyyəti,  məzmunu,  məqsədləri  və  metodları 
üçüncü  fəsildə  verilmişdir.  Bu  vasitənin  nə  olduğu  və  nəyi  öyrəndiyini,  onun  mərhələləri  və 
addımları,  təbiətin  və  landşaftın  dəyərlərinin  qiymətləndirilməsində  rolu,  təbiəti  mühafizə  və  ətraf 
mühitə  verdiyi töhfə, planlaşdırma  və qərarların qəbul olunmasının koordinasiyasına, konfliktlərin 
həlli  və  planlaşdırma  işlərinin  səmərəliliyinin  artırılmasına,  əhalinin  və  hakimiyyətin  ekolji 
ş
üurunun möhkəmlənməsinə köməyi açıqlanır. 
Ekoloji  yönəmli  kənd,  meşə  və  su  təsərrüfatları  üçün  əsaslar  yaradılmasına,  şəhərlərin  və 
kəndlərin yeniləşdirilməsinə, bələdiyyə və bələdiyyələr arası səviyyədə qərarların qəbul edilməsinə, 
torpaqların alınması və müqavilələrin bağlanmasına, ekoloji ekspertizanın aparılmasına da landşaft 
planlaşdırması yardım göstərir. 
Dördüncü  fəsil  landşaft  planlaşdırılmasına  aid  metodik  tövsiyələrə  həsr  olunmuşdur. 
Landşaft  planlaşdırılmasının  səviyyələri  və  aşagıdakı  mərhələləri  göstərilir:  inventarlaşdırma, 
qiymətləndirmə,  ərazi  inkişafının  sahə  və  inteqrasiya  olunmuş  məqsədli  konsepsiyaları,  əsas 
fəaliyyət istiqamətləri və tədbirlərin konsepsiyası. Baykal gölü ərazisinin timsaslında ayrı-ayrı təbii 
komponentlərin  əhəmiyyət  və  həssaslığının  qiymətləndirməsi,    məqsəd  və  tədbir  növlərinin 
hazırlanmasının metodikası bu fəsildə verilmişdir.  
Sonuncu,  beşinci,  fəsil  kitabın  əsas  məqsədidir  və  Şirvan  Milli  Parkı  və  onun  ətraf 
ə
razilərinin  landşaft  planına  həsr  olunmuşdur.  Burada  hər  şeydən  əvvəl  model  ərazisinin 
seçilməsinin  əsasları  və  qısa  təqdimatı  verilir.  Sonra  planlaşdırma  işləri  təşkilinin  xüsusiyyətləri, 
tədqiqatların aparılmasının alqoritmləri, bu ərazidə aparılan landşaft planlaşdırılmasının ünvançıları 
və  daşıyıcıları  göstərilir.  Ərazinin  bütün  təbii  komponentləri  –  bitoplar,  torpaq  şəraiti,  iqlim  və 
meterologiya, hidrologiya və hidrogeoloji şərait, landşaf potensialı, sosial-iqtisadi şərait, torpaqdan 
müasir istifadə - inventarlaşdırılır və bunların hamısı əhəmiyyət və həssalığına görə qiymətləndilir.  
Mühafizə,  inkişaf  və  yaxşılaşdırma  kareqoriyalarında  sahə  və  inteqrasiya  olunmuş 
məqsədlər  işlənmiş,  baxilan  əarazidə  mümkün  olan  konfliktlər  aydınlaşdırılmış,  ərazinin  inkişafı 
üçün  bu konfliktlərin  həllinə  yönəlmiş tədbirlər  və onların ünvançıları göstərilmişdir. Qeyd  etmək 
lazımdır ki, bütün nəticələr GĐS mühitində işlənmiş xəritələrdə verilmişdir.  
Bu  tədqiqtların  aparılması  və  başa  çatdırılmasında  və  kitabın  yazılmasında  dəyərli 
məsləhətlərinə  görə  müəllif  Berlin  Texniki  Unversitetinin  və  Đrkutsk  Coğrafiya  Đnstitunun 
professorları  A.Hoppenştedt,  V.Vende,  A.Antipov  və  Y.Semyonova  və  Almaniyanın  Federal 
Təbiəti  Mühafizə  Cəmiyyətinin  əməkdaşı  H.Şmauderə  öz  minnətdarlığını  bildir.  Kitabın  iki  və 
dördüncü  fəsillərinin  yazılmasında  müəllif  “Antipov  A.N.  və  başqalarının,  Landşaftnoye 
planirovaniye:  instrumentı  i  opıt  primeneniya,  2005”,  kitabından  metodik  tövsiyə  kimi  istifadə 
etmişdir və bunu qeyd etməyi özünə borc bilir.   
 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 

1. Landşaft planlaşdırılmasının konsepsiyası və onun formalaşmış modelinin 
Avropa ölkələrində tətbiqi   
Dünyanın  qlobal  müxtəlifliyində  Qafqaz  Ekosistemi  qaynar  nöqtələrdən  biri  kimi 
tanınmışdır. Onun təkrar olunmaz  biloji  müxtəlifliyi sosial-iqtisadi  maraqlar  baxımından daha çox 
təhlükəyə məruz qalır. Bir tərəfdən meşələrin qırılması, tikililər, həddən artıq sürülərin otarılması və 
brakonyerlik  ilə  ekosistemə  təzyiq  artır.  Digər  tərəfdən,  əgər  qənaətbəxş  şəkildə  nizamlanmış 
planlar  olmasa,  zəngin  təbii  resurslara  malik  regionun  iqtisadi  artımı  yaşayış  mühitinin 
müxtəlifliyinə getdikcə artan mənfi təsir göstərəcəkdir. Cənubi Qafqazın təbiətinə nəzarətsiz təsirlər 
getdikçə  artır.  Buna  baxmayaraq  region  ölkələrində  onlara  qarşı  qoyulmuş  kompleks 
layihələşdirmədə,  planlaşdırma  və  idarəetmə  mexanizmləri  hələlik  azdır.    Hüquqi  baza  yaxşı 
olmasına baxmayaraq ekoloji qanunların yerinə yetilməsi üçün lazım olan təşkilatı imkanlar azdır, 
və əhalinin və qərar qəbul edənlərin ekoloji şüuru kifayət qədər inkişaf etməmişdir. Üstəlik, ekoloji 
yönəmli planlaşdırma hazirlamaq üçün elmi-mtodik “hou-nou” çatışmır.  
Regionun  geosiyasi  əhəmiyyəti  və  onun  transformasiyasında  gedən  mürəkkəb  proseslərə 
görə Almaniya Federativ Respublikası artıq bir neçə ildir ki regionun inkişaf etməsində aktiv iştirak 
edir.  Müxtəlif  tədbirlərin  əsasını  Đqtisadi  Əməkdaşlıq  və  Đnkişaf  üzrə  Federal  Nazirliyin  “Qafqaz 
təşəbbüsü”  proqramı  təşkil  edir.  Proqram  2001-ci  ildə  yaradılmışdır.  Ekoloji  tələblər  baxımından 
təbiəti  mühafizə bu proqramın əsas sütunlarından biridir. Proqramın  mahiyyətinə görə, beynəlxalq 
milli  parkların  köməyi  ilə  qafqaz  xalqlarının  qarşılıqlı  anlaşılması,  əgər  mümkünsə, 
dəstəklənməlidir  (məsələn,  alman  inkişaf  bankının  KfW  proqramı,  Cənubi  Qafqaz  üçün  Birləşmiş 
transsərhəd  katibliyi).  Bu  layihələr  çərçivəsində  təbiəti  mühafizə  üzrə  Federal  idarə  landşaft 
planlaşdırması metodikasına aid bilikləri cənubi Qafqaz ölkələrinə verməyə cəhd göstərir. Landşaft 
planlaşdırması  mövzusuna  aid  keçitilmiş  bir  neçə  məsləhət  və  tədris  məşğələlərində  layihənin 
iştirakçıları prosesin mərhələləri, əsasları və bu instrumentin iş metodikası ilə tanış olmuşlar.   
  
1.1. Problemə  ümumi  baxış. 
Avropa  Şurasının  fəal  üzvü  kimi  Azərbaycan  Respublikası  öz  fəaliyyətinin  mxtəlif 
sahələrində  avropa  standartlarından  maksimal  şəkildə  istifadə  etməyə  cəhd  göstərir.    Ən  vacib 
məqamlardan  biri  kimi  strateji  olaraq  yaşadığımız  mühitin  mühafizəsi  və  saxlanmasına  yönəlmiş 
Kyüoto  protokolunun  dövlətimizin  imzaladığını  misalını  göstərmək  olar.  Azərbaycan, 
ümüumiyyətlə  götürdükdə,  qlobal  ətraf  mühitin  qorunması  və  bununla  əlaqədar  insanin  sağlamlıq 
təhlükəsizliyini  təmin  edən  çoxlu  sayda  beynəlxalq  konvensiyalara  qoşulmus  və  bununla  da 
öhdəçiliklər götürmüşdür.  
Ə
traf mühitin mühafizəsi sahəsində Azərbaycan yaxşı qanun bazasına malikdir. 1999-cu ildə 
“Azərbaycan  Respublikasında  Ətraf  Mühitin  Mühafizəsi  Haqqında”  qanun  qəbul  edilmişdir.  Bu 
qanunun maddələrində, avropa qanunları ilə həmahəng olan, çoxlu sayda yeni ideyalar və fəaliyyət 
istiqamətlərinə  rast  gəlinir.  Bu  hüquqi  istiqamətləri  real  tədbirlər  müstəvisinə  keçirmək  üçün  yeni 
metodik  imkanların  yaradılmsına  ehtiyac  vardır.  Avropa  Đttifaqı  ölkələrində,  xüsusən  Almaniya 
Federativ  Respublikasında,  tətbiq  olunan  Landşaft  Planlaşdırılması  instrumenti  bu  baxımdan  çox 
önəmlidir  və  Azərbaycanda  insan  fəaliyyətinin  planlaşdırılması  və  ətraf    mühitin  mühafizəsi  ilə 
ə
laqədar yeni fəaliyyət istiqamətlərinin həyata keçirilməsinə yaxşı imkandır.  
Xüsusi  olaraq  qeyd  etmək  lazımdır  ki,      landşaft  planlaşdırılması  instumentinin  işlənib 
hazırlanması  alim  və  mütəxəsislərin  növbəti  tədqiqatlar  aparılmasına  olan  istəyi  ilə  əlaqədar 
deyildir.  Ümumiliklə  götürdükdə  onun  əsasında  insanın  həyat  fəaliyyətinin  planlaşdırılması 
siyasətində, və xüsusi halda, torpaqdan istifadə siyasətində mövcud problemlərin həlli durur.  
Azərbaycan zəngin torpaq ehtiyatlarına malikdir. Bununla yanaşı onların xeyli hissəsini təbii 
və yaxud insan tərəfindən az dəyişdirilmiş landşaftlar təşkil edir. Ölkənin bu təbii sərvətləri nəinki 
tam  öyrənilməyib,  həm  də  ekoloji  və  sosial-siyasi  cəhətdən  dərk  edilməyib,  qiymətləndirilməyib. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə