Növlərin əsl mənşəyi
43
formaların qalıqları ilə zəngin olmalıdır. Bu həqiqət Darvin tərəfindən də qəbul
edilmişdir və Darvin “Növlərin mənşəyi”ndə bunu belə açıqlamışdır:
Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birilə əlaqələndirən saysız-
hesabsız ara keçid növlər mütləq yaşamalıdır... Onların yaşadığına dair
dəlillər isə ancaq fosil qalıqları arasında tapıla bilər.
39
Bu sətirləri yazan Darvin bu ara-keçid formalarının fosillərinin heç cür
tapılmadığını da bilirdi. Bunun öz nəzəriyyəsi üçün böyük problem olduğunu
da görürdü. Ona görə “Növlərin mənşəyi” kitabının “Nəzəriyyənin qarşısında
duran çətinliklər” (Difficulties on theory) adlı bölməsində belə yazmışdı:
Əgər həqiqətən növlər digər növlərdən tədrici inkişafla törəmişdirsə, nə
üçün saysız-hesabsız ara-keçid formaya rast gəlmirik? Nə üçün bütün
təbiət qarmaqarışıq deyil, tam nizam halındadır? Saysız-hesabsız ara
keçid forması olmalıdır, lakin nə üçün yer üzünün sayıla bilməyəcək
qədər çox olan təbəqələrində onları tapmırıq? Nə üçün hər geoloji forma
və hər təbəqə bu cür ara-keçid formaları ilə dolu deyil? Geoloji
cəhətdən
yaxşı
dəyərləndirilmiş dövr müəyyən edilməmişdir və bəlkə də bu mənim
nəzəriyyəmə qarşı irəli sürüləcək ən böyük etiraz olacaqdır.
40
Darvinin bu böyük problem qarşısında irəli sürdüyü yeganə açıqlama isə o
dövrdəki fosillərin kafi olmaması idi. Fosillər hərtərəfli şəkildə təhlil edildikdə
itmiş ara formaların mütləq tapılacağını iddia etmişdi.
Ara keçid formaları problemi və sabitlik
Təkamülçü paleontoloqlar Darvinin bu iddiasına əsaslanaraq XIX əsrin
ortalarından etibarən dünyanın hər tərəfində qızğın fosil araşdırmaları apardılar
və ara keçid formalarını axtardılar. Lakin bütün səylərinə baxmayaraq, bu
ara-keçid formalarına heç vaxt rast gəlmədilər. Aparılan qazıntılarda və
araşdırmalarda əldə edilən bütün tapıntılar təkamül nəzəriyyəsinin iddialarının
əksinə, canlıların yer üzündə birdən-birə, tam və qüsursuz şəkildə ortaya
çıxdıqlarını göstərdi.
Təkamülçü paleontoloq Robert Karol fosil tapıntılarının darvinistlərin
ümidlərini boşa çıxardığını etiraf etməyə məcbur olmuşdur:
Darvinin ölümündən bəri 100 ildən çox davam edən qızğın fosil yığma
fəaliyyətlərinə baxmayaraq, fosil qeydləri hələ də onun gözlədiyi saysız-
hesabsız ara-keçid halqaları ilə bağlı səhnə üzə çıxarmır.
41
Başqa bir təkamülçü paleontoloq K.S.Tomson yeni canlı qruplarının fosil
qeydlərində çox ani surətdə üzə çıxdıqlarını bildirir:
Əsas canlı qrupu ortaya çıxdıqda və fosil qeydlərində ilk dəfə göründükdə
əcdadı və ya təkamül qohumu olduğu fərz edilən qruplarda görünməyən
yeni xüsusiyyətlərlə birlikdə üzə çıxır. Morfologiya və funksiyalarındakı bu
HƏYATIN GERÇƏK MƏNŞƏYİ
44
radikal fərqlərin çox sürətlə üzə çıxdığı görünür.
42
Bioloq Frensis Hiçinq isə “Zürafənin boynu: Darvinin səhvi nədə idi?” (The
neck of the giraffe: where Darwin went wrong) adlı kitabında belə yazır:
Əgər fosillər tapırıqsa və əgər Darvinin nəzəriyyəsi doğrudursa, onda
qayalarda müəyyən qrup məxluqun daha kompleks başqa qrup məxluqa
doğru kiçik dəyişikliklərlə təkamül keçirdiyini göstərən qalıqlar üzə
çıxmalıdır. Nəsildən-nəslə inkişaf edən bu “kiçik dəyişikliklər” olduqca
yaxşı qorunmalıdır. Ancaq vəziyyət heç də belə deyil. Əslində bunun tam
əksi doğrudur. Darvinin: “saysız-hesabsız ara forma olmalıdır, amma
bunları nə üçün yer üzünün saysız-hesabsız təbəqələrində tapa bilmirik?”,
-deyərkən şikayətlənməsi kimi. Darvin fosil qeydlərindəki bu “qeyri-
adi çatışmazlığın” sadəcə daha artıq fosil qazıntısı aparmaqla əlaqədar
olduğunu düşünmüşdü. Amma nə qədər yeni fosil qazıntıları aparılsa
da, tapılan növlərin demək olar ki, hamısının istisnasız bu gün yaşayan
heyvanlara çox bənzədiyi üzə çıxmışdır.
43
Fosil qeydləri canlı növlərinin həm bir anda və tamamilə fərqli quruluşda
meydana gəldiklərini, həm də çox uzun geoloji dövrlər boyu dəyişmədən
sabit qaldıqlarını göstərir. Harvard Universitetindən paleontoloq və məşhur
təkamülçü Stefen Cey Quld bu həqiqəti 1970-ci ilin sonlarında belə qəbul edir:
Fosilləşmiş növlərin əksərinin tarixi pilləli təkamüllə ziddiyyət təşkil edən
iki fərqli xüsusiyyət ortaya qoyur:
1. Sabitlik. Əksər növlərdə dünyada mövcud olduğu müddət ərzində heç
bir dəyişiklik baş verməmişdir. Fosil qeydlərində ilk dəfə meydana gəldikləri
andakı formaları nədirsə, qeydlərdən izləri silindiyi andakı formaları da o
cürdür. Morfoloji (forma) dəyişiklik əsasən məhduddur və müəyyən istiqaməti
yoxdur. .
Fosil qeydlərində
Darvinin irəli sürdüyü
kimi mərhələli bir
inkişaf yoxdur. Müxtəlif
canlı növləri özlərinə xas
bədən quruluşları ilə bir
anda meydana gəlmişlər.