M. A.Əhmədov, H. M. Məhəmmədli



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/37
tarix08.10.2017
ölçüsü2,8 Kb.
#3692
1   2   3   4   5   6   7   8   9   ...   37

 
 
~ 11 ~ 
Dördüncü  fəsildə  diskret  xarakterli  mürəkkəb  sistemlərin 
imitasiya  modelləşdirilməsi  ilə  tədqiqi  üsullarına  baxılmış,  bu 
məqsədlə  mövcud  imitasiya  modelləşdirilməsi  dillərinin  müqayisəli 
analizi  və  səmərəli  tətbiq  sahələri  göstərilmişdir.  İmitasiya 
modelləşdirilməsinin  inkişaf  mərhələlərinə  baxılmışdır:  universal 
dillər  (Fortran,  Pascal,  Modula,  Ada  və  s.)  vasitəsi  ilə  yaradılan 
imitasiya  modelləri;  xüsusiləşdirilmiş  imitasiya  modelləşdirilməsi 
dilləri  (GPSS-in  müxtəlif  versiyaları,  SİMULA  və  s.)  vasitəsi  ilə 
yaradılmış 
imitasiya 
modelləri; 
obyektyönümlü 
imitasiya 
modelləşdirilməsi  dilləri  (SİMULA  67,  C
++
  və  s.)  vasitəsi  ilə 
yaradılan imitasiya modelləri. 
Beşinci fəsil mürəkkəb istehsal sisteminin imitasiya modelinin 
arxitekturasının  işlənməsinə  həsr  olunmuşdur.  Bu  məqsədlə 
mürəkkəb  sistemin  struktur  sxeminə    baxılaraq  onun  imitasiya 
modelinin  arxitekturasına  qoyulan  tələbatlar  göstərilmiş,  diskret 
xarakterli  mürəkkəb  sistemin  imitasiya  modelinin  formal  yazılışı 
verilmiş və arxitekturasına baxılmışdır. 
 
 
 
 


 
 
~ 12 ~ 
I  FƏSİL  
İNFORMASIYA TEXNOLOGIYALARININ İNKİŞAFI 
MƏRHƏLƏLƏRİ VƏ MÜASİR VƏZİYYƏTİ 
 
1.1.  Cəmiyyətin  kompüterləşdirilməsinin  nəzəri  və  təcrübi 
əsasları 
 
Ötən  əsrin  ortalarından  başlayaraq  elm  və  texnikanın  müxtəlif 
sahələrində  mexanizasiya  və  avtomatlaşdırmanın  geniş  tətbiqi,  yeni 
istehsal texnologiyalarının işlənməsi və istifadəsi, istehsal sferasında 
çalışan  işçilərin  fiziki  əməklərini  yüngülləşdirməklə  onların  əqli 
fəaliyyətlərinin  yüksəldilməsi  istiqamətində  də  yeni  yanaşmaları 
aktuallaşdırdı.  Belə  ki,  yeni  istehsal  texnologiyaları  idarəetmənin 
informasiya  sferasında  məşğul  olan  işçilərin  sayının  artırılmasını 
tələb  etdiyindən,  göstərilən  boşluğun  təmin  olunması  məhz  istehsal 
sferasında  işləyən  işçilərin  intellektual  səviyyələrinin  artırılması 
hesabına səmərəli olardı [1]. 
İnformasiya  sferasında  əmək  predmeti  kimi  müxtəlif  növ 
informasiyalar,  istehsal  vasitələri  kimi  isə  kompüterlərin  bütün 
sinifləri, əlaqə vasitələri, kağızsız informasiya daşıyıcıları və s. qəbul 
edilir.  Odur  ki,  cəmiyyətin,  elm  və  texnikanın  bütün  sahələrinin 
kompüterləşdirilməsi  obyektiv  tələbat  kimi  xüsusi  əhəmiyyət  kəsb 
edir.  Təcrübə  göstərir  ki,  cəmiyyətin  kompüterləşdirilməsi, 
hesablama  texnikasının  sıçrayışlı  inkişafına  səbəb  olmaqla,  onların 
qiymətlərinin  də  kəskin  şəkildə  ucuzlaşmasına  gətirib  çıxartdı. 
Bunların  əksinə  proqram  təminatının  qiyməti  əhəmiyyətli  dərəcədə 
yüksəldi  və  hal-hazırda  da  artmaqdadır.  Məs.,  90-cı  illərin 
statistikasına  görə  ABŞ-da  yeni  proqram  təminatının  yaradılmasına 
və istifadəsinin təminatına 80 % resurs tələb  olunsa da, kompüterin 
aparaturasının istehsalına 20 %-dən də az resurs tələb olunurdu. Hal-
hazırda da bu nisbət 2-cinin xeyrinə olaraq azalmaqda davam edir. 
Göründüyü  kimi,  cəmiyyətin  kompüterləşdirilməsi  yeni  bir 
elmi sahəsinin informatikanın yaranmasına səbəb olmaqla, tərkibində 
öz  texniki  bazası  –  kompüterlər,  əlaqə  vasitələri  və  digər  resursları 


 
 
~ 13 ~ 
olan  informasiyaların  emalı  sənayesinin  formalaşmasını  həyata 
keçirmişdir .İnformatikanın problemləri çox genişdir – kompüterlərin 
arxitekturasının  layihələndirilməsinin  və  element  bazasının  nəzəri 
əsaslarından  başlayaraq,  layihələndirmədə,  planlaşdırmada  və 
idarəetmədə  və  verilənlərin  emalında  hesablama  texnikasının 
hərtərəfli  tətbiqi  məsələlərindənin  yerinə  yetirilməsinə  kimi  olan 
tədbirlər  çoxluğu.  Təbiidir  ki,  verilənlərin  emalı  riyazi 
modelləşdirmə,  optimallaşdırma,  əməliyyatların  tədqiqi,  sistemli 
analiz və s. məsələlərin həlli ilə sıx əlaqədardır. 
Qeyd olunduğu kimi kompüterləşdirmə hesablama texnikasının 
kütləvi  olaraq  elm  və  texnikanın  müxtəlif  sahələrində  geniş 
istifadəsini  nəzərdə  tutur.  Təbiidir  ki,  bu  konsepsiyanın  həyata 
keçirilməsi  çoxlu  sayda  peşəkar  proqramçılar  ordusunun  olmasını 
tələb  edirdi.  Məlum  olduğu  kimi  kompüterləşdirmənion  ilkin 
dövründə  yüksək  ixtisaslı  proqramçılar  məhdud  sayda  idi.  Bu 
problemin  müvəffəqiyyətli  həlli  üçün  hesablama  texnikasının 
yarandığı  ilk  dövrlərdən  öz  sahələrinin  peşəkar  mütəxəssisləri  olan, 
ancaq  proqramçı  olmayan  insanların  kompüterdən  istifadə  etmələri 
üçün  müxtəlif  informasiya  texnologiyaları  tətbiq  edilmişdir  və  hal-
hazırda da bu tendensiya davam etdirilməkdədir. Növbəti alt fəsildə 
həmin  informasiya  emalı  texnologiyalarının  inkişafaf  mərhələlərinə 
baxılır. 
 
1.2. İlkin informasiya emalı texnologiyası 
 
Ənənəvi informasiya emalı texnologiyalarında (İET) məsələnin 
kompüterdə  həlli  prosesində,  sifarişçi  (kompüter  istifadəçisi)  ilə 
kompüter  arasında  bir  neçə  vasitəçi  fəaliyyət  göstərir.  Şəkil  1.1-də 
ilkin  İET-in  struktur  sxemi  ilə  informasiya  emalının  mərhələləri 
göstərilmişdir. 
Sifarişçi  –  predmet  sahəsinin  mütəxəssisi,  öz  peşə  dilində 
kompüterdə həlli tələb olunan məsələni formalaşdırır və ilkin yazılışı 
analitiklə razılaşdıraraq, ona təqdim edir. 
Tətbiqi  riyaziyyatçı  sifarişçinin  məsələsinin  ilkin  riyazi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə