Lp final Web az



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə17/56
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22405
1   ...   13   14   15   16   17   18   19   20   ...   56

Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
29 
istifadə edilməsinin genişləndirilməsi, torpaqların çirklənməsinə və deqradasiyasına səbəb ola bilən 
texnologiyalardan istifadə olunmasının qarşısının alınması.  
Turizm  sahəsinə  dair  əsas  tədbirlər  bunlardan  ibarətdir:  milli  turizm  proqramının 
hazırlanmasında  davamlı  inkişaf  prinsiplərinin  nəzərə  alınması,  hər  cür  zona  üçün  ətraf  mühitə 
maksimum  yol  veriləsi  turist  təzyiqinin  müəyyənləşdirilməsi  və  həmin  normaların  yerinə 
yetirilməsinə  nəzarət  edilməsi,  ekoloji  turizm  və  turizmin  digər  yeni  formalarının  inkişaf 
etdirilməsi.  
Elm, təhsil  və  mədəniyyətə dair tədbirlər  arasında ali  məktəblər üçün davamlı  inkişaf üzrə 
tədris  vəsaiti  və  proqramının  hazırlanması,  elmi  kadr  potensialının  gücləndirilməsi,  elmi-tədqiqat 
işlərinin aparılmasının stimullaşdırılması və s. nəzərdə tutulub.     
BMT-nin  2000-ci  ildə  keçirdiyi  toplantısında  imzalanmış  “Minilliyin  Bəyannaməsi” 
sənədində qarşıya qoyulan məqsədlərə nail olmaq, zəruri tədbirləri ardıcıl şəkildə həyata keçirmək 
məqsədilə  2003-cü  ildən  başlayaraq  Azərbaycan  Respublikasında  “Yoxsulluğun  Azaldılması  və 
Đ
qtisadi Đnkişaf üzrə Dövlət Proqramı” (YAĐĐDP) tətbiq edilməkdədir. Bu proqram Dünya Bankı və 
Azərbaycan  Hökuməti  tərəfindən,  BMT-nin  Đnkişaf  Proqramının  fəal  iştirakı  ilə  işlənib 
hazırlanmışdır.  YAĐĐDP-də  Azərbaycandakı  mövcud  yoxsulluq  səviyyəsi  və  onun  səbəbləri  təhlil 
edilmiş,  yoxsulluğun  azaldılması  məqsədilə  iqtisadiyyatda,  sosial  sahədə  islahatların,  institusional 
dəyişikliklərin  əsas  istiqamətləri  müəyyənləşdirilmişdir.  YAĐĐDP-də  nəzərdə  tutulan  tədbirlərin 
həyata  keçirilməsi  nəticəsində  əhalinin  gəlir  əldə  etmə  imkanı  artacaq,  sosial  müdafiə  sistemi 
təkmilləşdiriləcəkdir.  Yoxsulluqla  mübarizə  üçün  YAĐĐDP  həm  də  Azərbaycanın  iqtisadi 
inkişafında  müşahidə  olunan  regional  qeyri-bərabərliyin  aradan  götürülməsini  nəzərdə  tutur.  Belə 
ki, sənaye potensialının əksər hissəsinin Bakıda yerləşməsi, regionlarda olan bir çox müəssisələrin, 
istehsal  və  xidmət  obyektlərin  fəaliyyətinin  zəifləməsi  və  ya  tamamilə  dayanması  əhalinin  ölkə 
paytaxtına  axınını  sürətləndirmişdir.  Bu,  regionların  inkişafı  arasında  fərqin  artmasına,  bir  çox 
yerlərdə sosial-iqtisadi, demoqrafik və ekoloji vəziyyətin ağırlaşmasına səbəb olmuşdur.  
Yuxarıda  qeyd  olunanları  nəzərə  alaraq  “Azərbaycan  Respublikası  regionlarının  sosial-
iqtisadi  inkişafı  Dövlət  Proqramı”  hazırlandı.  Həmin  proqram  Azərbaycan  Respublikası 
Prezidentinin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq olundu. Proqramda 2004-2008-ci illərdə 
Azərbaycanın  ayrı-ayrı  rayonlarında  iqtisadiyyatın  inkişafını  sürətləndirən  amillər,  bununla  bağlı 
dövlət siyasətinin və dövlət dəstəyinin əsas istiqamətləri müəyyən edildi. Proqram 10 iqtisadi rayon 
üzrə  tərtib  olunub:  Abşeron  iqtisadi  rayonu  (Abşeron  və  Xızı  rayonları,  Sumqayıt  şəhəri),  Gəncə-
Qazax  iqtisadi  rayonu  (Ağstafa,  Daşkəsən,  Gədəbəy,  Goranboy,  Xanlar,  Qazax,  Samux,  Şəmkir, 
Tovuz  rayonları,  Gəncə  və  Naftalan  şəhərləri),  Şəki-Zaqatala  iqtisadi  rayonu  (Balakən,  Qax, 
Qəbələ,  Oğuz,  Zaqatala,  Şəki  rayonları),  Lənkəran  iqtisadi  rayonu  (Astara,  Cəlilabad,  Lerik, 
Masallı,  Yardımlı,  Lənkəran  rayonları),  Quba-Xaçmaz  iqtisadi  rayonu  (Dəvəçi,  Xaçmaz,  Quba, 
Qusar,  Siyəzən  rayonları),  Aran  iqtisadi  rayonu  (Ağcabədi,  Ağdaş,  Beyləqan,  Bərdə,  Biləsuvar, 
Göyçay, Hacıqabul, Đmişli,  Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Ucar, Zərdab rayonları, 
Ə
li  Bayramlı,  Mingəçevir,  Yevlax  şəhərləri),  Yuxarı  Qarabağ  iqtisadi  rayonu  (Ağdam,  Tərtər, 
Xocavənd,  Xocalı,  Şuşa,  Cəbrayıl,  Füzuli  rayonları,  Xankəndi  şəhəri),  Kəlbəcər-Laçın  iqtisadi 
rayonu  (Kəlbəcər,  Laçın,  Zəngilan,  Qubadlı  rayonları),  Dağlıq  Şirvan  iqtisadi  rayonu  (Ağsu, 
Đ
smayıllı,  Qobustan, Şamaxı rayonları), Naxçıvan  iqtisadi rayonu (Naxçıvan  şəhəri,  Babək, Culfa, 
Ordubad, Sədərək, Şahbuz, Şərur rayonları). 
Proqramın əsas məqsədi rayonlarda mövcud potensialdan səmərəli istifadə etməklə istehsal 
müəssisələrinin 
fəaliyyətinin  genişləndirilməsinə, 
ixrac 
yönümlü 
məhsul 
istehsalının 
stimullaşdırılmasına,  yerli  sahibkarlığın  inkişafı  yolu  ilə  əhalinin  həyat  səviyyəsinin 
yaxşılaşdırılmasına, məşğulluğunun artırılmasına və ölkə iqtisadiyyatının dinamik inkişafının təmin 
edilməsinə nail olmaqdır. Bu məqsədə çatmaqdan ötrü proqramda müəssisələrin istehsal fəaliyyətini 
bərpa  etmək  və  yeni  istehsal  müəssisələri  yaratmaq,  yerli  resurslardan  istifadənin  səmərəsini 
artırmaq,  regionların  inkişafı  üçün  zəruri  infrastrukturun  yaradılmasını  və  inkişafını  təmin  etmək, 


Azərbaycanda Landşaft  Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
 
30 
aqrar sektorda islahatları sürətləndirmək, toxumçuluq bazasını genişləndirmək, texnika ilə təminatı 
yaxşılaşdırmaq,  investorların  regionlara  cəlb  olunması  üçün  əlverişli  şəraitin  yaradılmasını  təmin 
etmək,  yeni  iş  yerlərinin  yaradılmasını  həvəsləndirmək, əhalinin kommunal  xidmətlərlə təminatını 
yaxşılaşdırmaq nəzərdə tutulur.  
Regionların sosial-iqtisadi inkişafı proqramında kənd təsərrüfatına dair müxtəlif tədbirlər, o 
cümlədən  mövcud  meliorasiya-irriqasiya  sistemlərinin  bərpası  və  yenidən  qurulması,  yeni 
sistemlərin  tikilməsi  hesabına  suvarılan  torpaqların  su  təminatının  yaxşılaşdırılması,  torpaq 
ş
oranlaşmasının qarşısının alınması, magistral kollektorlar vasitəsilə şor suların Xəzərə axıdılması, 
su  çatışmazlığının  aradan  qaldırılması,  bu  məqsədlə  yeni  su  anbarlarının,  magistral  kanalların  və 
digər  su  təsərrüfatı  obyektlərinin  tikilməsi,  torpaq  eroziyasına  qarşı  müvafiq  tədbirlərin  həyata 
keçirilməsi, torpaqların rekultivasiyası layihələrinin hazırlanması və s. tədbirlər vardır. Regionlarda 
infrastrukturun inkişafına dair dövlət siyasətinin əsas istiqaməti  müasir tipli elektrik stansiyalarının, 
yolların, kommunikasiya xətlərinin və digər infrastruktur obyektlərinin inşası, yenidənqurulması və 
inkişafı layihələrinin həyata keçirilməsidir. Proqramda əhalinin elektrik enerjisi, su, qaz, rabitə və s. 
ilə təminatının müasir tələblər səviyyəsinə çatdırılmasına, rayonlarda turizmin inkişaf etdirilməsinə 
xüsusi diqqət yetirilir. Nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi 
inkişafında mühüm rol oynayacaqdır. 
Beləliklə,  inkişaf  etmiş  ölkələrdə  olduğu  kimi  Azərbaycanda  da  təbiətin  və  ətraf  mühitin 
qorunması  iqtisadiyyatla  bir  sırada,  eyni  dərəcədə  vacib  məqsəd  kimi  baxılır.  Ölkənin  ərazi 
inkişafının daimi təmin olunmasına yönələn, elmi tədqiqatlara əsaslanan həllərin axtarışı siyasət və 
idarəçiliyin  fundamental  məsələləri  hesab  olunur.  Landşaft  planlaşdırılması  bu  məsələlərin  həllini 
ə
həmiyyətli  dərəcədə  həyata  keçirməyə  imkan  verir,  onun  böyük  və  hərtərəfli  təcrübəsi  müxtəlif 
səviyyələrdə, ərazi planlaşması sisteminin işləyib hazırlanmağa və zənginləşdirməyə qabildir, və bu 
da yuxarıda şərhi verilən dövlət proqramlarının həyata keçirilməsi üçün bir vasitədir.  
 “Region” anlayışı özlüyündə Azərbaycanda iqtisadi-coğrafi və inzibati rayonları birləşdirir. 
Onlar bir qədər iri miqyasda təbii-coğrafi vilayətlər şəkilində birləşirlər (şəlkil 2.2). Azərbaycanda 
Regionların Đnkişafı Proqrami  10 iqtisadi-coğrafi rayon üçün hazırlanmışdır.  Yuxarıda deyilənlər 
ə
sasında,  iqtisadi-coğrafi  rayonlar  üçün  Landşaft  Proqramı,  inzibati  rayonlar  üçün  isə  Landşaft 
Planı hazırlamaq dövlət proqramlarının həyata keçirilməsinə kömək edər.   
Azərbaycan ərazisinin böyük hissəsi arid zonada yerləşir, bu yerlərdə intensiv şəkildə gedən 
səhralaşma  müşahidə  olunur,  xüsyusi  deqradasiya  yay  və  qış  otlaqlarında  gedir,  torpağın 
ş
oranlaşması  güclənir.  Bu  sahədə  landşaft  planlaşdırılmasının  əsası  kimi  iqlimin  dəyişməsi  və 
səhralaşmaya  qarşı  mübarizə  üzrə  Milli  Məclisin  ratifikasiya  etdiyi  beynəlxalq  konvensiyalar, 
təbiəti  mühafizəyə  dair  Azərbaycanın  qanunlari,  regionların  sosoial-iqtisadi  inkişafı,  kasıbçılığın 
ləğv olunması və iqtisadi inkişaf proqramları, və həm də, su və torpaq kadastrları ola bilərlər.  
2000-ci  ildə  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  Torpaq  Kodeksi  ilə  əlaqədar 
təsdiq  etdiyi  normativ-hüquqi  sənədlər  lanşaft  planladırılması  üçün  lazım  olan  torpaq 
zonalaşdırılmasının ümumi müddəaları və prinsiplərini nəzərdə tutur.  
Azərbaycanın səth sularının böyük hissəsi qonşu ölkələrin ərazilərində formalaşır. Kür çayı, 
özünün qolları ilə birlikdə, bütün Cənubi Qafqazın, və xüsusən Azərbaycanın, əsas su arteriyasıdır. 
Kür  çayı  üçün  hazırlanmış  USAĐD  və  TACĐS  kimi  beynəlxalq  proqramların  cəhdi  hiss  olunacaq 
nəticə  verməmişdir.  Bu  çayın  su  resurslarının  idarə  olunmasında  və  ekoloji  vəziyyətinin 
mühafizəsində  hələ  xeyli  problemlər  mövcuddur.  Əgər  nəzərə  alsaq  ki,  landşaft  planlaşdırması 
təbiətdən  istifadəçilərin  maraqlrını  müəyyən  edən  və  təbiətin  mühafizəsi  baxımından  onları  ortaq 
məxrəcə  gətirən,  konfliktləri  həll  edən  və  razılaşdırılmış  fəaliyyət  və  tədbirlər  planı  işləyən 
kommunikativ  prosesdir,  onda  Kür  çayının  resurslarının  idarə  olunması  üçün  landşaft 
planlaşdırılmasının  nə  qədər  faydalı  olduğu  aydınlaşır.  Landşaft  planlaşdırmasının  bu  məsələlərin 
həllinə  planlaşdırma  ərazisindəki  bütün  təbiəti  mühafizə  və  təsərrüfat  subyektlərini  cəlb  etdiyini 
xüsusi qeyd etmək lazımdır.  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə