11
P
Ümumiyyətlə, xarici ticarət siyasətində dövlətin əsas vəzifəsi
ixracatçılara onların məhsullarının beynəlxalq bazarlarda rəqabət
qabiliyyətini artırmaqla daha çox məhsul ixrac etməyə kömək etməkdir.
Proteksionizm
həm də rəhbər işçinin, məmurun öz karyerasını və digər
şəxsi işlərini sahmanlamaq üçün digər şəxslərə yardım göstərməklə
(adətən eyni qulluğun əvəzində) prinsipsiz, dövlət qulluğuna ziyan
vuran hərəkətləri, vəzifəli şəxslərin işgüzarlıq keyfiyyətlərinə görə deyil,
tanışlığa, himayədarlığa görə seçilməsi kimi məna verir. Proteksionizm
aşkarlıq vasitələri, qanunçuluq, rəhbər işçinin son yüksək nəticələrə
nail olmaqda maraqlılığı ilə aradan qaldırılır.
Prudensial (prudential) – bankın təhlükəsiz fəaliyyətinin təmin
edilməsinə istiqamətlənmiş normativlərə, qaydalara, tələblərə və
göstərişlərə əsaslanmış düşünülmüş davranış, idarəetmə və nəzarət
üsuludur.
Pul əmanəti (deposit) – müştərinin hesablanmış faizlər şəklində
müəyyən gəlir əldə etmək üçün banka verdiyi pul vəsaitləridir.
Pul kütləsi aqreqatları (muney supply aggregates) – pul tədavülünün
tənzimlənməsi məqsədilə onun öyrənilməsinə yönəldilən pul kütləsinin
həcmini və strukturunu əks etdirən göstəricilərdir. Məcmu pul kütləsi
aşağıdakı pul kütləsi aqreqatlarından ibarətdir:
– M0= bank sistemindən kənar nağd pul;
– M1=M0+ kommersiya banklarında əhalinin və müəssisələrin depozit-
ləri;
– tələbli əmanət banklarında əhalinin depozitləri;
– müəssisə, təşkilat və vətəndaşların hesablaşma, cari və xüsusi he-
sablarındakı vəsaitləri;
– M2=M1+ əmanət banklarında müddətli əmanətlər;
– M3=M2+ bankların depozit sertifikatları; dövlət istiqraz vərəqələri;
– bankların və dövlətin digər qiymətli kağızları.
Pulun alıcılıq gücü (purchasing power of the money) – müəyyən pul
vahidi ilə konkret dövrdə inflyasiya və ya deflyasiya nəzərə alınmaqla
əldə etmək mümkün olan mal və xidmətlərin məcmusudur.
Pulun dövriyyə sürəti (velocity of money) – müəyyən iqtisadiyyatda
hər bir pul vahidinin müəyyən bir vaxtda neçə dəfə əl dəyişdirdiyini
göstərən ölçü.
Pul vəsaitlərinin hərəkəti (cash flow) – şirkətin maliyyə vəziyyətinin
göstəricisi. Müəyyən aralıq vaxt müddətində pul vəsaitlərinin
daxilolmaları ilə ödənişlər arasındakı münasibəti bildirir.
11
R
R
Real effektli məzənnə (REM) indeksi (real effective exchange index) –
manatın ticarət partnyoru olan ölkələrin valyutalarına nəzərən ikitərəfli
real məzənnələrin dəyişiminin ticarət xüsusi çəkiləri nəzərə alınmaqla
həndəsi ortasını əks etdirir və aşağıdakı kimi hesablanır:
Burada, p
t
– t dövründə ölkə daxilində inflyasiya səviyyəsi; p
it
– t
dövründə ticarət partnyoru olan ölkədə inflyasiya səviyyəsidir.
Real vergilər (real taxes) – daşınar və daşınmaz əmlakın alqı-satqısı
zamanı yaranan vergilərdir.
Regional siyasət (regional policy) – ölkənin müxtəlif hissələrinin
iqtisadi inkişafı arasındakı qeyri-bərabərliyi aradan qaldırmaq üçün
yeritdiyi siyasətdir. Bütün ölkələrin inkişaf etmiş və zəif inkişaf etmiş
regionları vardır, baxmayaraq ki, bəzi ölkələrdə regionlar arasındakı
uçurum daha da dərindir. Zəif inkişaf etmiş ərazilər hər hansı bir sənaye
sahəsi və yaxud iqtisadi fəaliyyət sahəsinin zəifləməsi ilə bağlıdır. Ona
görə dövlət bu ərazidə hər hansı bir sənaye sahəsi yaratmaq üçün
imkanlar yaradır və lokal infrastrukturu inkişaf etdirir, baxmayaraq ki,
bu yol məhdud uğurlarla səciyyələnir. Sonra isə diqqət kiçik biznes
üçün imkanların artırılmasına yönəldilir.
Resursların bölüşdürülməsi qərarları (allocation of resources
decision) – AB Komissiyasının qərarlarını təsvir edir, büdcə
prosedurunun sonunda tətbiq edilir, hər nüfuz dairəsinə zəruri insan
resurslarını yerləşdirir.
Rezident (resident) – rəsmi qanunvericiliyə əsasən, aşağıda göstərilən
tələblərin birinə cavab verən istənilən fiziki şəxsdir: təqvim ilində üst-
üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının
ərazisində olan; təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində
xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı
birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda,
həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla
Azərbaycan Respublikasının rezidenti sayılır: daimi yaşayış yeri;
10
R
həyati mənafelərinin mərkəzi; adətən yaşadığı yer; Azərbaycan
Respublikasının vətəndaşlığı.
Rəhbər-agent problemi (principal-agent problem) – bir şəxs (rəhbər)
bir işi yerinə yetirmək üçün digər şəxsi (agent) istəyəndə rəhbər
gözlənilən faydanı maksimallaşdırmaq üçün agentin stimullarını təyin
etməlidir.
Rəhbər-işçi nəzəriyyəsi (principal-agent theory) – əksər özəl və
dövlət təşkilatları ierarxiyaya əsaslanır. İerarxiyada aparıcı əlaqələrdən
biri asılı işçi ilə rəhbəri arasında olan əlaqədir. Rəhbər-işçi nəzəriyyəsi
ayrılan məqsədlərin, informasiya asimmetriyasının, stimullar və
cəzaların, əmək haqlarının əhəmiyyətini ön plana çıxarır. İnformasiya
çatışmazlığı rəhbərin öz işçisinin fəaliyyətinə nəzarət etmək və onu
nəzarətdə saxlamağa mane olur. Nəzəriyyə korrupsiya və münasib
islahatların mikroiqtisadi izahlarını qurmaq üçün istifadə edilmişdir.
Rəqabətli qiyməttəklifetmə (competitive bidding) – əmtəə və
xidmətin açıq və şəffaf reklamı prinsipinə əsaslanan seçmə prosesidir.
Bu proses ən yaxşı qiymət təklif edən ixtisasa, dəyər və başqa obyektiv
kriteriyalara müvafiq olmalıdır (dostluq münasibətləri, rüşvət, hədə-
qorxu kimi amillər bu kriteriyalara aid deyil). Rəqabətli qiyməttəklifetmə
prosesləri tez-tez ictimai müqavilələrdə qanunamüvafiq tələb edilir və
müəyyən dəyərdən yuxarı aılnır.
Rəsmi qarət (spoiliation) – dəlil üçün tələb olan sənədin dəyişikliyi və
ya beynəlxalq məhvidir; daha geniş mənada dəyərli bir şeyin məhvi və
ya qarətidir. Rəsmi qarət kleptokratiya hökm sürən yerlərdə baş verir.
Spoilation korrupsiyadan əldə olunan fayda, gəlir və mükafatlardır.
Rifah iqtisadiyyatı (welfare economics) – ümumi iqtisadiyyatın
cəmiyyətin rifahını və resurslar ayrılarkən müşahidə olunan prioritetləri
öyrənən aspekti. Burada fərdin və cəmiyyətin bir iqtisadi subyekt kimi
davranışı da əsas götürülür.
Rikardo-Barro ekvivalentlik teoremi (Ricardian-Barro equivalence
theorem) – dövlət xərclərinin borc hesabına maliyyələşdirilməsi iqtisadi
baxımdan dövlət xərclərinin vergi hesabına maliyyələşdirilməsinə
bərabərdir. Yəni fiskal ekspansiya dövründə vergi dərəcələrinin
azaldılması büdcə xərclərinin borc hesabına örtülməsini tələb edir ki,
bu da uzunmüddətli dövrdə vətəndaşlar üçün heç bir şeyi dəyişdirmir.
Əgər vergi borcları onların bugünkü öhdəlikləridirsə, dövlət borcu da
gələcək öhdəlikləridir.
Dostları ilə paylaş: |