74
PHILOLOGIAE TURCICAE FUNDAMENTA. TOMUS PRIMUS,
1959, Wiesbaden Bd. I.
ПОКРОВСКАЯ Л. А. 1964, Грамматка гагаузского языка.
Фонетика и морфология. Москва, Изд-во “Наука”.
RADLOFF, WILHELM 1882, Vergleihende Grammatik der
nördlichen Türksprachen, I. Phonetik der nördlichen Türksprachen.
Leipzig.
RƏHİMOV, Mirzә 1965, Azərbaycan dilində feil şəkillərinin
formalaşması tarixi, Azәrb. SSR Elmlәr Akademiyası Nәşriyyatı,
Bakı:1965, 267 s.
СEЛИВEРСТOВA О. Н. 2002, Когнитивная семантика на
фоне общего развития лингвистической науки. –Вопросы
Языкознания, № 6, с. 12-26.
SEZER, Engin 2002, Finite inflection in Turkish, The Verb in
Turkish. LINGUISTIK AKTUEL/LINGUISTICS TODAY, s.1-45.
SIZDIKOVA P. 1984, XVIII-XIX ğğ. Qazaq ädäbi tiliniñ tarıxı,
Almatı, 246 s.
Сравнительно-историческая грамматика тюркских языков
1984; 1986; 1988; 1997; 2002; 2006, Фонетика; Морфология;
Синтaксис; Лексика; Региональные реконструкции, прo- и
прoтoязык, Москва “Наука”.
Татарская грамматика 1993, T. I, 552 с, T. II 396 с, T. III,
1992, 488 с, Казань, Татар. Книжное Изд-во.
TEKİN, Talat 1968, A. Grammar of orkhon turkic. İndiana
University publications. The Hague (Uralic and altaic Series. Vol. 69).
ТЕНИШЕВ Э. Р. 1976, Строй саларского языка. Москва
“Наука”, 576 с.
Türkmen diliniñ grammatikasy 1999, Morfologiÿa, Aşgabat
“Ruh” 601 s.
Türkçe Sözlük, 1, 2, Türk Dil Kurumu, Ankara, 1998, 2523 s.
Türkçe Sözlük, 10. Baskı, Türk Dil Kurumu, Ankara, 2005, 2243 s.
UĞURLU, Mustafa 2004, Türk Lehçeleri Arasında Kelime Eş
Değerliği. Bilig, Sayı 29, s. 30-39.
UZUN, Leyla Subaşı 1995, Orhon Yazıtlarının Metindilbilimsel
Yapısı, Ankara, 176 s.
UZUN, Nadir Engin 2000, Ana Çizgileriyle Evrensel Dilbilgisi ve
Türkçe, İstanbul.
75
ЯЗЫКИ НАРОДОВ СССР 1966, Тюркские языки, Москва
“Наука”.
ЯЗЫКИ МИРА 1997, Тюркские языки, Издатель. Дом
“Кыргызстан” Бишкек, 542 с.
ВOРКAЧOВ С. Г. 2001, Концепт счастья: понятийный и
образный компоненты. –Известия АН. Серия Литературы и Языка,
том 60, № 6, с. 47-58.
ЮХАНСОН Л. 1987, Определенность и актуальное членение
в турецком языке. –в сб. Новое в зарубежной лингвистике. XIX,
Проблемы современной тюркологии, Москва: Прогресс, s. 398-425.
76
II HİSSƏ
MÜRƏKKƏB CÜMLƏ SİNTAKSİSİ
I. MÜRƏKKƏB CÜMLƏNİN KONSEPTUAL-STRUKTUR
MODELLƏŞDİRMƏSİ
Dilçilikdә mürәkkәb cümlә sintakasisi indiyә qәdәr, әsasәn,
aşağıdakı araşdırma-öyrәnilmә aspeklәri üzrә tәdqiq edilmişdir: struktur-
funksional, struktur-semantik vә kommunikativ-sintaktik. Son zamanlarda
mürәkkәb cümlәlәrin konseptual-struktur modelinin hazırlanması üzәrin-
dә dә durulmaqdadır. Belә ki, mürәkkәb cümlәlәrin struktur-semantik tәs-
nifi artıq konseptual-struktur modellәşdirilmә sәviyyәsindә dә aparıl-
maqdadır (Musaoğlu 2007: 169).
Mürәkkәb cümlәlәrin struktur-semantik tipologiyası indiyә qәdәr
yuxarıda ilk adları çәkilәn üç aspekt üzrә әnәnәvi olaraq öyrәnilmişdir. Bu
sahәdә hәm formadan mәzmuna, hәm dә mәzmundan formaya doğru
istiqamәtlәrdә mürәkkәb cümlәlәrә aid müәyyәn araşdırmalar aparılmıştır.
Bununla belә, indiyә qәdәrki әksәr tәdqiqatların ya sırf sinxiron, ya da
diaxron yönümlәrdә yerinә yetirildiyi dә diqqәti çәkir. Daha doğrusu, mü-
rәkkәb cümlәlәrin öyrәnilmәsindә sinxron-diaxron yönümlü vә ya başqa
bir deyişlә retrospektiv sәciyyәli monoqrafik tәdqiqatlar hәlәlik yox
dәrәcәsindәdir.
Türk dillәrinin digәr dil-nitq sәviyyәlәrinin retrospektiv aspektdә
tәdqiqinә dә yalnız son onilliklәrdә başlanılmışdır (Гарипов 1979; Yusi-
fov 1984). Buna görә dә hәmin sahәdә vahid bir araşdırma-öyrәnilmә sis-
temi vә ya özünə məxsus elmi-tәdqiqat üslubu hәlәlik yoxdur.
Türk dillәri indiyә qәdәr tarixi-mıqayisәli metodla daha çox
Orxon-Yenisey yazılarından başlanılaraq günümüzә qәdәr öyrәnilmişdir.
Bununla bәrabәr, ayrı-ayrı tәdqiqatlarda әn qәdim, yәni ulu-әcdad türk
dilinin yazıyaqәdәrki mәrhәlәsinin bәrpasına müәyyәn cәhdlәr göstәril-
mişdir. Onun mövcudluğu fonetik, leksik-morfoloji vә tarixi-tipoloji
dәllillәrlә artıq tәsdiq edilmişdir (Hacıyev, Vәliyev 1983: 9-49; Алияров
1984: 4-38; Cәlilov 1983: 169-173; Əhmәdov 1983: 174-178). Bizcә, türk
dillәrinin yeni, orta vә qәdim inkişaf mәrhәlәlәri çağdaş sinxron sәviy-
yәsindәn başlanaraq öyrәnilәrsә, o zaman onun Orxon-Yenisey yazıla-
rından öncәki ulu layını da bütün parametrlәri ilә daha asanlıqla bәrpa
etmәk mümkün olar. Ona görә ki, indiyә qәdәr türkoloji dilçilikdә bütün
77
dil sәviyyәlәrinin arxetiplәri vә buna müvafiq olaraq ulu dil qatı danışıq-
dialekt sistemi olaraq qiymәtlәndirilәn Orxon-Yenisey yazılarına görә
müәyyәnlәşdirilmişdir. Bunun nәticәsindә dә türkologiyada Orxon-
Yenisey yazılarından başlanan birxәtli linqvistik tәdqiqat yönümü vә türk
xalqlarının guya VII-IX yüzillәrdәn etibarәn Ön Asiyaya, elәcә dә
Qafqaza kütlәvi sürәtdә yayılması fikri süni surәtdә formalaşdırılmışdır.
Ancaq qәdim türk dili öz informasiyavericilik tutumuna görә ayrılıqda
mükәmmәl bir әdәbi dil örnәyidir. Buna görә dә, şübhәsiz ki, özündәn
öncәki yetişmә-inkişaf mәrhәlәsinә malik olmalı idi. Hәmin mәrhәlә isә
qәdim hun-türk imperiyası tarixinә söykәnәn ulu vә ya әcdad türk
dövrüdür (Sheka 2009: 125-134).
Bir sözlә, ümumtürk superetnosunun ünsiyyәt vasitәsi olan ulu vә
ya әcdad dilin mövcudluğunu sübut edәcәk kifayәt qәdәr başqa tarixi-
tipoloji dәlillәr dә gәtirmәk mümkündür. Hәr şeydәn öncә, qәdim türk
tarix-abidәlәrinin Sibirin vә Altayın әlçatmaz yerlәrindә qorunmasına gö-
rә oraların sәrt tәbiәtinә borculuyuq. Ulu hun-türk qaynaqlarının ora-
lardan, elәcә dә Yaxın Şәrq vә Qafqazdan itirilmәsi isә, böyük Çin assi-
milyasiyası vә әrәb istilası ilә bәrabәr, günümüzdә dırnaq arasındakı yaxın
dostlarımızın vә ya qonşularımızın fәaliyyәti ilә dә әlaqәdardır.
Bu kontekstdә çağdaş türk xalqları üçün ulu yurd vә ulu dil anla-
yışları tәkcә Altaya vә Sibirә görә deyil, bütövlükdә bütün böyük Avra-
siya coğrafiyasına vә әn qәdim insan mәskәnlәrindәn biri olan Qafqaza da
söykәnәrәk müәyyәnlәşdirilmәlidir. Çünki eramızın әvvәllәrindә parça-
lanmış hun-türk superetnosunun müxtәlif tayfalarının eyniköklü dili hәlә
islamdan çox-çox öncә Qafqaz regionunda işlәnilmişdir. Bu dilin müxtәlif
elementlәrinin qonşu, lakin qohum olmayan digәr olü vә diri dillәrdә
qalması da hәmin fikri subut etmәkdәdir (Mәlikov 1983: 128-136). Türk
xalqlarının әn qәdim epos-folklor yaradıcılığının elementlәri ilә yaxından
sәslәşәn, “Manas” vә “Alpamış” kimi möhtәşәm tarix-abidәlәrindәn biri
dә mәhz “Kitabi-Dәdә Qorqud”dur. Dastan hәmin regionda vә bu әrazi-
dәki göy türk-oğuz hökmranlığı dövründә yaranmışdır. Onun dilindә işlә-
nәn әksәr toponimik adlar da elә hәmin regionun tarixi-siyasi coğrafiya-
sını әhatә etmәkdәdir.
Türk dillәrinin әn qәdim ulu-әcdad qatının bütün dil sәviyyәlәrinә
görә bәrpası mәsәlәsi tәkcә türkoloji dilçiliyin deyil, bütövlükdә türklü-
yün vә bununla bağlı olaraq türkoloji elmşünaslığın qarşısında duran әn
vacib problemlәrdәndir. Bu baxımdan ümumtürk dilinin digәr sәviyyәlәri
ilә bәrabәr sintaktik quruluşunun da tarixi-müqayisәli metodla petro-
Dostları ilə paylaş: |