Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
98
Cədvəl 5.4. Torpağın bonitetini və qranulimetrik tərkibini nəzərə almaqla Şirvan Milli Parkı və
ə
traf ərazilərin torpaq xəritəsi
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
99
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
100
5.2.4. Iqlim və meteorologiya
Ş
irvan Milli Parkı (ŞMP) Cənub-Şərqi Şirvan düzünün şərq hissəsində yerləşir. Bu düzənlik
isə məlum olduğu kimi Kür-Araz ovalığına aid olan altı düzdən biridir. Buna görə də ümumilikdə
milli parkın iqlim şəraiti ovalığın iqlim şəraitinə çox yaxındır. Bununla belə, burada yerləşən bir
sıra yüksəkliklərin (Muşovdağ və s), habelə palçıq vulkanlarının (Pirsaat, Bəndovan, Kürsəngi və
s.) təsiri ilə milli parkın relyefi Kür-Araz ovalığının relyefindən müəyyən qədər fərqlənir. Cənub-
Şə
rqi Şirvan düzündə Xəzər dənizinin sahilində Pirsaat və Bəndovan burunları, Kür çayının eni 5-
10 km-ə çatan delta hissəsi, (uzunluğu 15-20 km olan vadidə), eləcə də Kür dili kimi abrazion relyef
formaları yaranmışdır, ki, onlar ərazinin mikroiqlim xüsusiyyətlərinə müəyyən qədər təsir göstərir.
Eyni zamanda troposferin yerə yaxın hissəsinin temperaturu, havanın rütubəti kimi mikroiqlim
xüsusiyyətləri torpaq rütubətinin yenidən paylanmasına təsir göstərir. Belə mikroiqlim
göstəriciləri isə torpaq örtüyünə və biotopların ərazidə yayılmasına çox güclü təsir edir. Buna görə
də Cənub-Şərqi Şirvan düzünün, o cümlədən ŞMP-nın bitki örtüyü Kür-Araz ovalığının ümumi
bitki örtüyündən müəyyən mənada xeyli fərlənir.
Məlum olduğu kimi günəş enerjisi biosferdə gedən bütün təbii proseslərin baş verməsi
üçün əsas istilik mənbəyi rolunu oynayır. Onun rolu və əhəmiyyəti təbii landşaftların
formalaşmasında eləcə də insanın təsərrüfat fəaliyyəti istiqamətlərinin müəyyənləşdirilməsində son
dərəcə böyükdür. Burada günəş parıltılı saatların miqdarı düz, səpələnən və ümumi radiasiyanın
intensivliyi xüsusi rol oynayır. Ümumiyyətlə, Kür-Araz ovalığında, o cümlədən ŞMP-da günəşli
saatların davamiyyəti ildə 2200-2400 saatdır.
Günəş enerjisinin belə çox olması Cənub-Şərqi Şirvan düzündə müxtəlif istiliksevən
bitkilərin inkişafı üçün əlverişli şərait yaradır. Günəşli saatların illik gedişində onun ən çox miqdarı
ilin yay fəslində müşahidə edilir və bu zaman onun kəmiyyəti 900-1000 saata çatır. Ümumiyyətlə,
günəşli saatların maksimum kəmiyyəti iyul-avqust, minimum kəmiyyəti isə dekabr-yanvar
aylarında qeyd edilir.
Cənub-Şərqi Şirvan dzündə ümumi günəş radiasiyasının miqdarı il ərzində 130-134
kkal/sm
2
arasında tərəddüd edir (Ə.M.Şıxlinski, 1968). Ümumi radiasiyanın ən yüksək kəmiyyəti
qeyd edilən düzənliyin cənub-şərq hissəsində müşahidə edilir və 134 kkal/sm
2
-a çatır. ŞMP
ə
razisində ümumi günəş radiasiyasının illik gedişində iyun-iyul aylarında olmaqla bir maksimum
və dekabr-yanvar aylarında olmaqla bir minimum müşahidə edilir. Ümumi günəş radiasiyanın
70%-i ilin isti dövrünə, yəni aprel-oktyabr aylarına təsadüf edir. Günəş radiasiyasının belə çox
yüksək kəmiyyəti ərazidə biotopların inkişafına əlverişsiz şərait yaradır. Bununla belə ümumi
radiasiyanın belə yüksək kəmiyyəti ərazidə insanların günəş şüaları ilə müalicəsinin müxtəlif
növlərini təşkil etməyə imkan verir.
Müxtəlif bitki növlərinin inkişafında FFR-nın (fəal fotosintetik radiasiya) çox əhəmiyyətli
rolu vardır. FFR-nın illik miqdarı ŞMP ərazisində 60-64 kkal/sm
2
arasında dəyişir. Günəş
istiliyinin daha çox toplandığı aprel-oktyabr aylarında ümumi FFR-nın miqdarı ərazidə 50-54
kkal/sm
2
-a qədər müşahidə edilir (Ə.C.Əyyubov, 1993).
Ə
razinin iqlim şəraitinin formalaşmasında əsas rol oynayan təbii amillərdən biri atmosferin
ümumi sirkulyasiyasıdır. Makro və mikroiqlimin formalaşmasında səth örtüyünün böyük təsiri
vardır ki, bu da öz növbəsində həmin rayonda hava və iqlim şəraitinin yaranmasına həlledici təsir
göstərir. Azərbaycanın ovalıq və düzənlikləri atmosfer proseslərinin gedişinə xüsusi təsir göstərir
ki, bu özünü isti dövrdə düzən hissələrdə iqlimin formalaşmasında daha aydın büruzə verir. Đsti
dövrdə, gündüz saatlarında havanın səthə yaxın hissəsinin güclü qızması tədqiqat rayonunda barik
minimumun (alçaq təzyiq sahəsinin) yaranmasına səbəb olur. Qış dövründə isə burada əks şərait
formalaşır, yəni güclü soyumanın və soyuq hava kütləsinin toplanması nəticəsində burada yüksək
təzyiq vilayəti əmələ gəlir. Cənub-Şərqi Şirvan düzü ərazisində atmosfer sirkulyasiasının
dinamikasına və eləcə də hava kütlələrinin şimaldan və şərqdən hərəkətinə Xəzər dənizinin də
böyük təsiri vardır. Yay dövrdündə bu unikal su hövzəsi Orta Asiyadan və Xəzərboyu ovalıqdan
Azərbaycanda Landşaft Planlaşdirilmasi ( (ilk təcrübə və tətbiq)
101
gələn isti, quru hava kütlələrinin xeyli dərəcədə sərinləşməsinə və rütubətlənməsinə səbəb olur. Qış
dövründə isə Xəzər dənizi qeyd edilən istiqamətlərdən gələn soyuq-kontinentlar hava kütlələrinin
müəyyən qədər mülayimləşməsinə kömək edir.
Tədqiq edilən ərazidə hakim küləklər il boyu şimal və şimal-şərq istiqamətli küləklər hesab
edilir. Bununla belə yay aylarında cənub və cənub-şərq istiqamətli küləklər daha çox müşahidə
edilir. Ərazidə küləyin orta illik sürəti 3,6 m/san-yə bərabərdir. Süruəti saniyədə 15 m və daha çox
olan günlər il ərzində 25-30 gün müşahidə edilir.
Cənub-Şərqi Şirvan düzündə müşahidə edilən quru-isti küləklər ərazidə onsuz da, çox kasıb
olan bitki örtüyünün inkişafına və yayılmasına mənfi təsir göstərir. Belə quru-isti küləklərin (ağ
yel) və ən çox iyun-iyul aylarında təkrarlanması müşahidə edilir.
Ümumiyyətlə, Azərbaycan ərazisində, o cümlədən Cənub-Şərqi Şirvan düzündə havanın
temperaturunun həm illik, həm də fəsillər üzrə formalaşması ən çox ərazinin relyef
xüsusiyyətlərindən asılıdır. Cənub-Şərqi Şirvan düzündə əsas iqlim göstəricilərinin çoxillik gedişi
5.8 şəkilində nümayiş etdirilir. Havanın temperaturu müxtəlif biokomponentlərin, o cümlədən
bitki örtüyünün inkişafında, boy artmasında, yayılmasında həlledici rol oynayan ekzogen amillərdən
biridir. Tədqiq olunan ərazidə havanın temperaturu relyefin bircinsli, düzən olması ilə əlaqədar
olaraq ərazi üzrə çox da böyük fərqlərə malik deyildir. Ərazidə havanın orta çoxillik temperaturu
14,2-14,6
0
C arasında dəyişir. Havanın mütləq-minimum temperaturu isə -16, -24
0
C arasında
dəyişir. Havanın orta illik temperatur amplitudu isə 10,1
0
C-dir. Ən yüksək aylıq temperatur
amplitudu 12
0
C olmaqla may ayında qeyd edilmişdir. Dekabr-yanvar aylarında isə bu göstərici
xeyli azalır və 7,9
0
C müşahidə edilir. Havanın sutkalıq temperatur amplitudu hər hansı ərazinin
iqlim şarəitinin formalaşmasında xüsusi rol oynayır. Belə ki, bitkilərdə üzvü maddələrin toplanması
və çevrilməsi, mübadiləsi xeyli dərəcədə sutkalıq temperatur amplitudundan asılıdır. Kontinental
iqlim şəraitində sutkalıq temperatur amplitudu yüksək olanda bitkilər öz vegetasiyasını daha tez
başa vurur və daha yüksək məhsuldarlıq əldə edilir. Q.Ə.Hacıyev (1977) tərəfindən aparılan
tədqiqatlar göstərir ki, Xəzər dənizi də havnın sutkalıq temperaturunun dəyişməsinə təsir edir və
dənizdən ölkənin içərilərinə doğru uzaqlaşdıqca sutkalıq temperatur amplitudu yüksəlir. Belə ki,
iyul ayında dənizdən 1 km məsafədə sutkalıq amplitud 0,1
0
C, 5 km-də 0,7
0
C, 10 km-də 1,4
0
C, 20
km-də 2,8
0
C, 40 km-də 5,6
0
C və s. təşkil edir.
Havanın rütubəti də ərazidə biotopların formalaşmasında və insanın təsərrüfat fəaliyyətində
xüsusi ro oynayır. Tursit marşurutlarının təyin edilməsi üçün ŞMP ərazisində havanın həm mütləq,
həm də nisbi rütubət göstəricilərinin sutkalıq və illik gedişinin öyrənilməsi də böyük əhəmiyyət
kəsb edir. Park ərazisində havanın nisbi rütubətinin orta illik göstəricisi 70-795 arasında dəyişir.
Sahil zonasında havanın rütubətinin yüksək göstəricisi əvvəla Xəzər dənizi kimi böyük su
hövzəsinin təsiri, ikincisi isə əraziyə rütubətli şimal və şimal-şərq istiqamətindən rütubətli hava
kütlələrinin daxil olması ilə izah edilir. Xəzər dənizi sahillərindən Kür-Araz ovalığının içərilərinə
doğru hərəkət etdikcə havanın həm nisbi, və həm də mütləq rütubətliyi azalır. Belə ki, əgər havanın
nisbi rütubətlik göstəricisi Cənub-Şərqi Kultuk adasında 77% olursa, Salyanda 74%, Kürdəmirdə
72%, Yevlaxda 68% müşahidə edilir. Nisbi rütubətin maksimum göstəricisi 84-85% olmaqla
dekabr-yanvar aylarında, minimum göstəricisi isə 51-60% olmaqla iyul-avqust aylarında qeyd
edilir. Eyni zamanda iyul-avqust aylarında bəzən ayrı-ayrı günlərdə havanın nisbi rütubəti 30-40%-
ə
qədər azalır. Sutka ərzində nisbi rütubətin maksimum kəmiyyəti səhər saat 7-00 radələrində,
minimum kəmiyyəti isə saat 14-15 radələrində, yəni torpaq səthinin daha çox soyuduğu və qızdığı
müddət ərzində müşahidə edilir. Havanın mütləq rütubəti havanın temperaturundan asılıdır və
onunla düz mütənasibdir. Sahil zonasında mütləq rütubətlik 13-14 mb. müşahidə edilir. Sahildən
parkın daxilinə doğru uzaqlaşdıqca onun miqdarı azalır. Məsələn, Cənub-Şərqi Kultuk adasında
havanın mütləq rütubətliyi 13,7 mb, Salyanda 12,8 mb, Kürdəmirdə 12,2 mb, Yevlaxda isə 11,8 mb
təşkil edir.
Dostları ilə paylaş: |