M. C.Əliyev, F. A. Həsənli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/32
tarix29.01.2018
ölçüsü5,01 Kb.
#22773
1   ...   17   18   19   20   21   22   23   24   ...   32

64 
 
kimyəvi xassələrinin dəyişilməsinə, yararsız sayılan torpaq sahələrinin təsərrüfatın 
dövriyyəsinə    qaytarılmasına,  eroziyanın  qarşısının  alınmasına,  məhsuldarlığın 
artırılmasına və insanların ərzaq məhsulları ilə təmin olunmasına müsbət mənada 
təsir  edən  meliorativ  tədbirlər  sistemlərindən  biridir.  Fitomeliorasiya  quraqlığa, 
torpaqda  səth  sovrulmaya  və  bu  kimi  təbii  hadisələrə  qarşı  aparılan    vacib 
tədbirlərdən  biri  sayılır.  Vacibliyi  nəzərə  alınaraq  fitomeliorasiya  şərti  olaraq  iki 
qrupa bölünür. 
1. Meşə meliorasiyası. 
2. Ot bitkilərinin  köməyi ilə aparılan meliorasiya. 
Göstərilən  təbii  proseslərə  bioloji  təsir  ideyasına  görə  fitomeliorasiya 
istiqamətində aparılan meliorativ tədbirlər əhəmiyyətinə görə üstünlük təşkil edir. 
Rusiyanın Avropa hissəsinin çöl zonasında süni meşəsalma istiqamətində ilk 
cəhdlər I Pyotr dövrünə aid edilir. Onun göstərişinə əsasən Taqanroq yaxınlığında 
1696-cı ildə ilk dəfə olaraq süni meşəsalma zolağı yaradılmışdır. 
Kənd təsərrüfatında çalışan, torpaq haqqında daha dərin biliyə malik insanlar 
tərəfindən XVIII əsrin sonu, XX əsrin əvvəllərində Ukraynanın cənubunda da süni 
meşəçilik inkişaf etdirilməyə başlanılmışdır. 
1891-ci  ildə  Rusiyanın  meşə-çöl  və  çöl  zonasında  baş  vermiş  quraqlıq  
1892-ci  ildə  V.V.Dokuçayevin  rəhbərliyi    altda  Torpaq  Nazirliyinin  meşə 
departamenti tərəfindən xüsusi ekspedisiya təşkil edilməsinə səbəb olmuşdur. 
Təbii zona, iqlim və relyefdən asılı olaraq eroziyanın növləri və onlara qarşı 
aparılacaq meliorativ tədbirlər baxımından fərqlənir. 
Aparılmış aqronomik təcrübələrlə meşələrin məhsuldarlığının artırılmasında 
və  tarlaların  qorunmasında      böyük  əhəmiyyətə  malik  olduğu  təsdiq  edilmişdir. 
Quraqlığa, və külək eroziyasına qarşı meşə zolaqları mühüm əhəmiyyət kəsb edir.  
Tarlaqoruyucu meşələr istifadə olunmasına görə 4 yerə bölünür: 
1. Tarlaqoruyucu və eroziyaya qarşı salınmış meşələr. 
2. Şoran torpaqlarda, qumsal torpaqlarda və otlaqlarda salınmış meşələr. 
3. Əkin materiallarının seçilmiş meşə sahələri. 
4. Meşə əkininin mexanikləşdirilməsi. 


65 
 
İstər  Avrasiyada  istərsə  Amerikada  çöl  zonası  əsas  əkinçilik  sahəsindən 
ibarət  olduğundan,  intensiv  olaraq  külək  eroziyasına  məruz  qalır.  Eroziyanın 
dərəcəsi  küləkli  günlərin  sayından  və  gücündən  asılı  olur.  Ukraynada  belə  günlər 
12 gün, Qərbi Sibirdə 40  olmaqla sürəti 27 m/san təşkil edir. 
Küləklərin  istiqamət  və  sürəti  nəzərə  alınmaqla  ağac  növləri  seçilir  və 
aralarındakı cərgələrin eni müəyyən edilir. 
Dünya  torpaqlarının  böyük  bir  hissəsi  arid  zonada  yerləşdiyindən 
suvarmadan  kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil. Kür-Araz ovalığı, 
Orta  Asiya,  Qazaxıstan,  Amerika  preriləri  və  s.  ərazilər  suvarmaya  ehtiyacı  olan 
sahələrdir. 
Suvarılan  sahələr  o  vaxt  daha  səmərəli  olur  ki,  bu  əkin        sahələrinin 
ətrafında  tarlaqoruyucu  meşə  zolaqları  salınsın.  Tarlaqoruyucu  meşələr 
buxarlanmanı  aşağı  salır,  küləyi  zəiflədir,  təkrar  şoranlaşmanın  qarşısını  alır, 
mikroiqlimi yaxşılaşdırır, qar örtüyünün bərabər paylanmasına səbəb olur. 
Yol  kənarlarında  salınmış  meşələr  və  alleylər  yolların  qarla  örtülməsinin 
qarşısını  alır,  külək  eroziyası  nəticəsində  torpaqların  məhsuldar  qatdan  məhrum 
olmasının qarşısını alır. 
Meşə zolaqlarının salınmasının digər əhəmiyyəti bataqlıqlaşmanın qarşısını 
alır. 
Sahildə salınmış meşələr sahil zonasında torpaqları bərkidir, su hövzələrinin 
dolmasının qarşısını alır. 
XX  əsrin  əvvəllərində  torpaqqoruyucu  əhəmiyyət  daşıyan  süni  salınmış 
meşələr öz bəhrəsini verməsinə baxmayaraq 1908-ci ildə çar höküməti tərəfindən 
ekspedisiya  və  onun  nəticələri  ləğv  olunmaqla  meşə  meliorasiyasının  kənd 
təsərrüfatına  tətbiqi  dayandırıldı.  1921-ci  ilin  aprelində  isə  quraqlığa  qarşı 
mübarizə  aparmaq  məqsədilə  yenidən  xüsusi  qərar  qəbul  edildi.  Qərar  quraqlıq 
əraziləri  meşə sahələrinə çevirmək üçün iri miqyaslı tədqiqat işlərinin aparılması 
ilə nəticələndi. 
Meşə meliorativ tədbirlərinin aparılmasının geniş vüsət alması XX əsrin 30-
cu illərində kollektivləşmə və iri sovxoz təsərrüfatının yaradılması dövrünə təsadüf 


66 
 
edir. 1948-1953-cü illərdə meşə meliorasiyası istiqamətində aparılan işlər daha da 
güclənməklə  2,2  milyon  hektar  meşə  salındı.  Bu  illərdə  yaradılan  meşə  sahəsi 
Sovetlər dövrünün əvvəlki 30-illik dövründə salınan meşə sahəsindən iki dəfə çox 
idi. 1977-ci ildə quraqlığa qarşı mübarizə tədbiri məqsədilə salınan meşə sahəsi 5 
milyon hektara çatdırıldı. 
Torpaq  örtüyünə  ziyan  vuran  amillərdən  biri  də  qasırğadır.  1957,  1960, 
1969-cu illərdə Cənubi Ukrayna və Şimali Qafqazda güclü küləklər əkin sahələrini 
bütövlükdə  məhv  etsələr  də  tarlaqoruyucu  meşə  sahələri  olan  ərazilərdə  əkin 
sahələri  demək  olar  ki,  ziyan  çəkməmişdir.  Bu  hadisə  meşə  meliorasiyasının 
əhəmiyyətini bir daha təsdiq edir. 
Alimlərin  hesablamalarına  görə  bir  nəfər  insanı  qidalandırmaq  üçün  0,1 
hektar  torpaq  sahəsi  əkmək  lazımdır.  Hesablamalar  göstərir  ki,  hazırda  torpaq 
sahəsi  8  milyard  əhalini  ərzaq  məhsulları  ilə  təmin  edə  bilər.  Torpaqların  digər 
komponentlər kimi çirklənməsi və bir sıra səbəblərdən müəyyən hissəsinin sıradan 
çıxması  bu  imkanı  da  əlimizdən  alır.  Bu  baxımdan  torpaqları  qorumaq  üçün 
fitomeliorativ tədbirlərin aparılması vacib sayılmalıdır. 
Azərbaycan  Respublikasında son 60 il ərzində bütün təbii komponentlərdə 
mənfi mənada kəskin dəyişikliklər yaranmışdır. Təbii sərvətlərdən kortəbii istifadə 
və sənaye  müəssisələrinin tullantısı bu  gün  ekoloji problemlərə  çevrilmişdir. Neft 
sənayesi  Abşeron  yarımadası,  Cənub-Şərqi  Şirvan,  Muğanı;  dağ-mədən  sənayesi 
Daşkəsən,  Balakən,  Naxçıvan  MR  torpaqlarının  bir  hissəsinin  sıradan  çıxmasına 
səbəb olmuşdur. 
Respublika Dövlət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatlarına 
əsaslansaq  sənaye  müəssisələrimizin  tam  gücü  ilə  işlədiyi  dövrlərdə  ölkəmizin 
atmosferinə 112 min ton toz hissəcikləri, 93 min ton kükürd 2-oksid, 638 min ton 
karbon  oksidi,  82  min  ton  azot  oksidi,  1,6  milyon  ton  karbohidrogenlər,  37  min 
müxtəlif  tərkibli  kimyəvi  maddələr  atılmışdır ki, bu da onların  sonda  yer  səthinə 
çökərək çirklənməsinə səbəb olur. Nəticədə yenə də fitomeliorasiya yaxşılaşdırma 
istiqamətində vacib tədbirə çevrilir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə