Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
73
- kənd təsərrüfatı yerli əhalinin və turistlərin ehtiyaclarını ənənəvi olaraq bu ərazidə istehsal
olunan ərzaq məhsulları ilə təmin edə bilmir.
4. Ayrı-ayrı zonaların inkişaf konsepsiyasına yenidə baxış, nə zaman ki,
- təbiətdən istifadəyə və ətraf mühitə təsiri qiymətləndirməyə yeni normativ məhdudiyyətlər
daxil edilmişdir;
- əbiətdən nizamlı istifadə ilə əlaqədar problemlər kəskinləşmişdir.
5. Fəaliyyət və tədbirlərin istiqamətlərinin düzəlişi və dəqiqləşdirilməsi, nə zaman ki,
- ayrı-ayrı komponentlər üzrə təbiəti mühafizə tövsiyələri icra olunmur, və yaxud, inkişafın
məqsədli konsepsiyasını təmin etmir;
- pozulmuş təbii komplekslərin təbii bərpası kifayət qədər intensiv getmir, və yaxud, arzu
olunmayan istiqamətdə gedir.
Təkrar planlaşdırma aparamağın mənası və xeyri onda olur ki, ərazinin inkişafı üçün əvvəl
tərtib olunmuş planın bütün məqsədləri icra olunmuş olsun.
4.8. Đri miqyaslı lanşaft planı (1: 25 000),
4.8.1 Ümumi müddəalar
Đ
rimiqyaslı landşat planını adətən yerli özünüidarəetmə əraziləri, və yaxud, bələdiyyə
ə
razisinin bir hissəsi, həm də, xüsusi təbiət əhəmiyyəti olan əraziləri üçün (yasaqlıq, qoruq, milli və
yaxud təbii parkın ərazisi) tərtib edirlər.
Ortamiqyaslı
(çərçivə)
landşaft
planlaşdırılmasından
fərqli
olaraq
irimiqyaslı
planlaşdırmanın məqsədi adətən ərazinin inkişafının ümumi problemlərinin həllinə yönəlməmişdir
və daha yüksək səviyyəli planın çərçivə tələblərinin göstərişlərinə uyğun olaraq konkret prioritet
məsələləri həll edir. Đrimiqyaslı lanşaft planlaşdırılması ərazisnin sərhədi kimi inzibati bölmənin
sərhədlərini götürmək məsləhət görülür. Bu təbii, tarixi və digər sərhədləri orientir kimi götürməyə
qadağa qoymur, əgər, planlaşdırmanın əsas məqsədi bu sərhədlərdə daha effektiv reallaşırsa. Ancaq,
bunula yanaşı, vahid şəkildə formlaşmış təsərrüfat kompleksinin bütün əlaqələrini infrastruktur,
sosial blok, xammal istehsalı və onun emalı, istirahət zonaları və canlı təbiətin mühafizəsində
nəzərə almaq lazımdır. Ona görə də əsas məqsədi müəyyən etdikdən sonra araşdırılan sahənin dəqiq
sərhədlərini müəyyən etmək lazımdır.
Đ
rimiqyaslı planlaşdırma ərazisinin sərhədlərini müəyyən etdikdən sonra araşdırılan ərazinin
problemlərini aydınlaşdırmaq və bu problemlərin realizasiyasının şəcərəsinin tərtib etmək lazımdır.
Onların ardıcıllığı inkişafın ekoloji, sosial, siyasi və iqtisadi şərtləri ilə təyin olunur.
Məsələn, xüsusi mühafizə olunan ərazilərdə hər şeydən əvvəl ekoloji problemlər nəzərə
alınır, hansıların ki həlli təbiəti mühafizə tədbirləri ilə yanaşı iqtisadi və digər fəaliyyətdən də
asılıdır. Kənd təsərrüfatı əraziləri üçün davamlı inkişaf prinsipinə əsaslanmaq lazımdır. Davamlı
inkişaf prinsipi landşafta əks təsiri, onun uzunmüddətli istifadəsini və təbii potensialının bərpasını
təmin edir. Bu zaman ekloji amillər mütləq və məcburi şəkildə həlledici deyildir, ancaq çərçivə
ə
həmiyyətli ola bilərlər.
Đ
rimiqyaslı planlaşdırmanın vacib məqamı konkret ərazinin inkişaf məqsədlərinə xas olan və
şə
cərə məqsədlərində nəzərə alınan siyasi, sosial, iqtisadi və xüsusən ekoloji problemlərin ardıcıl
şə
kildə analizidir. Sadalanan sferaların hər biri xüsusi elementlərə ayrılır. Belə ki, iqtisad sferası
emal sənayesinə, meşə və su təsrrüfatına, nəqliyyata, energetikaya və ticarətə bölünür (şəkil 4.13).
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
74
Şə
kil 4.13. Đrimiqyaslı landşaft planlaşdırılmasında problemlərin kompleks təyini
Burada hər element üçün bütün mümkün problemlərə baxılır, xüsusi hal üçün məqsədlərin
şə
cərəsi tərtib olunur və dominant məqsəd müəyyənləşdirilir. Məsələn, kənd təsərrüfatına tətbiq
zamanı bu problemlər kimi torpağın eroziya prosesinə qarşı zəif olamsını və yaxud onun zəif
susaxlama qabiliyyətini, odun hazırlanması üçün ehtiyatın və tikinti materiallarinın olmamasını və
s. göstərmək olar. Meşə təsərrüfatı üçün xüsusi hal kimi meşənin bərpası və yaxud mühitmühafizə
qabiliyyətinin gücləndirilməsini vurğulamaq olar. Nəqliyyat üçün məqsəd kimi nəqliyyat
şə
bəkəsinin yaxşılaşdırılması, və yaxud, yaradılaması ola bilər. Bu məqsədlər kənd təsərrüfatı
məhsullarının daşınması, emalı və reallaşdırılmasına qulluq edirlər.
Bütün bu məqsədlər satış bazarının mövcudluğu, məhsulun mayadəyəri, investisiya siyasəti
və s. kimi vacib makroiqtisadi prinsiplərə yönəlməlidir.
Sosial sferada məşğulluq və işszlik, mədəniyyət, təhsil, təqaüd təminatı, səhiyyə və s. kimi
elementləri ayırmaq olar. Bu elementlərin hər biri üzrə problem sahələrə baxmaq və inkişafın əsas
isitiqamətlərini həll edən əsas məqsədləri ayırmaq lazımdır.
Siyasi sferanın vacib olmasına baxmayaraq müasir zamanda ərazi planlaşdırılması
konteksində o az inkişaf tapmışdır. Vacib element kimi inzibati bölgü, idarəetmə və torpaqdan
istifadənin hüquqi-qanuni əsaslarını misal göstərmək olar. Onlar həm də landşaft planları hazırlanan
zamanı da analiz edilməlidir.
Bu sferaların hər biri və onların ayrı-ayrı elementləri üzrə əsas məqsədləri və inkişaf
məqsədlərini müəyyən etdikdən sonra irimiqyaslı landşaft planlaşdırmasının informasiya təminatına
baxmaq lazımdır. Bu zaman nəzərə almaq lazımdır ki, planlaşdırmanın əsasını əsasən əldə olan, və
yoxlanmış, məlumatlar təşkil etməlidir.
Đ
rimiqyaslı landşaft planlaşdırılması çərçivəsində təbii-ekoloji şəraitin xüsusiyyətlərini
nəzərə almaq və inkişafın məqsədini işləmək və qiymətləndirmək üçün ən əhəmiyyətli təbii
komponent seçilir. Çox vaxt bu miqyasda bu məqsəd kimi torpaq, növ və biotoplar, landşaftlar və
onların rekreasiya potensialı meydana çıxır. Đrimiqyaslı landşaft planının hazırlanması çərçivə
planında olduğu kimi beş mərhələyə bölünə bilər.
4.8.2. Đnventarlaşdırma mərhələsi
Çərçivə landşaft planlaşdırılmasında olduğu kimi, burada da inventarlaşdırma mərhələsinin
ilkin materialları dövlət statistika, meşə taksasiyası və yerquruluşu məlumatları, hirometeorologiya
xidməti şəbəkəsinin müşahidə sıraları və s. ola bilər. Ancaq, onlar çöl tədqiqatları, ədəbiyyat
mənbələrinin analizi və müxtəlif kartoqrafiya və aerokosmik materiallarla dəqiqləşdirilir. Torpaq,
Dostları ilə paylaş: |