32
FƏS L 8. NFLYAS YA, DEFLYAS YA,
STAQFLAS YA VƏ DEVALVAS YA
qtisadi ədəbiyyatda inflyasiyanm səbəbləri haqqынda
çeşidli nəzəri əsərlər mövcuddur. Bu bölmədəən çox tanınan
vəüzərində durulan nəzəri düşüncələrin təhlilini verəcəyik.
rvinq Fişer. Mübadilə bərabərliyi, amerikalı iqtisadçı rvinq
Fişer tərəfindən ortaya atılmışdır. Ən sadəşəkli ilə MV=PT
olaraq ifadə edilməkdədir (M-iqtisadiyyatdakı pul miqdarını, P-
qiymətlərin ümumi səviyyəsini, V-tədavüldə bulunan pulun təda-
vül sürəti, T-ticarət əməliyyatlarına mövzu olan toplam mal və
xidmət miqdarını göstərməkdədir).Fişer «The parchasing power
of money» adlı məşhur əsərində pul miqdarındakı bir artımın
normal təsirinin, tamamən eyni nisbətdə olmaq üzrə qiymətlərin
цmumi səviyyəsində yüksəliş formasında ortaya çıxacağını qeyd
etmişdir. Qısaca, pul miqdarındakı artma, ümumi qiymət səviy-
yəsinin eyni nisbətdə yüksəlməsinə, pul miqdarındakı azalma,
qiymətin ümumi səviyyəsinin eyni nisbətdə düşməsinə səbəb olur.
Keyns məktəbinin inflyasiya haqqında nəzəri düşüncələrinin
təhlili. «General Theory of Employment, nterest and Money»
adlıəsərində miqdar nəzəriyyəsinə qarşı bir tutum alan Keyns
iqtisadiyyat əksik məşğulluq səviyyəsindəмювъуд олдуьу müd-
dətcə pul miqdarında artım məşğulluq və istehsal səviyyəsinin
yüksəldəcəyini, tam məşğulluq səviyyəsinəçatdıqdan sonra isə,
qiymətlərin pul miqdarı ilə eyni nisbətdə dəyişməsini ifadə etmiş-
dir. Keyns iqtisadiyyatda işsizlik mövcud olduğu müddətcə pul
miqdarındakı artımın, qiymətlər üzərində hər hansı bir təsirinin
olmayacağını və məşğulluğun yüksələcəyini, buna qarşılıq iqtisa-
diyyat tam məşğulluqa çatar çatmaz, əmək haqqı və qiymətlərin
effektiv tələblərin artımı ilə yüksələcəyini ifadə etməkdədir. qti-
sadiyyatda istifadə edilməyən gücü, çalışmaya hazır iş gücüмюв-
ъуд олдуьу müddətcə, tələb həcmindəki genişləmə təklifi artır-
maqdadır. Keyns bu ehtimalı nəzərə alaraq boşəməyin tamamı-
nın istehsalda istifadəedildiyi nöqtəyə qədər, pul təklifindəki
33
artımların qiymətlərdən çox, məşğulluq və istehsalı artıracağını
qəbul etməkdədir. Tam məşğulluğa çatdıqdan sonra pul miq-
darındakı artımın davam etməsinin sadəcə qiymətləri artıracağını
söyləyən Keyns tam məşğulluğu, щягиги inflyasiyanın bir
başlanğıc nöqtəsi olaraq qəbul etməkdə və beləliklə inflyasiyanın
bir tam məşğulluq щадисяси görməkdədir.
Keynsə görə məşğulluq və istehsalda artım olmadan, sadəcə
qiymətlərin yüksəlmə durumu inflyasiyanın ən açıq bir
göstəricisidir.
Milton Fridmеn. Modern miqdar məktəb nəzəriyyəsinin
aparıcıüzvü M.Fridmen həm qiymət səviyyəsinin və həm də iqti-
sadi fəaliyyət səviyyəsinin, gəlir axımından çox pul miqdarının
müəyyən etdiyini irəli sürmüşdür. Fridmen pul miqdarındakı
artımların məhdudlaşdırmaya yönəlik tədbirləri olmayan heç bir
ölkənin inflyasiyanı durdurmaqda uğur əldə edə bilməyəcəyinə,
ancaq pul miqdarındakı artımların düşük səviyyədə tutan ölkə-
lərdə qiymət artımlarını nəzarət altında olmadan tutanların
müəyyən dərəcədə problemi həll edəcəyini açıqlamışdır. Ümu-
miyyətlə, pulun dəyərinin sabitliyini saxlamada ən güclü təsir
vasitəsinin pul artımına nəzarətin olduğunu qeyd etmişdir.
nflyasiyanın mahiyyəti, təzahürü forma və növləri. nflya-
siya əmtəə və xidmətlərə tələbin ümumi təklifdən artıqlığı mühi-
tində qiymətlərin artması və bunun da müqabilində pul vahidinin
dəyərsizləşməsi prosesidir. nflyasiya dinamik bir prosesdir. Belə
ki, iqtisadi sahədə baş verən dəyişikliklər mütəmadi olaraq
büdcənin tarazlığını pozur. Belə bir анda əlavə pul emissiyası
büdcə xərcləri hesabına maliyyələşdirilən tədbirlər üçün ən asan
vəsait mənbəyi olur. Bu proses öz növbəsində dövriyyədə olan
pulun miqdarını artırır, qiymətlərin ümumi səviyyəsini yüksəldir,
yəni, inflyasiya proseslərini daha da gücləndirir və nəticədə
büdcənin tarazlığı yenidən pozulur. qtisadçılar inflyasiyanın bir
çox çeşidlərindən bəhs edirlər. Bunlardan ən çox söz ediləni xərc
inflyasiyası, tələb inflyasiyası, əmək haqqına баьлы inflyasiya və
xarici aləmdən yansıyan inflyasiya çeşidləridir. nflyasiyanın
meydana gəlmə səbəb və təzahür formaları aşağıdakılardır: St-
34
ruktur inflyasiya, tələb və təklif arasındakı uyğunsuzluqdan
йаранан inflyasiya və pul təkliflərindəki ifrat artımın törətdiyi
inflyasiya.Struktur inflyasiyanыn təzahür formaları aşağıdakılarla
özünü göstərir: əhalinin gündəlik istehlak mallarına tələbatı sü-
rətlə artaraq genişlənməkdədir. Lakin bu fıziki tələbatı qarşılaya-
caq kənd təsərrüfatı və sənaye malları kifayət edən istehsal olun-
mursa ölkədə qiymətlərin strukturu pozulmağa başlayacaq və
inflyasiya baş verəcəkdir. Büdcə kəsirləri və borclarının artması,
bu borclarıödəmək üçün Mərkəzi Bankdan istifadə olunması və
xərclərin istehsala yönəldilməməsi qısa müddətdə pula olan tələbi
də artıracaqdır. Bazar iqtisadiyyatışəraitində qiymət sahəsində
mühüm struktur problemlərdən biri də inhisarçı müəssisələrin
varlığıdır. qtisadiyyatda o müəssisələr inhisarçı hesab olunur ki,
hər hansıərazidə müəyyən məhsulun tək istehsalçısı olur və bu
ərazidə həmin məhsulu əvəz edə bilən digər məhsullar istehsal
olunmur. Bununla da istehsalçı alıcılara malları istədiyi qiymətə
sata bilər.
nflyasiyanın əsasını təşkil edən digər bir səbəb də iqtisadi
resursların ədalətli bir şəkildə paylanmaması və ya onlardan iqti-
sadiyyatda lazımi səviyyədə istifadə edilməməsidir. Xarici ticarət
kəsirlərini təşkil edən idxalatla ixracat arasındakı böyük fərq
ixracatın həcmini azaltmaqda, istehsal üçün lazımi texnologi-
yanın və malların alınmasını asanlaşdırır. Nəticədəölkənin daxili
istehsalı daha da zəifləyir və struktur problemiни daha da kəskin-
ləşdirir. nflyasinı törədən ən vacib struktur səbəblərindən biri də
büdcə kəsirləridir. Məcmu tələbdəki dəyişiкiklər, alış xərclərində,
sərmayələrdə, hökumət xərclərində, ixracatdakı artımlar və ya
vergilərdəki azalışlar məcmu tələbin artmasına səbəb olan
amillərdir.
Tələb inflyasiyasıisə iqtisadiyyatdakı nominal gəlirin (pulla
ifadəsi) o iqtisadiyyatdakı real gəlirdən (istehsal edilən mal və
xidmətdən) daha çox olması halında görülən inflyasiya forması-
dır. Tələb inflyasiyasıiqtisadiyyatda məcmu təklifиn sabit qal-
masışəraitində məcmi tələbin artmasından və ya istehsalın artım
sürətinin tələbin artım sürətindən aşağı olmasından ortaya çıxır.
Dostları ilə paylaş: |