M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)



Yüklə 4,37 Mb.
Pdf görüntüsü
səhifə44/58
tarix12.10.2018
ölçüsü4,37 Mb.
#73620
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   58

Təsvın sənət və onun tədrisi metodikası
qismiııə ördək və cilcəniıı hir-biriııin  ardınca gedən, digər qismi­
nə isə onların görüş vəziyyətlərini  qarşı-qarşıya duruş vəziyyə­
tini  çəkməyi  təklif edir  və  uşaqların  yadına  salır  ki,  təsviri  ka­
ğızın  ortasında  deyil,  bir  kənardan  çəkmək  lazımdır  ki.  hər  iki 
fiquru yerləşdirmək mümkün  olsun.  Sonda kağızın lap aşağı his­
səsində otu çəkmək təklif olunur.
Məşğələnin  gedişində  əvvəlki  məşğələlərdən  misal  gətirir. 
Bu zaman uşaqlara əlavələr etməyə sövq edir.  Müəyyən göstəriş və 
məsləhətlər verir.  Məşğələ boyu uşaqların işinə nəzarət edir,  lazım 
gəldikdə  fərdi  yanaşır,  səhvləri  üzə  çıxardır  və  düzəliş  edilməsini 
təklif edir.  Məşğələnin sonunda uşaqlara öz və yoldaşlarının rəsmi 
haqqında edilmiş əlavələr üzrə fikir söyləməyə imkan verilir.
Yekunda tərbiyəçi rəsmlər haqqında  öz  fikrini  söyləyir və 
bir daha  cücə və ördəyi hansı  əlamətlərə  görə ayırmaq mümkün 
olduğunu uşaqların diqqətinə çatdırır.
MƏŞĞƏLƏ 9
Applikasiva.  «Ovuncaq avı».
Məqsəd:  Uşaqlara hissələrdən tanış oyuncağı  yığmağı  öyrət­
mək.  onları  ardılcılıqla  yapışdırmaq;  pəncələri  hərəkətdə  vermək. 
Uşaqların əl işlərini didaktik oyunlar üçün vəsait kimi istifadə etmək.
Vəsait:  Tərbiyəçidə  oyuncaq  ayının başı  və  bədəni  yapış­
dırılmış  fianeleoqraf,  arxa tərəfdə  yapışdırılmış  pəncələr,  didak­
tik oyun üçün qutu.
Uşaqlarda,  müxtəlif rəngli  (qəhvəyi,  qara,  boz,  tünd  qırmızı, 
açıq  qəhvəyi)  oyuncaq  ayının  hissələri.  Kağızdan  (karton) 
15x 10.5 sm; ölçüdə və əlavə hissələr: kəmər, bant yaxalıq, yapışqan.
Məşğələnin  gedişi:
Tərbiyəçi:  — «Mən  sizə  bir  oyuncaq  haqqında  danışaca­
ğam. tapın  görək  bu  kimdir? Onun  yumru başı  və  yumru  qulaq­
ları  vardır.  Oval  bədəni  və  oval  pəncələri  vardır.  Həqiqətdə  o 
141


Təsvın sənət və onun tədrisi metodikası
qəhvəyidir,  ancaq  oyuncağı  isə  müxtəlif  rəngdədir.  Çox  vaxt 
onu tüklü parçadan hazırlayırlar.  Bu kimdir?»
Uşaqlar  cavabı  tapdıqda,  tərbiyəçi  ilaneleoqrafı  uşaqların 
qarşısına qoyur və deyir:  «Uşaqlar.  burada oyuncaq ayının baş
və  bədən  hissələrini  görürsünüz.  Kim  deyər təsvirdə  nə  çatmır? 
Düzdür,  ayının  ayaqlan,  qollan.  Uşaqlar  bizim  ayı  idmançı  ol­
duğu  üçün,  mən  verdiyim bütün tapşırıqları  (idman  hərəkətləri­
ni) yerinə yetirə bilir.  Baxın,  indi  o mənim  əmrlərimi  yerinə  ye­
tirəcək:  əllər yana,  ayaqlar aralı,  (tərbiyəçi flaneleoqraf üzərində 
deyilən  variantı  alır)».  Beləliklə,  bir  neçə tapşırıq  icra  etdikdən 
sonra, tərbiyəçi fəal uşağı lövhəyə dəvət edib, bunu etməyi təklif 
edir  və  uşağın  icrasını  tərifləyir.  Ardınca  uşaqlara  paylanmış 
hissələrdən  istifadə  edərək,  əvvəlcə  oyuncaq  ayının  başını  və 
sonra  bədənini  yapışdırmağı  təklif  edir.  Yalnız  bundan  sonra 
istənilən əmri vermək olar.
Bir  neçə  uşaqlardan  oyuncaq  ayıya  hansı  əmri  verəcəyini 
sonışur və hərəkətləri təkrarlamamağı təklif edir. Təqdim olunan 
hissələrdən  oyuncağı  kağızın  ortasında  yerləşdirməyi  məsləhət 
görür,  alınan  təsvir  kağızdan  kənara  çıxmamaladır.  Tərbiyəçi 
yapışdırma  işini ayının başından başlamağı təklif edir, yalnız bü­
tün  hissələr  yapışdırıldıqdan  sonra  əlavə  hissələri:  bel  bağını, 
bantı və yaxalığı yapışdırmaq təklif edilir.
Məşğələnin  sonunda  tərbiyəçi  uşaqların  diqqətini  özünə 
cəmləyərək deyir:  -  «İııdi  mən sizə, ayının vəziyyətini elan edə­
cəyəm.  diqqətli olun,  kimdə  həmin  tapşırığı  icra  edən ayı  varsa, 
buyurub lövhəyə gətirə bilər.»
Bütün  işlər  düzüldükdən  sonra,  işlərə  baxış  keçirilir  və 
ayının etdiyi «idıııan hərəkətlərin uşaqlar tərəfindən söylənilir.
Daha  sonra,  məşğələ  oyun  hissəyə  keçid  alır.  Tərbiyəçi 
təklif edir: -  «Uşaqlar,  indi biz sizinlə «kim getdi»  oyununu oy- 
nayacayıq ».
Bu zaman uşaqların diqqətini  lövhəyə  yönəldərək:  «Uşaq- 
lar,  diqqətlə  lövhəyə  baxın,  buradakı  idmançı  ayılar  müxtəlif
142


Təsvın sənət və onun tədrisi metodikası
hərəkətlər  icra  edirlər,  indi  mən  onlardan  birini  gizlədəcəm,  siz 
isə gedən ayını tapmalısınız.»
Uşaqlar gözlərini  yumur, tərbiyəçi ayılardan birini  gizlədir 
və  uşaqlar  gedən  ayını tapırlar.  Bir neçə tapşırıq  icra  edildikdən 
sonra,  vaxt  qalarsa  başqa  digər  oyunu  keçirmək  olar:  cüt 
şəkillər.  Bu  oyunda  tərbiyəçinin  qoyduğu  şərtə  görə  uşaqlar 
oxşar  şəkli  tapırlar.  Məsələn,  rənglərə  görə,  kəmərlərinə  görə 
eyni hərəkətləri etdiklərinə görə və s.
Yekunda  tərbiyəçi,  uşaqlara  ol  işlərini  qutuya  yığıb 
stolüstü oyuncaqlar güşəsinə qoymağı təklif edir.
MƏŞĞƏLƏ 10
Didaktik oyun. «Şəkilli vərəqlər».
Məqsəd:  Uşaqlara  hər  vərəq  üçün  lazımi  böyüklükdə  (öl­
çüdə),  yerlik (dairə  və ya oval  formalı  hissə üçün) tapmaq;  diq­
qəti. gözəyarı ölçmə qabiliyətini inkişaf etdirmək.
Vəsait:  Bir  və  ya bir 
neçə  hissəli  dairə  və  oval 
formalı  müxtəlif  əşyaların 
siluet 
təsvirli 
şəkilləri, 
siluet  təsvirli  əşyalar  kimi 
ÜÇ  ölçüdə  eyni  rəngli  dairə 
və  oval  formalar.  Dairələ- 
\ .   v  
rin  böyükdüyü:  diametri
5 sm;  3.5 sm;  2 sm,  ovalla­
rın  böyüklüyü:  7x4.5  sm; 
5x3.5sm;3x2sm;  kartlar:  14x10 sm  “eyni  əşyadan  qur” oynunun 
vəsaitlərindən istifadə etmək olar (dairə və ovallardan).
ı  v
O
t j d u ı ı n ö i ı ı ı ı   ııı
Məşğələnin  gedişi:
Tərbiyəçi  (aparıcı)  ortaya  -   masanın  üzərinə,  bir  yığım 
üzüaşağı  təsvirli  vərəqlər  qoyur,  içərisində  müxtəlif  dairə  və 
143


Yüklə 4,37 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə