AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT İQTİSAD UNİVERSİTETİ
AZƏRBAYCAN REPUBLİKASININ
XARİCİ İQTİSADİ FƏALİYYƏTİNDƏ
GÖMRÜK İŞİNİN ROLU
METODİKİ VƏSAİT
Azərbaycan Dövlət İqtisad Universitetinin Tədris-
Metodik Şurasının 22 yanvar 2016-cı il tarixli iclasının
(3 saylı protokol) qərarı ilə çapa tövsiyə olunmuşdur.
BAKI - 2016
2
Tərtib edənlər:
i.e.d., prof. A.Ş. Şəkərəliyev
i.e.n., dos. Y. M. Yadulla qızı
i.e.n., b/m. M.M. Aslanova
Elmi redaktor:
i.e.d., prof.A.M.Məhərrəmov
Rəyçilər:
i.e.d.,prof. M.A.Əhmədov
i.e.n.,dos.M.R.Rəsulova
Şəkərəliyev A.Ş., Yadulla qızı Y.M., Aslanova M.M.
Azərbaycan Republikasinin xarici iqtisadi fəaliyyətində gömrük
işinin rolu.Metodiki vəsait.
Bakı: ―İqtisad Universiteti‖ Nəşriyyatı-
2016. - 150 səh.
3
G i r i ş
Gömrük işinin xarakter və vəzifəsi ölkənin ümumi iqtisadi
vəziyyəti, onun inkişafının daxili və xarici şərtləri ilə sıx əlaqədardır.
Azərbaycanda aparılan islahatlar öz miqyas və müddətlərinə görə
xüsusilə fərqlənir. Bu islahatlar qlobal olaraq xarici iqtisadi fəaliyyət
sferasına da toxunur. 90-cı illərdən başlayan bazar islahatları vacib
istiqaməti qismində xarici ticarət fəaliyyətinin liberallaşmasını
nəzərdə tuturdu. Xarici ticarətin dövlət inhisarı sisteminin ləğv
olunması gömrük-tarif tənzimlənməsi təcrübəsinin gömrük
siyasətinin əsas istiqaməti kimi bəpra edilməsinə gətirib çıxartdı. Bu
zaman gömrük siyasəti həm ölkə daxilində, həm də xarici iqtisadi
fəaliyyətdə iqtisadi münasibətlərin formalaşmasında vacib aktiv
amilə çevrildi. Bu şərt gömrük işinin iqtisadiyyatın vacib sahəsi
olduğu haqqında danışmağa imkan verir.
Gömrük işi və onun təmin etdiyi Azərbaycanın xarici
ticarətinin gömrük tarif tənzimlənməsidövlət idarəetməsinin mühüm
iqtisadi metodlarından biridir.
―Gömrük tarifi haqqında‖ Qanunun qəbul edilməsi gömrük
işinin rolunu və əhəmiyyətini artırdı. Bu qanunun qəbul edilməsi ilə
əsas məqsədə-gömrük tarifinin formalaşması və tətbiqi qaydasının
müəyyən olunması, həmçinin, gömrük dəyəri, malların mənşə
ölkəsinin müəyyən olunması, gömrük güzəştləri məsələlərinin
həllinənail olundu.
Bundan başqa, gömrük işi məsələləri bir sıra beynəlxalq
müqavilələr, razılaşmalar, konvensiyalarla tənzimlənir ki, burada da
çoxtərəfli əsaslarla gömrük sisteminin prinsipləri, qaydaları, şərtləri,
təşkilati bazası tənzimlənir.
Gömrük işinin səmərəli fəaliyyət göstərən mexanizmləri
Azərbaycanın fəal və bütöv gömrük siyasətinin aparılması, həmçinin
gömrük orqanları tərəfindən Azərbaycan Respublikasının iqtisadi
təhlükəsizliyinin təmin edilməsi, iqtisadiyyatın bütün sahələrində
onun iqtisadi maraqlarının müdafiəsi üçün ayrılmaz şərtdir.
Deyilənlər metodiki vəsaitin aktuallığını şərtləndirir.
4
Mövzu 1: Gömrük işi və gömrük tənzimlənməsi
1.
Gömrük ərazisi və gömrük sərhəddi
2.
Gömrük qanunvericiliyi
3.
Gömrük orqanlarının vahid sistemi
4.
Gömrük orqanlarının vəzifələri və hquqları
Azərbaycan Respublikasının ərazisi vahid gömrük ərazisidir.
Gömrük ərazisinə Azərbaycan Respublikasının quru ərazisi, daxili
suları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına
mənsub olan bölməsi (o cümlədən orada yerləşən adalar, süni adalar,
qurğular və tikililər) və onların üzərindəki hava məkanı daxildir.
Gömrük ərazisində ―Gömrük Məcəlləsi‖ndə müəyyən edilmiş
qaydada sərbəst zonalar yaradıla bilər. Gömrük ərazisinin hüdudları,
həmçinin sərbəst zonaların perimetrləri gömrük sərhədidir. Sərbəst
zonaların perimetrləri istisna olmaqla, gömrük sərhədi Azərbaycan
Respublikasının dövlət sərhədi ilə üst-üstə düşür.
Gömrük qanunvericiliyi Azərbaycan Respublikasının Konsti-
tusiyasından, Gömrük Məcəlləsindən, «Gömrük tarifi haqqında»
Azərbaycan Respublikasının Qanunundan, onlara uyğun olaraq
qəbul edilmiş digər normativ hüquqi aktlardan və Azərbaycan Res-
publikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.
Aşağıdakılar istisna olunmaqla, gömrük qanunvericiliyindən
başqa digər qanunvericilik aktlarına gömrük ödənişləri və gömrük
nəzarəti məsələləri daxil edilə bilməz:
1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
nəzərdə tutulan gömrük münasibətlərinə aid inzibati xətalar
haqqında müddəalar;
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə
tutulan müvafiq cinayətlər haqqında müddəalar;
3. Büdcə qanunvericiliyində gömrük ödənişləri ilə bağlı
müddəalar;
Dostları ilə paylaş: |