M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə93/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   89   90   91   92   93   94   95   96   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
282
Qısaca  desək,  Priqoqinin  nəzəri  fəaliyyətləri  həyatın  mənşəyini  açıqlama 
baxımından heç bir dəyər daşımır. Nobel mükafatı almış yuxarıda adı çəkilmiş 
elm adamları Priqoqinin nəzəriyyələri haqqında belə şərh verirlər:
Bu  sahədəki  bir  çox  kitab  və  məqalədəki  iddiaların  əksinə,  biz  belə  bir 
nəzəriyyənin  (“dissipative  structures”  nəzəriyyəsi)  olmadığına  və  hətta 
Priqoqin,  Heyken  və  məsləkdaşlarının  varlığından  bəhs  etdikləri  bu  cür 
formaların (enerji dağıdan formalar) bəlkə də heç mövcud olmadıqlarına 
inanırıq.
374
Qısaca  desək,  öz  sahələrində  mütəxəssis  olan  elm  adamları  Priqoqinin 
uydurduğu tezislərin heç bir reallığının və əsasının olmadığını, hətta tezislərində 
bəhs etdiyi növdən olan formaların (dissipative structures) bəlkə də əslində heç 
mövcud olmadığını bildirirlər.
Priqoqinin iddiaları Cin Brikmontun “Xaosun elmi, yoxsa elmdə xaos?” adlı 
məqaləsində də hərtərəfli şəkildə təhlil edilmiş və əsassızlığı sübut edilmişdir.
Priqoqin təkamülü dəstəkləyən hər hansı bir metod tapa bilməsə də, ancaq 
bu  cür  səylər  göstərməsi  təkamülçülərin  onu  başlarının  tacı  etməsinə  səbəb 
olmuşdur.  Bir  çox  təkamülçü  Priqoqinin  irəli  sürdüyü  “özünü  təşkiletmə” 
anlayışına  böyük  ümidlə  bağlanmışdır.  Priqoqinin  xəyali  nəzəriyyələri  və 
məfhumları ilə bağlı mövzunun təfərrüatını bilməyən bir çox şəxs təkamülün 
termodinamik  baxımdan  düşdüyü  çıxılmaz  vəziyyətinin  həll  edildiyini  zənn 
edir.
Halbuki  Priqoqin  də  molekulyar  səviyyədə  uydurduğu  nəzəriyyələrin 
canlı sistemlər, məsələn, bir canlı hüceyrəsi üçün belə etibarlı olmadığını qəbul 
edərək belə demişdir:
Bioloji   nizam problemi molekulyar fəaliyyətdən hüceyrənin supermolekulyar 
nizamına keçidi ehtiva edir. Bu problemin həlli yoxdur.
375
Priqoqinin təkamüllə Entropiya qanunu və digər fiziki qanunlar arasındakı 
ziddiyyəti  aradan  qaldırmağı  hədəfləyən  nəzəriyyələrinin  və  təkamülçülərin 
bundan cəsarətlənərək uydurduqları fərziyyələrin məzmunu bundan ibarətdir.
Nizamlı sistem və təşkil edilmiş sistemin fərqi
Buraya qədər istər Priqoqinin, istərsə də digər təkamülçülərin iddialarına 
diqqət  edilsə,  çox  mühüm  xətaya  yol  verdikləri  görüləcəkdir.  Təkamülçülər 
termodinamika  ilə  təkamülü  uzlaşdırmaq  məqsədilə  daima  maddə  və  enerji 
giriş-çıxışı  olan  sistemlərdə  (açıq  sistemlər)  müəyyən  nizam  əmələ  gələ 
biləcəyini sübut etməyə çalışırlar. 
Burada iki əsas məfhumu açıqlamaq təkamülçülərin yanıldıcı metodlarının 
aşkar edilməsi baxımından vacibdir.
Yanıltma iki müxtəlif məfhumun - “nizamlı” və “mütəşəkkil” anlayışlarının 


TƏKAMÜL NƏZƏRİYYƏSİ və ENTROPİYA QANUNU
283
qəsdən qarışdırılmasıdır.
Bunu belə bir misalla açıqlaya bilərik: dəniz kənarı boyu uzanan qumsalı 
düşünün. Güclü dalğa sahilə çırpıldıqda bu qumsalda bəzi böyüklü-kiçikli qum 
təpəcikləri və qumda dalğalanmalar əmələ gətirir.
Bu  “nizamlama”  prosesidir:  dəniz  sahili  açıq  sistemdir  və  içəriyə  doğru 
enerji  axını  (dalğa)  qumsalın  əvvəlki  adi  görünüşünü  bəsit  formalara  çevirə 
bilər. Termodinamik mənada burada əvvəlkinə görə bir nizam əmələ gəlmişdir. 
Lakin bunu qeyd etmək lazımdır ki, eyni dalğalar dəniz sahilində qumdan bir 
qala tikə bilməzlər. Əgər qumdan tikilmiş qala görsək, bunu kiminsə tikdiyindən 
əmin ola bilərik. Çünki qala “mütəşəkkil”sistemdir. Yəni müəyyən dizayna və 
məlumata (informasiyaya) malikdir. Şüurlu bir şəxs tərəfindən planlı şəkildə, 
hər hissəsi düşünülərək tikilmişdir.
Qala ilə qum təpələri arasındakı fərq birincisinin mütəşəkkil kompleksliyə, 
ikincisinin  isə  ancaq  bəsit  təkrarlardan  ibarət  nizama  malik  olmasıdır. 
Təkrarlardan ibarət nizam bir makinanın klaviaturasındakı “a” hərfinin üzərinə 
bir cisim düşdüyü üçün (yəni içəri girən enerji axını ilə) yüzlərlə “aaaaaaaa...” 
yazması kimidir. Təbii ki, “a”ların bu şəkildə təkrarlı nizam içində olması nə 
bir  məlumat,  nə  də  hər  hansı  komplekslik  təşkil  edir.  Məlumat  ehtiva  edən 
kompleks hərf ardıcıllığı (yəni mənası olan bir cümlə, abzas və ya kitab) yazmaq 
üçün mütləq ağıla ehtiyac var.
Eyni şey küləyin tozlu otağa girməsinə də aiddir. Külək otağa girdikdə daha 
əvvəl yerdə nizamsız şəkildə yayılmış toz təbəqəsi otağın kənarına toplana bilər. 
Bu yenə termodinamik mənada əvvəlkinə görə daha nizamlı formadır, lakin toz 
zərrəcikləri əsla küləyin enerjisi ilə “öz-özlərini təşkil edərək” otağın tavanında 
insan rəsmi əmələ gətirə bilməzlər.
Nəticədə  təbii  amillərlə  əsla  kompleks  və  mütəşəkkil  sistemlər  meydana 
gələ bilməz. Ancaq bəzən yuxarıdakı nümunələrə bənzər şəkildə sadə nizamlı 
formalar əmələ gələ bilər. Bu nizamlı formalar da müəyyən həddi aşmazlar.
Təkamülçülər bu cür təbii proseslərlə öz-özünə meydana çıxan nizamlanma 
(self ordering) hadisələrini təkamülün çox mühüm dəlili kimi təqdim edir və 
onları  “özünü  təşkil  etmə”  (self  organization)  nümunəsi  kimi  göstərirlər.  Bu  
anlayış qarışıqlığı  nəticəsində də canlı sistemlərin təbii hadisələr və kimyəvi 
reaksiyalar nəticəsində öz-özünə meydana gələ biləcəyini irəli sürürlər. Əvvəlki 
bölmədə təhlil etdiyimiz Priqoqin və tərəfdarlarının metod və fəaliyyətləri də 
bu yanıldıcı məntiqə əsaslanır.
Halbuki  yuxarıda  da  bildirdiyimiz  kimi,  mütəşəkkil  sistemlərlə  nizamlı 
sistemlər  bir-birindən  tamamilə  fərqli  formalardır.  Nizamlı  sistemlər  sadə 
ardıcıllıqlar,  təkrarlar  şəklində  formalardır,  mütəşəkkil  sistemlər  isə  olduqca 
kompleks  funksiyalar  ehtiva  edirlər.  Mütəşəkkil  sistemlərin  əmələ  gəlməsi 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə