M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
~ 14 ~ 
modelini və həlli alqoritmini formalaşdırır. 
Proqramçı  məsələnin  ilkin  riyazi  modelinin  kompüterdə  emalı 
və sazlanması  üçün proqramını  alqoritmik dillərin  hər hansı  birində 
tərtib edir. 
Tərtib  edilmiş  proqram  operator  tərəfindən  informasiya 
daşıyıcılarından hər hansı birinə (perfolent, perfokart, maqnit lenti və 
s.) translyasiya edilir və xüsusi oxuyucu qurğularla avtomatik şəkildə 
oxunulan  informasiya  kompüterin  yaddaş  qurğularından  birinə 
yazılır. 
Məsələnin  həlli  proqramı  proqramçı  tərəfindən  tam  şəkildə 
saxlandıqdan  sonra  test  verilənləri  ilə  sınaqdan  keçirilir  və  bundan 
sonra  sifarişçinin  ilkin  verilənləri  daxil  edilərək  onun  məsələsi  həll 
olunur  və  tələb  olunan  formada  alınan  nəticələr  sifarişçiyə  təqdim 
edilir. 
İlkin İET-in analizi nəticəsində aşağıdakıları göstərmək olar: 
-  Sifarişçi,  yəni  predmet  sahəsinin  mütəxəssisi  kompüterdən 
tam şəkildə təcrid edilmişdir
-  kompüterin  daxilində  baş  verən  proseslərdən  başqa  bütün 
əməliyyatlar  kağız  üzərində  yerinə  yetirilir  (sifarişçi  tərəfindən 
məsələnin  qoyuluşu,  analitik  tərəfindən  riyazi  modelin  və  həll 
alqoritminin  işlənməsi,  proqramçı  tərəfindən  proqramın  tərtibi, 
operator  tərəfindən  proqramın  kağız  perfolent  və  perfokartlara 
köçürülməsi  və  nəhayət  nətiocələrin  şap  qurğusu  vasitəsi  ilə  kağız 
daşıyıcılara həkk edilməsi); 
-  məsələnin  həlli  üçün  məsələnin  qoyuluşu,  riyazi  modelin 
yaradılması  və  həll  alqoritminin  işlənməsi,  proqramın  tərtibi  və 
kompüterdə emalı və sazlanması iterasiyalı prosesdir. Belə ki, hər bir 
mərhələdə  yol  verilən  nəzəri,  praktiki  və  mexaniki  səhvlər  növbəti 
mərhələlərə  tiraj  olunur,  əgər  aşkarlanmasa  ancaq  son  mərhələdə, 
yəni  nəticələrdə  özünü  göstərir  və  proqramın  sazlanması  mərhələsi 
səhvlər düzələnə qədər təkrarlanır. 
Göründüyü kimi, ilkin İET-də məsələnin həlli üçün proqramın 
sazlanması  avtomatlaşdırılmış  şəkildə,  yəni  operator  və  ya 
proqramçının müdaxiləsi ilə, ilkin verilənlər daxil edildikdən sonra 


 
 
~ 15 ~ 
 
Şəkil 1.1. İlkin İET-in strukturu 


 
 
~ 16 ~ 
kompüterdə  məsələnin  informasiyalarının  emalı  və  nəticələrin  çapı 
(avtomatik  şəkildə)  istisna  olmaqla,  bütün  digər  mərhələlər 
kompüterdən kənarda, kağız daşıyıcıları üzərində yerinə yetirilir. 
Proqram  tam  hazır  olduqdan  sonra  sifarişçi  məsələsinin  həlli 
üçün  tələb  olunan  giriş  informasiyalarını  (gün,  həftə,  yarım  aylıq, 
aylıq və s. təqvim günləri  
üçün)  informasiya  hesablama  mərkəzinə  (İHM)  təqdim  edir,  ilkin 
informasiya  kompüterin  operatoru  tərəfindən  uyğun  informasiya 
daşıyıcılarına translyasiya olunaraq kompüterə daxil edilir, məsələnin 
həllinə  aid  proqramdan  istifadə  edilərək  verilənlər  emal  olunur  və 
uyğun nəticələr çap olunaraq sifarişçiyə təqdim edilir. 
Prosesin  çoxmərhələli  və  əmək  tutumlu  olmasına  baxmayaraq 
ilkin İET-in aşağıdakı müsbət xüsusiyyətlərini qeyd etmək olar: 
-EHM-dən  istifadənin  üstünlüklərini  ayrı-ayrı  sifarişçilərlə 
əlaqədə maarifləndirmə işlərinin təşkili, EHM kollektivləri tərəfindən 
aparılmasına  baxmayaraq,  öz  sahəsinin  peşəkar  mütəxəssisləri  çox 
həvəssiz  şəkildə  ondan  istifadə  etmək  istəyirdilər.  Odur  ki,  bu 
sterotipi aradan qaldırmaq üçün EHM-in işçiləri ayrı-ayrı sifarişçilərə 
üz tutaraq, əsas məsələlərin həllini öz üzərinə götürməklə kompüterin 
üstünlüklərini  təbliğ  etdilər  və  sifarişçilərin  EHM-ə  üz 
döndərmələrinə  nail  oldular.  Yəni  bu  üstünlüklərə  şahidlik  edən 
sifarişçilər  artıq  başqa  xarakterli  məsələlərin  də  EHM-də  həllinə 
təşəbbüs göstərməyə başladılar; 
-  ayrıca  seçilmiş  hər  hansı  bir  müəssisənin  daxilində  eyni  növ 
məsələlərin  ayrı-ayrı  bölmələrdə  yerinə  yetirilməsinin  kompüterdə 
bir  universal  proqramla  həllinin  təşkili,  EHM-in  istifadəsinin 
səmərəlilik  meyarını  yüksəltdiyindən  sifarişçilərin  EHM-ə  olan 
münasibətləri daha da artırdı; 

EHM-in 
istifadəsi  təcrübəsi  yüksəldikcə  bir  qrup 
mütəxəssislərin,  xüsusən  də  elmi-tədqiqat  işləri  ilə  məşğul  olan 
tədqiqatçıların  öz  üzərində  işləyərək  biliklərini  artırmağa  və  bəzi 
vasitəçilərin    funksiyalarını  yerinə  yetirməsinə  şərait  və  maraq 
yaradır.  Bu isə sifarişçilərlə vasitəçilər arasında  sıx əlaqəni  daha da 
genişləndirir. Belə ki, artıq sifarişçi və vasitəçilərdən fərqli universal 


 
 
~ 17 ~ 
funksiyalara malik olan bir qrup mütəxəssislər yaranır ki, onlarda öz 
məsələlərinin  qismən  də  olsa  EHM-də  sərbəst  şəkildə  həll  etmək 
imkanına malik olurlar. 
Göstərilənlər EHM-in texniki, proqram təminatları və istismarı 
ilə  məşğul  olan  mütəxəssislərini  daha  səmərəli  İET-in  yaradılması 
istiqamətində işlərin yerinə yetirilməsini aktuallaşdırır. 
 
1.3. İstifadəçinin terminal müdaxiləsini təmin edən İET 
 
Kompüter  texnikasının  element  bazasının  sıçrayışlı  inkişafı, 
onların  əsasında  daha  yüksək  funksional  imkanlara  və  sürətə  malik 
texniki təminatların,  eyni  zamanda  yeni  alqoritmik  dillərin  əsasında 
müxtəlif  təyinatlı  tətbiqi  paket  proqramların  işlənməsi,  yeni  İET-in 
yaradılması zərurətini  aktuallaşdırdı. Bu istiqamətdə ilk addım kimi 
sifarişçi  ilə  kompüter  arasındakı  vasitəçilərin  sayının  minimuma 
endirilməsi  və  müəyyən  müddətdən  sonra  isə  tamamilə  aradan 
qaldırılması məsələsi qarşıya məqsəd kimi qoyuldu. 
Göstərilən  problemi  həll  etmək  üçün  yaradılan  istifadəçinin 
terminal müdaxiləsini təmin edən İET-in struktur sxemi şəkil 1.2-də 
verilmişdir.  Şəkildən  göründüyü  kimi  sifarişçio  ilə  kompüter 
arasındakı  ilkin  İET-dəki  vasitəçiləri,  onların  funksiyalarını  özündə 
cəmləşdirən  EHM-in  interfeysi  yerinə  yetirir.  EHM-in  interfeysi 
aşağıdakı  proqram  məhsullarından  təşkil  olunur:  yüksək  səviyyəli 
alqoritmik dillər; biliklər bazasına (BB) sorğu dilləri; tətbiqi proqram 
generatoru, hesabatlar generatoru və s. 
 İstifadəçinin  kompüterə  terminal  müdaxiləsini  təmin  edən  İET-da 
yeni  bir  fəaliyyət  sferası  sistem  proqramçısı  funksiyasını  yerinə 
yetirən  proqramçılar  qrupu  yaradılır.  Sistem  proqramçısının  əsas 
funksiyası  kompüterin  interfeysinin  proqram  məhsullarının, 
kompüterin  riyazi  təminatının  standart  vasitələrinin,  predmet 
sahələrinin riyazi modellərinin paket proqramlarının, VB-nin və VB-
nin  idarəetmə  sisteminin  (VBİS)  və  b.  xidmət  sistemlərinin 
yaradılması və istismarının təşkilidir. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə