M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   2   3   4   5   6   7   8   9   10   ...   37

 
 
~ 23 ~ 
 
 
Şəkil 1.4. Süni intellektin tədqiqat istiqamətlərinin klassik strukturu 
 
2.  Predmet  sahəsinin  xarakterindən  asılı  olaraq  qoyulmuş 
layihələndirmə,  planlaşdırma  və  idarəetmə  məsələlərinin  həlli  və 


 
 
~ 24 ~ 
dialoq  rejimində  hesablama  prosesinin  bütün  mərhələlərinə  nəzarət 
edir.  Nəzərdə  tutulur  ki,  problemin  predmet  sahəsinin  peşə  dilində 
yazılışına  uyğun  olaraq,  riyazi  modellərin  avtomatik  qurulması  və 
işçi proqramların sintezi  yerinə  yetirilməklə istifadəçi  öz məsələsini 
həll edir; 
3.  Kompüterdə  predmet  sahələrinə  uyğun 
yığılmış 
(akkumulyasiya  olunmuş)  biliklərdən  istifadə  edərək  proseslərin 
qavranılması  və  diaqnostikası  əsası  qərarların  qəbul  olunmasını 
həyata keçirir. 
Birinci  məsələ  intellektual  informasiya  axtarışı  sistemləri  ilə 
realizə olunur. 
İkinci  məsələ  intellektual  tətbiqi  paket  proqramları  (İTPP)  və 
hesabi-məntiqi sistemlər vasitəsi ilə realizə olunur. 
Üçüncü  məsələ,  bilikləri  formalizə  olunan  sahələrin  ekspert 
sistemlərindən istifadə etməklə realizasiyası ilə həyata keçirilir. 
Şəkil 1.4-də qırıq xətlərlə göstərilən hissənin xüsusiyyəti ondan 
ibarətdir ki, predmet sahəsinin xarakterindən asılı olaraq, proseslərin 
qavranılması  və  operativ  idarəolunması  intellektual  sistemlərdən 
dialoq  (avtomatlaşdırılmış)  və  ya  avtomatik  rejimlərdə  istifadə 
etməklə həyata keçirilə bilər. 
C  istiqamətindəki  tədqiqatlar  yeni  nəsil  və  arxitekturalı 
kompüterlərin  yaradılmasını  nəzərdə  tutur.  Belə  ki,  süni  intellekt 
məsələlərinin  həllində  simvol  tipli  informasiyaların  emalı  və  yeni 
arxitekturalı kompüterlərin yaradılması mühüm əhəmiyyət kəsb edir. 
Nəzərə  alsaq  ki,  rəqəm  tipli  informasiyaların  emalına 
oriyentasiya  olunmuş  klassik  arxitekturalı  kompüterlərdə  hesablama 
proseslərinə cəmi 10-12 % resurslardan, simvol tipli informasiyaların 
emalına  isə  (əməliyyat  sistemlərində,  translyatorlara,  yaddaşlara 
müraciətdə,  virtual  maşınların  multiproqram  rejimində  təşkilində  və 
s.)  qalan  resurslardan  istifadə  olunur,  onda  süni  intellekt 
məsələlərinin  həllində  C  istiqamətinin  nə  dərəcədə  vacib  olduğu 
aydın  olar.  Bundan  əlavə  kompüterin  daxili  intellektləşdirilməsinin 
əsas  komponentlərindən  birinin  də  çoxlu  sayda,  mütəmadi  istifadə 
olunan,  proqramların  aparat  şəklində  realizasiyasıdır  ki,  bu  da 


 
 
~ 25 ~ 
verilənlər  və  biliklər  bazalarının  aparat  vasitələrinin  yaranmasını 
tələb edir. 
B  və  C  istiqamətləri  ona  görə  qırıq  xətlərlə  birləşdirilib  ki, 
onların  tədqiqatları  eyni  bir  məqsədə,  yəni  kompüterin  səviyyəsinin 
istifadəçinin səviyyəsinə yaxınlaşdırmaq məsələsinə xidmət edir. 
D istiqaməti  intellektual robotların  yaradılmasının elmi-texniki 
problemi  kimi xüsusiləşdirilmiş  kompüterlərlə bərabər, mexaniki və 
energetik  sistemlərin,  müxtəlif  təyinatlı  sensorların,  icra 
mühərriklərinin və s., yaradılmasını qarşıya məqsəd qoyur. 
Süni  intellektin  bütün  sistemləri  kimi  intellektual  robotlar  da 
biliklərə  və  onların  emalına  oriyentasiya  olunur.  Xarici  mühit 
haqqında  biliklər  müxtəlif  təyinatlı  sensorlardan  (görmə,  akustik, 
radiolokasiyalı  və  s.),  robotların  ayrılmaz  hissəsi  olan 
xüsusiləşdirilmiş  kompüterlərə  daxil  olur.  Kompüterləri  böyük 
həcmli  informasiyaların  ilkin  emalından  azad  etmək  və  onların 
məhsuldarlıqlarını  artırmaq  məqsədi  ilə  intellektual  sensorlardan 
istifadə  olunur.  Nəzərə  alsaq  ki,  kompüterlərə  daxil  olan 
informasiyalar  situativ  xarakterlidir,  onda  onların  emalının  real  vaxt 
rejimində  həll  olunması  təmin  edilməlidir.  Bu  isə  xüsusiləşdirilmiş 
kompüterlərin yüksək sürətli olmalarını tələb edir. 
Qeyd edək ki, süni intellektin inkişafının əsas problemlərindən 
biri  biliklərin  predmet  sahəsi  və  riyazi  səviyyələrdə  təsirlidir. 
Növbəti fəsillərdə bu məsələyə ətraflı şəkildə baxılacaqdır. 
 
1.6.  Soft  Computing  texnologiyalarının  tətbiqi  ilə 
intellektual interfeysin yaradılması 
 
Süni 
intellektin 
tədqiqat 
istiqamətlərinin 
klassik 
arxitekturasından  göründüyü  kimi  intellektual  interfeysin  tərkibinə 
daxil  olan  komponentlər  açıq  sistemlərdir.  Yəni  süni  intellektin 
tədqiqat istiqamətlərinin nailiyyətlərindən asılı olaraq daxil olunan və 
istifadəsiz hesab edilən sistemlər yarana bilər ki, onların nəticəsində 
də  süni  intellektin  tədqiqat  istiqamətlərinin  strukturu  təkmilləşdirilə 
bilər .Belə yanaşmalardan birinə [2]-də baxılmışdır. 


 
 
~ 26 ~ 
Keçən əsrin 90-cı illərinin ortalarından başlayaraq informasiya 
texnologiyalarının  inkişafına  və  perspektiv  istiqamətində  biliklərin 
yeni emalı üsullarının, xüsusən də biliklərin emalı və qərarların qəbul 
edilməsində  yeni  ideya  və  nəzəriyyələr  yaranmağa  başladı.  bu 
istiqamətdə  simvol  tipli  informasiyaların  emalından  fərqli  neyron 
şəbəkələrinə, qeyri-səlis çoxluqların emalına, ehtimal mühakimələrə, 
Xaos  nəzəriyyəsinə,  öyrətmə  və  genetik  alqoritmlərə  və  bioloji 
hesablamalara  əsaslanan  Soft  Computing  tipli  texnologiyalar 
meydana  gəlməyə  başladı  [3].  Göstərilən  intellektual  paradiqmlərin 
istifadə  sferasını  nəzərə  almaqla,  L.Zadənin  təbirincə  Soft 
Computingin təbii modeli kimi insan beynini göstərmək olar. 
Göstərilən parodiqmaları nəzərə almaqla süni intellektin inkişaf 
istiqamətlərinin tədqiqi strukturunda intellektual interfeysi şəkil 1.5-
dəki kimi təsvir etmək olar. 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə