Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
31
Xəzər dənəzinin ən səciyyəvi xüsusiyyətlərində biri daimi onun səviyyəsinin geniş
diapazonda dəyişməsidir, və bu da, sahil zonasının mənimsənilməsində xeyli problemlər yradır,
sənaye və məişət obyektləri, komunikasialar, münbit torpaqlar su altında qalır, ekoloji vəziyyət
gərginləşir, bu ərazilərdə yeni xəstəliklər peyda olur, bütün bunların nəticəsində “ekoloji qaçqınlar”
yaranır. Bu neqativ halların qarşısını almaq yollarından ən əsası Xəzər dənizinin müxtəlif
səviyyələri üçün, xüsusən böhran hallar üçün, sahil zonasının idarəciliyinə dair strateji plan
hazılamaqdır. Həmin baxımdan Çərçivə Landşaft Planı Azərbaycan, həm də ümumi Xəzər, sahil
zonasının mənimsınilməsinin strateji əsaslarını işləməkdə çox effektiv vasitədir.
2000-ci ili YUNESKO dağ ili adlandırmışdır. Qafqaz və onun tərkib hissəsi, Azərbaycan
ə
razisi, dağ ekosistemi Yer planetinin 200-dən biridir və özünün gözəlliyi və zənginliyi ilə fərqlənir.
Azərbaycan əhalisinin xeyli hissəsi dağlıq ərazilərdə məskunlaşmışdır və bu ərazilərin davamlı
inkişafında çoxlu sayda problemlər mövcuddur. Burada, həm bütün dağlıq ərazilərə, və həmdə ayri-
ayri zonalara, məsələn intensiv sürüşmə və uçurum prosesləri gedən ərazilər, mühafizə olunan
ə
razilər və s., aid problemlər mövcuddur. Bir çox sahələrin, məsələn, infrastruktura, dağ-sağlamlıq
kompleksləri və ekoloji turizmin təşkili və s. öz problemləri vardır. Həmin baxımdan bütün ərazi
üçün ümumi Landşaft Proqramı, ayrica zonalar üçün isə Çərçivə Planı və yaxud Landşaft Planı
hazırlamaq daha məqsədə uyğun olardı.
“RĐO-92” konfransından sonra, 2001-ci ildə Azərbaycan Respublikasında ölkıənin davamlı
sosial-iqtisadi inkişafı üçün proqram təsdiq olundu. Möcud ekosistemlərin mühafizəsi və təbii
ehtiyatlardan səmərəli istifadəsi müasir və gələcək nəsilin tələblərini ödəmək üçün zəruridir, bu
milli proqramın əsas məqsədləırindən biridir. Eyni zamanda ölkədə regionların inkişafı üçün ekoloji
ə
saslı proqram qəbul olunmuşdur.
Digər tərəfdən LP-nin mexanizm və vasitələri Xüsusi Mühafizə Olunan Təbii Ərazilərin
(XMTƏ) təşkil olunması çox vacibdir. Milli park təşkil etdikdə landşaft planlaşdırılmasının köməyi
ilə aşağıdakı əsas suallara cavab tapmaq olar: nə qiymətlidir; nəyi mühafizə etmək lazımdır; hansi
təsirlər mövcuddur və mümükündür: hansı konfliktlər var və onları necə həll etmək olar: inkişafın
hansı məqsədləri olmalıdır; hansı tədbirlər görülməlidir.
Ə
sasən ekoloji formada istifadəyə yönəlmiş ərazilər üçün LP-nin əsas məqsədi, landşaftların
mühafızəsi və inkişafıdır. Belə landşaftlarda əsaən ekoloji istifadə forması tətbiq olunan belə
landşaftlarda təbii mühit və resurslar daha yaxşı mühafizə olunur. LP əsas funksiyalarından biri -
növ və biotoplar üçün xüsusi əhəmiyyətə malik olan ərazilərin ayırd edilməsidir.
Cədvəl 2.1. Azərbaycanda Xüsusi Mühafizə Olunan Təbiət Əarzilərinin siyahısı
Milli Parklar
Dövlət Təbiət Qoruqları
Dövlət Təbiət Yasaqlıqları
Adı
Təş-
kil ili
Sahəsi
(ha)
Adı
Təş-
kil ili
Sahəsi
(ha)
Adı
Təşkil
ili
Sahəsi
(ha)
Ş
irvan MP
2003
54373,5 Göy göl
1925
6739
Zuvand
1969
15000
Ağ göl
2003
17924
Zaqatala
1929
23844
Bəndovan
1961
4930
Ordubad
2003
12131
Qızılağac
1929
88360
Ordubad
1969
27869
Hirkan
2004
21435
Türyançay
1958
22488
Kiçik Qızıl-
ağaj
1978
10700
Altıağac
2004
11035
Đ
smayıllı
1981
16740
Đ
smayıllı
1969
23438
Abşeron
2005
783
Pirqulu
1968
4274
Şə
ki
1964
10350
Ş
ahdağ
2006
115895
Qarayazı
1978
9658
Qusar
1964
15000
Đ
lisu
1987
17381,5
Şə
mkir
1964
10000
Bəsitçay
1974
107
Korçay
1961
15000
Qaragöl
1987
240
Bərdə
1966
7500
Ş
ahbuz
2003
3139
Gil adası
1964
400
Ş
irvan
1969
6232
Qarayazı-
Ağstafa
1964
11970
Eldar şamı
2004
1686
Qubadlı
1969
20000
Palçıq vulk.
2007
---
Laçın
1961
21370
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
32
Qızılja
1984
5135
Daşaltı
1981
450
Arazboyu
1993
2200
Qəbələ
1993
39700
Qax
2003
36836
Hirkan
2005
2252
Arazboyu
2005
9118
Azərbaycanda qorunan ərazilər səkkiz milli parkı, on iki dövlət qoruğunu və on bir dövlət
yasaqlığını əhatə edir. Onların ümumi sahəsi 700 min ha-dan artıqdır və bu da ölkə ərazisinin 9%-
ni təşkil edir (cədvəl 2.1). Almaniyada və Rusiyanın Baykal regionunda Xüsusi Mühafizə Olunan
Ə
razilərin təşkil olunmasında landşaft planlaşdırılmasının uğurlu tətbiqi var və həmin təcrübəni
Azərbaycan üçün tətbiq etmək olar (bax. V fəsil).
2.6. Lanşaft planlaşdırılmasının Azərbycanda həyata keçirilməsinin hüquqi əsasları
Landşaft planlaşdırılmasına həyata keçirilməsinə dair hüquqi baza və qanunçuluq öz
xüsusiyyətlərinə görə olduqca mürəkkəbdir və əhatə dairəsi genişdir. Ona görə ki, bu bazaya
beynəlxalq konvensiyalar, ətraf mühit və təbii resurslar haqqında qanunlar, təsərrüfat fəaliyyətini və
sosial inkişafı tənzimləyən kodekslər və normativ aktlar daxildir.
Azərbaycanda Lanşaft planlaşdırılmasının həyata keçirilməsini nəzərdə tutan konkret qanun
və yaxud proqram ypxdur. Ancaq ölkənin Milli Məclisinin ratifikasiya etdiyi bir sıra beynəlxalq
konvensiyalar (cədvəl 2.2), dölətin təbiəti mühafizə dair qəbul etdiyi qanunlar və davamlı inkişaf
üzrə proqramları, həmdə torpaq, su, meşə kodeksləri və normativ aktlar landşaft planlaşdırılmasının
Azərbaycanda həyata keçirilməsinə zəmin yaradır. Ayrıca bu əsasların aşağıda şərhini verməyi
vacib sayırıq.
Azərbaycan
Respublikasının
qoşulduğu
beynəlxalq
müqavilələr
Azərbaycan
Respublikasının Milli Məclisi tərəfindən ratifikasiya edildikdən sonra Azərbaycan Respublikasının
Qanunu olur. Azərbaycan Respublikasının Milli Məclisi bir sıra konvensiyaları ratifikasiya
etmişdir: məsələn, “Mədəni və təbii irsi abidələrin qorunması üzrə” Konvensiya (Azərbaycan
Respublikasının 1994-cü il tarixli Qanunu ilə təsdiq edilmişdir), BMT-nin Đqlim dəyişmələri üzrə
Çərçivə Rio-de-Janeyro Konvensiyası (Azərbaycan Respublikası Milli Məclisinin 10 yanvar 1995-
ci il tarixli 948 saylı Qərarı ilə təsdiq edilmişdir), “Ozon qatını dağıdan maddələr üzrə” 1985-ci il
Vyana Konvensiyası, 1987-ci il Monreal Protokolu, bu Protokola edilmiş 1990-cı il London və
1992-ci il Kopenhagen düzəlişləri (Azərbaycan Respublikasının 31 may 1996-cı il tarixli Qanunu
ilə təsdiq edilmişdir), “Dəniz gəmilərindən çirkləndirmənin qarşısının alınmasına dair” (MARPOL)
1972-ci il Vaşinqton Beynəlxalq Konvensiyası, London, Mexiko və Moskva əlavələri ilə
(Azərbaycan Respublikasının 22 aprel 1997-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir), “Energetika
xartiyası müqaviləsinin və Energetikanın səmərəliliyi və müvafiq ekoloji baxışlar məsələsi üzrə”
Avropa Energetika Xartiyası Protokolu (Azərbaycan Respublikası 6 iyun 1997-ci il tarixli Qanunu
ilə təsdiq edilmişdir), “Quraqlıq və ya səhralaşma ilə qarşılanan ölkələrdə səhralaşma ilə mübarizə
haqqında” BMT-nin 17 iyul 1994-cü il Paris Konvensiyası (Azərbaycan Respublikasının 24 aprel
1998-ci il tarixli Qanunu ilə təsdiq edilmişdir), “Kökünün kəsilməsi təhlükəsi olan vəhşi fauna və
yabanı flora növlərinin beynəlxalq ticarəti haqqında” CĐTES Konvensiyası (Azərbaycan
Respublikası 23 iyun 1998-ci il tarixli Qanunu ilə ratifikasiya edilmişdir), “Transsərhəd
kontekstində ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” 1991-ci il Espo Konvensiyası
(Azərbaycan Respublikasının 1 fevral 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmişdir), “Ətraf mühit
ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və
ə
dalət məhkəməsinin açıq keçirilməsi haqqında” 1998-ci il Orhus Konvensiyası (Azərbaycan
Respublikasının 9 noyabr 1999-cu il tarixli Qanunu ilə təsdiq edilmişdir), “Bioloji növ müxtəlifliyi
Dostları ilə paylaş: |