Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
85
seçildi (şəkil 5.1). Əvvəlcədən qeyd edək ki, bizim terminologiyamızda ətraf və bufer zonası
terminləri sonradan sinonim kimi işlədiləcəkdir. Model ərazinin seçimi Azərbaycan
Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi ilə razılaşdırıldı.
Landşaft planlaşdırılmasının obyekti kimi Şirvan Milli Parkı və onun ətraf zonasının
seçilməsi ərazinin xüsusi təbiəti, heyvanlar aləminin mühafizəsinin zəruriliyi (ceyranlar, köçəri
quşlar və s.) və burada təbii və antropogen konfliktlərin mövcudluğu ilə əlaqədardır. Axırıncıları
landşaft planlaşdırılmasının vasitələrini tətbiq etməklə həll etmək olar. Xüsusi olaraq qeyd etmək
lazımdır ki, Azərbaycanda Regionların Đnkişafı proqramınım ikinci mərhələsi (2009-2013 illər)
təsdiq olunmuşdur. Yəni bu ərazinin seçilməsi təbiəti mühafizə ilə yanaşı, həmin proqramın
müddəalarının icra olunmasına faydalı olacaqdır.
Ş
irvan Milli Parkı 2003-cü ildə Azərbaycan Respublikasının sərəncamı ilə Bakı şəhərinin
Qaradağ, Səlyan və Heftçlala rayonlarının ərazilərində təşkil olunmuşdur, 54373,5 ha sahəni tutur.
Milli parkın yaradılmasının əsas məqsədi yarımsəhra landşaftının əsas komponenti olan və
Azərbaycan Respublikasının “Qırmızı kitabına” daxil edilmiş ceyranların (Gazella subgutturosa,
şə
kil 5.2) və bu yerlər üçün səciyyəvi olan faunanın mühafizəsi, ekoloji monitorinqin aparılması və
ə
halinin ekoloji maarifləndirilməsi, turizm və istirahət üçün şəraitin yaradılmasıdır. Milli parkın
ə
razisinin 6,2 min ha-sı qoruq zonasıdır. Bu ərazi dünyada ceyranlar ən çox toplandığı ərazilərdən
biridir – 5 minə yaxın. Parkda yox olma həddinə çatmış 34 növ quş yaşayır, artıq 10 növ
Beynəlxalq Qırmızı Kitaba, 24 növ isə Azərbaycanın Qırmızı Kitabına daxil edilmişdir.
Şə
kil 5.2. Ceyranlar (Gazella subgutturosa) Şirvan Milli Parkının ərazisində
Coğrafi baxımdan Şirvan Milli Parkı Şirvan düzənliyinin Kür-Araz vadisində yerləşmişdir
(şəkil 5.3). Yaxın geoloji dövrdə parkın ərazisi Xəzər dənizinin dibi idi, hazırda isə dəniz
səviyyəsindən 20-25 m aşağıda yerləşən və qərbə doğru yüksələn akkumulyativ düzənlikdir.
Keçmiş transqressiyanın təsdiqi kimi burada rast gəlinən dəniz terraslarını, 0,5-1,2 m hüdürlüklü
qum təpələrini, abrazion çıxıntıları göstərmək olar.
Parkın ərazisində çay və bulaqlar yoxdur. Şirvan çölünün cənub-şərq hissəsinin mərkəzində
kollektorla qidalanan Çala göl yerləşmişdir, parkın ərazisindən müxtəlif kanallar keçir. Göl və
kollektorlar qışda nadir hallarda donur. Xəzər dənizi isə bu rayonda donmur. Parkın ərazisində boz,
boz-çəmən, çəmən-bataqlıq və qumlu torpaqlar yayılmışdır.
XX əsrin əvvəllərində Cənubi Qafqazda ceyranların sayı nisbətən çox idi – 50-60 minə yaxın.
Avtomobil nəqliyyatının yayılması ilə ceyranların sayı kəskin surətdə azalmağa başladı, XX əsrin
30-cu illərində onların sayı azərbaycanda 5-6 mindən çox deyildi. O zaman ceyranlar ümumi sahəsi
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
86
8200 km
2
olan 8 ayrı-ayrı sahələrdə rast gəlinirdi. Şirvan çölünün cənub-şərq hissəsində, harada ki
hazırda milli park yerləşmişdir, 40-cı illərin əvvəllərinə yaxın 600 ceyran qalmışdır (V.Vereşaqin,
1940).
Sonradan, brakonyerliyin və Kür-Araz çökəkliyində kənd təsərrüfatı ərazilərinin sahəsinin
artması nəticəsində çöl əraziləri azaldıqca ceyranların sayı katastrofik səviyyəyə düşdü: 1961-ci ildə
respublikada 130 ceyran
qalmışdı,
onların
77-si
Ş
irvan
çölündı
qeydə
alınmışdı.
Respublikada
ceyranların
ovlanmasına
tam qadağan 1959-cu ildə
qoyuldu.
Ceyranların
mühafizəsi üçün 1961-ci
ildə Şirvan çölünün cənub-
şə
rq hissəsində Bəndovan
yasaqlığı təşkil olundu. Bu
müəyyən müsbət nəticə
verdi:
60-cı
illərin
ə
vvəllərində
ceyranların
sayı 400-ə çatdı. Ancaq,
yasaqlıq
ceyranların
özlərini və məskunlaşdığı
ə
razini tam mühafizə edə
bilmirdi. Ceyranların kökünün kəsilməsi təhlükəsi qalırdı, və ona görə də 1969-cu ilin iyun ayında
Bəndovan yasaqlığının ərazisi və onun ətraf çölündə 17 745 ha ərazidə Şirvan qoruğu yaradıldı.
Ceyranların sayı sürətlə çoxalmağa başladı və 80-ci illərin əvvəllərində 10 dəfə artdı.
XX əsrin 70-ci illərinin axırlarında qoruğun ərazisi yenidən bölündü. Bu iş ceyranların daha
effektiv mühafizəsi və qoyunçuluq fermalarının qış otlaqları ilə təmin oluması kimi izah olundu.
1978-ci ilin noyabr ayında 1150 ha qoruq torpqları heyvandalıq komplekslərinə ayrıldı, əvəzində
1982-ci ilin may ayında qoruq 9216 ha sahə aldı. O zamandan qoruğun ərazisi 25 761 ha-dır.
5.1.2. Planlaşdırma işləri təşkilinin xüsusiyyətləri
Landşaft planlaşdırılması Azərbaycanda birinci dəfə aparıldığından torpaqdan istifadəni və
təbiəti mühafizəni nizamlayan bəzi hüquqi məqamları təhlil etmək və onları dövlət, nazirlik və
inzibati rayonlar səviyyəsində razılaşdırmaq zəruri idi.
Digər istinad məqamı Şirvan Milli Parkının öz ərazisi ilə birlikdə Azərbaycan Ekologiya və
Təbii Sərvətlər Nazirliyinə tabe olmasıdır və ona görə də o burada aparılan landşaft
planlaşdırılmasının ünvançısı və daşıyıcısı odur. Bu parkın ərazisində landşaft planlaşdırılması
aparılmasına həmin nazirliyin razılığının olmasını şərtləndirirdi, və həmin razılıq alındı.
Yuxarida qey edildi ki, Şirvan Milli Parkı Qaradağ, Səlyan və Neftçala rayonlarının
ə
razisində təşkil olunmuşdur. Bu fakt həmin rayonların rəhbərliyini məlumatlandırmaq, onları
layihə ilə tanış etmək və onlarla müzakirə etmək ehtiyacını qarşıya qoydu. Ona görə də layihə ilə
ə
laqədar birinci və sonrakı görüşlərin hamısına həmin inzibati rayonların torpaq komitələrinin
rəhbərləri dəvət olundu.
Ş
irvan Milli Parkının azərbaycanda biomüxtəlifliyi mühafizə əhəmiyyətini, və həm də,
parkın ətraf ərazisində yaşayan əhalinin marağını nəzərə alaraq müxtəlif görüşlərə ekoloji profilli
qeyri dövlət təşkilatları, KĐV-in və yerli ictimaiyyətin nümayəndələri dəvət olundu.
Şə
kil 5.3. Azərbaycan ərazisinin Şirvan, Mil və Muğan
çölləri
Dostları ilə paylaş: |