Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
49
idaretməni, Đnternetdə vahid və anlaşılan formda daimi yeniliklər və əlavələr etməyi asanlaşdırır
(Friese et al., 2003).
“Đnternetin” imkanları və interaktiv xəritələr interaktiv iştirak etmə üçün əsas yaradır
(məsələn, diskusiyalar, interaktiv formulyarlar və fikirlərin toplanması, elektron poçt vasitəsi ilə
komunikasiyalar). Xəritədə çəkilmiş hər bir obyektə və mətnin ayrıca yerlərinə arzularını bildirmək,
rəqəmsal şəkildə şəhər idarəsinə göndərmək, vətəndaş və plan tutanlar üçün xüsusi maraqlıdır. Belə
üsulla məlumatların inventarizasiyasında mümkün olan səhvləri düzəltmək olar və yaxud başqa
tədbirlər təklif etmək olar, onun həyata keçməsi üçün göstərişlər etmək olar. Rəqəmsal iştirak
forması, hansı ki, mətn və yaxud obyekt ilə ərazi arasında aydın uyğunluq yaradır, şəhər
idarəetməsində nəticələrin araşdırılmasına xərci xeyli azaldır. Düzdür, bununla yanaşı “klassik”
iştirak formalarsız keçinmək olmaz. Belə ki, hələ hər yerdə sürətli “Đnternet” yoxdur, və yaxud bəzi
vətəndaşlar hələ də məktub, telefon və yaxud birbaşa söhbət kimi komunikasiyalara üstünlük
verirlər.
Yeni texnologiyalar müxtəlif plan təkliflərinin və landşaftın vəziyyətinin iki və üç ölçülü
fotorealistik görüntülərini verir. Fikirlər və baxışlar çoxaldıqca, məlumatlar artdıqca planlaşdırma
haqqında verilən qərar daha kompleks olur və məsul şəxslər üçün qavrama çətinləşir. Đnteraktiv
landşaft planı sistemində işlənmiş eroziyaya qarşı tədbirlər planı landşaft planına gələcəkdə əlavələr
etməyin mümkünlüyünü göstərən misaldır.
Planlaşdırmanın dəstəklənməsi üçün yeni kütləvi informasiya vasitələri və interaktiv
təkliflər hələlik, çox güman ki heç vaxt, yerlərdə olan iştirakı tamamilə əvəz edə bilməz.
3.15.2. Ekoloji ekspertizada (UVP)landşaft planlaşdırılmasının vasitələrindən istifadə
Təbiəti və ətraf mühiti mühafızəyə dair Alman ekoloji qanunçuluğunda landşaft
planlaşdırması ilə yanaşı digər göstəriş və vasitələrdə vardır. Məsələn, obyektlərin tikilməsi üçün
sənədlər tərtib edildikdə təbiəti mühafizə haqqında Federal (AFR) qanunun 18, 19 və 20-ci
maddələrinin nizamlayıcı qaydalarını tətbiq etmək və UVP qanununa əsasən ekoloji ekspertiza
(UVP) aparmaq lazımdır. Sahə plan və proqramlarını işlədikdə ətraf mühitə təsirin strateji
qiymətləndirilməsi (SUP) vacibdir. Bu ekspertiza və qiymətləndirmə prosedurlarının məqsədi ayrı-
ayrı obyektlər yaradılanda ətraf mühitə təsirləri aradan qaldırmaq, azaltmaq və yaxud kompensasiya
etməkdən ibarətdir.
Düzdür bu prosedurlar konkret obyekt, plan və proqramlara aiddir, ancaq onların qarşısında
duran əsas məsələ bütövlükdə təbiəti, landşaftı və ətraf mühiti saxlamaqdır (Federal Ministry for the
Environment, Nature Conservation and Nuclear Safety, Germany, 1998, стр. 15). Ona görədə belə
plan və yaxud obyektlərin ətraf mühitə təsirini qiymətləndirdikdə bütün ərazi üçün landşaftın
saxlanmasının ümumi konsepsiyasından çıxan kriteriyalardan istifadə etmək lazımdır. Bunun üçün
landşaft planlaşdırması idealdır (von Haaren, 2004a, səh. 63 və ondan sonra gələn səhifələr.).
Plan və proqramlar tərtib olunanda, məsələn, zərərsizləşdirmə üzrə planlar və tullantıların
utilləşdirilməsi, verilənlər və informasiya istifadə oluna bilər, ancaq, hər şeydən əvvəl landşaft
planlaşdırmasının müvafiq instrumentindən irəli gələn ətraf mühitə təsir kriteriyası durur. Ona
görədə heç də təəccüblü deyildir ki, Almaniyada ətraf mühitə strateji təsirin hüquqi əsaslarını
yazanda landşaft planlaşdırmasının hüquqi tələblərinin böyük hissəsini icra etməyə qadir olduğu
göstərilir (BDLA, 2004, səh. 12). Digər plan və proqramları tərtib edəndə landşaft proqramı, çərçivə
landşaft planı və landşaft planı nə qədər erkən istifadə edilsə, ekoloji konfliktləri daha hərtərəfli həll
etmək olar. Əgər landşaft planının verdiyi informasiya ilkin mərhələdə nəzərə alınırsa, onda pul və
vaxta qənaət etmək olar. Verilənlər olmadiqda planlaşdırılmanın dayandırılması haqqında
xəbərdarlıq etmək olar. Xüsusi tələblərə uyğun olaraq ətraf mühitə təsiri kompensasiya etmək üçün
də landşaft planlaşdırması lazım olan əsas konsepsiyanı verir. Və nəhayət, aydınlaşdırmaq olar -
landşaft planlaşdırılmasında göstərilən inkişafların məqsədləri və ətraf mühitin yaxşılaşdırılması
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
50
məsələləri- plan, proqramma və yaxud obyekt, və onların ətraf mühitə təsiri bu məqsəd və
məsələlərlə uyğunlaşırmı (Gassner, Winkelbrandt, 1997, səh. 189)? Bununla da landşaft
planlaşdırmasının nəticələrinin mövcudluğu təsirlərin qiymətləndirilməsi üçün ilkin və vacib zəmin
olur.
Landşaft planlaşdırmasının bu üstünlükləri öz təsirini təkcə landşaft proqramı və planı tərtib
olunanda deyil, həm də, obyektlərin tikilməsi üçün icazə alınanda göstərir. Đcazənin verilməsi
zamanı landşaft planının mövcudluğu qarşılıqlı təsirə və kumulyativ effektlərə böyük diqqət
ayırldığını göstərməklə onun reallaşmasına sürət verə bilər. Bununla da landşaft planlaşdırması
icazənin tərtib olunması zamanı yaranmış defisiti doldura bilər. Landşaft planlaşdırmasının
kriteriyaları və məqsədlərinin ətraflı təqdimatı təbiəti və ətraf mühiti mühafizənin digər vasitələrinə
yaxşı istiqamət verir.
Məsələn, Gruehn, Kenneweg (1998), ərazinin istifadəsində landşaft planlaşdırmasının
komunal planlara müsbət təsir etdiyini empirik olaraq aydın sübut etmişlər. Landşaft planı tərtib
olunmuş ərazilərin istifadə planında təbiəti mühafizə məqsədləri, landşaft planı omayan ərazilərdən
açıq-aydın çoxdur (bax orada səh.252 və sonra). Burada həm də keyfiyyətin təsiri hiss olunacaq
dərəcədədir. Landşaft planının keyfiyyəti nə qədər çox olsa, təbiəti mühafizənin məqsədləri bir o
qədər çox olur və landşafta qulluq ərazidən istifadəni planlaşdırılanda nəzərə alınır. Gruehn və
Kenneweg bu halda fəaliyyətdə olan və öz informasiyası ilə inandıran “persuasiv” landşaft
planlaşdırmasından danışırlar. Almaniyada eyni fikirlər landşaft planı ilə kənd təsərrüfatı planının
uyğunluğuna da aiddir. Və burda da landşaft planlaşdırması aqraq strukturlu planlara inamlı təsir
göstərir (Gruehn, Kenneweg, 2002, səh. 63).
Dostları ilə paylaş: |