M ü Ə L l I f V ə Ə s ə r L ə r I h a q q I n d a



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə27/108
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34202
1   ...   23   24   25   26   27   28   29   30   ...   108

HƏYATIN GERÇƏK MƏNŞƏYİ
84
özünəməxsus  xüsusiyyətləri  təkmilləşmək  üçün  çox  uzun  zaman  tələb 
edir və ona görə də bu canlıların mənşəyi çox qədim olmalıdır. Amma bu 
canlıların əcdadı kimi qəbul ediləcək heç bir Perm dövrü sürünəni məlum 
deyil.
104
Karol  ichthyozavrlar  və  nothozavrların  (başqa  dəniz  sürünəni  ailəsi) 
mənşəyinin  təkamülçülər  üçün  “haqqında  çox  şey  məlum  olmayan”  bir  çox 
canlıdan biri olduğunu etiraf etmək məcburiyyətində qalmışdır.
105
Beləliklə,  sürünənlər  sinfi  daxilində  yer  alan  müxtəlif  canlılar  aralarında 
təkamül xarakterli əlaqə olmadan yer üzündə ortaya çıxmışdır. Eyni vəziyyət 
sonrakı  səhifələrdə  görəcəyimiz  kimi,  məməlilər  üçün  də  keçərlidir.  Uçan 
məməlilər var (yarasa) və dəniz məməliləri vardır. (Delfinlər və balinalar). Bu 
fərqli siniflər isə təkamülə dəlil deyil, əksinə, təkamül üçün açıqlana bilməyən 
böyük problemdir. Çünki bütün fərqli siniflər aralarında heç bir keçid forma 
olmadan və tamamilə fərqli quruluşlarıyla yer üzündə ani surətdə üzə çıxmışlar.
Bu isə bütün bu canlıların yaradıldıqlarının çox açıq elmi sübutudur.
 
Təxminən  200  milyon  illik  ixtozaur   
fosili


85
  
G
ERÇƏK TƏBİƏT TARİXİ -II- 
 
  (QUŞLAR VƏ MƏMƏLİLƏR)
 
Y
er  üzündə  minlərlə  növdə  quş  yaşayır.  Bu  quşların  hər  biri  fərqli 
xüsusiyyətlərə  malikdir.  Şahinin  iti  baxışları,  enli  qanadları  və  sivri 
caynaqları var. Kalibr quşu uzun dimdiyi ilə bitkilərin kökünü yeyir. 
Bəziləri hər il minlərlə kilometr yol qət edərək dünyanın bir ucundan digər 
ucuna köç edirlər. Bütün bu quşları digər heyvanlardan ayıran çox mühüm 
xüsusiyyət var: uçmaq. Bioloji cəhətdən quş sinfinə daxil edilən heyvanların 
demək olar ki, hamısı uçmaq qabiliyyətinə malikdir. 
Bəs quşlar necə mövcud olmuşdur?
Təkamül nəzəriyyəsi quşların mənşəyinə dair uzun ssenari ilə açıqlama 
verməyə çalışır: bu ssenariyə əsasən, quşların əcdadları sürünənlərdir. Quşlar 
dövrümüzdən  təqribən  150-200  milyon  il  əvvəl  bu  sürünən  əcdadlarından 
ayrılmışlar.  İlk  quşlar  uçma  qabiliyyəti  zəif  olan  məxluqlar  olublar. Ancaq 
təkamül prosesi əsnasında bu ibtidai quşların pulcuqlarla örtülü qalın dəriləri 
yerini uçmaq üçün istifadə etdikləri tüklərə veriblər. Ön ayaqlar da tamamilə 
tüklərlə  örtülüb  artıq  ayaq  kimi  istifadəyə  yararsız  hala  gəlib  və  qanadlara 
çevriliblər.  Beləliklə,  bəzi  sürünənlər  mərhələli  təkamül  prosesi  nəticəsində 
özlərini uçmağa uyğunlaşdırıblar və dövrümüzün quşlarına çevriliblər.
Bu ssenari təkamülçü mənbələrdə elmi don geydirilərək müdafiə edilir. 
Ancaq bir az hərtərəfli nəzərdən keçirdikdə və elmi faktlar təhlil edildikdə 
ssenarinin elmi faktlara deyil, təxəyyülə əsaslandığını görmək olar.
Təkamülçülərə əsasən uçma hadisəsinin  mənşəyi
Quruda  yaşayan  canlı  olan  sürünənlərin  necə  uçmağa  başladıqları 
təkamülçülər  arasında  müxtəlif  fərziyyələrə  səbəb  olmuş  mövzudur.  Bu 
mövzuya  dair  əsas  iki  nəzəriyyə  var:  birinci  nəzəriyyə  quşların  əcdadlarının 
ağaclardan  yerə  endiklərini  müdafiə  edir.  Bu  nəzəriyyəyə  əsasən,  quşların 


HƏYATIN GERÇƏK MƏNŞƏYİ
86
əcdadları ağaclarda yaşayan sürünənlərdir və onlar zaman ərzində “budaqdan-
budağa  tullanaraq  qanadlanmışlar”.  Buna  arboreal  nəzəriyyə  deyilir.  Digər 
fikir də quşların yerdən yuxarıya doğru qanadlandığı şəklindədir və kursorial 
nəzəriyyə kimi məlumdur.
Hər iki nəzəriyyə də tamamilə fərziyyələrə əsaslanır. Nə arboreal nəzəriyyəni, 
nə də kursorial nəzəriyyəni dəstəkləyən heç bir dəlil yoxdur. Təkamülçülərin 
bu problemə qarşı tapdıqları həll yolu da olduqca bəsitdir, onlar belə bir dəlilin 
olduğunu “fərz edirlər”. Kursorial nəzəriyyəni irəli sürən Yeyl Universitetinin 
geologiya professoru Con Ostrom bu fikrini belə açıqlayır:
Hər  hansı  bir  pro-avisə  (uçuşdan  öncəki  canlıya)  aid  heç  bir  fosil  dəlili 
yoxdur. O tamamilə fərziyyəvidir... Belə bir canlı yaşamış olmalıdır.
106
Ancaq arboreal nəzəriyyəyə əsasən, “yaşamış olmalı” bu ara keçid forma 
heç vaxt tapılmamışdır. Kursorial nəzəriyyə daha problemlidir. Bu nəzəriyyənin 
əsas arqumenti budur ki, bəzi sürünənlər həşərat ovlamaq üçün qabaq qollarını 
uzun müddət və tez-tez çırpmışlar və zaman ərzində bu qabaq qollar qanadlara 
çevrilmişdir. Qanad kimi olduqca kompleks bir orqanın milçək tutmaq üçün 
bir-birinə çırpılan qabaq qollardan necə meydana gəlməsi haqqında isə heç bir 
açıqlama verilmir.
Təkamül  nəzəriyyəsini  quşların  mənşəyi  məsələsində  çarəsiz  qoyan 
cəhətlərdən biri də qanadların kompleks quruluşudur. Başqa sözlə, qanadlar 
ancaq  mükəmməl  quruluşları  ilə  funksionaldırlar,  “natamam”  qanad  isə  heç 
bir funksiyanı yerinə yetirə bilmir. Bu təqdirdə təkamülün irəli sürdüyü yeganə 
mexanizm olan “mərhələli inkişaf” modeli heç bir şey ifadə etmir. Türk bioloq 
Engin  Korur  qanadların  təkamül  keçirməsinin  qeyri-mümkünlüyünü  belə 
qəbul edir:
Gözlərin və qanadların ortaq xüsusiyyəti budur ki, onlar ancaq tamamilə 
təkmilləşmiş olduqları təqdirdə funksional olurlar. Başqa sözlə, natamam 
gözlə görmək olmaz, yarımçıq qanadla uçmaq olmaz. Bu orqanların necə 
əmələ  gəldiyi  təbiətin  hələ  yaxşı  başa  düşülməyən  sirlərindən  biri  kimi 
qalmışdır.
107
Robert Karol isə: “Tüklərin uçuş orqanlarının bir ünsürü kimi, təkamülünün 
necə başladığını izah etmək çətindir, çünki archaeopteryxdəki kimi böyük ölçüyə 
çatanadək necə funksional olduqlarını anlamaq çox çətindir”, - deyərək etiraf 
etməyə məcbur olmuşdur.
108
 Daha sonra isə tüklərin izolyasiya üçün təkamül 
keçirdiyini  iddia  etmişdir,  ancaq  bu  açıqlama  tüklərin  uçmaq  üçün  xüsusi 
şəkildə formalaşmış kompleks dizaynını izah edə bilmir. 
Qanadların quşun döş çıxıntısına sağlam şəkildə birləşməsi quşu havaya 
qaldırmaq, havada müvazinətini saxlamaq və hər istiqamətə hərəkət etmək üçün 
əlverişli olması vacibdir. Quşun qanad və quyruq tüklərinin yüngül, elastik və 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə