M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

 
 
~ 39 ~ 
tarixli  736  nömrəli  Fərmanı  ilə  yaradılmış  “Yüksək  Texnologiyalar 
Parkı”  –nın  əsas  məqsədi  İKT  sektoru  ilə    elm  və  istehsal  sahələri 
arasında bir körpü yaratmaqdır. 
“İKT ili”-ndə qarşıdakı illərdə insan kapitalının  yaradalıması 
da  diqqət    mərkəzində  olacaqdır.  Konsepsiyada  nəzərdə  tutulan 
istiqamətlərdən  biri  də  informasiya  texnologiyaları  sahəsində 
kadrların  hazırlanmasının    təkmilləşdirilməsidir.  Hal-hazırda 
respublikanın ali təhsil məktəblərində  göstərilən ixtisaslarla sahələr 
üzrə    mütəxəssislər  hazırlığı  həyata  keçirilir.  Təbiidir  ki, 
konsepsiyanın  müddəalarından  irəli  gələn  tələbatlara  əsasən  yeni 
təyinatlı  mütəxəssis  hazırlığına  da  başlamaq  lazımdır.  Bu  məqsədlə 
ölkə  prezidentinin    sərəncamı  ilə  İnformasiya  Texnologiyaları 
Universiteti  yaradılıb  və  2014-15-ci  tədris  ilindən  tələbə  qəbuluna 
başlanmışdır.    Eyni  zamanda  “  2007-2015-ci  illərdə    Azərbaycan 
gənclərinin  xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramı” 
çərçivəsində 
də 
İKT 
ixtisasları 
üzrə 
kadr 
hazırlığının 
genişləndirilməsi nəzərdə tutulur.  
 Göründüyü  kimi  İKT  üzrə    görülən  işlərə  dövlətimiz 
tərəfindən  yüksək  dəstək  verilir  və  bu  işlərin  kompleks  şəkilində 
yerinə  yetirilməsi  “Azərbaycan  2020  inkişaf  konsepsiyası”-nda  öz 
təsdiqini tapmışdır.  
 
 
 
 
 


 
 
~ 40 ~ 
II  FƏSİL  
 
KOMPÜTERDƏ  BİLİKLƏRİN  TƏSVİRİ  ÜSULLARI 
 
Süni  intellekt  prinsiplərinə  əsaslanan  yeni  İET-da  əsas 
problemlərdən  biri  biliklərin  emalı  ilə  qərar  qəbul  etmənin  təşkili 
üçün  biliklərin  kompüterdə  təsvirinin  həyata  keçirilməsidir.  Qeyd 
etmək lazımdır ki, kompyterlərin  yarandığı ilk gündən hər-hansı bir 
məsələnin  həllini  kompüterdə  yerinə  yetirmək  üçün  tərtib  olunan 
proqramlar  haqqında  informasiyaların,  tələb  olunan  verilənlərin  və 
digər  informasiyaların  maşının  daxili  dilində  təsviri  problemi,  onun 
inkişafı  mərhələlərində  həmişə  aktuallığını  itirməmişdir.  Belə  ki, 
kompüterlərin  yaradılmasının  ilkin  mərhələlərində  nəinki  məsələnin 
həlli üçün tələb olunan verilənlər, hətta məsələnin həllinin proqramı 
belə “ 0” və “1” – lərlə kodlaşdırılmaqla kompüterə daxil edilirdi. Bu 
onunla  izah  edilir  ki,  kompüterlərin  klassik  arxitekturasının  daxili 
dili,  məhz  “0”  və  “1”-lərlə  kodlaşdırılan  ifadələr  üzərində  riyazi  və 
məntiqi əməliyyatları yerinə yetirmək üçün layihələndirilirdi. 
Kompüterlərin  daxili  və  xarici  intellektləşdirilməsi,  yüksək 
səviyyəli  alqortmik  dillərin,  translyatorların  və  digər  vasitələrin 
yaradılması,  proqramların  və  onların  vasitəsi  ilə  məsələlərin  həlli 
üçün  verilənlərin  maşından  kənarda  istifadəçilərin  başa  düşdükləri 
tərzdə  kodlaşdırılaraq  təsvir  etməyə  şərait  yaratdı.  Təbiidir  ki, 
istənilən formada kodlaşdırılan informasiyalar apparat və proqramlar 
şəklində  yaradılmış  translyatorlar,  interpretatorlar  vasitəsilə 
kompüterin daxili dilinə çevrilir və məsələlərin həllini  təmin edirdi. 
Bu nöqteyi-nəzərdən biliklərin kompüterdən kənarda və kompüterin 
daxilində  təsviri  yanaşmalarının  əvvəlki  yanaşmalardan  fərqli 
xarakter  daşıdığı  üçün,  biliklərin  təsvirinin  xüsusiyyətləri,  üsul  və 
vasitələrini araşdırmaq məsələlərinə baxılır. 
 
 
 
 


 
 
~ 41 ~ 
2.1. 
Kompüterdə 
verilənlərin 
təsvirinin 
inkişaf 
mərhələləri 
 
Hesablama  texnikasının  yaradılması  və  istifadəsi  ənənəvi 
olaraq  proqram  və  verilənlər  kimi  iki  əsas  ifadə  ilə  bir-birilə 
əlaqədardır:  proqramlar  və  verilənlər.  Bu  halda  birincilər  ikinciləri 
emal etmək üçün yaradılır. Beləki proqramçı hər hansı bir proqramı 
tərtib  edir  və  onun  emalı  üçün  tələb  olunan  verilənləri  proqramın 
uyğun mövqelərinə daxil edir. 
Sonrakı  mərhələlərdə  əhəmiyyətli  dəyişikliklər  baş  verməyə 
başladı:  verilənlər  proqramdan  ayrıldı  və  müxtəlif  strukturlu 
verilənlər bazaları (VB) yaradıldı (relyasiyalı, yəni cədvəl tipli VB), 
ierarxiyalı,  şəbəkə  tipli  və  s.  Eyni  zamanda  VB-ın  idarə  sistemləri 
(VBİS) yaradılmağa başlandı. 
Təbiidir  ki,  verilənləri  proqramdan  ayırmaq  üçün  müxtəlif 
proqramlaşdırma  dillərində  verilənlərin  təsviri  vasitələri  də 
yaradılmağa  başlandı.  Fortran  və  Alqol  dilləri  nisbətən  sadə 
strukturlu  verilənlərin  kompüterin  yaddaşında  təsvir  olunması  üçün 
proqram  vasitələrinə  malikdir.  Nisbətən  mürəkkəb  –  ierarxiyalı 
strukturlu  verilənlərin  bazalarının  yaradılması  üçün  KOBOL,  ПЛ/1 
və  ПАСКАЛ  dillərinin  proqram  vasitələri  geniş  istifadə  olunmağa 
başlandı. 
Paralel  olaraq  verilənlərin  xarici  yaddaş  qurğularında  təsviri 
istiqamətində  işlərdə  inkişaf  etməyə  başladı.  Bu  halda  əsas  məsələ 
informasiya  massivinin      (fayl)  yaradılmasıdır.  Faylda  müxtəlif 
obyektlər barədə verilənlərin strukturlaşdırılmış yazılışının mətni və 
adı  göstərilir.  Fayla  obyektin  informasiya  modeli  kimi  də  baxmaq 
olar.  
Xarici  yaddaş  qurğusunda  verilənlərin  təsviri  aşağıdakı 
mərhələlərdə yerinə yetirilmişdir: 

 
faylda    verilənlərin  yazılışının  formalizasiyası  üsulları, 
faylların  yaradılması  və  onlara  müdaxilə  tamamilə  istafədəçilərin 
konkret proqramlarında təyin olunmuşdur

 
faylların  idarəolunması  və  onlara  müdaxilə  kompüterin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə