22
problemdir. Çünki, ruslar Sibir çaylarının müəyyən hissəsində suyun istiqamətini
dəyişməyə icazə vermirlər.
Su axımı həcminə görə Rusiya dünyada birinci yeri tutur. Çayların illik
axımı yüksək olan ölkələrdə belə su ehtiyatlarının 70%-dən çoxu istifadə olunmur.
Çünki, çayların əsas hissəsi yaşayış məntəqələri və kənd təsərrüfatına yararlı
sahələrdən uzaq keçməklə Sibirin, Kanadanın, Konqo, Amazon, İrəvadi, Mekonq,
Amur və Şimal Buzlu okeana tökülən çayların əksəriyyəti yox dərəcəsində istifadə
olunur. Rusiya çaylarının əksəriyyəti qardan qidalanması ilə əlaqədar yazda
bolsulu olduğuna görə yay tədarükü görmək məqsədilə su anbarlarının tikilməsini
tələb edir.
Yer kürəsinin bir sıra arid və semiarid sahələrindən fərqli olaraq ifrat
rütubətlənmə sahələri yaranmışdır. Buna misal olaraq, 500-dən artıq qolu olan,
aşağı axımda 80 km enə, 7 mil km
2
hövzəyə, 5 mil km2 ovalığa malik olan
Amazon çayının hövzəsinə aid olan Amazon ovalığını göstərmək olar. Bu
sahələrdə isə yuxarıda qeyd olunanların əksinə olaraq bataqlıqları qurutmaq
istiqamətində meliorativ tədbirlərin görülməsi tələb olunur. Bildiyimiz kimi, cənub
bölgələrdə fəal temperaturun cəmi yüksək, lakin rütubət çatışmamazlığı olduğu
halda, qütblərə doğru əksinə temperatur aşağı olmaqla
buxarlanma zəif getdiyindən
rütubətlənmə əmsalı böyükdür. Belə fərqlər eyni qurşaq daxilində müşahidə edilir.
Mülayim qurşaqda müxtəlif iqlim tiplərinin formalaşması qeyd olunan
fərqlərin yaranma səbəbləridir. Ona görə də, əksər hallarda eyni qurşaq daxilində
yayılmış torpaqlarda müxtəlif meliorativ tədbirlərin görülməsi tələb olunur. Başqa
sözlə eyni qurşaq daxilində quraq sahələrdə irriqasiya istiqaməti üzrə, bataqlıq
ərazilərdə drenajlar yaratmaqla qurutma meliorativ tədbirlər aparmaq lazımdır.
Torpaqlarda su meliorasiyasının zəruriliyi isə əksinə vegetasiya dövründə
yağıntıların cüzi düşməsindən irəli gəlir, süni nəmlik yaratmaq məqsədilə
torpaqların suvarılması tələb olunur (Orta Asiya , Kür Araz və s.). Torpaqlarda su
meliorasiya işlərinin görülməsi üçün A.N.Kostyakov təbii rütubətlənmə şəraitinə
görə MDB ölkələrini üç zonaya bölür:
1) həddindən artıq rütubətli (ifrat),