Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
35
Almaniyanın təbii mühafizə üzrə Federal idarəsi xeyli müddətdir landşaft planlaşdırılması
üzrə alman təcrübəsinin istifadə olunmasına yardım göstərir. Belə ki, Federal idarənin dəstəyi ilə
REA Sibir Bölməsinin Coğrafiya Đnstitutu alman üsulunu Pribaykal ərazisinə uyğunlaşdıraraq,
tətbiq etdi. Nəticədə, Baykal təbii vilayətinin 350 000 km
2
ərazisində ekoloji zonalaşmanın
(sağlamlaşma) sxemi işləndi, bir sıra inzibati dairələr üçün çərçivə lanşaft planı hazırlandı.
Baykal gölü ətrafında həyata keçirilmiş müsbət təcrübəni nəzərə alaraq Federal idarə Cənubi
Qafqaz ölkələrində də landşaft planlaşdırılmasının maliyyələşdirilməsi qərarına gəldi.
Qafqaz ölkələrində landşaft planlaşdırması üzrə mütəxəssilər hazırlamaq üçün Almaniyanın
Federal Təbiəti Mühafizə Đdarəsi tərəfindən Almaniya (Drezden, 2004) və Cənubi Qafqazda
(Tbilisi, bir neçə dəfə) layihə iştirakçıları və həmin ölkələrin Ekologiya Nazirliklərinin əməkdaşları
üçün treninqlər təşkil olundu. Daha sonra, tərəflərin hər birinə öz ölkəsində icra üçün model
ə
razinin seçilməsini və müvafiq nazirliklə razılaşdırılması təklif olundu.
Almaniyanın Federal Təbiəti Mühafizə Đdarəsinin təklifini nəzərə alaraq azərbaycanda
landşaft planlaşdırılması aparmaq üçün Şirvan Milli Parkı və onun ətraf zonası seçildi. Model
ə
razinin seçimi Azərbaycan Respublikasının Ekologiya və Təbii sərvətlər Nazirliyi ilə razılaşdırıldı.
Layihə, əsasən, AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya Đnstitunda icra olunmuşdur,
onun iştirakçıları aşağıdakılardır: R.Məmmədov (layihənin rəhbəri, ümumi əsaslar, qiymətləndirmə,
sahə və inteqrasiya olunmuş məqsədlər, ərazi planlaşdırılması, konfliktlər, fəaliyyət və tədbirlər),
Đ
.Ağaquliyev (bitgi örtüyü, torpaq şəraiti), M.Həsənov (iqlim və meteorologiya), M.Abduyev
(hirologoya və su resursları), Y.Đsrafilov (hidrogeologiya), E. Əlizadə (Landşaft və rekreaasiya
potensialı), X.Đsmətova (GĐS analiz, aerokosmik şəkillərin emalı), M.Sultanov (xəritələşdirmə,
GĐS), G.Əmrahova (ekoloji şərait), S.Quliyev (fauna).
Layihənin icrasına Berlin Texniki Universiteti və REA Sibir Bölməsinin Coğrafiya Đnstitutu
məsləhətçi təyin olunmuşdular.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
36
3. Landşaft planlaşdırılması instrumenti
3.1. Landşaft planlaşdırılması nədir və nəyi öyrənir?
Birinci - bu ətraf mühit və komplekslərin (sistemləşdirmə) müasir vəziyyəti, əhəmiyyəti və
həssalığı haqqında informasiyanın sistemləşdirilməsi və tam analizi haqqında vasitədir.
Đ
kinci – bu sözün geniş mənsında, totpaqların qiymətləndirilməsi üçün instrumentdir, bura
torpaqların geosiyasi vəziyyəti, onlardan istifadənin strateji perspektivləri, beynəlxalq standartlara
uyğun olaraq qoyulmuş tələblərə adaptasiyalar daxildir.
Üçüncü – bu müxtəlif səviyyələrdə (idarəetmə) qərar qəbul edən müxtəlif təşkilatlar və
siyasətçiləri effekiv mexanizmlər vasitəsi ilə birləşdirən vasitədir.
Dördüncü – bu planlaşdırma prosesinə ictimaiyyətin geniş şəkildə cəlb olunmasi
instrumentidir, onun vasitəsi ilə işlənilən sənədlər haqqında ətraflı məlumat əldə edilir.
Beşinci – bu resursların və təbii komplekslərin istifadəsi üçün müxtəlif variantların mövcud
olduğu halda ən optimal həllin tapılması vasitəsidir.
Altıncı – bu vasitə investorlara layihələrə qoyulmuş tələbələri nəzərə almağa, layihənin
icrasının məqsədəuyğunluğu barədə düzgün və vaxtında qərar qəbul etməyə imkan verir və bunula
ə
raziyə investisiya marağını çoxaldır və şəffaflığı artırır.
Landşaft planlaşdırılması bütün maraqlı tərəfləri planlaşdırmaya cəlb edən kommunikativ
prosesdir, o həmdə cəmiyyətin demokratikləşməsinə, onun sosial-iqtisadi stabilləşməsinə, ərazilərin
davamlı inkişafına təkan təkan verir. O cəmiyyətin uzunmüddətli marağını nəzərə almaqla
azərbaycanın təbiəti mühafizə üzrə hüquqi fəaliyyətini, proqram və layihələrini beynəlxalq
standartlara uyğunlaşdırmağa qabildir və bunu etmək zorundadır.
Landşaft planlaşdırılmasının prinsip və əsas metodiki təsəvvürlərini mexaniki surətdə, təkrar
şə
kildə, azərbaycan şəraitinə tətbiq etmək olmaz. Azərbaycanın öz xüsusiyyətləri var və bunlarda
landşaft planlaşdırılmasının instrumentlərinin işlənilməsində aşağıdakı səciyyəvi şərtlərin nəzərə
alınmasını tələb edir:
1. Hələlik təbii landşaftlar Azərbaycanin geniş ərazilərini ahatə edir, ancaq bunu inkişaf
etmiş ölkələr üçün demək olmaz. Bu fakt insanın təsərrüfat ekspansiyasının artması şəraitində təbii
sistemlərin vəziyyəti və davamlılığının əhəmiyyətli fərqi və göstəricisidir.
2. Eyni zamanda qeyd etmək lazımdır ki, Avropa ölkələrində landşaftlarin qorunma və
yaxşılaşdırılması problemləri sosial-iqtisadi inkişafın məsələlərındən üstün ola bilərsə, bizim
şə
raitimizdə idarəetmədə əhalinin həyat səviyyəsinin yüksəlməsi məsələsi bir qayda olaraq əsas
məsələ kimi qalır.
3. Azərbaycanın ərazisinin əsas hissəsi indiyədək kifayət qədər öyrənilməyib. Bütün bunlar
alınmış məlumatlara, tematik kartoqrafiyaya, indikasion, ekstrapolyasiya və interpolyasiya
yanaşmalarını, distansion analizin inkişafını və tətbiqinin işlənib hazırlanmasını tələb edir.
4. Kifayət qədər maliyyə imkanları olmadğından dövlət hələlik ekoloji planlaşdırmaya
yönəlmiş layihələri formalaşdıra bilmir. Đstənilən halda sosial-iqtisadi yönəmli tendehsiya və
ptoqramlar nəzərə alınmalıdır, tarazlaşmış sosial-ekoloji-iqtisadi kompleks planlar işlənilməlidir.
Layihə işlərinin ilkin mərhələlərində landşaft planları müxtəlif məkan səviyyəli ərazilər üçün
işlənmiş inkişaf planları ilə inteqrasiya olunmalıdır.
5. Təəssüflə qeyd etmək lazımdır ki, həyat səviyyəsinin aşağı alması aşağı ekoloji
mədəniyyətə gətirir, ekoloji hüquqla məşğul olan mütəxəssislərin sayı azalır. Cəmiyyət hələlik
planlaşdırma prosesinə cəlb olunmayır və keşmişdə mövcud olan sosialist planlari haqqında
formalaşmiş neqativ təsəvvürlər bu qündə əhalidə bu proseduralara biganəlik yaradır.
Dostları ilə paylaş: |