Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
91
Şə
kil 5.5. Şirvan Milli Parkı və ətraf ərazilərin birləşdirilmiş xəritə-sxemi (şərti işarələrin legendası
mətndə verilmişdir)
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
92
Ə
traflı tədqiqat nəticəsində (Ağaquliyev, 2000) Şirvan Milli Parkında ali bitgilərin 157 tipi
aşkar edilmişdir. Onlar 116 cinsə və 35 ailəyə daxildir. Müəllif 157 tipdən ancaq 7-ni endemik növ
kimi ayırmışdır.
Tiplərin və biotopların ekoloji qruplarda əhəmiyyətini analiz edən zaman, yerlərdə bitginin
rütubətlə təminatını nəzərə almaqla, aşkarlanmaşdı ki, 72 növ və yaxud bütün növlərin 45,9%-i
kserofitdir. Đkinci yerdə mezokserofitlər - 30,6%, üçüncü yerdə mezofitlər – 17,8% durur,
hudrofitlər isə cəmi 5,7% təşkil edir.
Biotoplar xəritəsi (şəkil 5.6) və 5.2 cədvəlindən göründüyü kimi Şirvan Milli Parkının
56543,0 ha ümumi ərazisinin 51931,88 ha-da bitgi yayılmışdır. Onlardan 7946,16 ha-sı (14,05%)
qaraşoranlı – xəzərsahili şahsevdili assosasiyası ilə tutulmuşdur. Ətiryovşanlı – dağşorangəli
assosiasiya 7054,48 ha (12,48%), dəvəyağılı – ağacabənzər şorangəli – çoxbudaqlı yulğunlu
6872,49 ha (12,15%) və efemerli – ətiryovşanlı 6534,22 ha (11,56%).təşkil edir. Az sahənyə –
4076,90 ha (7,21%) çala-çəmən (qaraçayır – adi dəvə tikanlı) bitgisi malikdir. Sahənin 2967,24 ha-
nı (7,21%) yarımsəhra fitosenozlu ağacşəkilli çərənli – Xəzərsahili şahsevdili assosasiya tutur.
Bitopların qalan növləri 18124,27 ha (32,05%) sahəni əhatə edir.
Cədvəl 5.1. ŞMP və ətraf ərazilərin bitkilərinin təsnifat sxemi
Tip
Siniflər
Qruplar
Assosiasiyalar
Qaraşoranlı – şahsevdili
Qaraşoranlı – Xəzərsahili şahsevdili
Sarıbaş
Efemerli – Xəzərsarıbaş
Çərənli – şahsevdili
Ağacşəkilli - Xəzərsahili şahsevdili
Ş
oran
Dağşoranotlu
Efemerli – gəngizli
Qışotlu
Qışotlu
I. Səhra
Birillik-şorangə
Duzlaq çoğanı
Avropa duzlaq çoğanı
Yovşanlı
Efemerli - ətiryovşanı
Yovşan
Efemerli
Qarışıq - ətiryovşan
Yovşanlı-şoranotu
Ə
tiryovşan – erika bənzər şorangəli
Yovşanlı – şorangəli – qışotulu
Ə
tiryovşanlı - erika bənzər şorangəli
qışotlu
II. Yarım-səhra
Yovşanlı –
ş
oranotlu
Ə
tirliyovşanlı – şorangəli
Ə
tiryovşanlı - ağacşəkillişorangəli
Qaçan çayırlı – dəvətikanlı
Qaraçayır – adi dəvətikanı
III.Çala-çəmən
Düzən – çəmən
Dəvayağılı – şorangəli – yulğunlu
Dəvəyağılı – ağacabənzər şorangəli-
yulğunlu
IV.Su-bataqlıq
Qamışlı –
bataqlıq
Qamışlıq
Cənub Qamışlı
V.Dəniz sahili
qumluq
Litoral
otsarmaşıqlı
Turneforasiya – otsarmaşıqlı
Sibir turneforasiyası – iran otarmaşığı
Yayılma sahəsinə görə qaraşoranlı – şahsevdili biotop tipləri üstünlük təşkil edir, efemerli –
gəngizli növ kiçik əraziləri tutur, şoranlı torpaqlarda rast gəlinir. Öz tip tərkibinə görə bu bitoplar
ə
sasən qaraşoranlı – xəzərsahili şahsevdili, efemerli – gəngizli və dənli (efemerlər və efemeroidlər),
bəzi yerlərdə ceyranlar tərəfindən yaxşı yeyilən və qış mövsumunda sığorta yemi kimi sayılan
(xeyli vaxtdır sürülər üçün qış otlaqları kimi istifadə olunan), paxla və müxtəlif otlardan ibarətdir.
Bitgi örtüyü rasional istifadə olunmadığından yaxşı yem bitgiləri məhv olur (konflikt hal),
yeyilməyən və alaqlı (ziyaverən və zəhərli) bitgilər bol boy atır.
Dənizsahili-qumlu fitosenozlarda bakı cuzqunu, hirkan astraqalı kimi endemik və relikt növlər
qeyd olunur, onlar az şəkildə bitirlər və antropogen təsir nəticəsində yoxolma həddinə çatmışlar.
Belə təsir ceyran və quşlar üçün təhlükə yaradır.
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
93
Kür-Araz çökəkliyi və Cənub-Şərq Şirvanın bütün düzənliklərində yayılmış qələvili boz
torpaqlarda Artemisia formasiyası və onun yarımqrupları bitir. Burada Salsola dpp. formasiyasıda
müxtəlif növlərdə bitir. Duzluğu az olan boz torpaqlarda bitgi örtüyündə üstünlük Salsola
dendriodes
formasiyasındadır.
S. Şmidtin (2005) fikrincə Şirvan Milli Parkının bütün ərazisini bu və ya digər bitgi
formasiyası ilə identikləşdirmək olmaz. ŞMP-nin mərkəzi hissəsini o yarımsəhra kimi
müəyyələşdirir və fərz edir ki, digər hissələrin bitgisi isə daha çox çöl bitgisinə oxşayır. Şirvan Milli
Parkında səhra növlü bitgilər adətən aşağıdakı assosiasiyalara bölünür: 1. Halocnemetum; 2.
Halostachyetum и 3. Salicernietum.
Hər üç formasiya şoranlıq və duzlaşmış torpaqlarda bitir. Park
və onun ətraf ərazilərində yarımsəhra formasiyaları aşağıdakı assosiasiyalarda təmsil olunur: 1.
Suaedetum; 2. Artemisieto-Petrosimonietum; 3. Artemisieto- Ephemeretum; 4. Artemisieto-
Salsoletum dendroidis; 5. Psammophytetum; 6. Grasses- Annual Ephemeretum
(Əliyev və
Hacıyev, 1986).
Su ilə yaxşı təmin olunmuş yerlərdə, məsələn Çala gölün və kollektorların ətraflarında,
tamarix sp.
kolları bitir. Onların otlaq əhəmiyyəti aşağıdır, və ceyranlar onlardan qaçırlar. Amma,
bu bitgilər göl və onun ətrafında yaşayan quşlar üçün həyat əhəmiyyəti kəsb edir. Qrunt sularının
səviyyəsi hündür olan yerlərdə hidrofil bitgilərə (məsələn, Phragmites sp.) rast gəlinir.
Dostları ilə paylaş: |