~ 41 ~
2.1.
Kompüterdə
verilənlərin
təsvirinin
inkişaf
mərhələləri
Hesablama texnikasının yaradılması və istifadəsi ənənəvi
olaraq proqram və verilənlər kimi iki əsas ifadə ilə bir-birilə
əlaqədardır: proqramlar və verilənlər. Bu halda birincilər ikinciləri
emal etmək üçün yaradılır. Beləki proqramçı hər hansı bir proqramı
tərtib edir və onun emalı üçün tələb olunan verilənləri proqramın
uyğun mövqelərinə daxil edir.
Sonrakı mərhələlərdə əhəmiyyətli dəyişikliklər baş verməyə
başladı: verilənlər proqramdan ayrıldı və müxtəlif strukturlu
verilənlər bazaları (VB) yaradıldı (relyasiyalı, yəni cədvəl tipli VB),
ierarxiyalı, şəbəkə tipli və s. Eyni zamanda VB-ın idarə sistemləri
(VBİS) yaradılmağa başlandı.
Təbiidir ki, verilənləri proqramdan ayırmaq üçün müxtəlif
proqramlaşdırma dillərində verilənlərin təsviri vasitələri də
yaradılmağa başlandı. Fortran və Alqol dilləri nisbətən sadə
strukturlu verilənlərin kompüterin yaddaşında təsvir olunması üçün
proqram vasitələrinə malikdir. Nisbətən mürəkkəb – ierarxiyalı
strukturlu verilənlərin bazalarının yaradılması üçün KOBOL, ПЛ/1
və ПАСКАЛ dillərinin proqram vasitələri geniş istifadə olunmağa
başlandı.
Paralel olaraq verilənlərin xarici yaddaş qurğularında təsviri
istiqamətində işlərdə inkişaf etməyə başladı. Bu halda əsas məsələ
informasiya massivinin (fayl) yaradılmasıdır. Faylda müxtəlif
obyektlər barədə verilənlərin strukturlaşdırılmış yazılışının mətni və
adı göstərilir. Fayla obyektin informasiya modeli kimi də baxmaq
olar.
Xarici yaddaş qurğusunda verilənlərin təsviri aşağıdakı
mərhələlərdə yerinə yetirilmişdir:
faylda verilənlərin yazılışının formalizasiyası üsulları,
faylların yaradılması və onlara müdaxilə tamamilə istafədəçilərin
konkret proqramlarında təyin
olunmuşdur;
faylların idarəolunması və onlara müdaxilə kompüterin