M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə24/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
məsi  nəticəsində  uşaqlar  daha  keyfiyyətli  və  ifadəli,  səviyyəli 
təsvirlərə nail olurlar.
Proqnııııın tədrisi keçilən mövzular
Birinci  riihdə fəsil üzrə mövzular keçirilir, əldə edilmiş bi­
lik  və  bacarıqları  möhkəmləndirmək  məqsədi  ilə  böyük  qrupun 
zəngin  mövzuları  (3-4  məşğələ) təkrarlanır.  Bu  zaman  artıq  təs­
virdə meyvə və tərəvəzlərin  xarakterik cizgilərinin  düzgün  veril­
məsinə  diqqət  yetirilir.  Məsələn:  almanın  növündən  asılı  olaraq 
uzunsov  (anton) və oval  (krım) formada  xarakterik cizgilərlə  təs­
vir etmək  mənimsədilir.  Bir neçə  meyvədən  natümıort,  düzəldib 
təsvir  elmək  təklif edilir.  Məşğələdə  yüksək  effektə  nail  olmaq 
üçün eyni mövzuda yapma və applikasiya işi də verilə bilər.
Mövzudan  asılı  olaraq təsvirdə  hərəkət, məsələn  sərçə müx­
təlif  vəziyyətlərdə:  dənləyərkən  (başı  aşağı,  quyruğu  yuxan)  su 
içərkən (başı yuxan,  quyruğu aşağı) və s.  ilk öncə yapırlar.  Bu za­
man buraxılan səidlər düzəldilib təhlil edilir (quruluşu, böyük-kiçik 
hissələr onlann forması və  s).  Rəsm zamanı tərbiyəçi uşaqları isti­
qamətləndirərək  iş  prosesini  yada  salır,  hətta  uşaqların  yapdıqları 
quş  (əgər  keyfiyyətli  yapılıbsa)  müşahidə  üçün  nümayiş  etdirilir. 
Bu zaman uşaq daha böyük həvəslə işə  başlayır, sona kimi  fəal və 
sərbəst işləyir. Quşu təsvir edərkən ilk öncə böyük hissə oval çəki­
lir (kontur  xali üzrə), ardınca dairəvi  başı  və quyruğu təsvir edilir, 
sonda təsvir rənglənir.  Məktəbəqədər yaş qrupunun uşaqları təsviri 
fəaliyyət məşğələlərində müəyyən  bilik və bacarıqlar əldə etdiyin­
dən yaxşını  pisdən seçir, qavrama qabiliyyəti  inkişaf edir,  müşahi­
dəyə maraq artır.  Bu xüsusiyyəti genişləndirmək lazımdır. Tərbiyə­
çi təbiətdə baş verən dəyişikliklərin əyani  olaraq  baxılmasını təş­
kil edir.  Bağçanın həyətindəki ağacları müşahidə edərkən onun qa­
mətini.  gövdədən  çıxan  budaqlarını  müşahidə  etməklə  kifayətlən­
məyərək  nazik  budaqcıqlar  üzərində  yerləşən  yaşıllığını  itirən, 
müxtəlif (bozuııtul. tünd qəhvəyi və s.) rəngə düşən payız yarpaqla­
rını  müşahidə  etdirərək  payız  fəslinin  ilk,  orta  və  son  ayında  baş 
75


Təsvın sənət və onun tədrisi metodikası
verən  təbiət  dəyişiklikləri  haqqında  təbiil  aparır.  Təhlilin  tanı  və 
dolğun  olması  üçün tərbiyəçi  payız  fəslinə  aid  mənzərə  rəsm  nü­
munələrindən  istifadə  edir.  Şəkil  üzrə  müşahidə  aparılır,  işin  icra 
ardıcıllığı müəyyənləşir.
Məkləbəhazırlıq qrupunun  uşaqları mövzu seçimində  daha 
sərbəst  olur  və  fəslə  uyğun  onları  cəlb  edən  düşündürən  proses 
təsvir  edilir.  Məsələn:  “Alam  tarlada”,  “Bacım  məktəbə  gedir” 
və  s.  daha  çox  əmək  mövzusunda  məşğələlər keçirilir,  kollektiv 
mövzulara da yer verilir:  «Futbol meydançasından (yaşıl fon ka­
ğız üzərində), mövzusunu  işləyərkən hər uşaq öz sevimli  futbol­
çusunu müxtəlif vəziyyətlərdə təsvir edir.  Məşğələ  ilk öncə yap­
ma və  applikasiva üzrə keçirilərsə bu zaman  təhlil  etmək,  səhv­
ləri düzəltmək imkanı əldə edilir ki, nəticədə rəsm məşğələsində 
uşaqlar daha fəal və anlaqlı olurlar.
Naturadan  rəsin  məşğələlərində;  “Sevimli  oyuncağın” 
“Yük  maşını”,  “Minik maşım”, “Təyyarə” və  s.  mövzularda  ilk 
öncə  yapma  applikasiya məşğələsi,  ardınca  isə  eyni  mövzu  üzrə 
rəsm məşğələsi keçirilir.
Dekorativ  rəsm  məşğələlərində  ilk öncə  əşyaların təsviri 
verilir,  ardınca  müxtəlif  formalı  naxışlardan  kompozisiya  qur­
maq monimsodilir.  Əvvəlcə nümunələr müşahidə və təhlil  edilir; 
“künclərdə”,  “ortada”,  “kənarında”  terminlərinin  mənası  anla­
dılmaqla  naxış  elementlərindən  kompozisiyanın  qurulmasında 
istifadə  edir.  Tərbiyəçi  mövzu  üzrə  kağızın fonunun  seçilməsin­
də. rəng uyğunluğunda uşaqlara vardım etməyə çalışır.
Naxış  elementləri  kimi  payız  fəslini  əks  etdirən  pambıq, 
üzüm salxımı, payız  yarpaqları  və s. təsvirlərdən istifadə edilir.
Niyyət  üzrə  məşğələlərdə  işə  başlamazdan  əvvəl  tərbiyəçi 
hər uşağın  fikrini, düşündüklərini  söyləməyə  istiqamətləndirir.  La­
zım  gələrsə  məsləhət  verir,  nəticədə  təsvir  daha  dolğun  və  ifadəli 
olur.  Məsələn:  uşaq  bina  təsvirləri  çəkməyə  başlayırsa  tərbiyəçi 
verilə bilən əlavə təsvirləri və s. uşaqlar ilə birlikdə aydınlaşdırır.
İkiııci  rübdə uşaq əşyanın daha aydın və düzgün təsvirini, 
əşyanın  xarakter  cizgilərini  verməyə  çalışır.  “Xoşladığım  ıııa- 
76


Təsvın sənət və onun tədrisi metodikası
şin”,  “Sevimli  kuklam”,  «Qar qız»,  «Şaxta  baba»  mövzularında 
rəsm  edərkən  başın  bədənə  və  ətraflara  nisbətinin  daha  dəqiq 
verilməsinə çalışırlar.  Təsvirin daha  anlaqlı  olması üçün uşaqlar 
naturadan çılpaq budaq təsvirini çəkirlər.
Uşaqlara şam ağacının budaqlarını çəkmək təklif edilir, onlar 
naturaya baxaraq budaqlardan çıxan budaqcıqlan və onların üzərin­
də yerləşən nazik iynə yarpaqları çəkməyi mənimsəyirlər.
Dekorativ  təsvirdə yeni naxış elementləri kimi  şam ağacı 
budağını forma  daxilində təsvir etməyə  çalışırlar.  Naxışların  rit­
mik və fona uyğun simmetrik yerləşdirmə bacarığının mənimsə- 
dilməsi  təsvirin  daha effektli  olmasına imkan  yaradır.  Məktəbə- 
hazırlıq  qrupunda  dekorativ  rəsm  məşğələlərində  yapılmış  qab­
ların  üzərinə  naxış  vurmağı  (gil  çubuğu  ilə)  mənimsəyirlər. 
Uşaqlar  nəbati  (güllər,yarpaqlar  və  s.)  və  milli  (qoç  buynuzu, 
buta və.s) naxış elementlərindən məhdud  sahə daxilində tərbiyə­
çinin  nəzarəti  altında  kompozisiya  qururlar.  Kənar  naxış  ele­
mentləri  məhdud sahə daxilində öncədən təsvir edilir.
Süjet  üzrə  rəsm  məşğələlərində  qış  mövsümünü,  baş  ve­
rən  hadisələri  əhatə  edən  mövzular  (“Qış  əyləncələri”,  “Küçə­
mizə qar yağıb”, “Qar qız və oyuncaqlar yolka şənliyində” və s.) 
üzrə məşğələlər verilir.  Uşaqlar daha çox  sevdikləri nağıl,  heka­
yə  və cizgi filimləri  i'ızrə rəsmlər (illüstrasiyalar) edirlər.
Niyyət  üzrə  rəsm  məşğələlərində uşaqlar  onları  həyəcan­
landıran və cəlb edən mövzular üzrə sərbəst işləyirlər.
Uçüııcü  rüb  yaz  fəslində uşaqlarda ətraf aləmə, təbiətdə 
baş  verən  hadisələrə  maraq  artır.  Uşaqlar  əşya  üzrə  rəsm  edər­
kən  ilk yaz güllərini, təzəcə tumurcuqlanmış yaz budaqlarını na­
turadan  təsvir edirlər.  «8  Mart»  Beynəlxalq  Qadınlar  günü  mü­
nasibəti  ilə  “Mən  anamı  rəsm edirəm”,  “Anama gül  hədiyə  ver­
dim”  mövzusunda  rəsmlər  edirlər.  Təsvirdə  hərəkəti  vermək 
məqsədilə.  “Gəlinciyim  rəqs  edir”.  “Ovncaqlar  gəzməyə  çıxıb” 
mövzusunda  işləyərkən  təsvirin vəziyyətinin  və hərəkətin düz­
gün  rəsm  edilməsi  üçiin  ilk  öncə  eyni  mövzu  üzrə  yapma  və 
applikasiva  məşğələləri  keçirilir.  Hissələri  (ali.qolu.badəni  və.s) 
77


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə