25
zonalarının şimal sərhəddi 1600°, çəltiyin sərhəddi 3000°, pambıq əkinlərinin
şimal sərhəddi 4000° izoxətlərinə uyğun gəlir.
Bütün bunları nəzərə almaqla meliorativ tədbirlər sistemi hazırlayarkən
meliorativ rayonlaşdırmanın aparılma əhəmiyyəti çox böyükdür. Belə ki, bitkilərin
istiliyə tələbatı müxtəlif olduğu kimi suya olan tələbatlarına görə də kifayət qədər
fərqlənirlər. Çəltiyin suya maksimal tələbatı 1200-1500mm, şəkər qamışının 1200-
2000mm, tropik və subtropik zonalarda 2-3 dəfə məhsul götürməklə suya tələbat
2000mm, savannalarda 1000-1700 mm-dir.
Ümumiyyətlə, bitkilərin suya olan tələbatını müəyyən etmək üçün
ümumiləşdirilmış aşağıdakı düstur qəbul edilmişdir.
E
f
= RY
E
f
- vegetasiya
müddətində
hər hektara sərf olunan m
3
-la suyun miqdarıdır.
R – bitki kütləsinin hər vahidinin suya olan tələbatının əmsalı (buxarlanma
və transpirasiya nəzərə alınmaqla).
Y – hər hektardan yığılan məhsul sentnerlə.
Suvarılan sahələrdən yüksək məhsul əldə etmək üçün bitkilərin tələbatı və
təbii şərait nəzərə alınaraq aşağıdakı suvarma növlərindən istifadə edilir:
1. Selləmə suvarma (çəltik sahələrində istifadə olunur).
2. Çiləmə (süni yağış) suvarma.
3. Torpaqaltı suvarma – 40-60sm dərinə basdırılmış borularla suvarma.
4. Arata qoyma – payız və yay suvarması.
Göstərilən suvarma növlərini tətbiq etmək üçün bitkilərin becərildiyi
ərazilərin su – istilik rejimi, torpağın mexaniki tərkibindən asılı olaraq rütubət
ehtiyatı, bitkilərin fizioloji xüsusiyyətləri, fazalar üzrə suya olan tələbatı müəyyən
etmək tələb olunur. Bu baxımdan ən çox işlədilən düstur aşağıdakıdır:
E
f
= KY
Burada E
f
- vegetasiya dövründə 1hektar sahəyə sərf olunan m
3
-la suyun
miqdarıdır.
K – hər vahid bitki kütləsinin rütubətlənmə əmsalı.
Y – bir hektar sahədə sentnerlə məhsuldarlıqdır.
26
Qeyd olunanlarla yanaşı bitkilərin suya tələbatı yayıldığı iqlim zonasından,
bitkilərin fazalar üzrə böyüməsi ilə əlaqədar olaraq kütlə və həmçinin
məhsuldarlığından asılıdır. Başqa sözlə kütlə və məhsuldarlıq artdıqca suya olan
tələbat yüksəlir.
Aparılmış təcrübələr göstərir ki, ağır gillicəli torpaqlarda rütubət 65% təşkil
edirsə suya olan optimal tələbat ödənmiş olur.
Meliorativ tədbirlər suvarma istiqamətində aparılarkən yenidən meliorativ
problemlər yaratmamaq məqsədilə ərazinin relyef quruluşu mütləq nəzərə
alınmalıdır. Suvarma şəraitində istifadə edilən sahələrdə optimal meyillik 0,1-
0,5% olmalıdır. Meyillik 0,05%-dən aşağı olarsa suların təbii axımı baş
vermədiyindən suvarmanın aparılması mümkün olmur. Meyillik 1-2% arasında
tərəddüd edərsə suvarılan torpaqlarda səthi yuyulma getdiyindən məhsuldar qatdan
məhrum olmuş olar.
Ümumiyyətlə su meliorasiyası bütün təbii komplekslərə yüksək səviyyədə
təsir edən tədbirlər sistemindən biri sayılır. Səhra və yarımsəhra
şəraitində suvarma
nəticəsində torpağın rənginin tündləşməsi hadisəsi baş verir, radiasiya balansı
60%- artır və nəticədə atmosferə istilik axımı iki dəfə aşağı düşür. Beləliklə, torpaq
səthinə yaxın hissədə havada rütubət 40%-çatır. Suvarma səthdən 2m yüksəkliyə
qədər havanın temperaturunda kəskin dəyişiklik yaradır. Bu dəyişiklik üzümün
məhsuldarlığını iki dəfə artıra bilər.
Bataqlıq sahələrdə aparılan qurutma meliorativ tədbirləri digər tədbirlərdən
az əhəmiyyət kəsb etmir. Bu tədbir müxtəlif dövrlərdə böyük torpaq sahələrinin
təsərrüfatın dövriyyəsinə qaytarılmasına səbəb olur. Estoniyada
qurutma meliorativ
tədbirlərin aparılması buğdanın məhsuldarlığını 16-dan 45 sentnerə, kartofun 135-
dən 350 sentnerə qalxmasını misal göstərmək olar.
Hesablamalar göstərir ki, qurutma istiqamətində meliorativ tədbirlərə
qoyulan kapital orta hesabla 4-5 il müddətində öz xərcini ödəyir.
Qeyd olunanlar göstərir ki, su meliorativ tədbirlərinin aparılması kənd
təsərrüfatı baxımından yüksək əhəmiyyətə malik olmaqla vacibdir.