M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   19   20   21   22   23   24   25   26   ...   32

70 
 
Baltik,  Ağ dəniz, Aral və Xəzər sahillərində, həmçinin Qara dənizin Qafqaz 
ərazisində  ön  dyünlər  yaradaraq  üzərinə  müxtəlif  kollar  əkməklə  qumların 
hərəkətinə  mane  olmaqla  meşə  zolaqları  salınmaqla  meliorativ  tədbirlər  həyata 
keçirilir. 
Meşə meliorativ tədbirlərinin həyata keçirilməsi nəinki torpaqları eroziyadan 
qorumaq, 
hətta 
onun 
su-fiziki 
xassələrini 
yaxşılaşdırmaq, 
tərkibcə 
zənginləşdirməklə münbitliyi artırılması mümkündür. 
Meşə meliorativ tədbirlər qış mövsümündə qarın paylanması və qalınlığına 
təsir  edən  tədbirlərdən  biri  sayılır.  Açıq  sahələrdə  çayın  50%-i  çökək  sahələrə 
aparıldığı halda, meşə zonalarında bu proses yox dərəcəsindədir.  
Qarın  miqdarı  çox  olan  sahələrdə  meşə  zolağının  aşağı  yarusunda 
havalanma şəraiti az olan sahələrlə müqayisədə daha yüksək olur.  
Meşə  zolağının  kənd  təsərrüfatı  baxımından  effektivlik  göstəricisini 
müəyyən etmək üçün A.R.Konstantinov və L.R.Struzer (1965) aşağıdakı düsturdan 
istifadə etməyi təklif etmişlər (məhsul artımının itkiyə olan nisbəti). 
                       
%
100




q
q
g
                             
g-  müxtəlif    illərdə  meşə  zolağının  kənd  təsərrüfatı  göstəricisinin 
effektivliyidir. 
∆q – məhsul artımıdır. 
q
°
 - məhsul itkisidir. 
1966-cı  ildə  Ümümittifaq  Aqromeliorasiya  İnsititutu  tərəfindən  də 
tarlaqoruyucu  meşə  zolaqlarının  iqtisadi  effektivliyi  hesablanılmışdır. 
Hesablamada aşağıda göstərilən elementlər nəzərə alınıb:  
1.  Külək, su eroziyası, quraqlıqdan dəyəbiləcək ziyanın qarşısı alınmasının 
pulla ifadəsi . 
2. Bitkiçilik məhsullarından əldə edilən əlavə gəlir. 
3. Meşələrin istifadəsinin müxtəlif vidləri. 
Tarlaqoruyucu meşə zolaqlarının salınmasına qoyulan ( həmdə becərməsinə) 
xərclərin özünü ödəməsi aşağıdakı formulaya əsasən hesablanır. 


71 
 
                                        
A
K
S

            
S- illər üzrə ödəmə müddəti. 
K-meşə qurşaqlarının yaradılmasına qoyulan kapital. 
A-meşə zolağından əldə edilən illik aqromeliorativ gəlirdir. 
Nəzərə almaq lazımdır  ki, eroziyaya məruz qalmış yamaclarda məhsuldarlıq 
kifayət  qədər  aşağı  olmaqla,  düzənlik  sahələrə  nisbətən  1  hektar  sahəyə  qoyulan 
vəsaitdən xeyli yüksək olur. 
Dağ  yamaclarını  eroziyadan  qorumaq  üçün,  yamacları  12°-dən  aşağı  olan 
sahələr  müxtəlif    kənd  təsərrüfatı  texnikası  ilə  becərilə  bilər.  12°-dən  yuxarı 
terrasların  eni  120sm  olmaqla  yüksəklikdən  aşağı  doğru  ardıcıllıqla  pillələr 
yaradılmalıdır. Belə terraslar ensiz (dar) terraslar adlanır. 
Yamacların  terraslara  çevrilərək  meşə  zolağının  yaradılması  ilk  növbədə 
tingliklərin  təşkili  ilə  bağlıdır.  Yaradılmış  tinglik  sahəsinin  böyüklüyü  texnikanın 
tətbiq edilməsini rentabelli etmişdir. Ona görə də belə sahələr 15-20 hektardan az 
olmamalıdır. Bölünmüş ləklərin hər biri 7 cərgədən ibarət olmalı, cərgələr arası 2m 
təşkil etməlidir. 
Tingliklərdə  təkərli  traktorlardan  istifadə  olunmalıdır.  Ancaq  əlverişsiz  
torpaq şəraitində sepli traktorlardan istifadə olunur. 
Meşələrin əkilməsində aşağıdakı texnikalardan istifadə  edilir : 
SEUN-7:  bu  maşın  hər  cür  meşə  toxumunun  cərgə  üsulu  ilə  əkilməsi  üçün 
nəzərdə  tutulmuş  Çexiyada  hazırlanmış  maşındır.  Maşının  iş  sürəti  2km/s,  iş 
müddətində 2 hektar sahədə əkin işi apara bilir. 
Toxuməkən    A-534:  AFR-də  istehsal  olunub.  İynəyarpaqlı    və  enliyarpaqlı 
toxumların əkilməsi üçün nəzərdə tutulub. İş sürəti 2km/s, növbə ərzində 2 hektar 
sahədə əkin işi apara bilir.  
PFL: şitil basdıran maşın AFR-də hazırlanıb, hər dəfə də yeddi cərgədə şitil 
basdırma qabiliyyətinə malikdir.  
Əkilmiş  sahələrə  qulluq  etmək  üçün  Almaniyada  hazırlanmış  P-108F,  B-
281, D-028/4
 
maşınları əsas texniki vasitələr sayılır. 


72 
 
II.7. Zoomeliorasiya 
Günəş  sisteminin  yeganə  həyat  mənbəyi  olan  yer  kürəsi  zəngin  biokütləyə 
malik olan planetdir. Yer kürəsinin mövcud biokütləsinin 98%-dən çoxu onun quru 
ərazisinə  məxsusdur.  Bu  baxımdan  quru  ərazilərə  olan  maraq  hələlik  daha  çox 
diqqət  mərkəzində  olması  ilə  fərqlənir.  Hesablamara  görə  biokütlənin  98%-i 
bitkilər
 
təşkil etdiyi halda, cəmi 2%-i heyvanat aləminə məxsusdur. 
Digər komponentlər kimi heyvanat  aləmi də antropogen qüvvələrinin güclü 
təsirinə  məruz  qalmaqdadır.  Belə  ki,  insanların  plansız  təsərrüfat  fəaliyyəti  və 
ovçuluğu sahəsində bir çox heyvanların sayca azalaraq “Qırmızı kitaba” düşməsi, 
bəzilərinin  isə  kökünün  kəsilməsi  kimi  xoşagəlməz  hadisələr  baş  vermişdir. 
Avropa və Asiyada geniş ərazidə  yayılmış dəniz pişiyi, zubr, tur kimi heyvanların 
vəhşicəsinə ovlanması onların XV əsrə qədər yox olmasına səbəb olmuşdur. Vəhşi 
at sayılan tarpan isə bir qədər sonra XIX əsrin sonunda yox olmuşdur.  Komandor 
adalarında  yaşamış  8m  uzunluğa,  5  tona  qədər  çəkiyə  malik  olan  dəniz  inəyinin 
1768-ci  ildə  kökünün  kəsilməsi  də  bu  qəbildən  olub insanların  fəaliyyəti  ilə 
əlaqədar olmuşdur. 
XX  əsrin  əvvəllərində  1  tondan  artıq  çəkiyə  malik  olan  zubrlar  yox  olmaq 
təhlükəsi qarşısında qaldılar.  Meliorativ tədbir  olaraq bir çox ölkələrdə artırılma 
məntəqələri  yaratmaqla  bu  heyvanların  kökünün  kəsilməsinin  qarşısı  alındı.  Bu 
gün Qafqaz qoruğunda , Belovejski cəngəlliklərində onların sayı 600-ü keçmişdir. 
1974-cü ildən nəsli kəsilməkdə olan qoyun-öküzün də məhv olma təhlükəsi aradan 
qaldırılmışdır. 
1904-cü  ildə  hind  gərgədanının  sayı  cəmi  12  baş  heyvanların  vəhşicəsinə 
ovlanması,  1980-ci  illərdə  Asiya  şirlərinin  sayı  isə  100  ədəd  təşkil  edirdi. 
Qoruqların  yaradılması  və  dövlətlər  tərəfindən  verilən  qərarlar  bu  təhlükəni  də 
aradan qaldırdı. 
Qərbi  Avropa    faunası  Şərqi  Avropa  ilə  müqayisədə  daha  çox  antropogen 
qüvvələrin təsirinə məruz qalmış ərazi sayılır. Əhalinin məskunlaşması, meşələrin 
qırılması bəzi heyvan növlərinin dağ meşələrinə miqrasiya etmələrinə baxmayaraq 
kifayət  qədərinin  mühitə  uyğunlaşmaması  nəticəsində  məhv  olması  ilə 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə