Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
47
• təbiəti mühafizənin nizamlanmasının və yaxud yer-mühafizə qanunçuluğuna uyğun növlərin
mühafizəsi ilə əlaqədar xüsusi tədbirlərin icrası.
Landşaft planı nə qədər konkret və aydın tərtib edilmiş olsa hüquqi baxımdan məcburi olan
fəaliyyət planları ilə inteqrasiya zamanı onun tövsiyələri daha çox nəzərə alınır.
3.13.6. Torpaqların alınması və müqavilələrin bağlanması
Torpaqların alınması və müqavilələrin bağlanması ilə əlaqədar Landşaft planlaşdırılmasının
fəaliyyət sahələri aşağıdakılardır:
• mühafizəyə ehtiyacı olan sahələrin alınması və kirayə edilməsi;
• mənimsəmə və qulluqetmə haqqında razılıq (müqavilə).
Landşaft planlaşdırmasının tövsiyələri torpağın sahibləri və yaxud təbiəti mühafizə ictimai
cəmiyyətləri ilə xüsusi müqavilə bağlamaqla xüsusi hüquqla həyata keçrilə bilər. Torpağın alınamsı
və kirayəsi torpağın məscid, kilsə və fondlar kimi sahibləri ilə də mümükündür. Bir çox hallarda bu
iş torpaqların sahibkarları ilə, könüllü şəkildə, planlaşdırmanın ilkin mərhələlərində edilir.
Bu işərin görülmısi üçün müəyyən vəsait vardir. Bəzi hallrda Avropa Đttifaqının, ölkənin və
yaxud federal torpağın vasitələri cəlb olunur. Bu vasitələrin alınması üçün əsas müxtəlif proqram
və hüquqi göstərişlərdir. Belə dəstəyi həm birbşa təbiəti mühafizə tədbirləri, və həm də, təbiətdən
istifadənin ekoloji formaları (məsələn, kənd təsərrüfatının ekstensifikasiyası) ala bilərlər.
3.14. Keyfiyyət, müvəffəqiyyət və LP-nin dəıqiqləşdirilməsi
3.14.1 Keyfiyyətin müdafiəsi
Landşaft planlaşdırmasının lazımi keyfiyyəti müxtəlif üsullarla təmin olunur. Onlardan biri
federal torpaqların qanunauyğunçuluqlarına uyğun olaraq konkret və ətraflı tövsiyələrin və xüsusi
göstərişlərin işlənməsidir. Planlaşdırmaya müxtəlif profilli mütəxəssislərin cəlb olunması da
planların yüksək keyfiyyətinə təminatdır.
Təbiəti mühafizə məsələlərinin həllinə yönəlmiş, planlaşdırmaya aid müxtəlif məsələləri icra
edən memar və mühəndislərin qonorarlarının müəyyən edilməsi qaydası (HOAĐ) da
planlaşdırmanın keyfiyyətinə əsaslı təsir göstərir. Bu məsələlərin müəyyənləşdirilməsi və
planlaşdırıcıların vəzifələri, yerli şəraitə uyğun olaraq, sifarişçi və planlaşdırmanın icraçısı arasında
razılaşdırılır. Amma, təbiəti mühafizəyə məsul təşkilat burada məsləhətçi kimi iştirak edə bilər.
3.14.2. Müvəffəqiyyətin qiymətləndirilməsi və dəqiqləşdirmə
Planlaşdırma qurtardıqdan sonra periodik olaraq plan fəaliyyətini yoxlamaq və
sənədləşdirmək lazımdır. Bu təbiəti mühafizə ilə əlaqədar yeni tələbləri nəzərə almağa və regionda
vəziyyəti yaxşılaşdırmağa imkan verir. Əgər planın icrası zamanı müəyyən problemlər yaranırsa və
qarşıya qoyulmuş nəticə alınmırsa, uğursuzluğun səbəbi aydınlaşdırılmalıdır. Ola bilər ki,
planlaşdırmanın təşkilinə düzəliş vermək lazım gəlsin, məqsəd və tədbirlərə yenidən baxılsın.
Landşaft planı çoxlu sayda dəyişən çərçıvə şərtlərindən asılı olduğundan, heç olmasa on ildən bir
planlar təftiş olunmalı və təkmilləşdirilməlidir.
3.14.3 Peşəkar kadrlar
Təbiəti mühafizə təşkilatları özləri landşaft planı təşkil etmədiyi halda, bunu xüsusi landşaft-
planlaşdırma idarələri edirlər. Bu təşkilatlardakı landşaft planlaşdırıcıları belə işlərin görülməsinə
icazə almalıdırlar və müvafiq diploma, və həm də təbiəti mühafizə planlaşdırmasında iki illik
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
48
təcrübəyə malik olmalıdırlar. Landşaft planlaşdırması fənnlər arası fəaliyyət sahəsini təmsil
etdiyindən, bu işlə məşğul olan təşkilatların tərkibində müxtəlif profilli və yaxud kifayət qədər geniş
kvalifikasiyalı, o cümlədən landşaft planlaşdırıcıları, bioloqlar, coğraflar, iqlimşünaslar, aqronomlar
və i.a. təmsil olunmalıdır.
3.15. Landşaft planlaşdırılmasında yeni meyllər
3.15.1. Đnteraktiv iştirak üçün yeni texnologiyala.
Yeni texnologiyaların tətbiqi landşaft planlaşdırmasına özünü təqdim etməyə və vətəndaşları
planlaşdırmaya cəlb etməklə daha “interaktiv” planlaşdırma aparmağa imkan verir. Landşaft
planının məzmunun sadə və kompleks redaksiyası və ünvançıların əvvəlcədən planlaşdırma
prosesinə cəlb olunması daha çox şəffaflıq yaradır və idarəetmənin demokratik elementlərini
möhkəmlədir. Bundan başqa, daha yaxşı başa düşünmək və tövsiyələrin dəstəklənməsi üçün şans
artır, bununla da işlənmiş planların effektivliyinə nail olunur. Rəqəmli kütləvi informasiya
vasitələrinin (məsələn, “ĐNERNET” və KĐV) tətbiqi daha çoxlu sayda marağı olan şəxslərin
müzakirə olunan mövzu ilə tanış olmaq imkanlarını artırır. Mövzular daha aydın şəkildə izah olunur
və yerindən və zamanından asılı olmayaraq plan tutanlar və vətəndaşlar arasında əlavə
komunikasiya yolları açılır.
1998-ci ildə AĐ Đnformasiya direktivi olan
Orxus konvensiyası qəbul olundu, 2005-ci ilə
qədər bu direktivi milli qanunçuluğa daxil etmək
tövsiyə olunmuşdur. Ətraf mühiti mühafizənin
tələbləri və ekoloji qərarların qəbul olunmasında
ictimaiyyətin iştirakı gələcəkdə bütün sahə
təşkilatlarında məcburi şəkil alır. Keyfiyyətli
ekoloji informasiya əsasında idarələr qərarları
şə
ffalaşdırılmalı və ictimai nəzarət artmalı, ekoloji
təlim/təhsil və əhalinin ekoloji mühiti anlaması
aktivləşməlidir (Fisahn, 2004: 137).
Almaniyanın Federal təbiəti mühafizə
idarəsi Aşağı Saksoniyanın Federal torpağı
Keniqsluttera-am-Elm icmasının komunal landşaft
planının misalında planlaşdırılmaya dəstək
funksional kompyuter sistemini işləmış və
müvəffəqiyyətlə tətbiq etmişdir. Sistem modul
prinsipi əsasında qurulmuşdur, belə ki, ayrı-ayrı
modullar interaktiv şəkildə landşaft planlaşdırmasının müxtəlif məsələlərində istifadə oluna bilər
(şəkil 3.2).
Sistemin mərkəzi elementi “Đnternetdir” (
www.koenigslutter.de/landschaftplan.htm
). Burada
başqaları ilə birgə planlaşdırma prosesinin vəziyyəti haqqında məlumat, yeniliklər və ictimai
görüşlərin nəticələri, və həm də, landşaft planlaşdırılmasının vasitələri haqqında informasiya
yerləşdirilmlşdir. Đnteraktiv rejimdə oxumaq və landşaft planına xüsusi və ətraflı formada əlavə
etmək istəyini vətəndaşlar özləri seçim edə bilərlər. Landşaft planının xəritələri geoinformasiya
(GĐS) sistemi vasitəsi ilə yaradılır. Đstifadəçi internetdə GĐS vasitəsi ilə məhdud şəkildə xəritələrin
məzmununu analiz edə bilər və həmin mövzuya dair istədiyi məlumatları ala bilər (Hachmann,
2004). Xəritələr və müvafiq məlumatlar interaktiv landşaft planının vacib elementləridir (Tiedtke et
al. 2003). Bir neçə KĐV istifadə etməklə interaktiv tədris modulları oyunlar və maraqlı məsələlər
vasitəsi ilə ekoloji əlaqələri ictimaiyyətə çatdıra bilər. Məzmunlu idarəetmə sisteminin (MĐS) tətbiqi
Səkil 3.2. Đnteraktiv landşaft
planlaşdırmasının model sxemi
Dostları ilə paylaş: |