Qalxanda ucaya sən gülə - gülə,
Bel bağla obaya, bel bağla elə,
Havalansın Mahir, qoy gəlsin dilə
Gələndə nişandan, toydan, ay könül!
QIZLARIN
Səhər - səhər tarlalara çıxanda,
Yel vurur oynaşır teli qızların.
Bu məğrur ölkəmin gümrah çağında,
Nə gözəl açılır gülü qızların.
Bu fədakar əməyin bol bəhrəsindən
Sevinən igidin hər birisindən,
Yüz min alqış yağır hər çöhrəsindən
Var olsun qəhrəman əli qızların.
YENƏ Ç ÇƏKLƏNƏCƏKD R
Patris Lumumbanı boğmaq istəyən
Cəlladın əlləri quruyacaqdır.
Dünyanın azadlıq sevən bəşəri
Mübariz oğlunu qoruyacaqdır.
Çox tələsmə, cəllad, sən qan tökməyə
Tökdüyün qanlarda boğulacaqsan.
Ey Kasavubu, ey Mobutu, Combo
Sanma ki, Konqoda xan olacaqsan.
Yetər, nə qədər ki, dəmir qəfəsdə
Saxladınız onu siz döyə - döyə.
Ey qana susayan xain cəlladlar,
“Tarixin təkəri dönməz geriyə!”
Nə qədər sıxsanız qanlı əlinizdə,
Azadlıq elçisin susdurmaq olmaz.
Min - min, milyon - milyon arxası olan,
Qəhrəmanı bilin asdırmaq olmaz!
Günahsız tökülən qırmızı qanlar,
Sizə şahmar kimi dolanacaqdır.
Qurduğunuz o dar ağaclarına
Sizin özünüzü qaldıracaqdır.
Ş
air, sən yadlara boyun əymədin
Məğrur al bayrağın vüqarı kimi!
nandın ki, yenə çiçəklənəcək
Böyük ölkən ilin baharı kimi!
Afrika elinin qoç igidləri,
Çıxır sınaqlardan çətində, darda.
Havada oynayan mübariz bayraq
Dalğalanacaqdır böyük Konqoda.
02.02.61.
AZADLIQ NƏĞMƏS
Azadlıq carçısı Patris Lumumbaya həsr olunur.
Hammarşeldlə birgə hiylə qurdular,
O qara ləkəli vicdanlar sənə.
Qanunu olmayan divan tutdular,
Ə
li, dişi qanlı cəlladlar sənə.
Aman vermədilər bir yol baxasan
Böyük Afrikanın azad elinə.
Basdırdılar səni qara torpağa,
Oyan, Lumumba, bax dağlar selinə!
Mübariz adamlar qəzəb səsilə
Cəlladlara ölüm istəyir indi.
“Elin gücü - selin gücü” önündə,
Qaragüruhlar də titrəyir indi.
Vətənpərvərlərin xalqlar dostluğu:
Xain Hammarşelde “Ar olsun” deyir.
O böyük Konqonun geniş torpağı,
Hər yadellilərə dar olsun deyir.
Sevimli Lumumba, dur, qalx, bir oyan,
Yazdığın nəğmələr dillərdədir, bax!
Günəşə diz çökür qar, boran, tufan,
Qələbə bayrağın əllərdədir, bax!
Ey alçaq Hammarşeld, çəkil, uzaqlaş,
Mənfur niyyətlərin baş tutmayacaq.
Konqo torpağından bircə qarış da,
Bil, sənin qismətinə tuş olmayacaq.
Kasavubunun da quldur dəstəsi,
Cəzalara məhkum olunsun gərək!
Versin qərarını xalq məhkəməsi,
Canilər, qatillər boğulsun gərək!
16.02.61..
K M
Yaşayır Vurğunum, sevilir Səməd,
Laylay ilə yatan körpələr kimi.
Vurğunun sənəti qalxıb ucalmış,
Ə
yilməz vüqarlı zirvələr kimi.
Günəşli diyarın düzləri, dağı
gidlər məkanı Kürün qırağı.
Yaşadır şairi hər solu, sağı,
Ə
bədi nur saçan şəfəqlər kimi.
Ürək gəlmir hamı ağladı desin,
El yas tutdu, qara bağladı desin,
Mahirin qəlbini dağladı desin,
Gülündən ayrılmış bülbüllər kimi.
3
10 aprel 1975-ci il
CƏBHƏ YOLDAŞIM
Cəbhədən qayıtmayan qardaşım Nəzirin xatirəsinə
Könlünü verəndə sevdiyin qıza,
Ə
sdi qara külək, tutuldu hava,
3
1974-cü il oktyabrın 12-dən 16-dək XX əsrin azman yazıçısı, Nobel mükafatı laureatı Mixail Şoloxovun vətəni
Veşşenskaya da onun qonağı olub, əziz Səməd Vurğunumuz haqqında ondan müsahibə aldım. Vətənə qayıdanda
“Şoloxovun yanında” adlı “Ədəbiyyat və incəsənət”, “Azərbaycan gəncləri” qəzetlərində və “Ulduz”, “Literaturnaya
Azərbaycan” jurnallarında silsilə yazılarla mətbuatda çıxış etdim. Səməd Vurğuna həsr etdiyim “Kimi” şerini Mahir
Ə
sgər oğlu həmin silsilə yazılardan təsirlənib “Ulduz” jurnalının baş redaktoru, sevimli şairimiz Əhməd Cəmilə və
bir nüsxəsini də mənə göndərmişdi. - Ş.N.
Sən müəllim idin, tez əsgər oldun,
Dedin: “salamat qal, əzizim Sona!”
Anan öpəndə sən belə söylədin:
“Unutmaram, səni qoruyacağam,
Qopsa qasırğalar, çaxsa da şimşək,
Düşmənin kökünü qazıyacağam”.
Ana ürəyində qəzəb hiddəti:
“Uğur olsun, oğul, igid ol qayıt!”
Gəlin sinəsində ilk məhəbbəti:
“Get yaxşı yol, verin bəşərə həyat!”
Sarıldın silaha, cəbhəyə getdin,
Yeridin meydana bir aslan kimi.
Döyündü ürəyin zəfər eşqilə,
Vətəninə sadiq ər oğlan kimi.
Guruldadı səsin: “dayan, əclaflar!
Bu torpaqdan sizə pay olmaz, bilin.
Müqəddəs torpağa niyə girirsiz
Bir nəfəriniz də heç qalmaz, bilin!”
Faşizmə qarşı kin artdı, çoxaldı,
Vuruşdun, döyüşdün, doğma qardaşım!
Döyüş dostların tək mən də and içdim,
Tabutun önündə, cəbhə yoldaşım!
Berlində Reyxstağın qülləsinə bax,
Qələbə bayrağı yellənir indi.
“Yaşasın qələbə, faşizmə ölüm!”
Bütün yer üzündə səslənir indi.
DEMƏD MM
Yuxarıdan bir nəfərlə yoldaş olub işləməyi məsləhət gördülər. Beynimdə iki
fikir mübahisə etməyə başladı. Biri deyirdi: “Getmə, sonra bəxtin yatmış olar, hər
adama dost demək olmaz”. Digəri deyirdi: “Get, dostluq edib yoldaş ol, bəxtini
yoxla”, Mən ikinci fikrin dalınca getdim. Lakin mən yanılmışdım, Çox çəkmədi
“dostumun” vəfasızlığını, bəxtimin yatdığını gördüm. Sən demə, dost kimi
tanıdığım adam namərd imiş. Hamını dostluqda sadiq olmağa, namərdlərə nifrət
etməyə çağırıram.
Dostları ilə paylaş: |