M stan nəz rl nəzrl ocağinin üÇ



Yüklə 0,78 Mb.
Pdf görüntüsü
səhifə10/54
tarix01.07.2018
ölçüsü0,78 Mb.
#52744
1   ...   6   7   8   9   10   11   12   13   ...   54

 
Sellər, sular gur çaylara qovuşar, 
Duman gələr dəyələrdən sovuşar! 
Cığırlarım dolaylardan soruşar: 
Günyaz adlı bir qonağın vardımı?! 
 
Xoş gəlməzdi, kimsə onun şer yazmağını bilsin, ya da eşitsin ki, Günyaz şer 
oxuyur. Ən yaxın adamlarına, ürək qızdırdığı dostuna, özü demiş, şer qanana şer 
oxuyardı. Folklorçu - alim Elxan Məmmədova, Elməddin Əlibəyzadəyə, Cümşüd 
Hacıyevə, Vurğun Əyyubova, Məmməd Elliyə şer oxumaqdan ləzzət alardı. 
Onların irad və düzəlişlərinə də uşaq kimi əməl edərdi. 
Mənə yadigar qoyduğu qovluqlara Xəlil Rzanın, Elxanın, Vurğunun, Ağa 
Laçınlının qeydlərini də əlavə edib. 
“Mərdlik qanunları izin vermir ki, Sizin şəxsi fəzilətlərinizi Sizdən asılı 
olduğum bir məqamda açıb söyləyim. Yalnız bunu deməklə yetirirəm ki, 
ziyalılarımızın mühüm bir qismi Sizi Azərbaycanın pak, uca başlı və cəsur oğlu 
kimi tanıyırlar. Elə məhz buna görə də ürək qızdırıb Sizə məktub yazıram. 
“Heydərbabaya salam” dastanında ustad Şəhriyarın bir beyti var: 
 
“Burda bir şir darda qalıb bağırır, 
Mürüvvətsiz insanları çağırır!” 
 
Sonra Xəlil Rza insafsız nəşriyyat işçilərinin “Məqsud Şeyxzadə” kitabının 
çıxmasına mane olduqlarından, buqələmun vəzifəpərəstlərin yersız iddialarından 
ş
ikayətlənir və dostu Günyazdan kömək umaraq yana-yana yazır: 
  
“Yalnız bu kitabçanın işıq üzü görməsi deyil, ümumən Azərbaycan ləngiyir. 
Ümumbəşəri tərəqqidən nə qədər geri qaldığımızı yəqin, sən özün də bir 
Azərbaycanlı olmaq etibarı ilə sezirsən. Bunun səbəbi, məncə, işcil və qüdrətli 
oğulların azlığıdır. Alçaq və rəzil adamların müqavimətinə rast gəlirəm. Onlara baş 
qoşmağa vaxtım, macalım yoxdur. Domino və nərd oynayan ziyalıları görəndə 
məni gülmək tutur. Vaxta bax, imkana bax, məgər bu adamların ciddi bir işi 
yoxmu? 
...Doğrudanmı, Azərbaycanda şair fədakarlığını, elmi işçi qüdrətini 
qiymətləndirməyə qadir bircə nəfər tapılmayacaq? Tərcüməçilik də, elmi işçilik də, 
ş
airlik də mənim üçün baş məqsəd deyil, vasitədir. Bunu dərk etməyə qadir 
Günyaz kimi beş - on oğul tapılarsa, 
Mükafatımdır”. 
Eldə, obada Günyazın dostları, onu sevənlər çox idi. Xüsusilə, sənət 
adamları onun hörmətini daha çox saxlardı. Günyaz da onlara köməyini, qayğısını 
ə
sirgəmirdi. El aşığı Kamandar, Aydın Çobanoğlu, şair Həmid Abbas, Söhrab 
Tahir, Kələntər Kələntərli, Ağa Laçınlı, Ələmdar, Əhməd Həpo,  slam Sadıq, 
Kəmalə və oturub - durduğu onlarca istedadlı gənclər bu gün də onun xatirəsini 
ə
ziz tuturlar. 
 
10 may 1974-cü ildə Moskvadan şair Ağa Laçınlı yazırdı: 


 
“Unudulmaz və yaddançıxmaz böyük qardaşım Günyaz! 
Adam uzağa gedəndə, tək olanda, darıxanda ürəyinə yaxın əzizləri, istəkliləri 
yadına düşür.  ndi gecənin bu qəribanə dərinliyində Sizsiz darıxdığımı boynuma 
alıram. Çünki Siz yaxşı mənada qiyamət adamsınız. Mən Sizinlə hələ şəxsən tanış 
olmazdan qabaq bir çox adamlardan, o cümlədən əzizim, can - ciyərim Əhməd 
Həpodan haqqınızda xoş sözlər eşitmişdim. Budur, ilk tanışlığımızdan illər keçib, 
Sizi həmişə xeyirxah, səmimi, canıyanan görmüşəm. Təcrübə göstərir ki, ən böyük 
yaxşılıq çətin ayaqda, ən böyük vətəndaşlıq hissi çətin işdə üzə çıxır. Sağ olsun, 
çətin işləri asan edənlər. Sağ olsun, xalqı ilə quruluş arasında körpü salan 
ziyalılar... 
Bir də Sizin müdrik olmağınız təbiidir. Axı, elə gözəl şerlər müəllifi başqa 
cür ola bilməz. 
Ə
zizim, indi mən burda, Moskvada kursdayam. Ayrı otaq veriblər. 
ş
ləməyə imkan var. Allah qoysa, iyunun ortalarında Bakıya qayıdanda gəlib 
görüşəcəm. Xahiş edirəm, bu məktubu Sizə olan hörmətimin nişanəsi kimi qəbul 
edin və mənim salamımı istəkli dostlara, o cümlədən, Əhmədə, Hafızə çatdırın. 
Hafizə deyin   ki,   tapşırığı yadımdadır. Əhmədə zəng vuracam. 
 
Öpürəm Sizi: Ağa Laçınlı” 
 
Ş
air Vaqif Səmədoğlunun “Ulduz” jurnalına (1989-cu il, N 11) verdiyi  
müsahibədən: 
 
- ...Və hətta senzuranın özündə, qlavlitdə, o dövrdə, o “durğunluq” 
dediyimiz dövrdə mənim “Bəxt üzüyü” pyesimi, açıq deyirəm, heç bir qlavlit, heç 
bir yerdə, lap Tallinin özündə də buraxmazdılar, bizim qlavlit buraxdı, o zaman 
bizim qlavlitdə Günyaz işləyirdi. Rəhmətlik Günyaz Nəzirli çox müsbət adam idi, 
mehriban adam idi... 
Bu gün yaşayıb - yaradan müasir şairlərin əksəriyyətinin qəlbində Günyaz 
Nəzirli ünvanına poetik çələng toxunub. Məmməd Elli, Mikayıl Məxfi, Mobil 
Quluzadə, aşıq Kamandar, Abbas Abdulla, Vurğun Əyyubov,  slam Sadıq, Qaçay 
Köçərli və başqaları Günyaz həsrətli şerlərin müəllifidir. 
 
Bir ulduz şığıdı göylərdən yerə, 
Bir nisgil Günyazın nisgilliyinə, 
Alışdı zirvələr, yandı dağ - dərə, 
Bir küskün Günyazın küskünlüyünə. 
 
Qoyuldu məzara gözəl şəxsiyyət, 
Oyuldu gözlərdə xoş səmimiyyət, 
Yazıldı ülviyyət, həm əbədiyyət, 
Bir yetkin Günyazın yetkinliyinə. 
 
Aşıq Kamandar 


 
Bir qoşmanın iki sözü, 
Bir ocağın qoşa gözü, 
Qardaşıdı Günəş özü, 
Günyaza bax, Günyaza sən. 
 
slam Sadıq 
 
Gözü yoxdur yad aşında Vurğunun, 
Torpağında, ya daşında Vurğunun, 
Bir ad yaşar yaddaşında Vurğunun, 
Günyazındır, Günyazındır, Günyazın. 
 
Vurğun Əyyubov 
 
Yox, Knyaz yaşayır, ölməyib hələ, 
Min Knyaz olsa da, bu azlıq edər, 
O gərək təzədən qayıdıb gələ, 
Bizim aramızda knyazlıq edə. 
 
Mobil Quluzadə 
 
Ş
air Vaqif Cəbrayılzadə
 
- Heç kəsə göstərmədiyi, hər cür imkanı ola - ola çap etdirməkdən çəkindiyi 
ş
erləri onun övladlarıydı. Şerləri onun sinəsində dərd balalayan, dərdlə canbir olan, 
ayrılıq sazını özü çalan, səhralarda Məcnun kimi öz bəxtiylə yarışan, fələklə 
dağların oyununa baxmaq üçün bu dünyaya gələn, budaqlar çiçəkdən bar alan kimi 
torpağı canından bar alan Günyaz ata kimi tanıyırdılar. 
Biz isə onu vaxtsız ağarmış, ancaq şuxluğunu, gəncliyini saxlayan 
saçlarından tanıyırdıq. Dünyanın hər şeyini bilə - bilə adamlara diqqətlə və səbrlə 
qulaq asardı, belə diqqət, belə səbr ancaq Günyaz müəllimdə ola bilərdi. 
Ş
erimizdə   Araz   mövzusu   haqqında   dediyi   sözlər   heç   vaxt 
yadımızdan çıxmayacaq. 
- Dünyanın işini bilmək olmaz. Bəlkə yüz il, iki yüz il bundan sonranın 
adamları bu xalqın Araz adlı yarası olduğunu ancaq şairlərin şerlərindən bildilər. 
Araz mövzusunun vacibliyi haqqında bəlkə heç kəs bu dəqiqliklə söz 
deməyib. 
 
...bizdədi, 
Şə
ki, Şirvan bizdədi. 
Günyaz özü bu tayda - 
Ürəyi Təbrizdədi. 
 
...bizimdi, 


Yüklə 0,78 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə