M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

 
 
~ 36 ~ 
bilavasitə informsiya istehsalı şəklində ) həyata keçirilir. 
Müasir  dövrdə  elmi-tədqiqat  işlərinin  yerinə  yetirilməsini 
İKT  xidmətlərindən  istifadə  etmədən  reallaşdırmağı  təsəvvür  etmək 
belə  mümkün  deyil.  Digər  tərəfdən  elm  və  təhsil  müəssisələrinin 
başqa  ölkələrin  uyğun  müəssisələri  ilə  birgə  tele  konfranslarının  ( 
İKT-nin  texniki  vasitələrinin  köməyi  ilə  müxtəlif  ərazilərdə  olan 
iştirakçılar  arasında  qrup  şəklində  ünsiyyət,  məs.  telefon,  audio, 
video konfranslar, çat və s.) təşkili həyata keçirilir. 
Qeyd  edək  ki,  Sumqayıt  Dövlət  Universitetinin  Mühəndislik 
fakultəsində  quraşdırılmış  video  konfrans  zalı  Respublikanın  və 
MDB  məkanının  aparıcı  ali  təhsil  müəssisələri  ilə  onlayn  rejimində 
birgə video konfranslar keçirməyə imkan verir. 
Azərbaycan  Respublikasının  Prezidenti  yanında  Ali 
Attestasiya  Komissiyasının  (AAK)  müdafiə  Şuralarının  iclaslarının 
şəffavlığını 
təmin 
etmək 
üçün 
AMEA-nın 
İnformasiya 
Texnologiyaları və Kibernetika institunda müdafiələrin gedişi onlayn 
rejimində İnternet vasitəsi ilə AAK-a ötürülür. 
Respublikada 
İKT-nin 
yaradılmasını, 
tədbiqini 
və 
problemlərini  özündə  əks  etdirən  elmi  –  praktiki  jurnallar  nəşr 
olunur.  Bilavasitə  İKT  problemlərinə  həsr  olunan  və  İnformasiya 
Texnologiyaları 
institutunda 
dərc 
olunan 
“İnformasiya 
Texnologiyaları 
problemləri” 
və 
“İnformasiya 
Cəmiyyəti 
problemləri”  elmi-praktiki  jurnalları  bu  missiyanı  müvəffəqiyyətlə 
yerinə yetirir. 
 
1.9. Respublikada İKT-in inkişaf perspektivləri 
 
İKT  istiqamətində  son  10  ildə  yerinə  yetirilən  normativ 
sənədlər, qanunlar, Dövlət Proqramları və E-Azərbaycan İnformasiya 
Cəmiyyətinin  yaradılmasında  görülən  işlərin  qısa  xülasəsi  bir  daha 
təsdiqləyir ki, Prezident tərəfindən 2013-cü ilin Azərbaycanda  İKT-
ili  elan  edilməsi  faktiki  yerinə  yetirilmiş  işlərə  və  bu  istiqamətdə 
perspektivdə  görüləcək  elmi-tədqiqat  və  praktiki  işlərə  əsaslanaraq 
verilmişdir. 


 
 
~ 37 ~ 
2014-cü ilin əvvəlində Davosda Dünya İqtisadi Forumu (DİF) 
çərçivəsində  keçirilən  sessiyada  çıxışında  İlham  Əliyev  ölkəmizdə 
İKT-nin  prioritet  sahə  elan  edildiyini,  dövlətin  bu  sahənin  inkişaf 
etdirilməsinə  stimullaşdırıcı  maliyyə  dəstəyinin  verəcəyini,  o 
cümlədən bu ilin “ İKT ili” elan edildiyini bir daha beynəlxalq birliyə 
bəyan  etdi.  Prezident  Davosda  “Booz  &  Co”,  “  Mckinsey”,“ 
Microsoft” və  “Thales Alenia ” şirkətlərinin potensial investorlarının 
nəzərinə  Azərbaycanda    İKT,  internet,  peyk  sənayesi  ilə  əlaqədar 
kompleks  işlərin  yerinə  yetiriləcəyini  çatdırdı  və  onları  birgə 
fəaliyyətə çağırdı. 
Aprel  ayında  DİF  və  Azərbaycan  hökumətinin  birgə 
təşkilatçılığı  ilə  “WEF  Baku  Summit”  beynəlxalq  tədbirdə  İKT-in 
qlobal  inkişafı  perspektivləri  və  Azərbaycan  təcrübəsi  müzakirə 
edildi. 
RİTN-in naziri akademik Əli Abbasov iktnews elektron xəbər 
xidmətinə  [6]  verdiyi  müsahibədə  “İKT  ili”  –  nin  İKT  sahəsində 
böyük layihələrin başlanğıc ili olacağını göstərmişdir. 
RİTN və Dövlət  Neft Fondu tərəfindən hazırlanmış layihəyə 
əsasən  “İKT  ili”  çərçivasində  “Azərbaycanda  evlərə  optika”  modeli 
üzrə  ölkənin  yaşayış  məntəqələrinə  yüksək  sürətli  geniş  zolaqlı 
internet  xidmətlərini  verən  optik  şəbəkənin  qurulması  nəzərdə 
tutulur. Layihə 3 il müddətində həyata keçiriləcək. Əsas hədəf ucqar 
kəndlər də daxil olmaqla ölkə ərazisinin 10-100 mbs arasında sürətli 
internetlə təmin etmək və genişzolaqlı internet istifadəçilərinin sayını 
təxminən  85  faizə  çatdırmaqdır.  Bu  isə  öz  növbəsində 
Respublikamızın  2017-ci  ildə  inkişaf  etmiş  ölkələrlə  bir  səviyyədə 
olmağına imkan verəcəkdir. 
Məlum  olduğu  kimi  2004-cw  il  fevralın  7-dən  8-nə  keçən 
gecə Azərbaycan özünün ilk peykini kosmosa qaldırdı. “Azərspace–
1”  peyki  Cənubi  Amerikada  yerləşən  Fransanın    Oviano  Kosmik 
mərkəzinin Kuru kosmodromundan “Ariane Space” fransız şirkətinin 
raket  daşıyıcıs;  vasitəsilə  qaldırılmış  və  geostasionar  orbitə 
çıxarılmışdır. Şərqi Avropa, Şimali Afrika, MDB, Mərkəzi və Şərqi 
Asiya  ölkələrini  əhatə  edəcək  peyk  ölkəmizin  bütün  ərazisində 


 
 
~ 38 ~ 
internet  və  digər  rabitə,  televiziya  yayımı  üzrə  xidmətləri  təmin 
edəcəkdir. 
27-28  fevral  tarixlərində  Bakıda  birinci  “Yaponiya-
Azərbaycan  İKT  forumu”  keçirilmişdir  ki,  bu  da  ölkə  daxilində 
RİTN-in  xarici  əlaqələrinin  inkişaf  etdirilməsi,  o  cümlədən 
ölkəmizdə  rabitə  və  İKT  sahəsində  aparılan  islahatların  beynəlxalq 
aləmdə tanınmasına xidmət edəcəkdir. 
Respublika  iqtisadiyyatının  bütün  sahələrində,  o  cümlədən 
İKT  istiqamətində    perspektivdə  görüləcək  işlər  prezident  İlham 
Əliyevin  2012-ci  il  29  dekabr  tarixli  fərmanı  ilə  təsdiqlənən 
“Azərbaycan    2020:    Gələcəyə  baxış”  İnkişaf  Konsepsiyasında  öz 
əksini tapmışdır. 
Konsepsiyanın  əsas  hədəfi  2020-ci  ilə  kimi  Azərbaycanda 
ümumdaxili  məhsulun  həcminin  iki  dəfə  artırılması  və  bu  artımın 
əsasən  qeyri-neft  sektorunun  inkişafı  hesabına  təmin  edilməsidir. 
Konsepsiyanın  icrası  nəticəsində  Azərbaycanın  rəqabət  qabiliyyətli 
olmaqla,  iqtisadi  və  siyasi  cəhətdən  inkişaf  etmiş  bir  ölkəyə 
çevriləcəyi gözlənilir və bu işlərdə İKT-yə böyük ümidlər bəslənilir. 
Belə ki, “İKT-nin inkişafı və informasiya cəmiyyətinə keçidin təmin 
edilməsi” Konsepsiyada əsas istiqamətlərdən birini təşkil edir. 
2020-ci  ilə  qədər  e-hökumət  xidmətlərinin  100  faiz  tətbiqi 
nəzərdə  tutulur  ki,  bununla  da  əhali  hökumət  orqanları  tərəfindən 
göstərilən  daha  asan,  qısa  zaman  ərzində  keyfiyyətli  xidmətlərlə 
təmin  olunacaqdır.  Yanvar  ayında  Bakı  şəhərinin  rayonlarında 
“Asan”  Mərkəzi  Xidmət  Mərkəzinin  fəaliyyətə  başlamasını  bu 
istiqamətdə uğurlu başlanğıc hesab etmək olar. 
Qarşıdakı illər ərzində kosmik sənayenin inkişaf etdirilməsini 
hədəf  götürən  Azərbaycan  aşağıorbitli  peykini  2015-ci  ildə,  ikinci 
telekommunikasiya  peykini  isə  2016-cı  ildə  kosmosa  buraxmağa 
hazırlaşır. 
Konsepsiyaya  əsasən  İKT-nin  illik  artımını  təxminən  18-20 
faiz  ətrafında  saxlamaqla,  qarşıdakı  8  ildə  sektorun  gəlirlərinin  8-9 
mlrd. dollara çatdırmaq nəzərdə tutulur. 
   Azərbaycan  Respublikası  Prezidentinin  05.11.2012-ci  il 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə