M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

 
 
~ 42 ~ 
əməliyyat sistemləri ilə yerinə yetirilmişdir

 
VB-in  və  onların  inkişaf  etmiş  idarəetmə  sisteminin  (VBİS) 
yaradılması  (bu  məqsədlə  müxtəlif  təyinatlı  verilənlərlə  təchiz 
edilmiş  inteqrallaşdırılmış  VB-in  müəssisələr,  sahələr  və  s.  üçün 
yaradılması nəzərdə tutulur). 
Birinci  mərhələdə  məntiqi  və  fiziki  səviyyələrdə  verilənlərin 
yaradılması,  saxlanması  və  onlara  müdaxilə  tam  şəkildə  hər  bir 
proqramı  yaradan  proqramçıya  və  onun  istifadəçisinə  həvalə  edilir. 
Bu  halda  bir  proqramın  verilənlərinin  digər  proqramda  istifadə 
edilməsi çox əmək tələb edən və az səmərəli prosedura hesab edilir. 
İkinci  mərhələdə  kompüterin  xarici  yaddaş  qurğusunda 
verilənlərlə işin müəyyən hissəsi (əsasən fiziki səviyyədə) əməliyyat 
sisteminin  üzərinə  düşür.  Növbəti  3-cü  mərhələ,  VBİS-in 
çərçivəsində  mümkün  oldu.  Bu  halda  texnoloji  olaraq  müxtəlif 
təyinatlı  proqramları  (verilənləri  yaradan,  dəstəkləyən  və  istifadə 
edən) bir-birindən ayırmaq mümkün oldu. Beləliklə verilənləri emal 
edən proramları verilənlərdən asılı olaraq seçmək imkanı yarandı. 
Verilənlərin  təsvirinin  növbəti  mərhələlərində  informasiya 
hesablama  şəbəkələri  və  onların  əsasında  kollektiv  istifadə  olunan 
paylanmış  VB-in  yaradılması  və  idarə  olunması  məsələləri  həll 
edilmişdir. Bu mərhələnin bariz nümunəsi kimi İnternet Şəbəkəsinin 
intellektual informasiya - axtarış sistemlərini göstərmək olar. 
 
2.2. Biliklərin spesifik əlamətləri 
 
 Süni  intellektin  yaradılması  ilə  yeni  istiqamət  –  Biliklər 
bazası  (BB)  ideyası  yarandı.  Uyğun  olaraq  BB-in  idarə  sistemi 
(BBİS)  aktuallaşdı.  Təbiidir  ki,  verilənlər  və  onların  VB-dəkı 
strukturu  müəyyən  mənada  predmet  sahəsi  barədə  bilikləri  əks 
etdirir. Buna baxmayaraq bilikləri verilənlərdən fərqləndirən spesifik 
xassələr  mövcuddur.  Həmin  spesifik  xassələrə  aşağıdakıları 
göstərmək  olar:  daxili  interpretasiya  (qavranma);  strukturluluq; 
bağlılıq; aktivlik. Bu xassələri ayrı-ayrılıqda nəzərdən keçirək
 
1.Daxili  interpretasiya.  Kompüterin  yaddaşında  verilənlərin 


 
 
~ 43 ~ 
elementi  olan  informasiya  vahidi  ilə  birlikdə  həmin  informasiya 
vahidi ilə bağlı sistem adlarının saxlanılma imkanının olması. Sistem 
adları  verilənə  qoyulmuş  fərdi  adı  və  həmin  verilənin  daxil  olduğu 
adlar  çoxluğunu  və  ya  adlar  sinfini  özündə  birləşdirir.  Məsələn, 
müəssisənin  hər  hansı  əməkdaşı  haqqında  məlumatlar  yığımı  onun 
kadrlar  şöbəsində  şəxsi  işinin  nömrəsi,  işlədiyi  laboratpriyanın  adı, 
bu  laboratoriyanın  daxil  olduğu  şöbənin  adı  və  b.  ilə  qeyd  edilir. 
Adlar  sisteminin  olması  sistemə  onun  yaddaşında  olan  biliklərin 
mənbəyini  göstərir,  daha  doğrusu,  nə  yerləşdiyini  “bilməyə”  imkan 
verir və yaddaşda olan sorğulara cavab vermək bacarığını təmin edir. 
 
2.Strukturluluq.  informasiya  vahidləri  lazım  olduqda 
bölünərək daha kiçik vahidlər və  ya birləşərək daha böyük vahidlər 
ola  bilərlər.  Bu  əməliyyatlar  üçün  elementlərin  hansı  sinfə 
mənsubiyyət  münasibətini  və  “cins-növ”  münasibətini  bilmək 
lazımdır. Hər bir bilik vahidi başqasının strukturuna daxil ola bilər və 
hər bir bilik vahidi elmentlərə ayrıla bilər. Başqa sözlə, ayrı-ayrı bilik 
elementləri arasında “bütöv-hissə”, “cins-növ”, “eıement-sinif” kimi 
münasibətlərin sərbəst təyin olunması mümkün olmalıdır. 
 
3.Bağlılıq.  Gerçəkliyin  semantik  və  proqramatik  əlaqələrini 
əks etdirən bilik  vahidləri arasında ən müxtəlif cür əlaqələrin təmin 
olunması  imkanı  mümkün  olmalıdır.  Məsələn,  iki  və  ya  daha  çox 
bilik  vahidi  arasında  eyni  zamanda  “səbəb-nəticə”,  “dost  olmaq”, 
“sevmək”,  “oxşar  olmaq”  əlaqələrini  göstərmək  olar.  Daha  sonra 
bağlılığı  struktur,  funksional,  anlayış,  hal,  səbəb  kimi  əlaqələrə 
ayırmaq olar. Və bu əlaqələr çox müxtəlif ola bilərlər. 
 
4.Aktivlik.  Kompüter  ortaya  çıxandan  və  yaddaş  sistemində 
istifadə  olunan  biliklərin  verilənlər  və  komandalara  bölünməsi 
nəticəsində  belə  bir  vəziyyət  alınmışdır  ki,  verilənlər  passivdir, 
komandalar  isə  aktivdirlər.  Yəni  kompüterdə  gedən  proseslər 
komandalar  vasitəsilə  həyata  keçirilir,  verilənlər  isə  bu  komandalar 
tərəfindən  lazım  olduqda  istifadə  olunurlar.  Kompüterə  xas  olan 
verilənlərin  passivliyi  cəhətinin  insanda  analoqu  yoxdur.  Odur  ki, 
intellektual  sistemlərdə  belə  bir  vəziyyət  qəbul  edilməzdir.  Insana 
xas  olan  biliklərə  bənzər  bilik  sistemində  hər  bir  hərəkətin  icrası 


 
 
~ 44 ~ 
sistemin malik olduğu biliklər əsasında həyata keçirilir, Yəni sistem 
proqramın  hər  bir  gedişini  biliklər  bazası  tərəfindən  aktivləşdirir. 
Beləliklə, biliklər bazasının aktivliyi məqsədə çatmağı təmin edir və 
bu məqsədi həyata keçirmək imkanı yaradır. 
 
Təcrübə  göstərir  ki,  getdikcə  yeni  xüsusiyyətlərə  malik 
olmaqla verilənlər biliklərə çevrilirlər. 
 
Struktur  verilənləri  gözdən    keçirsək  görərik  ki,  bilikləri 
səciyyələndirən  bəzi  xüsusiyyətlər  verilənlərdə  də  vardır.  Məsələn, 
birinci  iki xüsusiyyət  biliklərlə  yanaşı  verilənlərə  də  xas  cəhətlərdir 
və birinciyə görə verilənlər özlərini bazada göstərirlərsə, ikinci cəhət 
mürəkkəb obyektlər arasında əlaqənin təyin olunması kimi göstərilir. 
 
Üçüncü  və  dördüncü  xüsusiyyətlər  ancaq  biliklərə  xasdır. 
Üçüncü  cəhətə  görə  biliklərimiz  təkcə  struktur  baxımında  əlaqəli 
deyil,  bunlar  həm  də  faktorlara,  proseslərə,  vəziyyətlərə  aid 
qanunauyğunluqları  və  aralarında  olan  səbəb-nəticə  əlaqələrini 
göstərir.  Dördüncü  cəhətə  görə  insan  biliyi  aktivdir-  o  hər  zaman 
öyrənir  və  yeni  bilik  əldə  edir.  Bununla  da  biliklər  prinsipcə 
verilənlərdən  fərqlənirlər.  Məsələn,  biliklərdə  ziddiyyət  aşkar 
olunarsa,  bu  ziddiyətin  aradan  qaldırılması  yeni  biliyin  ortaya 
çıxmasına səbəb olur. 
 
Şübhəsiz  ki,  verilənlərlə  biliklər  arasında  həmişə  kəskin  bir 
fərq  sərhəddi  mövcud  olmuşdur  və  olmaqdadır.  Bu  fərq  biliklərin 
təsviri modellərinin meydana çıxması ilə öz həllini tapır. 
Göründüyü  kimi  verilənlər  və  verilənlərin  strukturu  tam 
şəkildə  predmet  sahəsinin  xüsusiyyətlərini  özündə  əks  elətdirmir. 
Odur  ki,  verilənlər  və  biliklər  arasında  yuxarıda  göründüyü  kimi 
müəyyən fərqlər mövcuddur. Məhz bu fərqlər kompüterdə biliklərin 
təsviri  üçün  xüsusi  formalizmlərin  meydana  gəlməsinə  səbəb  oldu. 
Bu  formalizmlər  biliklərə  xas  olan  4  əsas  xassələri  özlərində  əks 
elətdirməlidir.  Daha  çox  istifadə  olunan  və  bilikləri  təsvir  etmək 
üçün səmərəli hesab edilən bilik dillərinə (modellərinə) aşağıdakıları 
misal  göstərmək  olar:  semantik  şəbəkə  dilləri;  Freym  sistemləri 
(modelləri);  məntiqi  dillər  (modellər);  produksiya  qaydaları 
sistemləri.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə