HƏYATIN GERÇƏK MƏNŞƏYİ
52
Dəstə (Order)
Fəsilə(Family)
Cins (Genus, cəmi Genera)
Növ (Species)
Bu gün bioloqların əksəriyyəti beş (və ya altı) ayrı aləm olduğunu qəbul
edir. Bitkilər və heyvanlardan başqa göbələklər,
protista (yosun və amöb
kimi hüceyrə nüvəsi olan təkhüceyrəlilər) və monera (bakteriyalar kimi
hüceyrə nüvəsi olmayan təkhüceyrəlilər) hər biri ayrı aləm hesab edilir.
Bəzən bakteriyalar eubakteriya və arxeobakteriya adlanan iki yarımqrupa
ayrılırlar, bəzən də eubakteriya, arxeobakteriya və eukariot şəklində üç aləmə
bölünürlər. Bu aləmlərin ən mühümü, şübhəsiz, heyvanlar aləmidir. Heyvanlar
aləminin öz daxilindəki ən böyük təsnifat isə əvvəldə də bildirdiyimiz kimi,
müxtəlif şöbələrdir. Bu şöbələr müəyyən edilərkən hər birinin tamamilə fərqli
bədən quruluşlarına malik olduqları nəzərə alınmışdır. Məsələn,
artropodlar
(həşəratlar, hörümçəklər və digər buğumayaqlılar) ayrıca bir şöbədir və şöbəyə
daxil edilən bütün canlılar, əsasən, bənzər bədən quruluşuna malikdirlər.
Chordata (xordalılar) adlandırılan şöbə isə
notochord (embrionun arxa tərəfində
onurğanı təşkil edən hüceyrə yığınının əmələ gətirdiyi uzun xorda) və ya daha
çox onurğaya malik olan canlıları əhatə edir. Bizim üçün tanış olan balıqlar,
quşlar, sürünənlər, məməlilər kimi onurğaya malik olan heyvanların hamısı
Chordatanın yarımsinfi olan onurğalılar yarımtipinə daxildir.
Təqribən 35 fərqli canlı şöbəsi arasında osminoqlar kimi yumşaqbədənli
canlıları əhatə edən molyusklar şöbəsi və ya girdə soxulcanların daxil olduğu
nemotada şöbəsi kimi çox fərqli kateqoriyalar var. Bu kateqoriyaların ən
mühüm xüsusiyyəti isə əvvəldə də bildirdiyimiz kimi, tamamilə fərqli bədən
quruluşlarına malik olmalarıdır. Şöbələrin yarımkateqoriyaları əsasən bənzər
bədən quruluşlarına
malikdir, amma
şöbələr bir-birlərindən çox fərqlidir.
Bioloji təsnifat haqqındakı bu ümumi məlumatdan sonra indi də bu
şöbələrin necə və nə zaman yer üzündə üzə çıxdıqları sualına cavab verək.
Fosillər “həyat ağacını” təkzib edir...
Əvvəlcə, darvinizmin bu mövzudakı fərziyyəsini nəzərdən keçirək. Məlum
olduğu kimi, darvinizm canlıların bir ortaq əcdaddan törədiyini və kiçik
dəyişikliklərlə müxtəlifləşdiyini irəli sürür. Bu təqdirdə canlılar lap əvvəldən
bir-birinə çox bənzər və ibtidai formalarda ortaya çıxmış olmalıdır. Yenə eyni
iddiaya əsasən, canlıların bir-birlərindən fərqlənməsi və kompleksliklərinin
artması da zaman ərzində paralel baş verməlidir.
Qısa desək, darvinizmə əsasən, canlılar bir kökdən gələn, ancaq sonra
budaqlara ayrılan ağac kimi olmalıdır. Belə ki, bu fərziyyə darvinist mənbələrdə